Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1



Yüklə 84,86 Kb.
Pdf görüntüsü
səhifə52/60
tarix26.09.2017
ölçüsü84,86 Kb.
#1800
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   60


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------210------------------------------------ 
 
Biliklərin  təqdim  olunma  modeli  ümumi  formada 
şərti olaraq konseptual və empirik hissələrə bölünür. 
Konseptual  model  problemin  həlli  üçün  evristik 
metod  təqdim  edir.  Konseptual  təsvir  metodu  uyğun 
praktiki vəziyyətlərdə modelin tətbiqinə təminat vermirsə, 
həmin  metod  evristik  sayılır.  Konseptual  model  problemi 
müəyyən edir, onun qabaqcadan təhlili üçün sərf olunan 
vaxta qənaət edilmiəsinə imkan verir.  
Konseptual  modelin  praktiki  istifadəsi  onun  empirik 
modelə  dəyişdirilməsinin  zəruriliyini  yaradır.  Biliklər,  bir 
qayda  olaraq,  təsviredici  xarakter  daşıyan  empirik 
modellər  şəklində  yığıla  bilir.  Bu  modellər  sadə  qaydalar 
toplusundan  tutmuş,  qərar  qəbul  edən  şəxsin  məsələnin 
həll etməsinin tam təsvirinə qədər şəklini dəyişə bilir. 
Biliklərin təqdim olunmasını şərti olaraq deklarativ və 
prosedur modellərə bölmək mümkündür. 
Biliklərin  təqdim  olunmasının  deklarativ  modeli  hər 
hansı  predmet  oblastının  probleminin  təsviri  bu  biliklərin 
necə  istifadə  olunmasından  asılı  olmayaraq  təxminlərə 
əsaslanaraq həll olunur. Buna görə də model iki hissədən 
ibarətdir:  

 
Biliklərin quruluşunun statik təsvirləri; 

 
Bu quruluşlarla əməliyyat aparan və praktiki olaraq 
onların  məzmunca  dolmasından  asılı  olmayaraq 
çıxış mexanizmi.  
 
 
 
 
 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------211------------------------------------ 
 
 
İNTELLEKTUAL SİSTEMLƏRİN 
LAYİHƏLƏŞDİRİLMƏSİ 
MƏRHƏLƏLƏRİ 
 
 
 
İntellektual  sistemlərin  layihələşdirilməsi  dedikdə, 
predmet  oblastında  biliklərə  sahibolmaya  və  sistemin 
yaradılmasına  kömək  etməyə  hazır  olan  ekspertin, 
həmçinin  süni  intellekt  sahəsində  çalışan  biliklər 
mühəndisinin,  analitiklərin  və  proqramçıların  iterativ  və 
təkamül  proseslərində  iştirakı  başa  düşülür.  Görüləcək 
işlərin  həcmi  və  əməktutumundan  asılı  olaraq  qrup  3-6 
nəfərdən ibarət ola bilər. 
Predmet  oblastının  təhlilindən  və  bu  sahəyə 
intellektual 
sistemlərin 
məqsədəuyğun 
tətbiqinin 
müəyyənləşdirilməsindən  sonra  bilavasitə  sistemin 
layihələşdirilməsinə keçilir. 
İntellektual 
sistemlərin 
layihələşdirilməsi 
mərhələlərinin sayına müxtəlif baxışlar mövcuddur. Bu, bir 
çox  amildən,  əsasən  də  yaradılacaq  intellektual  sistemin 
funksiyalarından, onun istifadə olunacağı sahədən, inkişaf 
etmiş alət vasitələrinin mövcudluğundan və s. asılıdır. 
Süni  intellekt  sisteminin  hazırlanması  prosesi  beş 
mərhələyə ayrılır: 
1.Verilən  məsələlərin  və  onların  xarakteristikalarının 
müəyyənləşdirilməsinin identifikasiyası. Bu mərhələdə həll 
olunacaq  məsələlərin  xarakteristikaları  və  xüsusiyyətləri 
müəyyənləşdirilir. Layihələşdirilən sistemə 
texniki 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------212------------------------------------ 
 
tapşırıqlar hazırlanır. Daha sonra sistemin istifadəçilərinin 
əhatə dairəsi müəyyənləşdirilir. Bu məlumatlar gələcəkdə 
ekspertlərin bilik sahəsini, sistemin funksiyalarını və nəticə 
olaraq  lazım  olan  biliklərin səviyyəsini müəyyən etməyə 
imkan verir. Nəticədə müəyyən tələblər yaranır.  
2.Predmet  oblastının  ekspertlərinin biliklərinin 
dairəsini 
əks etdirən 
əsas konsepsiyalarının 
müəyyənləşdirilməsi.  Bu, qərar qəbulu prosesində 
ekspertin işlədiyi biliklərin tipini təhlil etməyə imkan verir. 
Biliklər mühəndisi qərarın çıxarılışında ekspertin fikirlərinə 
uyğun  olan  biliklərin təqdim  olunmasının  və  qərar 
qəbuletmə 
prosedurunun rəsmi vasitələrini 
müəyyənləşdirir.  Beləliklə, bu mərhələnin yerinə  yetiril-
məsi nəticəsində  predmet  oblastı  haqqında  ekspert 
biliklərinin təqdimatı  sxeminin  xarakterinin  seçimini 
müəyyən edən anlayış meydana gəlir və formalaşır. 
3.Biliklərin 
təqdimatı 
və 
qərarların 
çıxarışı 
mexanizminin  müəyyənləşdirilməsinin  rəsmiləşdirilməsi 
üsulunun  seçilməsi.  Sistemin  layihələşdirilməsində 
qoyulan  məsələnin  həllinə  modelləşdirmə  komponentləri 
əhəmiyyətli  dərəcədə  təsir  göstərir.  Biliklərin  təqdim 
olunması  üçün  hazırlanan  quruluş  növbəti  mərhələnin  – 
biliklər  bazası  sisteminin  yaranması  mərhələsinin 
reallaşdırılmasının bilavasitə əsasını təşkil edir.  
4.Biliklərin  təsviri  dilinin  (BTD-nin)  seçilməsi  və  ya 
hazırlanması.  Seçilmiş  təqdimolunma  dilində  qaydaların 
hazırlanması  və  təqdim  olunmasından  sonra  onlar,  yəni 
qaydalar,  biliklər  mühəndisi  tərəfindən  biliklər  bazasına 
yerləşdirilir.  
5.Sistemin yoxlanması və ya testdən keçirilməsi.  



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------213------------------------------------ 
 
Sistemin iş qabiliyyəti konkret yoxlanmış məsələlərin 
həlli  yolu  ilə  müəyyənləşdirilir.  Müxtəlif  çatışmazlıqların 
meydana  gəlməsi  zamanı  həmin  çatışmazlıqların 
xarakterindən  asılı  olaraq  sazlamanın  bu  və  ya  digər 
mərhələsinə  müraciət baş  verir.  Süni  intellekt  sistemində 
hər  hansı  biliklərin  olmaması  və  ya  onların  çatışmayan 
müəyyənlikləri  təyin  edildikdə  IV  mərhələyə  qayıdılır  və 
imkanları  daxilində  düzəlişlər  edilir.  Əgər  ekspert 
tərəfindən  seçilmiş  biliklərin  təqdim  olunması  modeli 
çərçivəsində hər hansı biliklər təqdim oluna bilmirsə, onda 
III mərhələyə qayıdılır və alternativ model və ya biliklərin 
təqdim olunma sxemi seçilir. Geri qayıtmanın səbəbi kimi 
məntiqi  çıxarışın  adekvat  baza  mexanizminin  çatışmazlığı 
ola  bilər.  Qoyulan  məsələnin  çıxış  vəziyyəti  düzgün 
olmadığı  zaman  problemin  yenidən  formalaşdırılmasına 
tələbatda hansısa bir hadisə baş verə bilər. 
İşlərin  ardıcıllıq  sxemi  bizim  nöqteyi-nəzərimizdən, 
süni  intellektin  layihələşdirilməsi  prosesini  kifayət  qədər 
dolu  və  ətraflı  izah  edir,  lakin  bir  çox  süni  intellekt 
sisteminin  bir  sıra  funksional  modullarının  yaradılması  ilə 
əlaqəli olan vacib mərhələlərə baxılmır. 
İntellektual  sistemlərin  layihələşdirilməsi  zamanı 
işlərin daha ətraflı siyahısı aşağıda verilən ardıcıllıqladır: 

 
Biliklərin ekspertdən sistemə ötürülməsi;  

 
Biliklərin  sistemə  təqdim olunma üsulunun 
seçilməsi;  

 
Çıxış (idarəetmə) strategiyasının seçilməsi;  

 
İzahetmə altsisteminin seçilməsi;  

 
İstifadəçi ilə qarşılıqlı əlaqə altsisteminin seçilməsi;  


Yüklə 84,86 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə