4
əsas yer tutur. Turizmə olan bu münasibətin əsasında sözsüz
ki, ilk növbədə ölkənin sosial-iqtisadi maraqları dayanır. Bu
sosial-iqtisadi maraqların təminatı üçün isə, Azərbaycan
Respublikasının kifayət qədər imkanları və təbii-coğrafi
potensialı vardır. Dünyada mövcud olan 11 iqlimin 9-nun
Azərbaycanda olması bu ölkənin turizm üçün əlverişli bir
məkan olması haqqında aydın təsəvvür yaradır. Elə bu
faktın özü Azərbaycanın beynəlxalq turizm marşrutuna
daxil olması üçün kifayət edir. Ölkəmizin dənizi, aranı, dağı,
meşələri, çayları, bulaqları, gölləri, yaylaqları turistlərin
buraya cəlb olunması üçün diqqəti çəkən obyektlərdir.
Ölkəmizdə sahibkarlıq inkişaf etdikcə bu obyektlərin hər
birində turizm mərkəzlərinin yaradılması imkanları artır.
Digər tərəfdən Azərbaycan xalqının maddi rifahı
yaxşılaşdıqca turizm səfərlərinə çıxmaq meylləri də çoxalır.
Artıq imkanlı azərbaycanlıların xarici turizm səfərlərinə
çıxanlarının da sayı gündən-günə artır. Bu gün insanların
hər birinin maraqlarının tam şəkildə təminatı üçün turiz-
min təşkili ilə məşğul olan peşəkar kadrlara çox böyük
ehtiyac vardır. Peşəkar turizm mütəxəssisləri ayrı-ayrı böl-
gələrin fiziki və iqtisadi coğrafiyasını dərindən öyrənməli,
həmin bölgələrdə turizmin təşkilinin təcrübi və elmi
əsaslarını işləyib hazırlamağı bacarmalıdırlar.
Digər tərəfdən turizm mütəxəssisləri üçün dünya
haqqında geniş informasiyaya yiyələnmək texnologiyası
mövcuddur. Bu texnologiyalar içərisində telekanallarla
yanaşı internetin sürətli inkişafı xüsusi əhəmiyyət kəsb edir.
İnternetdə olan informasiya bolluğu beynəlxalq turizmin
imkanları ilə daha geniş şəkildə tanış olmaq imkanı yaradır.
İnternetdə yayılan informasiyalardan istifadə etməklə turiz-
min alternativ variantlarını, xidmət obyektlərini, onun
təşkilinin təcrübi əsaslarını öyrənmək mümkündür.
Sözsüz ki, inkişaf etmiş ölkələrin turizm sahəsində
əldə etdiyi təcrübəni müqayisəli şəkildə öyrənməyə ehtiyac
vardır. Belə ölkələrdən Fransa, Испанийа, Yunanıstan,
5
Türkiyə, Avstriya, Amerikanın və başqa ölkələrin adını
xüsusi olaraq qeyd etmək lazımdır. Aparılan araşdırmalara
görə bu və ya digər ölkələrin milli gəlirinin 30 faizdən
çoxunu turizm sahəsindən əldə olunan gəlir təşkil edir.
Beynəlxalq turizm ildən-ilə inkişaf edir. Aparılan
hesablamalara görə 2020-ci ilə qədər turizm özünün ən
yüksək inkişaf həddinə çatacaq. Belə ki, həmin ildə dünya
üzrə turistlərin sayı 1,5 milyard nəfərdən çox olacaqdır. Bu
da indiki dövrlə müqayisədə iki dəfə çoxdur. Təbii ki, bu
inkişaf daxilində Azərbaycan Respublikasının da öz payı
olacaqdır. Məhz bu faktlar turizm ilə məşğulluğun
aktuallığını çox qabarıq şəkildə üzə çıxarır.
Azərbaycanda turizm işi elə peşəkarlıqla təşkil
olunmalıdır ki, o beynəlxalq bazarda mövcud olan güclü
rəqabətə davam gətirə bilsin. Deməli, bu rəqabətə davam
gətirmək üçün turizm sahəsində iqtisadi kadrların hazır-
lanması məsələsi həmişə aktual olaraq qalır.
Lakin, Azərbaycanın indiki vəziyyəti turizmin
inkişafına qismən də olsa mane olur. Belə ki, turizm üçün
daha əlverişli olan Dağlıq Qarabağ və onun ətrafında olan
11 rayon бу эцн Ermənistanın işğalı altındadır. Еляъядя,
işğal altında olan torpaqlarımızdan məcburən qaçqın
düşənlər qaçqın şəhərciklərində, istirahət evlərində,
mehmanxanalarda və s. yerlərdə müvəqqəti olaraq məskun-
laşmışlar. Bu da turizmin infrastrukturunun zəifləməsinə
özünün güclü təsirini göstərir. Belə bir fakt məlumdur ki,
hələ Sovet dövründən qalmış ayrı-ayrı pansionatlarda da
qaçqın və məcburi köçkünlər məskunlaşmışdır.
Ancaq buna baxmayaraq bu gün Azərbaycanın turizm
üçün əlverişli coğrafi şəraiti, müxtəlif iqlim qurşaqlarının,
zəngin heyvanat aləminin, dənizinin və dənizsahili qum-
luqların, qədim mədəni tarixi irsin, milli ənənələrin, zəngin
milli mətbəxin olması diqqəti cəlb edən amillərdir.
«Böyük İpək Yolu»nun Azərbaycan ərazisindən
keçməsi ölkəmizin dünyaya inteqrasiya olunmasına təkan
6
verir. Ümumiyyətlə, Çindən gəlib Azərbaycan ərazisindən
keçən «Böyük İpək Yolu»nun (e. ə. II əsrdə kəşf olunub)
yenidən bərpası başqa ölkələrin də beynəlxalq turizm
bazarında iştirak etməsinə əlverişli şərait yaradır.
Ümumdünya Turizm təşkilatı da bu gün «Böyük İpək
Yolu»nun bərpasına xüsusi maraq göstərir. Bu təşkilat
Ukraynanın Sudak şəhərində «Böyük İpək Yolu ilə Krım
2003» adlı beynəlxalq forum keçirmiş, bu məsələni
reallaşdırmaq və onun həllini sürətləndirmək üçün hələ
1991-ci ildə Xivədə, 1994-cü ildə Səmərqənddə, 2002-ci ildə
Buxarada xüsusi bəyannamələr qəbul etmişdir. Həmin
təşkilatın səyi nəticəsində «Böyük İpək Yolu»nun turizm
layihəsinə 24 dövlət üzv olmuşdur.
Sevindirici haldır ki, son illərdə Azərbaycana gələn və
Azərbaycandan başqa ölkələrə gedən turistlərin sayı
gündən-günə artır. Məsələn, əgər 1996-cı ildə Azərbaycana
203.3 min turist gəlmişdirsə, 2004-cü ildə ölkəmizə gələn
turistlərin sayı 1 milyon 300 min nəfərdən artıq olmuşdur.
Hal-hazırda bu rəqəm iki dəfə artmışdır.
Azərbaycanda turizm marşrutlarına daxil olan çoxlu
memarlıq abidələri, qədim qaya təsvirləri və mənzərəli yerlər
vardır. Bütün bunlar Mədəniyyət və Turizm nazirliyinin
müvafiq şöbələri tərəfindən öyrənilmiş və konkret
proqramlar işlənib hazırlanmışdır. Eyni zamanda bütün
turizm resursları öyrənilib təhlil olunmuşdur. Həmçinin,
turizmin maddi-texniki bazası üzərində kompleks şəkildə iş
aparılır. İndi ölkəmizin müxtəlif ərazilərində dünya
standartlarına uyğun gələn otellər, əyləncə mərkəzləri,
istirahət zonaları yaradılır. Turizmin təşkilinin müxtəlif
forma və metodları işlənilir.
Bizim təqdim etdiyimiz bu dərslik, məhz turizm
sahəsi üzrə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetində təhsil alan tələbələrin peşəkarlaşmasına
kömək etmək məqsədi daşıyır.
Dostları ilə paylaş: |