Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə32/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   212

etdirirdi. Afişaların və tamaşa proqramlarının yuxarı hissəsində lira və onun ətrafında müəyyən 

qraflk işləmələrdən ibarət olan emblem verilirdi. Onun yanında və mətnin ən yuxarı hissəsində isə 

yazılırdı: Hökumət Teatrosu. "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti". 

Aşağıda tamaşanın adı, rolların və iştirakçıların siyahısı verilirdi. 

"Müdiriyyət"in ilk tamaşası opera teatrında oldu və uzun fasilədən sonra truppa Nəriman 

Nərimanovun "Nadir şah" faciəsini seçmişdi. Tamaşanı bir neçə günə Sidqi Ruhulla (Mollaoğlu) 

hazırlamışdı. Bayram təntənəsi ilə keçən tamaşada Sidqi Ruhulla (Nadir şah), Bağır Cabbarzadə 

(Hüseyn xan), İbrahim Atakişiyev (Gürcü bəy), Xəlil Hüseynov (Rzaqulu xan), Rza Darablı  (Şah 

Təhmasib), Əbülhəsən Anaplı (Cavad və Heydər xan), Hacıağa Abbasov (Mirzə Mehdi xan) çıxış 

ediblər. Bundan sonra truppanın repertuarı müəyyən axara düşüb və 1918-ci ilin sonuna kimi Bakıda 

ən fəal teatr dəstəsi məhz "Müdiriyyət" olub. Dəstənin oynadığı tamaşaların premyera günlərinin 

mənzərəsi belədir. 



26 oktyabr. Opera teatrı. "Dəmirçi Gavə", Şəmsəddin Sami. Rejissor Sidqi Ruhulla. Rolların 

ifaçıları: Abbasmirzə Şərifzadə (Gavə), Nataliya Lizma (Mehri), Xəlil Hüseynov (Pərviz), Panfiliya 

Tanailidi (Mehri), Hüseynqulu Sarabski (Fərhad), Mir Paşa Sadıqov (Baş möbid), Rza Darablı 

(Qəhtan). 



2 noyabr. Opera teatrı. "Dağılan tifaq", Əbdürrəhim bəy Haqverdiyev və "Axşam səbri xeyir 

olar", Sultanməcid Qənizadə. Rejissor Abbasmirzə  Şərifzadə. "Dağılan tifaq"da əsas rolları Sidqi 

Ruhulla (Nəcəf bəy), Yeva Olenskaya (Sona xanım), Məxfurə Yermakova (Pəri xanım), Mirzə 

Muxtar Məmmədov (Mirzə Qoşunəli), Mirmahmud Kazımovski (Həmzə), Abbasmirzə  Şərifzadə 

(Süleyman bəy), Əbülhəsən Anaplı Umamverdi və Əbdül), Rza Darablı (Ovçu), Bağır Cabbarzadə 

(Məşədi Cəfər), vodevildə isə Yeva Olenskaya (Çimnaz xanım), Xəlil Hüseynov (Ağacavad), 

Hacıağa Abbasov (Məşədi Şaban) oynayıblar. 

6 dekabr. Opera teatrı. "Məşədi İbad", Üzeyir bəy Hacıbəyov. Rejissor Hüseyn Ərəblinski, 

dirijor müəllif. 



10 dekabr. Opera teatrı. "Arşın mal alan", Üzeyir bəy Hacıbəyov. Rejissor Hüseyn 

Ərəblinski. Hacıağa Abbasov bu tamaşada birinci dəfə Vəli rolunu oynayıb. 



13 dekabr. Opera teatrı. "Əsli və  Kərəm", Üzeyir bəy Hacıbəyov. Rejissor Hüseyn 

Ərəblinski. 



16 dekabr. Opera teatrı. "Evliykən subay", Zülfüqar bəy Hacıbəyov. Rejissor Hüseyn 

Ərəblinski. 



20 dekabr.  "Əlli yaşında cavan", Zülfüqar Hacıbəyov. Rejissor Hüseyn Ərəblinski. 

Tamaşada dövrün ən məşhur komik aktyorları Mirzağa Əliyev, Hacıağa Abbasov, Rza Darablı və 

Əbülhəsən Anaplı iştirak ediblər. 

28 dekabr. Opera teatrı. "Şah Abbas və Xurşid banu", Üzeyir bəy Hacıbəyov. Rejissor 

Hüseyn  Ərəblinski.  Əsas partiyaları Hüseynqulu Sarabski (Şah Abbas) və  Məxfurə Yermakova 

(Xurşid banu) oxuyublar. 

"Müdiriyyət" 1919-cu ilin birinci yarısında da fəallığı özündə saxlayıb. Tağıyev teatrı 

yandığına görə  əksər tamaşalar opera teatrında, az qisıni isə "Mikado" teatrının və "Malı teatr"ın 

binalarında göstərilib. Bakıdakı peşəkar teatr xadimləri, əsasən, Üzeyir bəy Hacıbəyovun ətrafında 

birləşmişdilər. Dövlət teatrının rəsmi açılışı isə yalnız bu ilin oktyabrında mümkün olmuşdu. 

"Müdiriyyət"in 1919-cu ildə ən uğurlu və yeni işi Müslüm bəy Maqomayevin "Şah İsmayıl" 

(libretto müəllifi Mirzə Qədir İsmayılzadə) operasının tamaşası olub. Opera Hüseynqulu Sarabskinin 

(Şah  İsmayıl) benefisinə  həsr edilib və mart ayının 7-də göstərilib. Tamaşa martın 5-də 

oynanılmalıydı, lakin Hüseyn Ərəblinskinin qətlə yetirilməsi ilə  əlaqədar iki gün sonra nümayiş 

etdirilib. 

"Müdiriyyət" təzə quruluşlarda "Aşıq Qərib" (3 yanvar. Rejissor Hüseyn Ərəblinski. 23 may. 

Rejissor Abbasmirzə Şərifzadə), Mehdi bəy Hacınskinin "Sultan Əbdülhəmidin xəli və yaxud zülm 

və istibdadın axırı" (6 yanvar. Rejissor Rza Darablı), Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (10 



yanvar), "Ər və arvad" (3 fevral), "Şah Abbas və Xurşid banu" (7 fevral), "Əsli və  Kərəm" (21 

fevral), "Məşədi  İbad" (23 mart. Rejissor Abbasmirzə  Şərifzadə), "Leyli və  Məcnun" (25 mart. 

Rejissor Abbasmirzə Şərifzadə), S.Lanskoyun "Qəzavat" (12 yanvar. Rejissor Hüseyn Ərəblinski), 

Əbdürrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd  şah Qacar" (14 fevral. Rejissor Abbasmirzə 

Şərifzadə),  İsa bəy Aşurbəylinin "Cəhənnəm" (21 mart), "Azərbay və Can" (25 mart. Rejissor 

Abbasmirzə  Şərifzadə), Cəfər Cabbarlının "Ənvər bəyin  Ədirnə  fəthi" ("Ədirnə  fəthi". 25 aprel. 

Rejissor Abbasmirzə Şərifzadə) əsərlərinin tamaşalarını oynayıb. 

1919-cu ilin payız mövsümü başlayanda artıq Bakının irili-xırdalı bütün truppaları Hökumət 

Teatrı kollektivində birləşdirildi. Düzdür, teatrın rəsmi açılışı oktyabrın 24-də olub, lakin 

sentyabrdan kollektiv öz tamaşalarını məhz həmin ad altında və yeni emblemlə göstərib. 

Bununla da "Müdiriyyət" özünün fəaliyyətinə bir növ son qoyub. Onun tam və  rəsmi 

bağlanması 1920-ci ilin aprelində olub. Bu kollektivin əksər opera və operetta tamaşalarına 

xorbaşılığı Hənifə Terequlov edib. Dirijorluğu isə Üzeyir bəylə yanaşı, Müslüm bəy Maqomayev və 

bəzən Zülfüqar bəy Hacıbəyov ediblər. 

"Müdiriyyət" daha kamil və daha məzmunlu repertuar uğrunda müəyyən nailiyyətlər 

qazanıb. 

"Müdiriyyət"in tamaşalarının rejissor işindəki peşəkarlıq səviyyəsi, aktyorların xarakter 

yaratmaq vərdişlərinə yiyələnmələri artıb. 

"Müdiriyyət" peşəkar teatr üçün vacib olan estetik prinsiplərə  cəsarətlə yiyələnməyə  şərait 

yaradıb. 

"Müdiriyyət" milli teatr sənətinin institusional (təsisatlı) mədəniyyətin faktına keçməsi 

mərhələsini peşəkarlıqla təminatlandırıb. 

  

 

TRUPPALARIN YARANMASININ 



ƏSAS AMİLLƏRİ 

(1916- 1919) 

 

Bakının teatr prosesi canlandıqca bu sənət yeni mərhələlərə qədəm qoyurdu. Həmin prosesdə 



uğurlar çox olsa da, anlaşılmazlıqlar, zərərli meyillər də ortalığa çıxırdı. 

1915-ci ildə musiqili janrlara tamaşaçı marağı güclənib, repertuarın  əsasını operalar və 

operettalar təşkil edib. Bundan istifadə edən "Nicat" teatr truppası Üzeyir bəy Hacıbəyovla, 

həmçinin Zülfüqar bəy Hacıbəyovla onların  əsərlərini oynamaq prinsiplərində  və qonorarın 

ödənilməsində müqavilə  şərtlərini kobud tərzdə pozub. Hətta məsələ  dəfələrlə  məhkəməyə düşüb. 

Keçən illərdə Hüseynqulu Sarabski özü müstəqil opera artistləri truppası yaratmağa nail olmuşdu, 

lakin sonralar həmin dəstə dağılmışdı. 

"Tragik" kimi məşhur olan və daha səmərəli rejissorluq fəaliyyəti göstərən Hüseyn 

Ərəblinski müqavilə ilə müxtəlif truppalarda tamaşalar hazırlayırdı. Lakin müqavilə şərtləri çox vaxt 

onu razı salmırdı. Buna görə də özünün müstəqil teatr dəstəsini yaratmağa can atırdı. 

Abbasmirzə  Şərifzadə "Kiçik Ərəblinski" səddini cəsarətlə  aşmışdı  və o, bacarıqlı faciə 

aktyoru, səriştəli rejissor kimi şöhrətlənmişdi. Təbii ki, o da müstəqil truppa yaratmaq istəyirdi. 

Sidqi Ruhulla, Əhməd Qəmərli, Cəlil Bağdadbəyov və başqaları fərdi fəaliyyət göstərməyə 

üstünlük verirdilər. Onlar vaxtaşırı kiçik qruplardan ibarət dəstələr düzəldir, Tiflisə,  İrəvana, 

Batuma, Orta Asiyanın və İranın müxtəlif şəhərlərinə qastrollara gedirdilər. Daha çox Sidqi Ruhulla 

Bakıda və onun kəndlərində, müxtəlif rayonlarda (əsasən, Gəncədə, Naxçıvanda, Salyanda, Şuşada, 

Şəkidə) tamaşalar oynayırdı. 

"Müsəlman dram 1915-ci ilin sonlarında Hüseyn artistləri cəmiyyəti"     Ərəblinski sənət 

həmkarı Hüseynqulu Sarabski ilə birlikdə yeni teatr truppası yaratmaq barədə Bakı  şəhər 

bələdiyyəsinə (Qalabəyinə) rəsmi məktubla müraciət etmişdilər. 1916-cı ilin fevralında Bakı vilayət 




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə