22
nizamnaməsini hazırlamaq lazımdır. Nizamnamə hüquqi
sənəd kimi təsdiq olunandan sonra təşkilata konkret
istiqamətlərdə
fəaliyyət göstərmək imkanı verir.
Nizamnamədə təşkilatın rəhbər orqanının, eləcə də bütün
strukturlarının hüquqi fəaliyyət istiqamətləri göstərilir.
Nizamnamədən sonra təşkilatın rəhbərliyi və onun konkret
məvacibi müəyyənləşdirilir. Bu rəhbərlik direktorlar
şurasından da ibarət ola bilər. Əgər belədirsə, direktorlar
şurası üzvlərinin adları açıqlanır və onlar təşkilatın
nizamnaməsi əsasında fəaliyyətə başlayırlar. Direktorlar
şurası turizm təşkilatının aparıcı işçilərini dəqiqləşdirir və
onların funksiyalarını müəyyən edir. Onların vəzifə
səlahiyyətlərinə aydınlıq gətirir. Təbii ki, ilk növbədə
təşkilatın aparıcı menecerlərini tapır və onların adlarını
kollektiv qarşısında, həmçinin, birgə əlaqələr yaratdıqları
təşkilatlarda açıqlayırlar. Bundan sonra şirkətin turizm
məhsulları haqqında geniş ictimaiyyətə məlumatlar verilir.
Şirkətin bu tipdə əlaqələrinin genişləndirilməsi onun real
fəaliyyət imkanlarını daha da artırır, şirkət haqqında yalan
məlumatların yayılmasının qarşısını alır. Bu əlaqə metodu
hər iki tərəfin mübadilə etdiyi məlumatların dərk edilməsinə
və onların effektli olmasına şərait yaradır. Buna görə də
ayrı-ayrı müəssisələrlə turizm şirkətinin yaratdığı əlaqələr
sistemli şəkildə həyata keçirilir. Bu baxımdan ilk növbədə
əlaqələrin təşkili metodlarını nəzərdən keçirmək lazımdır.
1.3. Turizm əlaqələrinin təşkilinin
forma və metodları
İlk öncə əlaqələr yaradılmasından əvvəl işgüzar
turizm fəaliyyətinin məqsədi, forma və metodları dəqiqləş-
dirilməlidir. Daha doğrusu, müəyyən qrupa göstəriləcək
xidmət sahələrinin əhatə dairəsi müəyyən edilməlidir.
23
Əlaqələr üçün hazırlanan informasiyalar da işgüzar
fəaliyyətin xidmət sahəsini, onun məkan və zamanını
əvvəlcədən reallaşdırmalıdır. Şirkətin xidmət imkanları
təkrarən nəzərdən keçirilməlidir. Göstəriləcək xidmətin
planı tutulmalı, əks tərəfin isə göstərilən xidmət müqa-
bilində ödəyəcəyi məbləğ əvvəlcədən müəyyənləşdiril-
məlidir. Bundan sonra mövcud məlumatlar sifarişçiyə
çatdırılmalıdır, eyni zamanda sifarişçinin onun qarşısında
irəli sürülən şərtlərə münasibəti öyrənilməlidir. Həyata
keçirilən bu prosesə məlumat mübadiləsi deyilir. Belə ki,
qarşılıqlı məlumat mübadiləsi aparmadan hər iki tərəfin
maraqlarını təmin etmək mümkün deyildir.
Məlumat mübadiləsi prosesində əsasən şifahi
sözlərdən, müxtəlif jestlərdən və kütləvi şəkildə yayılması
nəzərdə tutulan yazılı materiallardan geniş istifadə olunur.
Müştəriyə göndərilən məlumatlar verbal və qeyri-
verbal xarakter daşıya bilər. Yəni həm şifahi, həm də yazılı
formada ola bilər. Qeyd olunan əlaqə üsullarının seçimi
şirkətin menecerlərinin istəyindən və imkanlarından çox
asılıdır.
Ümumiyyətlə, əlaqə mübadiləsi yaratmaq turizm
işinin təşkilinin ən çətin və əsas sahələrindən biri kimi
qiymətləndirilməlidir. Çünki, məlumat mübadiləsi zamanı
çox tez-tez anlaşılmazlıqlar baş verir və bu da turizm işinin
təşkilinin səmərəliliyinə öz mənfi təsirini göstərir. Bu
çətinliklər hansı hallarda baş verir? Qoyulan bu sual
mübadilə zamanı yaratmış çətinliklər haqqında əvvəlcədən
düşünmək imkanı verir. Həmin çətinliklər əsasən
aşağıdakılardan ibarətdir:
- Məlumatların qeyri-müəyyən olması;
- Məlumatın hər iki tərəfdən düzgün şərh edilməməсi;
-Sifarişçinin, yaxud təşkilatçının alдыьы məlumatı yanlış
qavraması;
24
- Tərəflərin baxışlarının və intellektual səviyyələrinin bir-
birinə uyğun gəlməməсi;
- Məlumatın bilərəkdən, yaxud bilməyərəkdən təhrif
olunması;
- Əlaqələrin intensiv şəkildə olması üçün rabitə xidmətinin
qənaətbəxş olmamaсı;
- Canlı əlaqələrin yaradılması prosesi üçün nəqliyyat
vasitələrinin çatışmazlığı və ya nasazlığı.
Etiraf etmək lazımdır ki, qeyd olunan bu hallar ən
peşəkar fəaliyyət göstərən turizm şirkətlərində də baş verə
bilər. Məsələn, hələ kifayət qədər iş təcrübəsi olmayan
təşkilatçı menecer sifarişçiyə xidmət məlumatlarını kifayət
qədər dəqiq çatdıra bilməməyi ucbatından müəyyən
çətinliklər yarana bilər. Eyni zamanda turist səfərinə
hazırlaşan şəxs, yaxud qrup onu yanlış başa düşə bilər.
Buna görə də menecer əks tərəfin məlumatı qavramaq
səviyyəsini dönə-dönə yoxlamağa və ətraflı izahatlar
verməyə məcburdur. Əks halda xoşa gəlməz hadisələrin baş
verməsi nəticəsində o, öz işini itirə bilər, yaxud da inzibati
cəza ilə üz-üzə qalar.
Məhz bu deyilənləri nəzərə alaraq fəal dinləmə
prosesi turizm işinin səmərəliliyini artıran ən başlıca
amillərdən biri hesab edilir. Fəal dinləmə olmadan
həmsöhbəti inandırmaq, onun maraq və tələblərini təmin
etmək mümkün deyildir. Həmsöhbətini inandırmaq üçün isə
xoşsifət olmaq, aydın tələffüzlə həmsöhbəti anlatmaq
qabiliyyəti əsas sərtdir. Həmsöhbətin verdiyi məlumata
reaksiya verərkən təmkinli, geniş məlumatlı görünmək
lazımdır.
Müasir mərhələdə turizm xidmətləri haqqında
məlumat mübadiləsi aparmaq üçün daha böyük imkanlar
mövcuddur. İnternet saytları vasitəsi ilə məlumatların
toplanılması və alınması işi də sərfəli və əhatəlidir. Bu
Dostları ilə paylaş: |