ON SOZ
Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin
gücləndirilməsi və ictimai təhlükəsizliyin təmin edilməsi
sahəsində hüquq mühafizə orqanları mühüm rol oynayır. Məhz bu
orqanlar qarşısında cinayətkarlıqla mübarizə üzrə çox mürəkkəb
və məsuliyyətli vəzifələr durur. Son illər hüquq mühafizə
orqanları yeni cinayət növləri (qanunsuz silahlı dəstələr yaratmaq,
terrorizm, girov saxlama, insanların oğurlanması, reket, müxtəlif
növ bank və maliyyə fırıldaqları və s.) ilə tez-tez rastlaşırlar.
Cinayətkarlar da öz növbəsində peşəkarlıqlarını artıraraq daha
mütəşəkkil fəaliyyət göstərirlər. Bu isə hüquq mühafizə
fəaliyyətinin əsaslı surətdə təkmilləşdiril- məsini tələb etmişdi.
Dövlətimiz müstəqillik əldə etdikdən sonra onun dünya
dövlətləri arasında daha demokratik mövqe tutması üçün
qanunvericilikdə yeniliyə ehtiyac yarandı. Cəmiyyətin bütün
sahələrinin müasirləşməsi və demokratikləşməsi məqsədi ilə onun
bütün sahələrində köklü islahatlar başlandı. Hüquqi dövlət
quruculuğunun həyata keçirilməsi üçün və ümumiyyətlə
cəmiyyətin inkişaf etməsi üçün islahatların başlaması çox vacib
idi. 12 noyabr 1995-ci il referendum yolu ilə Azərbaycan
Respublikasının yeni Konstitusiyasının qəbulu hüquq sahəsində
başlanan islahatların təməlini qoydu.
Bu islahatlar bir sıra inkişaf etmiş ölkələrin qanunlarına və
təcrübələrinə söykənərək özünəməxsus formada həyata
keçirilmişdir. Yeni qanunvericiliyin hazırlanmasında inkişaf
etmiş demokratik ölkələrin qanun və normativ aktlarından istifadə
olunmuşdur.
Əgər biz islahatlara qısa nəzər salsaq, görərik ki, yeni
Konstitusiyamızda insan hüquqları, hakimiyyət bölgüsü,
məhkəmə hakimiyyətinin müstəqilliyi və digər demokratik
şərtlər öz əksini tam şəkildə tapmışdır. Buna baxmayaraq digər
qanunlar hələ də dəyişməmişdi və bu səbəbdən onların
dəyişməsi zərurəti yarandı. 1997-ci ildə «Məhkəmələr və
hakimlər haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul
edildi. 1998-ci ildən Konstitusiya Məhkəməsi öz fəaliyyətinə
başladı. Bir müddət sonra yeni Cinayət, Cinayət- Prosessual və
başqa məcəllələr qəbul olundu. Sürətlə davam edən məhkəmə
hüquq islahatları 2000-ci ildə üç pilləli məhkəmə sisteminə
keçidi təmin etdi. Daha sonra 2002-ci il avqustun 24-də
referendum yolu ilə Konstitusiyamızda mühüm dəyişikliklər
edildi. Konstitusiyadakı bu yeniliklərin əksəriyyəti məhkəmə
hakimiyyətinin həyata keçirilməsi ilə bağlı olmuşdur.
İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması
hər bir demokratik hüquqi dövlətin başlıca vəzifələrindən biri
olduğu hazırkı .şəraitdə hüquq mühafizə orqanlarında əsaslı
islahatların
aparılması
günün
vacib
tələblərindəndir.
Respublikamızın hüquq mühafizə orqanları sistemində mühüm
yer tutan məhkəmənin, prokurorluğun, polisin və digərlərinin
uzun illər təşəkkül tapmış mövcud sisteminin, strukturunun və
fəaliyyət istiqamətlərinin müasir dövrə uyğun müəyyən
edilməsi, onların hüquqi dövlətin prinsipləri ilə uzlaşan bir
orqana çevrilməsi hüquqi islahatların əsas vəzifələrindən biri
olmırşdur.
Demokratik, hüquqi dövlət quruculuğu dövründə,
ictimai-siyasi həyatın bütün sahələrində olduğu kimi, hüquq
mühafizə orqanlarında da əsaslı islahatlar aparılması nəticəsində
bu orqanların cəmiyyətdə roluna yenidən baxılmış, bu sahədə
əvvəlki rejimdən qalma stereotiplərdən imtina edilmiş, onların
sırf cəza orqanlarından insan hüquqlarının və
azadlıqlarının osl müdafıoçisino çevrilməsi istiqaməlindo
mühüm addımlar atılmışdır.
Son illərdə Azərbaycan dövlətinin demokratik, hüquqi və
dünyəvi quruculuğu yolunda inamla addımlaması, Avropa
Şurasına daxil olması və Avropa hüquq zonası ilə birləşməsi
insan hüc|uqları haqqında beynəlxak] sənədlərə uyğun olaraq öz
üzərinə götürdüyü hüquqi öhdəliklərlə əlaqədar olaraq
Azərbaycan Respublikasının hüquq mühafizə sistemində böyük
islahatlar aparılmışdır. «Prokurorluq haqqında», «Polis
haqqında», «Əməliyyat-axtarış fəaliyyəti haqqında», «Milli
Təhlükəsizlik haqqında» və s. qanunlar qəbul edilmi.ş- dir.
Bütün bu qanunların ana xəttini demokratiya, insan hüquq və
azadlıqlarının aliliyi prinsipləri təşkil edir.
Müasir şəraitdə hər bir dövlətin demokratik imici onun insan
hüquqlarına münasibəti, həmin dövlətdə insan hüquqlarının
vəziyyəti ilə müəyyən olunur. Demokratiya və insan hüquqları
bir-biri ilə qırılmaz surətdə bağlıdır və biri digərini şərtləndirir.
Yalnız cəmiyyətdə mövcud olan demokratik iqlim insan
hüquqlarının qorunmasına real təminat verə bilər. Digər tərəfdən
isə insanın əsas hüquq və azadlıqlarının qanunvericilikdə və real
həyatda təmin edilməsi cəmiyyətdə demokratiyanm təşəkkülü və
geniş inkişafı ücün həlledici amil rolunu oynayır.
Azərbaycan Respublikasında hüquq mühafizə orqanlarının
fəaliyyətlərinin məzmunu insanların həyatını, sağlamlığını,
hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin
qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd qəsdlərdən
qorumaqdan və ədalət mühakiməsinin təmin olunmasından
ibarətdir. Elə buna görə də, hüquqşünaslar hüquq mühafizə
orqanlarının müasir dövrün tələblərinə uyğun təşkilini,
strukturlarını və vəzifələrini əsaslı surətdə öyrənməli, onların
dövlət orqanları sistemində tutduqları yeri yaxşı bilməlidirlər.
Buna isə «Azərbaycan Respublikasının hüquq mühafizə
Dostları ilə paylaş: |