Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə10/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   6   7   8   9   10   11   12   13   ...   216

1932-ci.  ildə  SSRİ  Elmlər  Akademiyası  Zaqafqaziya  filialının 

Azərbaycan şöbəsi açılır, onun nəzdində isə A.A.Qrossheymin başçılıq etdiyi 

botanika  bölməsi  təşkil  olunur.  1936-cı  ildə  bölmənin  əsasında,  tərkibində 

Nəbatat bağı olan Botanika İnstitutu yaradılır. Bitki örtüyünün, tloranm, bitki 

sərvətlərinin, həmçinin bitki fiziologiyasının öyrənilməsi sahəsində Botanika 

İnstitutu botanika elminin mərkəzinə çevrilir və elmi-tədqiqat işlərini əsasən 

üç  istiqamətdə  (bitki  örtüyünün  öyrənilməsi,  lloramn  öyrənilməsi  və  bitki 

sərvətlərinin öyrənilməsi) aparır. 

İnstitut bitki örtüyünün xəritələşdirilməsi üzrə böyük işlər yerinə yetirir. 

Hələ  1930-cu  ildə  A.A.Qrossheym  Zaqafqaziyanın  ilkin  bitki  örtüyünün 

sxematik  xəritəsini  tərtib  edir.  1931-ci  ildə  mövcud  kartoqrafik  materiallar 

əsasında A.A.Qrossheym və L.İ.Prilipko tərəfindən Azərbaycanın 1:1000000 

miqyasında geobotaniki xəritəsi tərtib olunur. 

1954-cü  ildə  L.İ.Prilipko  «Azərbaycanın  meşə  bitkiləri»  adlı  kapital 

monoqrafiyasını nəşr etdirir. 

Azərbaycan  Respublikasında  bitki  örtüyünün  öyrənilməsində  V.Ul- 

yanişev,  Ş.O.Barxalov,  V.X.Tutayuk,  İ.İ.  Karyagin,  İ.N.Beydeman, 

P.D.Yaroşenko, 

Ü.M.Ağamirov, 

V.Q. 


Xryanovski, 

Y.M.İsayev, 

V.C.Hacıyev,  V.Ş.Quliyev,  V.S.  Novruzov,  O.V.İbadov,  A.A.Bayramov, 

S.H.Musayev, R.A. Fətəliyev, O.H.Mirzəyev, E.C.Hüseynov və başqalarının 

böyük rolu olmuşdur. 

1949-cu ildən sonra Botanika İnstitutunda meşələrin öyrənilməsi əsasən 

İ.S.Səfərovun adı ilə bağlıdır. 

İ.S.Səfərov  ilk  dəfə  Azərbaycan  şəraitində  meşəsiz  rayonlarda  tarla- 

qoruycu  meşə  zolaqlarının  salınmasının  praktiki  üsullarını  hazırlamış,  onun 

tərəfindən bu zolaqların kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına təsirinin 

öyrənilməsi  metodikası  işlənilmiş,  aqromeşəmeliorativ  rayonlaşdırma 

aparılmış,  tarlaqoyurucu  meşə  zolaqları  konstruksiyaları  və  Azərbaycanın 

ayrı-ayrı  təbii  zonaları  üçün  ağac  növlərinin  tətbiqi  məsləhət  görülmüşdür 

(Səfərov, 1958). 

1945-1952-ci  illərdə  İ.S.Səfərov  Mil,  Muğan,  Şirvan,  Qarabağ 

düzlərində  və  Lənkəran  zonasında  meşə  massivləri  və  qoruyucu  meşə 

zolaqları salınması işinin bilavasitə rəhbəri və iştirakçısı olmuşdur. Bu və ya 

digər rayonlarda onun bilavasitə iştirakı ilə 22 min hektardan çox süni meşələr 

salınmışdır.  Hal-hazırda  bu  meşələr  sabit  yüksək  kənd  təsərrüfatı  məhsulu 

almağa xidmət edir və mühüm ekoloji funksiyaları yerinə yetirir. 

1945-ci  ildən  başlayaraq  İ.S.Səfərov  Bakı,  Sumqayıt  və  digər  yaşayış 

məntəqələrinin yaşıllaşdırılması üzrə böyük işlər görmüşdür. 

Botanika  İnstitutunun  meşəşünaslıq  şöbəsi  İ.S.Səfərovun  rəhbərliyi 

altında  təbiətin  mühafizəsi  və  meşəçilik  sahəsində  bir  sıra  layihələr  və 

tədbirlər hazırlamışdır: 

22 



I.

 

Bakı  su  kəmərinin  üçüncü  növbəsinin  inşası  ilə  əlaqədar  olaraq 



Samur-Qusarçay  çayarası  ərazidəki  kurort  və  suqoruyucu  meşələri  qoruyub 

saxlamaq məqsədilə elmi cəhətdən əsaslandırılmış tədbirlər hazırlanmışdır. 

II.

 

Magistral kanallar boyunca və iri su anbarları ətrafında ümumi sahəsi 



10  min  hektardan  çox  olan  irriqasiya  qoruyucu  zolaqlar  yaratmaq  layihəsi 

(Q.Cəlilov, M.Xəlilov). 

III.

 

Respublikanın meşələrində yabanı meyvə ehtiyatlan hesablanmış və 



hər il 80-100 min ton müxtəlif meyvə və giləmeyvə tədarükü barəsində təklif 

irəli sürülmüşdür (K.Əsədov). 

IV.

 

Respublikanın bütün ərazisində 2,5 min ədəd möhtəşəm ağac (çinar, 



palıd,  azat  ağacı  və  s.)  aşkar  edilmiş  və  onlar  canlı  təbiət  abidələri  elan 

edilmişdir. 

1951-ci ilin yanvar ayında Azərbaycan elmi-tədqiqat meşə təsərrüfatı və 

arqomeşəmeliorasiya institutu yaradılır. 

İnstitutda  torpaq  eroziyası  üzrə  çalışan  elmi  işçilər  (T.Məmmədov, 

F.Hacıyev,  F.Əmirov,  H.Bayramov,  M.Xəlilov)  Böyük  Qafqazın  cənub 

yamacı  rayonlarında  müasir  eroziya  proseslərini  öyrənmiş,  bu  prosesə  qarşı 

mübarizə aparmaq üçün müvafiq dağ meliorasiya tədbirləri hazırlamışlar. 

İnstitutun  meşəyetişdirmə  şöbəsi  (A.Bukov,  Q.Nağıyev)  müxtəlif 

təsərrüfatların  ərazisində  tarlaqoruyucu  meşə  zolaqlarının  salınması 

təcrübəsini  və  bu  zolaqların  ərazinin  mikroiqliminə,  kənd  təsərrüfatı 

bitkilərinin məhsuldarlığına təsirini öyrənmişlər. 

Respublikada  meşələrin  elmi  tədqiqi  və  mühafizəsi  sahəsində  akad. 

Həsən  Əliyevin  çox  böyük  xidmətləri  olmuşdur.  Hələ  1949-52-ci  illərdə 

Botanika  İnstitutuna  rəhbərlik  edərkən  onun  səyi  nəticəsində  8  cildlik 

«Azərbaycanın florası» kitabı nəşr edilmişdir. Sonralar H.Əliyev Azərb. EA 

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda işləyərkən 1956-cı ildə orada meşə 

torpaqşünaslığı  şöbəsi  yaradır və ömrünün sonuna qədər meşələrin  və meşə 

torpaqlarının öyrənilməsi ilə məşğul olur. Bu istiqamətdə elmi-tədqiqat işləri 

apararkən  H.Əliyev  respublikanın  müxtəlif  regionlarında  ayrı-ayrı  ağac 

cinslərinin  yayılması  qanunauyğunluqları  və  əhəmiyyətinə  diqqət  yetirmiş, 

həm  stasionar,  həm  də  marşrut  tədqiqatlarında  müxtəlif  meşə  tiplərinin 

torpaqla  əlaqəsi  və  təsirini  aşkar  etmişdir.  İnsanın  sistemsiz  təsərrüfat 

fəaliyyəti  nəticəsində  dağ  və  düzən  meşələrinin  göz  qabağında  sıradan 

çıxması,  ayrı-ayrı  qiymətli  ağac  növlərinin  tükənmək  təhlükəsi  onu  həmişə 

narahat etmiş və özünün «Həyəcan təbili» kitabında həyəcanla çıxış etmişdir. 

Akademik  H.Əliyevin  elmi-təşkilati  fəaliyyəti  nəticəsində  1955-ci  ildə 

Azərb. EA təbiəti mühafizə üzrə komissiya yaradılır və o, bu komis 



23 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə