Dərs vəsaitindən


FƏSİL. REKLAM FƏALİYYƏTİNİN MARKETİNQ TƏDQİQİ 323



Yüklə 0,79 Mb.
səhifə7/140
tarix27.03.2022
ölçüsü0,79 Mb.
#84773
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   140
marketinq-tedqiqatlar qaralama

FƏSİL. REKLAM FƏALİYYƏTİNİN MARKETİNQ TƏDQİQİ 323

    1. Reklam fəaliyyətinin tədqiqinin əsas istiqamətləri......... 323

    2. Kütləvi informasiya vasitələrinin reklam

səmərəliliyinin təhlili 324

    1. Reklamın kommunikativ səmərəliliyinin təhlili ............. 326

    2. Reklamın iqtisadi səmərəliliyinin təhlili 332

  1. FƏSİL. MARKETİNQ TƏDQİQATLARINDA PROQNOZLAŞDIRMA 338

    1. Marketinq fəaliyyətində işlənib hazırlanan proqnozlar ................ 338

    2. Trendlərin təhlili 345

    3. Aparıcı indikatorlar metodu 350

    4. Eksponensial hamarlaşdırma metodu 352

    5. Riyazi statistikanın metodları əsasında proqnozlaşdırma ............. 354

ƏDƏBİYYAT 361

GİRİŞ

İstehsal-satış fəaliyyətini marketinq prinsipləri əsasında təşkil edən müəssisələrin rəqabət mübarizəsində əlverişli mövqelərinin təmin olunması, həmin müəssisələr tərəfindən bazar tədqiqatlarının aparılması və sözügedən tədqiqatların nəticələrinin fəaliyyətlərində nəzərə alınması əsasında mümkündür. Müəssisələr fəaliyyət göstərdiyi mühit haqqında zəruri informasiyalar əldə etməklə öz fəaliyyətlərini həmin mühitə uyğunlaşdıra və səmərəli marketinq fəaliyyətini həyata keçirə bilir. Bu baxımdan, marketinq tədqiqatları müəssisəni xarci mühitlə əlaqələndirən kommunikasiya kanalı hesab edilir.

Marketinq tədqiqatları marketinq fəaliyyətində meydana çıxan problemin həllinə dair əsaslandırılmış qərar qəbulu üçün tələb olunan məlumatların yığılması, işlənməsi, əks etdirilməsi, təhlili və tövsiyələrin çıxarılması prosesidir.. Marketinq üzrə menecer marketinq tədqiqatları vasitəsilə getdikcə mürəkkəbləşən və qeyri-müəyyənlik səviyyəsi artan mühitdə istehsal-satış fəaliyyətinə dair əsaslandırılmış qərar qəbul edə bilir. Bu tədqiqatlar vasitəsilə müəssisənin çıxacağı məqsəd bazarmır müəyyənləşdirmək, qiymətləndirmək, sahibkarlıq fəaliyyəti üzrə cəlbedici istiqamətləri aşkarlamaq və həmin istiqamətlər üzrə marketinq fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinə imkan verə biləcək strategiyalar işləyib hazırlamaq mümkündür.

Marketinq tədqiqatlarının aparılması marketinq planlannm işlənib hazırlanmasının zəruri şərtidir. Müəssisənin marketinq fəaliyyəti üzrə yüksək göstəricilərin əldə edilməsi həmin planların tərtib olunması zamanı tələb olunan informasiyaların gerçəkliyindən, planların reallaşdırılmasından və ona nəzarətdən asılıdır.

Bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrdə müəssisələr müxtəlif istiqamətlər üzrə marketinq tədqiqatları apanr. Bazarın potensial imkanlarının müəyyənləşdirilməsi və onun xarakteristikalarının öyrənilməsi, məhsulların satış problemlərinin və işgüzar fəallığın dəiyşmə meylinin öyrənilməsi, rəqiblərin əmətəələrinin tədqiqi, bazarın yeni əmtəələrə reaksiyasının və qiymət siyasətinin öyrənilməsi, bazarın parametrlərinin proqnozlaşdınl- ması və s. istiqamətlərdə marketinq tədqiqatlarımn aparılmasına müəssisələr daha çox fikir verir. Ölkəmizdə istehsal-satış fəaliyyətlərini marketinq prinsipləri əsasında təşkil edən müəssisələrin marketinq tədqiqatlan aparması üçün sözügedən tədqiqatların müəssisə menecerləri tərəfindən proses kimi düzgün təsəvvür olunması və aparılması vacibdir.

Dərs vəsaitində marketinq tədqiqatlarının mahiyyəti, məqsədi, əsas istiqamətləri, elmi-metodiki əsasları, apaniması prosesi və təşkili məsələləri izah olunmuşdur. Marketinq informasiyalarının tipləri, mənbələri, toplanması metodları, marketinq informasiya sisteminin layihələndirilməsi və yaradılması məsələləri dərs vəsaitində daha geniş işıqlandırılmışdır. Dərs vəsaitinin sonunda marketinq tədqiqatlannm praktiki məsələləri ilə bağlı mövzulara yer verilmişdir.

Müəllif dərs vəsaitinin təkmilləşdirilməsinə dair öz rəy və təkliflərini bildirəcək mütəxəssislərə irəlicədən öz minnətdarlığını bildirir.


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə