Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1



Yüklə 84,86 Kb.
Pdf görüntüsü
səhifə51/60
tarix26.09.2017
ölçüsü84,86 Kb.
#1800
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   60


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------206------------------------------------ 
 
İstehsal informasiyalarının əsasını biliklərin iki tipi – 
əsas  (dərin)  və  ekspert  bilikləri  təşkil  edir.  Əsas  biliklər 
fundamental  prinsiplərə  əsaslanan  iqtisadi  proseslər  və 
onun  funksiyalarının  hissəvi  anlayışını  əks  etdirir. 
Mühəndislər  riyazi  əməllər  vasitəsi  ilə  istiliyin  ötürülməsi, 
maye axını, kimyəvi reaksiyalar, qarışıqların parçalanması 
və s. prosesləri təsvir edə bilirlər. Riyazi həllərin bərabərlik 
və  qaydaları  biliklər  üçün  ardıcıllıq  və  ya  təşkilat 
quruluşunu  müəyyən  edir.  Dolğun  və  hərtərəfli  istismar 
prosesləri  prosedur  məsələləri  üçün  əsas  biliklərlə  eyni 
qiymətləndirilir. 
Ekspert bilikləri təcrübə və ya müşahidələrdən alınır. 
Prosesin  ölçülmə  şərtləri  keyfiyyət  terminlərində  asan 
verilir  və  asan  da  təsvir  olunur.  Prosesin  gedişi  çoxlu 
müxtəlif  vəziyyətlərdə  özünü  biruzə  verir.  O,  keyfiyyət 
xarakteristikalarının  istifadəsi  ilə  müşahidə  və  proqnoz 
oluna  bilər.  Lakin  proses  fundamental  prinsiplər 
terminində heç də hər zaman başa düşülən olmur. Bir çox 
göstəricilərin  keyfiyyət  təbiəti,  bərabərliklərin  məntiqi 
formada  ifadəsi  riyazi  əməllərin  köməyi  ilə  birlikdə  təsvir 
olunan  mütəmadi  olmayan  münasibətlər  və  nəticələri 
şərtləndirir. 
İntellektual  sistemlərin  biliklər  bazası  təcrübədə 
adətən  ekspert  və  əsas  biliklərin  kombinasiyasını 
birləşdirir.  Biliklərin  bir  hissəsi  tamamilə  keyfiyyət,  digər 
hissəsi isə kəmiyyət xarakteri daşıya bilir. 
 
 
 
 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------207------------------------------------ 
 
 
BİLİKLƏRİN TƏQDİMATI VƏ 
MODELLƏŞDİRİLMƏSİ 
 
 
 
Süni  intellekt  nəzəriyyəsində  biliklərin  təqdimatı 
mühüm əhəmiyyət daşıyır. 
Biliklər nəyi  ifadə  edir  və  onların verilənlərdən  fərqi 
nədir?  
Biliklər,  mühit  (konkret  predmet  oblastı,  obyekt  və 
ya  obyektlər  qrupu)  haqqında,  obyektlərin  xüsusiyyətləri 
barədə  informasiyaları,  hadisə  və  proseslərin  qanuna-
uyğunluqlarını, qərar qəbulu üçün informasiyadan istifadə 
qaydalarını  özündə  birləşdirən  məlumatlar  çoxluğunu 
ifadə edir. 
İlk  hesablayıcı  maşınlar  verilənlərin  emalına 
yönləndirilmişdi.  Bu,  texniki  və  proqram  təminatlarının 
inkişaf  səviyyəsi  və  həm  də  həll  edilən  məsələlərin 
xüsusiyyətləri  ilə  əlaqədar  idi.  Sonrakı  inkişaf 
mərhələlərində  həll  edilən  məsələlərin  mürəkkəbləşməsi, 
onların  intellektuallaşdırılması,  hesablayıcı  texnikanın 
inkişafı bilikləri emal edən maşının yaradılması zəruriliyini 
doğurdu. Biliklərin verilənlərdən ən böyük fərqi, şübhəsiz 
ki, biliklərin interpretasiyalı (izahlı) olmasıdır.  
Verilənlərin  izahı    (interpretasiyası)  üçün  proqramın 
olması  vacibdir  və  verilənlərin  özləri  dolğun  informasiya 
daşımırlar,  lakin  biliklər  həmişə  dolğun  informasiya 
daşıyırlar.  Biliklərin  digər  fərqləndirici  xüsusiyyəti 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------208------------------------------------ 
 
münasibətlərin  mövcudluğu,  məsələn,  “tip-yarımtip”, 
“element-çoxluq” və s. formada olmasıdır.  
Biliklər,  ayrı-ayrı  hadisə  və  faktların  birgə  vəziyyətə 
uyğun əlaqələrinin mövcudluğu ilə xarakterizə olunur. 
Süni  intellekt  sistemlərində  təqdim  edilən  biliklərin 
aşağıdakı tipləri fərqləndirilir:  

 
Obyektin  quruluşunu,  formasını,  xüsusiyyətlərini, 
funksiyalarını,  imkanlarını,  vəziyyətini təsvir edən 
biliklər;  

 
Obyektlər  arasındakı  əlaqələri  və  bu obyektlərin 
iştirakı  mümkün  olan  əlaqələri və  hadisələri təsvir 
edən biliklər;  

 
Fiziki qanunları təsvir edən biliklər;  

 
İş  və  fəaliyyətin mümkün effektlərini, hadisə  və 
vəziyyətlərin  yaranmasının  səbəb və  şərtlərini 
təsvir edən biliklər;  

 
Məqsəd, plan,  razılaşma,  mümkün  niyyət və  s. 
təsvir edən biliklər.  
Feygenbaum isə aşağıdakı biliklər tipini ayırır: 

 
Ətraf  mühitin obyekt və  kateqoriyaları  haqqında 
olan biliklər;  

 
Müvəqqəti  ardıcıllıq  və  səbəb-nəticə  əlaqələrini 
müəyyən edən hadisələr haqqında olan biliklər;  

 
Fəaliyyəti, yəni hər  hansı  bir  işi  yerinə  yetirmək 
qabiliyyəti haqqında olan biliklər;  

 
Metabiliklər.  
 Bütün  sistemlər  üçün  ümumiliyi  olan  biliklərin 
təqdim edilməsi dili (BTD) vardır. Növbəti aspektlər bütün 
biliklərin  təqdim  edilməsi  dilinə  xasdır:  bütün  biliklərin 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------209------------------------------------ 
 
təqdim  edilməsi  dili  iki  mühitlə,  təqdim  edilən  və  təqdim 
edənlə bağlıdır.  
Əgər  aşağıdakı  məsələlər həll edilərsə, birlikdə 
biliklərin təqdim edilməsi  dili  təqdimatın  əsasını  təşkil 
edər:  
-təqdim edilən mühit nədir? 
-təqdim edən mühit nədir? 
-təqdim 
edilən 
mühitin 
hansı 
aspektləri 
modelləşdirilib? 
-bu mühitlər arasında hansı uyğunluq var? 
Biliklərin  təqdim  edilməsi  dili  üçün ümumi olan bir 
sıra problemlər vardır.  
Bu problemlərə aşağıdakıları aid etmək olar: 

 
Yeni biliklərin  əldə  olunması  və  onların  əvvəlki 
biliklərlə qarşılıqlı münasibəti;  

 
Assosiativ əlaqələrin təşkili;  

 
Təqdim olunan elementlərin həcminə  görə 
diapazonun seçilməsi “Obyekt və  hadisələr nə 
dərəcədə ətraflı təsvir edilə və daxili mühitin hansı 
hissəsi konkret süni intellekt sistemində  təqdim 
oluna bilər?”- sualı ilə əlaqədardır;  

 
Semantik primitivlərin birmənalı  olmaması  və 
seçimi;  

 
Modulluq və başa düşülənlik;  

 
Biliklərin aşkarlığı və əlverişliyi;  

 
Təqdim  olunanların  deklarativ və  prosedur 
əlaqələrinin seçilməsi, sistemin səmərəliliyinə, 
tamlığına, şifrələmənin asanlığına və başa düşülmə 
səviyyəsinə nə təsir edir.  


Yüklə 84,86 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə