Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   145

 
8
X FƏSİL. ŞAGİRDLƏRİN FİZİKİ TƏRBİYƏSİNDƏ MƏKTƏB, AİLƏ VƏ 
İCTİMAİYYƏTİN ƏLBİR  İŞİ 
X.1. Valideyn konfransı 
X.2. Sinif valideyn iclası 
X.3. Valideynlərlə aparılan əbir iş 
X.4. Uşaqların fiziki tərbiyəsində ictimaiyyətin rolu   
 
 
ƏLAVƏLƏR 
Mütəhərrik oyunlar 
Dərs nümunələri 
İstifadə edilmiş ədəbiyyat 


 
9
OXUCULARA 
 
              Hörmətli oxucu, diqqətinizə təqdim edilən bu dərs vəsaiti, fiziki tərbiyə sahəsində müəllifin 48 
illik pedaqoji fəaliyyətinin nəzəri-metodik və praktik iş  təcrübəsi  əsasında yazılmışdır. Dərs vəsaitində 
müəllifin Bakı  şəhərindəki ümumtəhsil məktəblərində  bədən tərbiyəsi müəllimi, 1971-81-ci illərdə isə 
Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqoji Elmlər institutunda (indiki Azərbaycan Respublikası Təhsil 
Problemləri institutu) işlədiyi dövrdə, eləcə də 1981-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində 
ixtisas fakültəsində idman fənlərinin tədrisi metodikasından  (gimnastika, atletika, idman və mütəhərrik 
oyunlar, üzgüçülük və s.) oxuduğu mühazirə və praktik dərslər üzrə topladığı təcrübə nəzərə alınmışdır. 
              Dərs vəsaitinin məqsədyönlü işlənməsində müəllifin praktik müəllim olması ilə yanaşı, onun 
dissertasiya, elmi-tədqiqat işinin  fiziki tərbiyə üzrə  nəzəri biliklərin mənimsənilməsinin  şagird 
şəxsiyyətinin formalaşmasına təsirinə  həsr edilməsi, burada nəzəriyyə ilə praktikanın bir-biri ilə  sıx 
surətdə əlaqələndirilməsi, biri o birini tamamlaması da az rol oynamamışdır. Müəllifin uzun illərdən bəri 
Azərbaycan Müəllimlər institutunda, Bakı Pedaqoji Kadrların ixtisasartırma və yenidən hazırlanma 
institutunda kurslarda ixtisaslı mütəxəssislərə və sinif müəllimlərinə, həm də bakalavr təhsil pilləsində və 
magistraturada «Fiziki tərbiyə  və onun tədrisi metodikası» fənn proqramı üzrə  tələbələrə oxunmuş 
mühazirələr, seminar, laborator və praktik məşğələlərin   aparılması zamanı qazanılmış  təcrübə  dərs 
vəsaitinin gündəmə  gəlməsində, müasir məktəb sisteminin tələblərinə cavab verməsində mühüm 
amillərdən sayıla bilər. 
              Açıq etiraf etməliyik ki, müəllifin vaxtı ilə kənd rayon məktəblərində (Füzuli, Cəbrayıl, Zaqatala, 
Şuşa, Xankəndi, Şəki, Qəbələ, Şirvan və i.a.) fiziki tərbiyə dərslərində apardığı müşahidələri, vəziyyəti 
öyrənib təhlil etməsi və müəllimlər arasında sorğular keçirib ümumiləşdirməsinin nəticəsi olaraq dərs 
vəsaiti, metodik işləmələr, habelə ölkə daxilində  və onun hüdudlarından kənarda jurnal məqalələri çap 
etdirməsi, bunların da müvafiq hissəsinin yenidən işlənilib sinif müəllimi hazırlayan pedaqoji fakültələrin 
fənn proqramlarına üyğunlaşdırılaraq dərsliyə daxil edilməsi məqsədyönlü olmuşdur. 
              Bu bir həqiqətdir ki, son illərdə respublikamızda fiziki tərbiyəyə və idmana diqqət artırılmışdır. 
Lakin kiçik məktəbyaşlı  uşaqların fiziki tərbiyəsinin nəzəri və metodiki cəhətləri və s. proqram bölmə 
materiallarına aid konkret ümumiləşdirici tədris-metodiki  ədəbiyyat, çap tədris işləmələri, vəsait və 
dərsliklər demək olar ki, yox dərəcəsindədir. Bu da təbiidir. Çünki, müvafiq təhsil qurumları  həmin 
boşluğu doldurmağa lazımi səy və təşəbbüs göstərməmiş, tələbə və magistrların, ixtisasartırma və yenidən 
hazırlanma kurslarına cəlb olunan dinləyicilərin, ixtisas müəllimlərinin bu sahəyə olan ehtiyacını o qədər 
də diqqət mərkəzində saxlamırlar. Unutmaq olmaz ki, sovetlər birliyində fiziki tərbiyəyə dair zəruri dərs 
vəsaitləri, tövsiyələr hazırlanıb müəllim və tələbələrə çatdırılırdı.   
Artıq son vaxtlarda əlaqələr demək olar ki, kəsilmişdir, Azərbaycan dilində «Məktəbdə  bədən 
tərbiyəsi» məcmuəsinin nəşri dayandırılmışdır. Buna görə  də fiziki tərbiyənin tədrisi üzrə    müəllimlərə 
konkret kömək göstərə biləcək materiallara çox çətinliklə rast gəlmək mümkündür. Azərbaycanda bəhs 
edilən sahəyə aid dərsliklərə, tədris - metodiki vəsaitlərə çox böyük ehtiyacın olduğunu nəzərə alaraq 
indiyə  qədər toplanılmış materialların və  «İbtidai Təhsilin Pedaqogikası  və metodikası» ixtisası alan 
tələbələr üçün oxunmuş mühazirələrin üzərində  işləməklə «Fiziki tərbiyə  və onun tədrisi metodikası» 
fənn proqramının tələblərinə cavab verən dərs vəsaiti tərtib etmək qərarına gəldik.  
              Dərs vəsaiti öz quruluşuna görə 3 bölmədən, 10 fəsildən və əlavələrdən ibarətdir. 
              Birinci bölmədə  fənn proqramına uyğun olaraq fiziki tərbiyə  nəzəriyyəsinin  əsaslarına dair 
bəzi məsələlərin izahı verilir. İlk növbədə, fiziki tərbiyənin mövzusunun mahiyyəti və onun əhatə etdiyi 
məsələlər araşdırılır. Ölkəmizdə  gənclərin bədən tərbiyəsi və idmanının inkişafına xüsusi diqqət 
yetirildiyi nəzərə alınaraq onun tarixi keçmişinə, bu gününə  və  gələcək inkişaf perspektivlərinə  nəzər 
salınır, ictimai quruluşlarda inkişaf göstəriciləri, nailiyyətləri əsasında xronikası yaradılır. Xüsusən, onun 
sinfi xarakter daşıması, ictimai hadisə kimi əmələ gəlməsi, cəmiyyətin maddi şəraitindən və tələbatından 
asılılığı, mövcud cəmiyyətin məqsəd və  vəzifələrinin həyata keçirilməsinə xidmət göstərməsi faktik 
materiallarda qısa da olsa öz əksini tapır. Azərbaycan  ərazisində  ən qədim zamanlardan başlayaraq 
Midiya və Alban dövlətləri, feodalizm, çar Rusiyası, sovet hakimiyyəti və müstəqillik dövründə  bədən 
tərbiyəsi və idmanın inkişaf tarixinə aid araşdırmalar    aparılır. Qədim və müasir Olimpiya oyunları, 
Azərbaycan idmançılarının olimpiya oyunlarında uğurları barədə məlumatlar verilir.  


 10
            Bu  bölmədə  müstəqil Azərbaycan Respublikasının fiziki tərbiyə sisteminin mahiyyəti, 
quruluşu,  əsasları  və başlıca isti-qamətləri  şərh edilir. Xüsusən, bu sistemin əhatə etdiyi ailə  və 
bağçada, orta ümumtəhsil, peşə, orta və ali ixtisas məktəblərində,  şəhər, kənd, fabrik, zavodlarda və 
Azərbaycan Silahlı Qüvvələrində fiziki tərbiyənin ümumi xarakteristikasından bəhs olunur. Pedaqoji və 
əsas spesifik anlayışlardan danışılarkən XIX-XXI əsrlərdə anlayışlar haqqında mühüm pedaqoji fikir 
tarixi araşdırılır.  
             Təlim, tərbiyə, təhsil anlayışları ilə yanaşı,  «Bədən tərbi-yəsi», «Fiziki tərbiyə», «Fiziki 
inkişaf», «Fiziki hazırlıq», «Fiziki təkmilləşmə», «İdman» anlayışlarının  mahiyyətinə aydınlıq gətir-
ilərkən xarici alimlərin, o cümlədən görkəmli Azərbaycan peda-qoqlarının da düşüncələri diqqətdən 
yayınmamış, onların bu məsələyə daha həssas və diqqətlə yanaşmaları  aşkarlanmışdır (M.Muradxanov, 
N.Kazımov,  Ə.Haşımov, B.Əhmədov, A.Rzayev, Y.Talıbov,  Ə.Ağayev,  Ə.Paşayev, F.Rüstəmov, 
M.Nəsrullayev, H.Qurbanov və s.). 
              Həmin bölmədə  ibtidai məktəbdə  şagirdlərin fiziki tərbiyəsinin elmi, pedaqoji-psixoloji 
əsasları aparıcı yerlərdən birini tutur. İlk növbədə, kiçik məktəbyaşlı  şagirdlərin fiziki tərbiyəsinin 
məqsədi, vəzifələri və vasitələri, eləcə də «Fiziki tərbiyə və onun tədrisi metodikası» fənninin mahiyyəti, 
onun tədris və elmi fənn olması izah edilir. Bundan əlavə, kiçik məktəb yaşlıların anatomik-fizioloji və 
psixoloji inkişaf xüsusiyyətləri, fiziki tərbiyə  təliminin təşkili və keçirilməsinin elmi-nəzəri  əsasları bu 
prosesdə təlim metodlarından və prinsiplərindən səmərəli istifadə yolları, həm də onların nəinki əlaqəli 
surətdə  tətbiqi, hətta qarşılıqlı istifadə imkanları  şərh olunur. Eyni zamanda, qarşıya qoyulmuş  vəzifə, 
tədris - iş  və iqlim şəraitindən, təchizatdan asılı olaraq metodların seçilməsi və  tətbiq olunması 
prinsiplərinə aid nümunələr verilir, öyrədən və öyrənənin münasibətlərinin tənzimlənilməsində aktiv 
metodların rolu, mövqeyi araşdırılır. 
              Məlumdur ki, öz tarixi keçmişini bilmədən gələcəyə  uğurlu addımlar atmaq mümkün deyildir. 
Bu baxımdan orta ümumtəhsil məktəblərimizdə  tətbiq edilmiş fiziki tərbiyədən tədris plan və 
proqramlarının tədqiqi  vacib bilinmişdir.  Əvvəlcə, çar Rusiyası  məktəblərində, sonra Azərbaycanda 
sovet hakimiyyəti və müstəqillik dövründə  tədris plan və proqramlarında fiziki tərbiyənin qoyuluşu, 
mahiyyəti, vəzifələri, məzmunu öyrənilmiş, təhlil edilmiş və ümumiləşdirmələr aparılmış (XIX, XX, XXI 
əsrlərdə), müvafiq qənaətə gəlinmiş,müəllif yeri gəldikcə tərtib etdiyi məktəb, orta ixtisas və ali məktəb 
proqramlarında tədqiqatın nəticələrini müvafiq surətdə nəzərə almışdır. XX əsrin 70-ci illərində bir sıra 
xarici ölkə  məktəblərinin tədris planında fiziki tərbiyə  fənninə ayrılan saatların miqdarı, onun təşkili 
imkanları da araşdırılmışdır (Macarıstan, Bolqarıstan, Kuba, Polşa, Almaniya (ADR) və s.).  
              Fiziki  tərbiyə  dərsləri məktəbdə bu sahədə aparılan işlərin  əsas təşkili formasıdır başlığı 
altında gedən yazıda isə fiziki tərbiyə dərslərinin təşkili və keçirilmiəsinə dair zəruri pedaqoji-psixoloji və 
metodiki komponentlərin izahı öz əksini tapır. Xüsusən, dərsin xüsusiyyətləri, vəzifələri, tipləri, onun 
quruluşu, hissələri, təşkili formaları, sıxlığı, fiziki yükü, habelə  dərsdə yer seçmə, ona rəhbərlik və 
hazırlıq, ev tapşırıqları, hesabaalma, qiymətləndirmə, məşğələ yerinin düzəldilməsi, ləvazimat, vəsait və 
avadanlıqlarla təchizi mühüm yer tutur.  
              İkinci bölmədə ibtidai məktəbin «Fiziki tərbiyə» fənn proqram bölmələri üzrə hərəkətlərin 
xüsusi metodikası verilir.  Birinci olaraq, ayrı-ayrı siniflərə aid fiziki tərbiyədən  əsas biliklərin 
mahiyyəti, məzmunu və öyrədilməsinin pedaqoji-psixoloji izahı və mənimsədilməsi metodları şərh 
olunur. 
              Bu  bölmədə  fiziki tərbiyə  məşğələləri zamanı ilk tibbi yardım göstərmək qaydaları  üzrə 
məlumatlar verilir, xüsusən, məişət, idman məşğələləri, turist – yürüş və səyahətlərində baş verə biləcək 
zədələnmələr qeyd edilir və onların qarşısını almaq üçün tibbi yollar göstərilir. Bundan əlavə, proqram 
materiallarının məzmunu və keçirilməsi metodikasından bəhs olunur. Burada ibtidai siniflərdə  tədris 
olunan gimnastika hərəkətlərinin, sıra təliminin, müvazinət, rəqs, akrobatika və s. hərəkətlərin məzmunu 
və icraedilmə texnikasının izahı verilir. Müəllifin vaxtı ilə seçib tədris proqramına daxil etdiyi  oğlan və 
qızlar üçün Azərbaycan rəqs elementlərinin və milli mütəhərrik oyunların, yerinə yetirilmə metodikası, 
həmçinin digər mütəhərrik və idman oyunlarının kross hazırlığının, üzgüçülüyün təşkili və keçirilməsi 
yolları da bu bölmədə öz yerini tapır. Dərsliyin xüsusi məktəb və qruplar hissəsində isə azkomplektli 
məktəblərdə və səhhətində olan qüsurlara görə xüsusi tibbi qrupa daxil olan şagirdlərin fiziki tərbiyəsinin 
əhəmiyyəti, məzmunu, təşkili və idarə olunma məsələlərindən danışılır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə