Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1



Yüklə 84,86 Kb.
Pdf görüntüsü
səhifə54/60
tarix26.09.2017
ölçüsü84,86 Kb.
#1800
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   60


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------218------------------------------------ 
 
kompleksləri  ilə  obyekt  və  ya  istehsalat  sistemi  kimi 
müəyyən  etmək  olar.  Predmet  oblastının  araşdırılması 
zamanı  istehsalat  sistemində  həll  olunan  və  onun 
qarşısında məqsəd kimi duran tapşırıqlar haqqında biliklər 
lazımdır.  Həmçinin  istehsalat  sisteminin  istismarı 
prosesində  istifadə  olunan  idarəetmənin  mümkün 
strategiyası və evristik bilikləri müəyyən edilir. 
İqtisadi  və  istehalat  sistemlərinin  tədqiqi  zamanı 
intellektual  sistemlərin  biliklər  bazasında  biliklərin 
formalaşması  və  onlarla  iş  görmək  məqsədilə  istehsalat 
obyektləri  və  onlar  tərəfindən  həll  edilən  məsələlərin 
xüsusiyyətlərini  də  nəzərə  almaq  lazımdır.  İqtisadi  və 
istehsalat sistemləri üçün obyektin vəziyyətini xarakterizə 
edən,  ölçülə  bilən  və  digər  verilənlərin  fəaliyyətinin 
dinamikliyi,  hadisələrin  tez-tez  dəyişməsi,  böyük 
informasiya  massivlərinin  yenilənməsi  xasdır.  Onlar  tez-
tez  təsadüfi  amillər  səbəbindən  tam  olmayan  müəyyən 
şərtlərdə  fəaliyyət  göstərirlər.  Bununla  yanaşı,  isteh-
salların bir çoxu zərərli və ya insanlar üçün təhlükəli olan 
mühitə  düşür  ki,  bu  da  onların  idarəetmə  sisteminin 
etibarlılığına olan tələbatın yüksəlməsini irəli sürür. 
Beləliklə,  biliklər  bazasının  layihələşdirilməsində 
böyük  həcmli  bilik  və  verilənlərin  tez-tez  dəyişdiyi  və 
yenilənə  bildiyi  halda  onun  real  zamanda  işləməsi  üçün 
müəyyən formada onu təşkil etmək lazımdır. İstifadəçilərə 
təqdim  olunan  ekspertiza  və  məsləhətlərin  dəqiq  və 
vaxtında  təmin  etmək,  həmçinin  intellektual  sistemlərin 
işinin  etibarlılığını  təmin  etmək  lazımdır.  Bundan  əlavə, 
iqtisadi  və  istehsalat  sistemlərində  həll  olunan  tapşırığın 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------219------------------------------------ 
 
xarakteri müəyyən dərəcədə intellektual sistemlərin təşkili 
və layihələşdirilməsi prosesinə təsir edir. 
Biliklərin  xarakteri,  onların  quruluş  mümkünlüyü, 
həcmi, onlarla iş rejimləri intellektual sistemlərin istifadəsi 
sahəsinə  və  yuxarıda  adıçəkilən  intellektual  sistemlər 
tərəfindən  həll  edilən  tapşırıqların  yerinə-yetirilməsinə 
əhəmiyyətli dərəcədə təsir edir. 
İqtisadi  və  istehsalat  proseslərinin  idarəetmə 
sistemlərində biliklər toplusu kimi konkret prosesin təsviri, 
maliyyə və analitik informasiya komponentlərinin xarakte-
ristikaları, faktoqrafik bilik və ya verilənlər çıxış edə bilər. 
Bu  biliklərlə  yanaşı  idarəetmə  məsələlərinin  həlli  üçün 
verilənlərə əsaslanan evristika və ya qaydalar var. Adətən 
bu qayda və ya evristikalar keçmiş təcrübəyə əsaslanır. 
İstehsalın  planlaşdırılması  və  layihələşdirilməsi 
zamanı  tapşırıqlarda  biliklərin  keyfiyyəti  rolunda 
verilənlərin məcmusu və hərəkət qaydaları çıxış edə bilər.  
Biliklərin  əldə  olunması  iki  funksiyanın  köməyi  ilə 
realizə olunur: informasiyanın kənardan alınması və onun 
sistemləşdirilməsi.  Bununla  yanaşı,  məntiqi  çıxarışlara 
sistemin  öyrənmə  qabiliyyətindən  asılı  olaraq  biliklərin 
əldə  olunması,  həmçinin  alınan  informasiyanın  müxtəlif 
formaları daxildir.  
Biliklərin  təqdimolunma  forması  onların  istifadəsi 
üçün  sistemin  daxilində  müəyyən  olunur.  Buna  görə  də 
onun  qəbul  edə  bildiyi  informasiyanın  forması  biliklər 
səviyyəsinə  qədər  informasiyanın  formalaşması  üçün 
onun  qabiliyyət  və  bacarığından  asılıdır.  Nə  qədər 
kompüterin məntiqi çıxarışlara qabiliyyəti yüksəkdir, bir o 
qədər insana az yük düşür. 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------220------------------------------------ 
 
Beləliklə,  öyrənmə  funksiyalarından  o  tələb  olunur 
ki, kənardan alınan informasiya biliklər və onlardan ibarət 
olan biliklər bazasına dəyişdirilsin. 
 
Biliklərin mənbəyinin aşkarlanması və onlarla iş 
biliklər  mühəndisinin  əsas  vəzifəsidir.  Biliklər  bazasının 
yaradılmasında biliklər mühəndisi çox mühüm funksiyaları 
yerinə  yetirir.  O,  predmet  oblastından  yaxşı  baş  çıxara 
bilən  olmalı  və  biliklərin  əldə  olunması  prosesində 
ekspertlə  ünsiyyət  qurmaq  üçün  müəyyən  mənada 
psixoloq  olmalıdır.  Bununla  yanaşı,  o  həmçinin 
kompüterlərin proqram təminatı imkanlarını yaxşı bilməli-
dir.  
Predmet oblastı haqqında əsas bilik mənbəyi insan-
ekspertdir.  Biliklər  mühəndisi  onunla  dialoq  və  ya 
müsahibə (intervyu) rejimində işləyir və obyektlə işləmək 
üçün  lazımi  həcmdə  bilik  və  məlumat  formalaşdırır. 
Sonradan  uyğun  şəkildə  emal  edilən  sorğuların  istifadə 
edilməsi  mümkündür.  Bir  neçə  taqşırıq  üçün  kitablar, 
texniki  təsvirlər,  təlimatlar  və  sənədlər  əlavə  informasiya 
mənbəyi rolunu oynayır. Obyektin predmet oblastına dair  
biliklər haqqında intellektual sistemlərin tətbiqinin bir neçə 
sahəsini  informasiyanın  emalının  statik  və  informasiyanın 
imitasiya  olunmuş  nəticələr  haqqında  istifadəsi  yolu  ilə 
formalaşdırmaq  olar.  Son  zamanlar  daha  çox  biliklər 
bazasının  avtomatlaşdırılmış  doldurulması  üsulundan 
istifadə olunmaqdadır. 
Biliklərin  digər  vacib  mənbəyi  İnternetdir.  Lazımi 
informasiya  və  biliklərin  İnternetdə  ənənəvi  axtarışından 
əlavə  hal-hazırda  biliklərin  axtarılması  prosesinə 


Yüklə 84,86 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə