Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə142/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   137   138   139   140   141   142   143   144   145

 302
Zolaqdan hoppanana qədər ləkələnənlər tərəfindən toxunulmayan (ləkələnməyən) hoppananlar, 
yaxud hoppanmanı yerinə yetirənə  qədər  əli ilə  ləkəlilərdən  onlara toxuna bilənlərin hərəsi bir xal 
qazanır. Yarışlarda hamı iştirak edənə qədər o biri hoppananlar və ləkələnənlər bu qayda ilə oynayırlar. 
Sonra komandalar yerlərini və vəzifələrini dəyişirlər. Cəminə görə çox xal toplamış komanda qalib gəlir. 
Xallar bərabər olduqda oyun heç-heçə qurtarır. 
Qaydalar: 1. Ləkə istədiyi qaçana toxuna bilər. 2. Tullanma zamanı yerdən təkanvermə anında 
hoppanana toxunma hesaba alınmır. 3. Zolağın qabaq xəttini keçməyən (yaxud zolağın üstündə 
hoppanmayan) hoppanan ləkələnmiş sayılır, xal isə ləkələnənlər komandasına verilir.  
Hədəfə və uzağa atmalarla oyunlar 
Snayperlər 
Oynayanlar tək cərgəyə düzülüb 1-2 sayırlar. Bir sayanlar birinci komandanın, iki sayanlar isə ikinci 
komandanı  təşkil edirlər.  Əgər meydançanın eni hamıya bir cərgədə düzülməyə imkan vermirsə, onda 
oyunçular iki cərgədə boyunardı düzülürlər. Belə olduqda hər cərgə bir komanda hesab olunur. 
Komandalardan birinin oyunçularının hərəsinə bir kiçik top verilir. Cərgənin qarşısında atma xəttindən 6 
m aralıda ona paralel olmaqla bir-birindən 1-2 addım aralı sıra ilə 10 şəhərcik oyununun çilingi qoyulur. 
Cilinglərin 5-i bir rəngdə, 5-i başqa rəngdə olmalıdır.Hər komandaya müəyyən rəngdə ciling təyin edilir. 
Müəllimin komandası ilə komandalar növbə ilə ( oyunçuların hamısı birdən) topları cilinglərə atırlar 
(ayaqüstü, dizüstü və yaxud uzanma vəziyyəti). Vurulub yıxılmış bir rəngli ciling bir addım dala aparılır. 
Başqasına məxsus, lakin vurulmuş ciling bir addım yaxına qoyulur. Oyun ərzində öz hədəflərini daha 
uzağa çəkmiş komanda (hədəfin uzağa aparılmasından addımların sayı nəzərə alınır) udmuş hesab olunur. 
Qaydalar: 1. Top atıldıqdan sonra vurulmuş şəhərcik-ciling təzə yerə qoyulur. 2. Vurulmuş cilinglər 
təzə yerə qoyulduqdan sonra atılmış topların və o biri komandanın oyunçuları  yığırlar. 3. Vurulmuş 
çilingləri qaldırıb təzə yerə qoymaq üçün oyunçulardan biri təyin olunur. 
DƏRS NÜMUNƏLƏRİ 
Kiçik məktəbyaşlı  uşaqların fəaliyyətini tədris prosesinə mütəşəkkil cəlb etməkdən ötrü müəllim 
dərsə qabaqcadan hazırlaşmalı, öyrədəcəyi hərəkətin texnikasına dərindən yiyələnməli, uyğun səmərəli 
üsul və priyomlar seçməli, bunları düzgün tətbiq etməli və  fəal uşaqların gücündən istifadə etməlidir. 
Yadda saxlamaq lazımdır ki, bütün tədris materialları üçün eyni təlim üsulundan istifadə etmək dərsin 
səmərəliliyini azaldır, uşaqların dərsə olan marağına mənfi təsir göstərir. Bütün mövzuların 
öyrədilməsində eyni təlim üsulundan istifadə edilməsi diqqətin tez-tez yayınmasına səbəb olur. Məzh elə 
buna görə də, hər bir müəllim tədrisin səviyyəsini yüksəltmək məqsədilə mütləq keçəcəyi materialların 
məzmununa uyğun üsul və priyomlardan  istifadə edilməsinə xüsusi diqqət verməlidir.  Əgər müəllim 
qaçış, tullanmalar, atmalar və s. üzrə  tədris materialını (bu həm praktik və  həm də  nəzəri material ola 
bilər) nağıletmə üsulu ilə  tədris edilirsə, bu zaman o, müvafiq surətdə izah etmədən, illüstrasiya və 
demonstrasiya metodlarından da istifadə edə bilər. 
 Təcrübədən aydın olur ki,  müəllim dərsin qarşısında qoyulmuş vəzifələri müəyyənləşdirərkən iki 
metodiki və pedaqoji məsələyə xüsusilə diqqət yetirməlidir. Birinci, hər dərsin mərhələsi üçün (hazırlıq, 
əsas, tamamlayıcı) xüsusi tədris materialı nəzərdə tutulmalı, ikincisi, həmin materiallar məzmun etibarı ilə 
bir-birinə uyğun olaraq seçilməlidir. Başqa sözlə desək, dərsin qarşısında duran vəzifələrin 
müvəffəqiyyətlə yerinə yetirilməsinə yönəldilməlidir. 
Bədən tərbiyəsi dərslərinin ayrı-ayrı hissələrində  həyata keçirilən məqsəd və  vəzifələrin bir-birini 
tamamlaması, yalnız pedaqoji cəhətdən deyil, həm də psixoloji nöqteyi-nəzərdən də çox böyük 
əhəmiyyətə malikdir. Yəni dərs prosesində yerinə yetirilən fiziki hərəkətlərin təsir etibarı ilə    uyğun 
olması, biri digərinin dolayı yolla və yaxud birbaşa düzgün icrasına zəmin yaratması, şagirdlərdə əhvali-
ruhiyyəni yaxşılaşdırır və emosionallığı yüksəldir. Digər tərəfdən də  şagirdlər bu zaman mürəkkəb 
hərəkətləri icra etməkdən qorxmurlar, onu daha inamla və yüksək zövqlə icra edirlər, bu da dərsin 
keyfiyyətinin artmasında mühüm əhəmiyyət kəsb edir. 


 303
  Bədən tərbiyəsi dərslərinin hazırlıq, əsas və tamamlayıcı hissələrində verilən fiziki hərəkətlərin və 
mütəhərrik oyunların uyğunlaşdırılaraq eyni məqsədə və vəzifəyə istiqamətləndirilməsinin eyni zamanda 
bioloji, fizioloji və anatomik əhəmiyyəti də vardır. Dərsin yükünnün düzgün dozalaşdırılması (bir dərs 
müddətində  dərsin hissələrinə münasib olaraq orqanizmə düşən yükün düzgün bölüşdürülməsi) 
orqanizmə düşən yükün tədricən artırılmasına və  əksinə, onun tədricən azaldılıb dərsin başlanğıcındakı  
vəziyyətə  gətirilməsinə  səbəb olur. Bu fizioloji əyrilik adlanır ki, bunun da sağlamlığın 
möhkəmləndirilməsi, hərtərəfli və düzgün inkişaf üçün böyük əhəmiyyəti vardır. 
Müşahidələr göstərir ki, bir çox sinif müəllimləri dərsin hazırlıq hissəsinə lazımi diqqət 
yetirmirlər,ən müxtəlif növ fiziki hərəkətlərin icrasında tənəffüsün müntəzəmliyi və tempin 
müvəffəqiyyəti gözlənilmir. Hər bir müəllim bilməlidir ki, dərsin hazırlıq hissəsində əşyalarla və əşyasız 
icra edilən ümuminkişaf hərəkətlərinin müvafiq tempdə yerinə yetirilməsi, lazımi sayda icrası, habelə 
tənəffüsün müntəzəmliliyindən ötrü hər cür şəraitin yaradılması şagirdlərin hərəkət fəallığını artırmaqla 
yanaşı, eyni zamanda onların sağlamlığı üçün də  zəruridir.  Bir cəhəti də qeyd etmək lazımdır ki, sıra 
hərəkətlərinin, ümuminkişaf (əşyalı  və  əşyasız), akrobatika, dırmaşma, sürünmə  və s. hərəkətlərin 
texnikası öyrədilərkən izah etməyə və əyaniləşdirməyə eyni dərəcədə  diqqət verilməlidir. Hər hansı bir 
hərəkətin öyrədilməsi texnikasının əvvəlcə izah olunması, sonra isə göstərilməsi (hərəkət hissə-hissə və 
bütövlükdə göstərilə bilər) onun şagirdlər tərəfindən dərindən öyrənilməsinə zəmin yaradır. 
Bədən tərbiyəsi dərslərinin müvəffəqiyyətlə  nəticələnməsində, öyrədilən fiziki hərəkətlər və 
yaxud mütəhərrik oyunlar üzrə (sağlamlıq haqqında,  əməyə  və  Vətənin müdafiəsi işində rolu, sürət, 
qüvvə, cəldlik, iradəlilik və dözümlülük üçün əhəmiyyəti haqqında, həmçinin dövlətin uşaqların fiziki 
tərbiyəsinə qayğı göstərməsinə dair və s.) nəzəri məlumatların mənimsənilməsi xüsusilə əhəmiyyətlidir. 
Şagirdlər fiziki tərbiyə haqqında nəzəri məlumatlara yiyələnməklə, onun insanın hərtərəfli inkişafına 
müsbət təsirini anlayırlar. Bundan əlavə, fiziki tərbiyə üzrə  mənimsənilmiş  nəzəri məlumatlar bədən 
tərbiyəsi dərslərinə  şagirdlərin marağını  və  şüurlu münasibətini xeyli artırır, onların  şəxsiyyət kimi 
formalaşmasına müsbət təsir göstərir. Xüsusən, bədən tərbiyəsi və idman hərəkətləri ilə müntəzəm 
məşğul olması haqqında, kosmonavtların fiziki tərbiyə vasitələrindən istifadə edərək məşq sayəsində 
bədənlərini daha da möhkəmləndirmək nəticəsində kosmosa uçmaları barədə  məlumatların 
mənimsənilməsi, şagirdlərin həmin nümunələrdə şəxsiyyət kimi inkişaf etməsinə kömək edir. 
Müəllim şəxsi və ictimai gigiyena, istərsə də hərəkətlərin yerinə yetirilməsi texnikasına, mütəhərrik 
oyunların təşkili və keçirilməsinə aid məlumatları müntəzəm və metodik baxımdan  şagirdlərə düzgün 
çatdırmalıdır. Yuxarıda qeyd etdiyimiz bəzi metodik cəhətləri nəzərə almaqla2 dərs nümunəsi veririk: 
        
   
 
  Təsdiq edirəm: 
        
Tədris işləri üzrə direktor müavini: 
     
M.Məmmədli 
                                                 «____» sentyabr 2008-ci il. 
                             
D Ə R S  № ____ 
 
   Mövzu: Sıra təlimi, 20 m məsafəyə qaçış, «Çağırış oyunu». 
Vəzifələr: 1) sıraya düzülməyi öyrətmək; 2) kiçik toplarla ümuminkişaf hərəkətləri; 3) 20 m 
məsafəyə qaçış; 4) «Çağırış» oyununun öyrədilməsi. 
Yer: Meydança. 
  Təchizat: Şagirdlərin sayı qədər kiçik toplar. 
  Sıraya düzülmə: Müəllim uşaqları idman geyimində məktəbyanı meydançaya çıxarır, təbaşirlə bir 
düz xətt çəkib onları boyunardı  xətt üzrə  sıraya düzür. Sonra boyunardı düzülmənin sıra adlandığını, 
birinci duranın istiqamətçi,  axırda duranın isə tamamlayıcı  olduğunu izah edir. 
 Eyni zamanda sıraya düzülmə hərəkətlərinin əhəmiyyəti haqqında şagirdlərə məlumat verir: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə