Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a


AZƏRBAYCANDA EKOLOGİYA ELMİNİN TARİXİ



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə6/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   2   3   4   5   6   7   8   9   ...   216

AZƏRBAYCANDA EKOLOGİYA ELMİNİN TARİXİ 

Azərbaycanda ekologiya elminin ayrı-ayrı sahələrinin tarixi müxtəlifdir. 

Aşağıda ekologiya ilə bağlı olan əsas elm sahələrinin tarixi verilir. 

Coğrafiya sahəsi 

Məlum olduğu kimi ekologiya elmi coğrafiya elmi ilə sıx bağlıdır. Belə 

ki,  ekologiya  canlı  orqanizmlər  arasında  və  onların  olduğu  coğrafi  mühitlə 

qarşılıqlı əlaqə haqqında elmdir. Azərbaycan ərazisində coğrafiyaya aid ilkin 

məlumatlara  qədim  yunan  coğrafiyaçısı  və  tarixçisi  Strabonun  «Coğrafiya» 

adlı  əsərində  təsadüf  olunur.  Strabondan  sonrakı  dövrlərdə  məşhur 

coğrafiyaçılar və tarixçilər, o cümlədən Əbdür Rəşid Bakuvi (XV əsr). Hacı 

Zeynalabdin  Şirvani  (XVIII-XIX  əsrlər).  Abbasqulu  Ağa  Bakıxanov  (XIX 

əsr),  Həsənbəy  Zərdabi  (XIX-XX  əsrlər)  və  başqalarının  əsərlərində 

Azərbaycanın coğrafi şəraiti haqqında məlumatlara rast gəlmək olar. 

XX əsrin  əvvəllərində bir sıra əcnəbi  və Azərbaycan alimləri (Q.Abix, 

N.Qubkin,  V.Dokuçayev,  G.İ.Boqdanoviç,  R.P.Reynqard,  A.Qrosheym, 

İ.V.Fiqurovski,  Qafır-Rəşad,  M.Baharlı  və  b.)  respublikamızın  ərazisində 

coğrafiya  elminin  müxtəlif  istiqamətləri  üzrə  elmi  tədqiqat  işləri  aparmış, 

iqlimşünaslıq, sinoptik meteorologiya, atmosfer fizikası, mikroiqlimşünashq, 

zooiqlimşünaslıq  sahəsində  elmi  əsərlər  yazmışlar.  Buna  l.V.Fiqurovskinin 

«Azərbaycanın iqlim rayonlaşdırılması» (1926), «Kür-Araz hövzəsinin iqlim 

oçerki»,  «Aqromcteorolog-  iya»  (1929),  Ə.Şıxlinski  və  S.Kopelioviçin 

«Azərbaycan SSR iqliminin səciyyəsi» və b. misal ola bilər. 

Coğrafiyanın müxtəlif sahələri üzrə daha geniş elmi tədqiqatlar 1945-ci 

ildən sonra Azərbaycan EA-da Coğrafiya İnstitutu yarandıqdan sonra aparıldı. 

İnstitutun strukturunda dəyişiklik aparılaraq geomorfologiya, paleocoğrafiya, 

landşaftşünaslıq,  iqlimşünaslıq,  hidrologiya,  xəritəçilik,  toponimika.  Xəzər 

dənizi,  meşə  torpaqşünaslığı,  iqtisadi  və  sosial  coğrafiya,  təbiəti  mühafizə 

şöbələri təşkil olundu. 

Azərbaycanda  coğrafiya  elminin  inkişafında  Ə.M.Şıxlinski,  Q.K.C

I, 



Ə.Mədətzadə,  S.II.Rüstəmov,  B.A.  Antonov,  V.Q.Zavriyev,  II.B.Əliyev, 

II.Ə.Əliyev,  Ş.C.Əliyev,  B.Ə.  Budaqov,  Ə.C.Əyyubov,  N.Ş.Şirinov, 

Ə.M.Hacızadə,  B.T.  Nəzirova,  N.Kərəmov,  R.X.Piriyev,  M.A.Müseyibov, 

A.A.Nadirov, Ə.V. Məmmədov, Ş.Y.Göyçaylı, Q.G.Həsənov, 

R.M. Məmmədov, Ş.B.Xəlilov və b. rolu böyük olmuşdur. 

Coğrafiya İnstitutunda sinoptik meterologiya şöbəsi yarandıqdan sonra 

Ə.A.Mədətzadənin  rəhbərliyi  altında  kollektiv  hava  proseslərinin  oroqrafik 

şəraitlə əlaqədar tətqiqi, iqlimi yaradan makroatmosfer pro- 



14 


seslərinin  növləşdirilməsi,  təbii  sinoptik  iqlim  fəsillərinin,  güclü  küləklər, 

tufan,  dolu,  leysan  yağışları,  şiddətli  şaxtalar,  quraqlıq  kimi  hadisələrin 

əmələgəlmə  mexanizminin  təkrarlanmasının  öyrənilməsi,  eyni  zamanda 

Xəzər dənizi üzərində baş verən proseslərin tədqiqi ilə məşğul olmuşdur. 

Respublikamızda  aqroiqlimşünaslıq  sahəsində  geniş  tədqiqatlar 

Ə.A.Mədətzadədən sonra Ə.C.Əyyubov tərəfindən aparılmışdır. 1981-ci ildən 

başlayaraq  X.Ş.Rəhimov,  N.D.Ulxanlı,  M.S.Həsənov,  V.Babayeva  və  b. 

tədqiqatçılar taxıl bitkiləri, pambıq, üzüm, nar, əncir, çay, yay və qış otlaqları, 

dənizkənarı  və  dağ  kurortlarında  aqroiqlim  və  mikroiqlim  şəraitini  və 

ehtiyatlarını öyrənmiş və aqroiqlim rayonlaşdırılmasını tərtib etmişlər. 

İlk  dəfə  olaraq  landşaftın  formalaşmasında  neotektonik  hərəkətlərin 

roluna  dair  bir  sıra  problem  məsələlər  kompleks  şəkildə  həll  edilmişdir. 

(Budaqov, 1973). Coğrayia  İnstitutunun əməkdaşları  tərəfindən Azərbaycan 

Respublikasının  ayrı-ayrı  regionları  üzrə  müxtəlif  miqyaslarda  landşaft 

xəritələri tərtib edilmişdir. 

Azərbaycanda  çay  sularının  istifadəsinə  dair  məlumatlara  Hacı 

Zeynalabdin  Şirvani  (1780-1838),  Afanasi  Nikitin  (XV  əsr),  Nadir  Mirzə 

(1323-cü il) və digər səyyah və alimlərin əlyazmalarında rast gəlinir. 

Azərbaycanda  hidrologiya  elminin  inkişafı  S.H.  Rüstəmovun  adı  ilə 

bağlıdır. Onun rəhbərliyi altında respublikanın müxtəlif regionlarının çayları 

hərtərəfli  öyrənilmiş,  ayrı-ayrı  çaylarda  axımın  il  ərzində  paylanması, 

maksimal  su  sərfləri,  qar  örtüyü  və  onun  çay  axımında  rolu,  sel  hadisələri, 

çayların  sülb  axımı,  məcra  prosesləri  və  s.  öyrənilmişdir.  Çayların 

öyrənilməsində  iştirak  edən  hidroloqlardan  M.Ə.  Məmmədov  (1976), 

B.S.Cəfərov (1963), N.A.Vəliyev (1962), F.Ə. İmanov (1995), R.M.Qaşqay 

(1996), R.N.Mahmudov (2000), S.A.Axundov (1978) və b. göstərmək olar. 

Respublikada  göllərin  və  su  anbarlarının  hidroqrafiyası  və  ekoloji 

vəziyyəti  M.M.Həsənov  (1964),  X.D.Zamanov,  P.B.  Tarverdiyev  (1965), 

Ş.B.Xəlilov (2003), V.A.Məmmədov (1998) tərəfindən öyrənilmişdir. 

Azərbaycan 

Respublikası 

çaylarının 

çirklənməsi 

F.Ş.Əliyev, 

M.A.Məmmədova (2003), M.Ə.Salmanov, A.İ. Ənsərova (2002), Ş.B.Xəlilov 

(2000) və b. tərəfindən öyrənilmişdir. 



Xəzər üzrə elmi tədqiqatların əsası Q.K.Gul tərəfindən qoyulmuşdur. O, 

tədqiqatlarında  Xəzər  dənizinin  qərb  sahillərinin  hidrometeorologiyası, 

Xəzərin səviyyə tərəddüdü ilə əlaqədar olaraq xalq  təsərrüfatında baş verən 

dəyişikliklər, ayrı-ayrı hidrometeoroloji amillərin xarakteristikasına üstünlük 

vermişdir.  Xəzər  dənizi  üzrə  elmi  tədqiqatlar  Q.M.Məmmədov  və 

A.N.Kosaryev (1967), T.İ.Furman (1966-1968), 



15 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə