Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə7/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   2   3   4   5   6   7   8   9   10   ...   216

i.Q.Məmmədov  (1964),  M.M.Həsənov  və  X.E.Vəliyev  (1969),  M.S.Ço- 

banzadə (1964) və b. tərəfindən yerinə yetirilmişdir. 

Xəzər  dənizində  kiçik  miqyaslı  pulsasiyalarm  ölçülməsi  ilk  dələ 

R.M.Məmmədov tərəfindən aparılmışdır. Müəllif statistik orta, disper- siya, 

apizotropiya,  turbulent  intensivlik,  dissipasitral  funksiyaları  hesablamış, 

Xəzərdə əsas enerji daşıyıcı dövrlərini tapmışdır. 

T.M.Tatarayev,  A.İ.Hümbətov,  R.M.Məmmədov,  Ə.S.  Əliyev, 

N.Ə.Əhmədov  və  digər  müəlliflərin  hazırladığı  ölçü  cihazlarının  köməyilə 

alınmış materiallar əsasında atmosfer-dəniz sisteminin statistik parametrlərini 

və spektral funksiyalarını hesablamışlar. 

Xəzər dənizinin ekoloji vəziyyətini öyrənmək məqsədilə Bakı arxipelaqı 

sularının  dibində  neft  məhsulları,  fenol  və  digər  çirkləndirici  maddələrin 

paylanma təsnifatı hazırlanmış (Ə.Q.Gül, 1993), Xəzər dənizinin Azərbaycan 

sahil zonasına axıdılan çirkab sularının miqdarı və tərkibi haqqında məlumat 

toplanılmışdır (N.M.Ağalarova, 1992, A.Ş.Mehdiyev, Ə.Q.Gül, 2006). 

R.M.Məmmədov  və  T.M.Tatarayev  Xəzər  dənizində  apardığı 

eksperimentlər əsasında turbulent diffuziyanın bir sıra qanunauyğunluqlarını 

və Sumqayıt sahillərində hidrometeoroloji şəraitdən asılı olaraq çirklənmənin 

yayılmasını müəyyən etmişlər. 

1969-cu  ildə  akad.  H.Ə.Əliyevin  təşəbbüsü  ilə  Təbiəti  mühafizə  şöbəsi 

yaradılır.  Şöbənin  əməkdaşları  düzən  və  dağ  meşələrinifı  müasir  vəziyyəti 

onların  antropogen  amillərin  təsirilə  dəyişilməsi  istiqamətləri  öyrənilir, 

meşələrin  mühafizəsi  və  bərpası  üzrə  tədbirlər  hazırlanır  (N.H.  Axundov, 

M.Y.Xəlilov),  Azərbaycan  meşələrinin  1:600000  miqyasında  xəritəsi 

hazırlanır (.11.Ə.Əliyev, İ.S.Səfərov, N.H.Axundov). 

K.Ə.Ələkbərov (1980) tərəfindən 1:600000 miqyasında «Azərbaycanda 

torpaq eroziyası və torpaqların mühafizəsi» xəritəsi dərc edilir. 

Meşə  örtüyünün  ziyanverici  həşəratlardan  mühafizəsi  üçün  entomo- 

faqlar  (106  növ)  aşkar  edilir  (Ə.R.Əliyev),  entomoloji  ziyanvericilərə  qarşı 

mübarizə üsulları hazırlanır. 

Daşkəsən dağ-mədən tullantılarının rekultivasiyası məqsədilə çıxdaşların 

aqrokimyəvi xassələri, mikroelementlərin (K, P, Mn, Zn, Si, Mo və s.) tərkibi 

aşkar  edilir  və  orada  süni  meşəsalma  işləri  üzrə  təcrübələr  aparılır 

(Məmmədov  K.R.  1978).  1972-ci  ildən  etibarən  respublikanın  ayrı-ayrı 

bölgələrində  radioaktiv  elementlərin  miqdarı  öyrənilmiş  və  müxtəlif  torpaq 

tiplərində  radioaktiv  elementlərin  miqdarının  xəritə-  sxemi  tərtib  edilmişdir 

(A.Niyazov, 1985, 1988, A.Məmmədov, 2007). 

Ermənistanın  Qafan  mis.  Qaçaran  mis,  molibden,  Aqaraq  molib-  dcn, 

Dəstəkert  molibden  filizsaflaşdırıcı  kombinatları  tullantılarının  ətraf  mühitə 

və kənd təsərrüfatı bitkilərinin keyfiyyət və məhsuldarlığına 



16 


tosiri  öyrənilmişdir  (İ.Quliyev,  1990).  t.B.Xəlilov  (1991)  tərəfindən  Gəncə 

şəhərində sənaye tullantılarının ətraf mühitin ekoloji vəziyyətinə təsiri tədqiq 

edilmişdir. 

Azərbaycan Respublikasında ümumi gücü 5 mln. kVt-dan çox olan 9 iri 

istilik  elektrik  stansiyasının  ətraf  təbii  mühitin  komponentlərinə  təsiri 

öyrənilmişdir (A.Mirzəyev, 1987). Abşeron göllərinin ekoloji vəziyyəti tədqiq 

edilmiş  və  onun  sağlamlaşdırılması  yolları  araşdırılmışdır.  Respublika 

çaylarında  axımın  antropogen  amillərin  təsiri  nəticəsində  dəyişməsi  tədqiq 

edilmişdir (N.Ə.Məmmədov, H.Y. Fətullayev). 

Ekologiya  elminin  təbliği,  ətraf  mühitin  mühafizəsi  sahəsində 

B.Ə.Budaqovun apardığı elmi tədqiqatların nəticələri onun «Təbiəti qoruyaq» 

(1977), «Dözümlü, dözümsüz təbiət» (1990) və bir çox əsərlərində öz əksini 

tapmışdır.  Bu  əsərlərdə  respublikamızda  atmosfer  havasının,  suyun,  bitki 

örtüyünün, o cümlədən meşələrin, torpağın, nadir landşaft obyektlərinin, təbiət 

abidələrinin mühafizəsindən, təbiətin ayrı-ayrı fəlakətli proseslərindən (sellər, 

daşqınlar,  sürüşmələr,  eroziya)  və  onlara  qarşı  mübarizə  tədbirlərindən, 

səhralaşmadan,  ayrı-ayrı  bölgələrin  ekoloji  problemlərindən,  təbiətə 

antropogen  təsirdən,  başqa  ölkələrdə  ətraf  mühitin  mühafizəsi  təcrübəsindən 

bəhs edilir. 



Torpaqşünaslıq və meliorasiya sahəsi 

Ekologiyanın  əsas  qanadı  olan  torpaqşünaslıq  elminin  Azərbaycanda 

əsasını  qoyan  H.M.Zərdabi  olmuşdur  desək  yanılmarıq.  Hələ  o, 

V.V.Dokuçayevdən 8 il əvvəl 1875-1876-cı illərdə torpağın əmələ gəlməsini 

izah  etmiş  və  bu  prosesdə  dörd  amilin  -  ana  süxurun,  bitki  və  canlı 

orqanizmlərin, iqlimin və insanın təsərrüfat fəaliyyətinin rolunu göstərmişdir. 

H.M.Zərdabi  həmin  rolu  V.V.Dokuçayev  qədər  ətraflı  göstərməsə  də,  ilkin 

qiymətli fikirlər söyləmişdir. O, 1873-1877-ci illərdə rəhbərlik etdiyi «Əkinçi» 

qəzetində  və  1899-1903-cü  illərdə  yazdığı  «Torpaq,  su  və  hava»  əsərində 

torpaqşünaslıq, Azərbaycan torpaqları, onların münbitliyinin artırılması və su 

təminatı haqqında qiymətli fikirlər irəli sürmüşdür. O, ensiklopedik alim olub 

biologiya, 

aqrokimya, 

baytarlıq,  anatomiya,  meyvəçilik,  coğrafiya, 

astronomiya,  iqtisadiyyat,  tibb  və  başqa  sahələrdə  nəinki  respublikamızda, 

hətta dünya miqyasında tanınmışdır. 

Azərbaycanda  torpaqların  sonrakı  elmi  araşdırmaları  haqqında 

1869-1870-ci illərdə İ.Y.Kovalevskinin, 1890-cı ildə P.S.Kossoviçin, 1898-ci 

ildə  Dokuçayevin,  1911-1914-cü  illərdə  Kamenskinin  müəyyən  fikirləri 

olmuşdur. 

1911-1914-cü illərdə S.A.Zaxarov, V.A.Romanov və V.A.Kamenski Mil 

və Şirvan düzlərində relyef, şorlaşma və hidrogeoloji şəraiti? bağlı 



17 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə