19
üzərində qurur, həm rəhbərliklə, həm də başqa insanlarla
əlaqələr yaratmaq, onların potensial imkanlarından istifadə
etmək fəaliyyətində bulunur. Çünki menecerlərin əsas
вязифяси «istehsalın idarə olunması və техники, texnoloji
bazaнın inkişafı da daxil olmaqla, istehsal prosesinin
səmərəli təşkili vasitəsilə firmanın fəaliyyətinin mənfətliyini
təmin etmək, habelə hər bir işçinin ixtisasını və yaradıcı
fəallığını artırmaqla kadr potensialından səmərəli istifadə
etməkdir»
1
Turizm şirkətinin bütün maliyyə fəaliyyətini
mühasibat uçotu və nəzarəti bölməsi idarə edir. Şirkətin
mədaxili və məxarici bu bölmənin əməkdaşları tərəfindən
hesablanır. Bütün sahələrə aid olan bank əməliyyatı,
əməkdaşların əmək haqlarının verilməsi, xidmət sahələrinə
ayrılan xərclərin müəyyənləşdirilməsi, müəssisənin malik
olduğu maliyyə ehtiyatlarının hesablanması, məsrəflərin
dəqiqləşdirilməsi və s. bu bölmənin funksiyasına daxildir.
Kadrlar şöbəsi müxtəlif mütəxəssislərin seçilib işə
qəbul olunmasına təminat yaradır. Həmçinin, bu şöbənin
nəzdində texniki təhlükəsizlik bölməsi də fəaliyyət göstərir.
Həmin bölmə işə qəbul olunanların sağlamlıqlarının
qorunması və təhlükəsizliklərinin qorunması üçün xüsusi
təlimatlar hazırlayır, texniki vasitələrlə davranmağın
mexanizmini onlara öyrədirlər və s.
Mütəxəssislər, marketinqlər və tarixçilər qrupunun
funksiyasına isə turizmin təşkilinin rasional və empirik
tərəflərinin həlli aiddir. Həmin bölmənin əməkdaşları
turizmin səmərəli təşkilinə aid alternativ variantlar
hazırlayır, zehni fəaliyyətlə bağlı olan problemləri həll edir,
işin dinamik şəkildə inkişaf etdirilməsi üçün morfoloji
əhəmiyyət kəsb edən təhlillər aparırlar. Ekskursiya
1
Bilalov B.Ə. Turizmin menecmenti. Bakı, мцтяръим, 2005. səh. 11.
20
marşrutlarına daxil olan tarix və mədəniyyət abidələri, yer
adları və başqa informasiya əhəmiyyətinə malik olan
obyektlər haqqında məlumatlar hazırlayırlar. Həmçinin,
müxtəlif turist təşkilatları ilə informasiya mübadiləsi
yaradır, səmərəli əməkdaşlıqları əlaqələndirir, ayrı-ayrı
məsələlərin düzgün həllini tapır. Belə ki, əlaqələr intensiv
şəkildə koordinasiya olunur və idarəetmənin keyfiyyətinə
təminat yaradır. Bu işlərin
öhdəsindən
əsasən
ixtisaslaşdırılmış alimlər və menecerlər gəlir.
Ümumiyyətlə, turizmin təşkilində menecerlər
qrupunun çox böyük rolu vardır. Adətən bələdçilər qrupu
da menecerlər qrupunun tərkibində fəaliyyət göstərir.
Bələdçilər qrupu alimlər tərəfindən hazırlanmış material-
larla tanış olur, marşrutlar üzrə özlərini daima
təkmilləşdirirlər. Bu işdə onlara ixtisaslaşmış menecerlər də
yaxından kömək edirlər. Bələdçilərin hazırlığına marşrut-
lar üzrə baxış keçirilir və onlara müəyyən peşəkarlıq
dərəcələri verirlər.
İqtisadçılar qrupu isə dünya turizm aləmində baş
verən iqtisadi məlumatları informasiya blokuna daxil edir,
turizm işinin elmi-iqtisadi tərəflərini qabaqcadan
proqnozlaşdırır, dəqiqləşdirilmiş iqtisadi məlumatların
təhlilini aparır. Bu təhlillərə əsasən turizmin yaxın və
uzunmüddətli iqtisadi perspektivlərini işləyib hazırlayır.
Yuxarıda qeyd olunan bölmə və qruplara nəzər
yetirdikdə turizm şirkətlərinin və firmalarının kifayət qədər
böyük strukturlara malik olduğunu görürük. Bu nəhəng
strukturun bütöv bir orqanizm kimi idarə olunması
məsuliyyəti isə təşkilatın birinci rəhbərinin üzərinə düşür.
Belə çoxsahəli bir strukturu idarə etmək üçün təşkilatın
rəhbəri liderə xas olan bütün keyfiyyətləri özündə
cəmləşdirməlidir. Lider rəhbərliyin müxtəlif tiplərindən
istifadə etməyi bacarmalıdır. Bu rəhbərlik tipləri isə əsasən
21
avtoritar, demokratik və məşvərət tiplərindən ibarətdir.
Avtoritar tip dedikdə əsasən xarizmatik liderlik başa
düşülür. Xarizmatik lider həmişə öz gücünə və qabiliyyətinə
əsaslanır, o, müstəqillik nümayiş etdirir, işçinin onun
əmrlərini danışıqsız yerinə yetirməsini tələb edir.
Rəhbərliyin demokratik tipi özünün fəaliyyətini tam
şəkildə hüquqi əsaslar üzərində qurur, öz işçisinə qismən də
olsa müstəqil fəaliyyət imkanı verir. Bəzən işçinin
fəaliyyətinin nəticəsi onun məsuliyyət hissinin dərəcəsindən
asılı olur.
Məşvərət tipinə aid olan rəhbərlər isə müəyyən işi
görərkən məsləhətləşmə yolu ilə hamının rəyini öyrəndikdən
sonra qərar çıxarır.
Ümumiyyətlə, tarixin bütün mərhələlərində xariz-
matik hakimiyyətə daha çox üstünlük verilmişdir. İdarəçilik
sisteminin başqa sahələrində də xarizmatiklik yüksək effekt
verir.
İdarəçilik sistemində formal təşkilat tipləri də
mövcuddur. Bunlardan birincisi müəssisənin əsas rəhbər-
liyini əhatə edən komanda qrupudur. Bu qrup ən yüksək
idarəetmə səviyyəsi nümayiş etdirir.
İkinci qrup öz əmək fəaliyyətlərini nisbi olaraq
planlaşdırmaq imkanına malik olan, yeni tapşırığa əməl
edən və vahid fəaliyyət ətrafında birləşən mühasiblərdən,
turizm üzrə ixtisaslaşmış menecerlərdən ibarətdir.
Bir sıra təftiş və icraedici funksiyaları yerinə yetirən
komitələr də vardır. Bu komitələr müxtəlif məsələlərin,
yaxud problemin operativ şəkildə həll olunması məqsədi ilə
yaradılır. Belə komitələr təşkilatın imkanları daxilində
daimi fəaliyyət göstərən komitələr kimi də yaradıla bilər.
Turizm şirkətinin yaradılması və fəaliyyət göstərməsi
üçün konkret şərtlər mövcuddur. Bu şərtlərdən birincisi
təşkilatı yaratma ərəfəsində ilk növbədə onun
Dostları ilə paylaş: |