25
sahədə artıq Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyinin də böyük təcrübəsi vardır. Bununla
əlaqədar olaraq nazir Əbülvəz Qarayev demişdir: «Turizm
sahəsinin inkişafı üçün bu gün hansı işlər görülür?
Azərbaycanın beynəlxalq turizm biznesi zonası kimi inkişaf
etməsinin ilkin mərhələsi üçün bu gün əlverişli iqtisadi
zəmin, müvafiq dövlət tənzimləmə mexanizmi, hüquqi-
normativ bazanın yaradılması vacibdir. Bundan başqa,
müvafiq vasitələrlə təbliğat işləri aparmaq lazımdır. Nazirlik
internetdə gələcəkdə Azərbaycanın bütün diqqətəlayiq
yerləri haqqında danışan məlumat portalına çevriləcək sayt
yaratmışdır.
Turisti ölkəyə cəlb etməkdən qabaq onun istifadə
edəcəyi xidmət dairəsini qaydaya salmaq və böyütmək,
infrastrukturun şəbəkəsini genişləndirmək lazımdır.
İnsan istirahətə gedərkən ona nə lazımdır? Sivil
xidmət sisteminin mövcudluğu - avtomobil nəqliyyatı,
istehlak xidmətləri, restoran biznesi, müxtəlif xidmət
keyfiyyətli otellər və çoxlu miqdarda başqa xidmətlər».
1
Turizm haqqında məlumat mübadiləsinin inkişaf
etdirilməsi işində Türkiyə respublikasının çox böyük
təcrübəsi vardır. Belə ki, Türkiyə turizm şirkətləri öz
məlumatlarını internet səhifələrində yerləşdirməklə yanaşı,
müxtəlif turizm əraziləri haqqında şəkilli məlumat
kitabçaları çap edirlər. Həmin kitabçalar ayrı-ayrı
xalqların dilində dərc olunur. Bu kitabçalarda ərazinin
qədim tikililəri, mənzərəli yerləri, insanların həyat tərzi
kitabçaya salınan fotoşəkillərdə öz əksini tapır. Kitabçalar
rəngli dərc olunduğundan kifayət qədər cəzbedicidir.
Azərbaycan Respublikasında da Türkiyənin
təcrübəsindən istifadə etməyə böyük ehtiyac vardır. Bu
1
“Salam Azərbaycan” jurnalı № 1.2002, səh. 7.
26
kitabçalar əlaqə mübadiləsi qurarkən həmsöhbəti danışığa
ruhlandırmaq üçün çox əlverişlidir. Belə ki, kitabçada
verilən məlumatlar və rəngli şəkillər həmsöhbətin maraq
dairəsini genişləndirərək, onun turizm xidmətindən istifadə
etmək arzusunu reallaşdırır. Bu kitabçalarda göstəriləcək
turizm xidmətinin tipləri və növləri haqqında da geniş
məlumatlar verilir.
Цмумиййятля, бу эцн туризмин инкишафы сосиал
проблемлярин щяллиндя мцщум рол ойнайыр. О, сцлщун
мющкямлянмясиня,
халгларын
йахынлашмасы
вя
интеграсийасына, инъясянят вя мядяниййятин инкишафына,
миллятлярин мяняви вя физики ъящятдян даща саьлам олмасына
эятириб чыхарыр. Бир чох юлкялярдя туризмин йцксяк инкишафы
йени иш йерляринин йарадылмасына, ящалинин щяйат сявиййясинин
вя юлкянин юдяниш баланмынын йахшылашдырылмасына юз бюйцк
тясирини эюстярир.
Ону да дейяк ки, сон илляр юлкя рящбярлийинин юзял
секторлара вя сащибкарлыьа гайьысы игтисадиййатын инкишафына
бюйцк тякян вермишдир. Юлкя президентин 24 нойабр 2003-ъц
ил тарихдя имзаладыьы «Азярбайъан Республикасында сосиал-
игтисади инкишафын сцрятляндирилмяси тядбирляри щаггында»
фярман мящз цмуммилли лидеримиз Щейдяр Ялийев тяряфиндян
ясасы гойулмуш йолун мянтиги давамыдыр. Бу эцн апарылан
ислащатларын вя эюрцлян ишлярин нятиъяляри Азярбайъанын бир
даща динамик вя щяртяряфли инкишаф едян юлкя олдуьуну
сюйлямяйя ясас верир.
27
II FƏSİL
TURIZMDƏ MƏDƏNI-KÜTLƏVI IŞIN TƏŞKILI
2.1. Turizmin növləri və tipləri.
Ümumiyyətlə, turizm anlayışı çox geniş olduğundan
o həm də çox şaxəlidir. Onun tiplərinin və növlərinin
yaradılması əsasən yerli şəraitin imkanlarından asılıdır.
Məhz, turizm xidmətləri də yerli şəraitə uyğun olaraq
planlaşdırılır. Yerli şəraitə uyğun olaraq turist obyektləri
müəyyənləşdirilir. Bu obyektlərin сырасыna təbii obyektlər аид
едilиr.
Dağlar və meşələrlə əhatə olunmuş turist obyektləri
düzənlik və səhra turist obyektlərindən fərqlidir. Belə
ərazilərdə maraqlı nəqliyyat vasitələrindən istifadə etmək
qismən çətin olduğundan turizmin əsasən aşağıdakı
növlərindən istifadə olunur:
- Piyada turizm;
- Xizək turizmi;
- At belində turizm;
- Dağ turizmi;
- Su turizmi və s.
Ərazinin xarakterinə və sivilizasiya dərəcəsinə
uyğun olaraq velosiped turizmi, avtomobil və motosikl
turizmi, hava turizmi kimi növlər də geniş inkişaf etmişdir.
Nəzərə almaq lazımdır ki, turizmin növündən və
tipindən asılı olmayaraq onun mənfəət dərəcəsinə, yaxud
göstəricisinə diqqət yetirilir. Çünki, turizm bütün
vəziyyətlərdə ölkənin sosial və iqtisadi inkişafının əsas
sahələrindən biri kimi qiymətləndirilir. Digər tərəfdən
turizm həm də səmərəli-kütləvi istirahətin formalarından
biridir.
Böyük və kiçik şəhərlərdə də çoxlu turizm obyektləri
28
vardır. Bunlar şəhərlərin görməli yerləri, muzeylər, parklar,
tarixi abidələr, teatrlar və əzəmətli memarlıq tikililəri ola
bilər.
Təbii ki, turizm xidmətinin növ və tiplərini
yaratmaq və təşkil etmək üçün konkret tədqiqat işi aparılır.
Aparılan tədqiqatlar zamanı yerli imkanlar müəyyənləş-
dirilir, turist səfərlərinin məkanı dəqiqləşdirilir. Bundan
sonra onun gəlir, yəni mədaxil perspektivi nəzərdən
keçirilir. Konkret iqtisadi proqnozlar aparılır.
Turizmin sosial-iqtisadi mahiyyətini düzgün qiymət-
ləndirən ölkələrdə geniş miqyaslı yenidənqurma işləri
aparılır. Muzeylərin fəaliyyəti yaxşılaşdırılır, göl və dəniz
sahillərində yeni mehmanxanalar, istirahət obyekt-ləri
tikilir. Mağazalar və digər xidmət sahələri də inkişaf
etdirilir. Bütün infrastrukturlar müasir tələblərə uyğun
olaraq qurulur. Zooparklarda səliqə yaradılır, onun
heyvanat kəmiyyəti artırılır. Əhalini müxtəlif əyləncələrə
cəlb etmək üçün maraqlı proqramlar hazırlanır. İctimai
nəqliyyatın işini yaxşılaşdırmaqla yanaşı qrup şəklində
olan turistlər üçün daha keyfiyyətli xidməti nəqliyyatdan
istifadə edilir. Kriminagen ərazilərdə turistlərin mühafizəsi
gücləndirilir. Təhlükəsizliyi təmin etmək üçün ərazinin
xüsusiyyətləri haqqında turistlərə geniş məlumat verilir.
Tarixi əhəmiyyət kəsb edən şəhərlər turistlər üçün
daha çox maraqlıdır. Belə şəhərlərdə yüksək tarixi biliklərə
malik olan ekskursovodlardan istifadə olunur. Belə turizm
obyektlərində ekskursovodlar bütün marşrutlar haqqında,
eləcə də ölkənin tarixinə dair geniş məlumatlar əldə
etməlidir. Hər tarixi abidə haqqında mövcud olan
məlumatları lakonik şəkildə turistlərə çatdırmağı
bacarmalıdır. Hətta həmin abidələrlə bağlı olan bədii
məlumatların da turistlər üçün maraq doğuracağını
əvvəlcədən hiss etməlidir.
Dostları ilə paylaş: |