Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə22/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   18   19   20   21   22   23   24   25   ...   216

Haqqında  danışılan  ekoloji  qrupun  oksər  növlərində  qaz  mübadiləsi 

xüsusi lənəfius orqanlarının köməyi ilə yerinə yetirilir, lakin bununla yanaşı, 

qaz mübadiləsi örtük vasitəsilə tamamlanır. Bəzi növlər yalnız dərisi ilə (məs. 

torpaq  soğulcam,  enxitreid)  tənəffüs  edir.  Torpaqeşən  (yereşən)  heyvanlar 

əlverişsiz  vəziyyət  baş  verdikdə  qatlardan  çıxırlar.  C^uraqlıq  vaxtı  və  qışa 

yaxın  onlar  daha  dərin  qatlarda,  yerin  səthindən  bir  neçə  on  santimetrdə 

konsentrasiya olunur. 

Torpağın  meqafaunası  -  əsasən  məməlilərdən  ibarət  olub  iri  yereşən- 

lərdir. Bir sıra növlər bütün həyatını torpaqda keçirir (Avrasiyada - kor- siçan, 

sokor,  köstəbək;  Afrikada  -  qızıiköstəbək;  Avstraliyada  -  kisəli  köstəbək). 

Onlar  torpaqda  yollar  və  yuvalar  sistemi  qazırlar.  Bu  heyvanların  xarici 

görkəmi və anatomik xüsusiyyətləri yeraltı eşmə həyat tərzinə uyğunlaşmanı 

əks  etdirir.  Onlar  inkişafdan  qalma  gözlərə,  qısa  boğazlı  kompakt,  dalğalı 

bədənə, qısa sıx xəz dəriyə, möhkəm dırnaqlı güclü qazıcı sonluğa malikdirlər. 

Torpağın  meqafaunasma  cənub  ya-  rımqütbündə  tropikada  məskunlaşan  iri 

oliqoxetlər, xüsusilə Megasco- lecidae fəsiləsindən olan nümayəndələri aiddir. 

Onlardan  ən  böyüyü  Av-  staliya  Megascolides  australis  olub  uzunluğu  2,5, 

bəzən 3 m-ə çatır. 

Torpağın daimi sakinlərindən başqa iri heyvanlardan yuvalarda yaşayan 

böyük ekoloji qrupu (marmot, sünbülqıran, dovşan, porsuq, ərəbdovşanı və b.) 

ayırmaq olar. Onlar yerin üzərində qidalanır, lakin torpaqda çoxalır, qışlayır, 

istirahət edir, təhlükədən qorunur. Bir sıra digər heyvanlar da bu yuvalardan 

istifadə edir, burada əlverişli mikroiqlim tapır və düşmənindən gizlənirlər. 

Bir sıra ekoloji xüsusiyyətlərinə görə torpaq su və yerüstü aralıq mühit 

hesab  olunur.  Torpağı  su  ilə  yaxınlaşdıran  cəhətlər  onun  temperatur  rejimi, 

oksigenin azlığı, torpaq havasının su buxarları ilə doyması və suyun müxtəlif 

formalarda  mövcudluğu,  torpaq  məhlulunda  duzların  və  üzvi  maddələrin 

olmasıdır. 

Torpağı hava mühiti ilə yaxınlaşdıran torpaq havasının mövcudluğu, üst 

qatların  quruma  təhlükəsi  və  temperatur  rejiminin  kifayət  qədər  kəskin 

dəyişməsidir. 

Heyvanların  yaşama  mühiti  kimi  torpağın  aralıq  ekoloji  xassələrinə 

əsasən ehtimal etmək olar ki, torpaq, heyvanat aləminin təkamülündə mühüm 

rol oynamışdır. 

47 



III

 

FƏSİL 

POPULYASİYALAR 

Ekologiyada  və  genetikada  populyasiya  müəyyən  ərazidə  yerləşən, 

bir-biri  ilə  və  başqaları  ilə  qarşılıqlı  əlaqə  şəraitində  uzun  müddət  sayını 

tənzim edə bilən hər hansı növün fərdlər qrupudur. Populyasiya növün quruluş 

vahidi, təkamül vahidi və yaşama forması sayılır. Başqa sözlə populyasiya bir 

növün müəyyən yaşama yeri olan və təbii qruplaşmanın (birliyin) hissəsi kimi 

fəaliyyət göstərən istənilən orqanizmlər qrupudur, yaxud populyasiya vəhdət 

halında fəaliyyət göstərən ekosistemin komponentidir. 

«Populyasiya»  termini  ekologiyaya  demoqrafiyadan  keçmişdir,  mənası 

da xalq, əhali deməkdir, (lat. populus). 

Populyasiya  qrup  halında  birləşmə  olduğu  üçün  mühitə  uyğunlaşma 

qabiliyyəti  ayrı-ayrı  fərdlərə  nisbətən  daha  geniş  olub  bir  sıra  spesifik 

xassələrə malikdir. Bunlar aşağıdakılardan ibarətdir: 

1)

 



Populyasiyanın  sayı  -  onun  tutduğu  ərazi  vahidində  yayılmış  həmin 

növdən olan fərdlərin sayı ilə ifadə olunur. 

Müxtəlif  növlərin  populyasiyalarında  fərdlərin  sayı  (və  ya  miqdarı) 

müxtəlifdir, lakin müəyyən həddən aşağı ola bilməz. Fərdlərin sayı müəyyən 

həddən az olarsa populyasiyanı məhv edər. Əgər populyasiya məhdud ərazi 

daxilində yaşayırsa və sayı az olarsa, fərdləri bilavasitə saymaq mümkündür, 

məs. Şirvan qoruğunda olan ceyranların sayı. 

Populyasiyanın  sayı  mövsüm  və  illər  üzrə  kəsgin  dəyişə  bilər.  Məs. 

Lemminqlər  (xırda  gəmiricilər),  adi  çəyirtgə,  xəstəliktörədən  bakteriya-  lar, 

bə’zi zərərverici həşəratlar ayrı-ayrı illərdə kütləvi çoxalır. Uzunömürlü bitki 

və  heyvan  populyasiyalarının  sayı  sabit  olur.  Açıq  sahələrdə  yaşayan 

həşəratların  və  birillik  bitkilərin  populyasiyalarının  sayı  yüz  min  və 

milyonlarla  olur.  Fərdlərin  sayı  bir  neçə  yüzdən  az  olan  populya-  siyalar 

təsadüfi  səbəblərdən  (yanğın,  sel,  havanın  dəyişməsi)  azala  bilər  və  fərdlər 

məhv olub gedər. Əgər populyasiyanın sayı olduqca böyük olub saymaq qeyri 

mümkün olarsa, onda populyasiyanın sıxlığını müəyyənləşdirib onun tutduğu 

sahəyə vurmaqla sayını tapmaq olar. 

Bir  çox  növlərin  populyasiyaları  öz  sayını  tənzimləmək  xassəsinə 

malikdir.  Konkret  şəraitdə  populyasiyanın  ən  çox  optimal  (əlverişli)  sayına 

onun homeostazı deyilir. Müxtəlif növlərin populyasiyalarında ho- meostatik 

imkanlar müxtəlif olur. 

2)

 



Populyasiyanın sıxlığı çox vacib göstərici olub onun məkan vahidinə 

düşən  miqdarıdır;  yəni  sahə  və  ya  həcm  vahidinə  düşən  populyasiya 

fərdlərinin sayı və biokütləsidir, populyasiya öz sıxlığını tənzimləməklə 

48 



növün  nəslini  qoruyub  saxlayır.  Populyasiyanın  sıxlığını  nizamlamaq  üçün 

mütəlif  kompleks  süni  tədbirlər  də  həyata  keçirilir.  Məs.  ilin  çox  çətin 

dövrlərində heyvanlar əlavə yemlə təmin edilir, yaxud bir yerdən başqa yerə 

köçürülür,  brakonyerlərlə  mübarizə  tətbiq  edilir.  Meşədə  ağaclar  çox  sıx 

olduqda  cavan  və  yetişgənlik  yaşlarında  «işıqlandırma»,  «seyrəltmə»  və 

«keçid» qırıntıları tətbiq olunur. 

Populyasiyalar müəyyən quruluşa malik olub özlərini müxtəlif yaş, cins, 

ölçü miqdarında və genetik cəhətdən göstərir. 



Növün populyasya strukturu 

Hər  növ  müəyyən  ərazini  (areal)  tutaraq  orada  populyasiya  sistemini 

yaradır.  Ərazi  nə  qədər  çox  parçalanmış  olarsa,  orada  məskunlaşan  növün 

ayrı-ayrı populyasiyalara ayrılma imkanları çoxalır. Lakin növün populyasiya 

strukturunu onun bioloji ayrılması - onu təşkil edən fərdlə- rin hərəkətliyi və 

əraziyə  bağlılıq  dərəcəsi,  həmçinin  təbii  maneələri  dəf  etmək  qabiliyyəti 

müəyyənləşdirir. 

3.1.

 

POPULYASİYANIN TƏSNİFATI 

Populyasiyaları  növ  daxilində  ərazi  qruplaşması  kimi  ayırmaq  və 

təsnifatını vermək üçün ekoloqlar müxtəlif prinsiplərə əsaslanır. N.P.Naumova 

(1967) görə növün ən böyük ərazi qruplaşması yarımnöv və ya coğrafi irqlər 

hesab  olunur.  Yarımnöv  sistemi  və  onun  tutduğu  ərazinin  böyüklüyü  növün 

bioloji  xüsusiyyətlərindən  asılıdır.  Yarım-  növün  arealları  hərəkətedən 

formalarda  olduqca  böyük  ola  bilər.  Onların  daxilində  eyni  coğrafi  şəraitə 

malik  olan  ərazilərdəki  iqlimə,  relyef  və  landşafta  uyğunlaşan  coğrafi 



populyasiyalar ayrılır. Onlar da öz növbəsində mühitin müxtəlif sahələrində 

məskunlaşan daha kiçik populyasiya- lardan ibarət olur. N.P.Naumova (1963) 

görə coğrafi populyasiya bir növün (və ya yanmnövün) eyni şəraitə malik olan 

ərazilərdə  məskunlaşan,  ümumi  morfoloji  tip  və  həyat  hadisələrinin  vahid 

ritmi və orqanizmlərin dinamikası ilə seçilən fərdlərin məcmusudur. Coğrafi 

miqyasda belə qruplaşmalar fərdlərin bu və ya digər rayonda yarımnöv arealı 

hüdudunda  eyni  şəraitdə,  eyni  istiqamətdə  uyğunlaşması  prosesində  əmələ 

gəlir. Bioloji coğrafi populyasiyalar məhsuldarlıq səviyyəsinə, heyvanlarda isə 

həm də aparıcı qida tipi, fərdlərin hərəkətlik dərəcəsi, oturaq və ya miqrasiya 

həyat  tərzinə  görə  fərqlənə  bilər.  Bir  coğrafi  po-  pulyasiyanın  fərdlərini 

birləşdirən  xarakterik  cəhət  onların  həyat  ritmi-  nin  birliyidir.  Aşağı  dərəcə 

(ranq) populyasiyalar üçün müxtəlif adlar işlənir. Bunlardan ekoloji biotopik, 



yerli,  lokal,  elementar  və  b.  populya-  siyaları  göstərmək  olar.  Belə 

populyasiyalar  müvəqqəti  və  qeyri-stabil  ola  bilər.  Populyasiyanın  ranqı 

(dərəcəsi) nə qədər aşağı olarsa, po- 

49 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə