Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə20/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   16   17   18   19   20   21   22   23   ...   216

onda  bir  hissəsindən  20-25%-ə  çatır.  Qaratorpaq  humusla  ən  zəngin  və  ən 

münbit torpaq hesab olunur. 

Torpağın  maye  komponenti  müxtəlif  vəziyyətlərdə  ola  bilər:  1) 

azad(qravitasiya) su - torpağın daha iri məsamələrini tutaraq öz ağırlıq qüvvəsi 

ilə  tədricən  aşağı  sızır;  2)  əlaqəli  (hiqroskopik  və  pərdə  suyu)  su  -  torpaq 

hissəciklərinin səthi ilə möhkəm adsorbsiya olunaraq onların üzərində pərdə 

əmələ  gətirir;  3)  kapilyar  su-kiçik  məsamələri  tutaraq  orada  müxtəlif 

istiqamətlərdə hərəkət edə bilər; 4) buxar suyu - torpaq havasının tərkibində 

olur. Bitkinin kök sistemi üçün ən asan istifadə oluna bilən (əlverişli) azad və 

kapilyar,  çətin  istifadə  oluna  bilən  əlaqəli  (pərdə)  su  forması  hesab  olunur, 

buxar  halında  olan  su  isə  böyük  rol  oynamır.  Torpaqda  olan  bütün  su 

kütləsinin,  torpağın  bərk  komponentlərinin  kütləsinə  olan  nisbəti  (faizlə) 



torpağın nəmliyi (rütubətliyi) adlanır. 

Müxtəlif  torpaq  tiplərində  və  müxtəlif  vaxtlarda  suyun  miqdarı  eyni 

olmur. Qravitasiya suyu çox olduqda torpağın rejimi su hövzəsinin rejiminə 

yaxın olur. Quru torpaqda yalnız bağlı su qalır. Lakin hətta ən quru torpaqda 

havanın  nəmliyi  torpaq  səthindəki  havanın  nəmliyindən  çox  olur.  Odur  ki, 

torpaq  orqanizmləri  torpaq  səthindəki  orqanizmlərə  nisbətən  qurumağa  az 

məruz qalır. 

Torpağın  bütün  maye  komponentləri  torpağın  məhlulu  adlanır.  Onun 

tərkibində nitratlar, bikarbonatlar, fosfatlar, sulfatlar və digər duzlar, həmçinin 

suda həll olan üzvi turşular, onların duzları, əsasən azad və kapilyar suda olan 

şəkər  olur.  Əlaqəli  suda  maddələr  çətin  həll  olur.  Məhlulun  konsentrasiyası 

torpağın rütubətliyindən asılıdr. 

Torpaq  məhlulunun  tərkibi  və  konsentrasiyası  torpağın  reaksiyasını 

müəyyən edir (pH). Bitki və torpaq heyvanları üçün neytral reaksiya (pH=7) 

daha əlverişli sayılır. 

Torpağın strukturu və məsaməliyi qida maddələrinin bitki və heyvanlar 

üçün istifadə edə bilmə dərəcəsini müəyyən edir. Molekulyar qüvvə ilə torpaq 

hissəciklərinin  bir-birilə  birləşməsi  torpağın  strukturunu  yaradır.  Onların 

arasındakı  boşluqlar  məsamə  adlanır.  Torpağın  ümumi  həcminə  görə  onda 

olan  bütün  məsamələrin  həcmlərinin  cəminin  faizlə  ifadəsi  torpağın 



məsaməliyi adlanır. 

Torpağın quruluşu. Torpaqəmələgəlmə prosesi yuxarıdan aşağıya doğru 

gedərək,  intensivliyi  getdikcə  azalır.  Mülayim  zonada  bu  proses  1,5-2,0  m 

dərinlikdə  sönür.  Torpağın  şaquli  kəsiyində  torpaqəmələgəlmə  prosesinin 

xarakteri də dəyişir. 

Torpaqəmələgəlmə  prosesində  ayrılan  və  torpaq  səthinə  müəyyən 

dərəcədə  paralel  yerləşən,  nisbətən  oxşar  qatlara  torpağın  genetik  hori- 



zontları  deyilir.  Onlar  bir-birindən  və  ana  süxurdan  rənginə,  strukturuna, 

quruluşuna, tərkibinə və digər əlamətlərinə görə seçilir. Torpağın 



43 


genetik horizontlannm birliyi torpaq profllini əmələ gətirir. Profildə əsas üç 

horizont ayrılır: 1) üst çürüntü-akkumiyativ və ya humuş  horizontu (A), bu 

horizontda üzvi maddələr toplanır və dəyişir, birləşmələrin bir hissəsi su ilə 

yuyularaq aşağı qatlara aparılır; 2) yuyulma - illüvial qat, burada yuxarıdan 

yuyulan  maddə  çökərək  mineral  formalara  çevrilir,  karbonatlar,  gips,  gilli 

minerallar toplanır və s. Bu horizont tədricən ana süxura - horizonta (C) keçir. 



Torpağın  mühüm  ekoloji  faktorları.  Qeyd edildiyi  kimi  bu faktorlar 

fiziki  və  kimyəvi  faktorlara  bölünür.  Fiziki  faktorlara  torpağın  nəmliyi, 

temperaturu, strukturu və məsaməliyi daxildir. 

Torpağın  nəmliyi,  daha  doğrusu  bitkilər  üçün  istifadə  olunan  nəmlik 

bitkinin  kök  sisteminin  sorucu  gücündən  və  suyun  fiziki  vəziyyətindən 

asılıdır. Asan istifadə olunan «azad» su əvvəlcə iri məsamələrdən tez sızaraq, 

sonra isə xırda məsamələrdən tədricən sızaraq torpağın dərin qatlarına gedir; 

bağlı və kapilyar rütubətlik torpaqda uzun müddət qalır. 

Rütubətliyin  bitkilər  tərəfindən  istifadəsi  torpağın  susaxlama 

qabiliyyətindən  asılıdır.  Torpaq  nə  qədər  gilli  və  quru  olarsa,  susaxlama 

qabiliyyətinin  gücü  yüksək  olur.  Torpağın  nəmliyi  çox  aşağı  olub,  yalnız 

istifadə  oluna  bilməyən  möhkəm  bağlı  su  qaldıqda  bitki  quruyur,  hiqro-  fil 

heyvanlar (yağış soğulcanı və b.) aşağı rütubətli qatlara keçərək yağış düşənə 

qədər orada «yuxuya» gedir. Lakin bir sıra çoxayaqlılar hətta torpağın quru 

həddində belə, aktiv həyatsürmə qabiliyyətinə malikdir. 



Torpağın  temperaturu  xarici  mühitin  temperaturundan  asılıdır,  lakin 

aşağı temperatur keçirməsi sayəsində temperatur rejimi xeyli stabildir, 0,3 m 

dərinliyində temperaturun dəyişmə amplitudu 2‘^-dən aşağıdır, bu hal torpaq 

heyvanları üçün vacib olub komfort temperatur şəraiti axtarmaq üçün torpağın 

aşağı qatlarına keçməyə ehtiyac olmur. 

Temperaturun sutkalıq dəyişməsi yalnız 1 m dərinliyə qədər hiss olunur. 

Yayda torpağın temperaturu havanın temperaturundan aşağı, qışda isə yuxarı 

olur. 


Torpağın strukturu və məsaməliyi  onun aerasiyasının yaxşılaşmasını 

təmin  edir.  Torpaq  soğulcanları  gilli,  gillicəli  və  qumluca  torpaqlarda  aktiv 

hərəkət  edərək  onun  məsaməliyini  artırır.  Sıx  (kip)  torpaqlarda  aerasiya 

çətinləşir  və  oksigen  limitləşdirici  faktor  ola  bilər,  lakin  torpaq 

orqanizmlərinin çoxu sıx gilli torpaqlarda da yaşaya bilir. 

Torpaq horizontları məməlilər (məs. gəmiricilər) üçün də yaşayış mühiti 

sayılır. 

Mühüm kimyəvi faktorlara torpaq mühitinin reaksiyası və duzluluğu 

sayılır. Mühitin reaksiyası  bir çox heyvan və bitkilər üçün olduqca mühüm 

faktor  hesab  olunur.  Quru  iqlim  şəraitində  neytral  və  qələvi,  rütubətli 

rayonlarda isə turş torpaqlar üstünlük təşkil edir. Taxılların 

44 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə