Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə143/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   137   138   139   140   141   142   143   144   145

 304
  -  Sıra hərəkətləri orqanizmin inkişafına kömək edir, qol, qıç, xüsusən kürək  əzələlərini 
möhkəmləndirir. Əzələlər möhkəm və qüvvətli olduqda adam çevik olur, qaməti əyilmir. Buna görə də 
sıra hərəkətlərini düzgün icra etməyə çalışmaq lazımdır. Sonra isə müəllim hərəkətin icrasını izah edir. 
Hərəkəti icra edərkən başı düz saxlamalı, bədəni əyməməli və döş qəfəsini bir qədər irəli verməli. 
Yeriş vaxtı sol ayaq irəlidə olarsa, sağ qolu irəliyə  gətirib döş qarşısında dirsəkdən bükməli, sağ ayaq 
irəlidə olduqda isə sol qolu döş qarşısında gətirib dirsəkdən bükməli. Hərəkət vaxtı  tənəffüs sərbəst 
olmalıdır. 
Müəllim daha sonra qeyd edir ki, sırada bir-birindən müəyyən məsafədə durmaq lazımdır. Arada bir 
addım, yaxud da uzadılmış qollar boyu məsafə olmalıdır. Müəllim hərəkəti əvvəlcə özü göstərir, sonra bir 
neçə  dəfə  şagirdlərə   icra etdirir. Bundan sonra şagirdlərə «Dağılın!» komandası verilir. Şagirdlər 
meydançaya dağılıb sərbəst gəzişməyə başlayırlar. Birdən o, şagirdlərə müraciət edib deyir: «Boy sırası 
ilə düzlənin! Sağ  əlinizi qarşıda duran yoldaşınızın çiyninə qoyun!». Şagirdlər bu qayda ilə  sıraya 
düzülməni bir neçə dəfə təkrar edirlər. 
Müəllim qolu dirsəkdən açmaqla arxaya seyrəlmənin texnikasını da şagirdlərə öyrədir. Hərəkət 
«Sinif bir sıraya düzül!» komandası ilə bir neçə dəfə təkrar edilir. 
 
Kiçik toplarla ümuminkişaf etdirici hərəkətlər
I Ç.V.(çıxış vəziyyəti) – əsas duruş, top sol əldə. Bir sayda qolları 
yandan yuxarıya aparıb topu sağ  ələ ötürməli (bu zaman topa baxmalı); iki sayda qolları yandan 
aşağı salıb əvvəlki vəziyyətə  gətirməli; üç-dörd sayda top sağ  əldə, topu baş üzərində solə  lə ötürməli, 
hərəkət 5-6 dəfə təkrar olunur. 
II Ç.V. – ayaqlar çiyin bərabərində, top baş üzərində ikiəlli tutulur. Bir  
sayda irəli  əyilməklə topu ayaqlar arasına qoymalı (qıçlar bükülmür): iki sayda əvvəlki vəziyyətə 
qayıtmalı; üç-dörd sayda əyilməklə topu yerdən götürüb çıxış  vəziyyətinə qayıtmalı.  Əyilərkən nəfəsi 
buraxmalı, qalxarkən almalı. Hərəkət orta tempdə 3-4 dəfə təkrar olunur. 
III Ç.V. – əsas duruş, top sağ  əldə. Bir sayda topu döşəməyə vurmalı: iki sayda döşəməyə  dəyib 
sıçrayan topu ikiəlli tutmalı; üç-dörd sayda topu sol əldə tutub hərəkəti təkrar etməli. 
Topu yerə elə vurmaq lazımdır ki, sıçrayıb döş  səviyyəsinə  qədər qalxa bilsin. Tənəffüs 
müntəzəmdir. Hərəkət orta tempdə hər əllə üç-dörd dəfə təkrar edilir. 
IV Ç.V. – ayaqlar çiyin bərabərində, qollar yanda, top sol əldə. Bir sayda sola əyilərək topu arxadan 
sol əldən sağ ələ ötürməli; iki sayda çıxış vəziyyətinə qayıtmalı; üç-dörd sayda hərəkəti sağ tərəfə (top 
sağ əldə) təkrar etməli. Əyilərkən nəfəsi buraxmalı, qalxarkən almalı. Hərəkət aşağı tempdə dörd-beş dəfə 
təkrar olunur. 
V Ç.V. – əsas duruş, qollar irəlidə (çiyin səviyyəsində) top sol əldə, bir sayda qolları  aşağı salıb 
çöməlməklə qalxıb çıxış  vəziyyətinə qayıtmalı; üç-dörd sayda yenidən çömələrək topu sol ələ götürüb 
düzəlməli (çıxış vəziyyətinə qayıtmalı). Çömələrkən nəfəsi buraxmalı, qalxarkən nəfəs almalı. 
VI Ç.V. – əsas duruş, top sol əldə. Bir sayda qıçları dizdən büküb topu sol ayaq tərəfdə yerə 
qoymalı; iki sayda düzülməli; üç-dörd sayda hərəkəti top sağ  əldə olmaqla (sağ ayağın yanında yerə 
qoymaqla) icra etməli. Hərəkət iki dəfə sağ, iki dəfə isə sol tərəfə icra edilir. 
VII Ç.V. – əsas duruş, top sol ayaq tərəfdə döşəmə üzərində. Bir sayda üç dəfə yerində hoppanmalı; 
iki sayda  topun üstündən yana (sol tərəfə) hoppanmalı; üç-dörd sayda hoppanaraq əvvəlki vəziyyətə 
qayıtmalı. Hərəkəti, topu sağ ayağın yanında yerə qoyub (sağ tərəfə) hoppanmaqla təkrar etməli. Yerində 
addımlama. İrəli addımlama. Qolları yandan yuxarı aparmaqla nəfəs alıb-vermə. Adi yeriş. 
20 m. məsafəyə qaçış. Uşaqlar müəllimin komandası ilə yönü qaçılacaq tərəfə, start xəttində 
cərgəyə düzülürlər. Meydançada start və finiş  xətti qabaqcadan nişanlanmış, aralarındakı  məsafə 60-70 
sm olmaqla bir-birinə paralel 8-10 xətt çəkilmişdir. Hər dəfə starta on nəfər  şagird çağırılır. Onlar 
«Marş!» komandası verilən kimi qaçır və finiş  xəttini keçirlər. Birinci on nəfər qaçışa başlayan kimi 
növbəti on nəfər start xəttinə yaxınlaşır və öz yerlərini tuturlar. Müəllim qaçış zamanı  uşaqların üç 
məsələyə diqqət yetirmələrinə ciddi səy göstərir: 1) qaçış vaxtı bir-birinin qabağına keçməməli; 2) sürətlə 
deyil, sərbəst qaçmalı; 3) finiş  xəttini keçdikdən sonra dayanmamalı, yerişə keçməli və ya tənəffüs 
hərəkətlərini icra etməli. 


 305
 «Çağırış» oyunu. Müəllim uşaqları iki dəstəyə bölüb meydançanın əks tərəfində cərgəyə düzür və 
nömrələyir. Bundan sonra hər dəstənin qarşısında cərimə xətti çəkilir. Meydançanın ortasında diametri 1 
m olan dairə  çəkilir və  mərkəzinə toppuz qoyulur. Müəllimin işarəsi ilə nömrəsi çağırılan oyunçu cəld 
dairəyə  tərəf qaçır, toppuzu götürüb öz dəstəsinə çatdırır. Bu müddət digər dəstənin oyunçusu cərimə 
xəttinə çatana kimi əli ilə rəqibinə toxunmağa çalışır. Tutulmayan oyunçu bir xal qazanır. Daha çox xal 
toplayan dəstə qalib gəlir. 
Qaçış zamanı bir-birini itələməyə və toppuzu zorla əldən almağa icazə verilmir. Oyunun qaydasını 
pozanlar    xal hesabı ilə cərimə olunurlar. 
Bir cəhəti də qeyd etmək lazımdır ki, müəllim oyuna başlamazdan  əvvəl onun məzmununu və 
qaydalarını uşaqların nəzərinə çatdırır. O, deyir ki, bu qaydalara riayət etmək hamının Oyunun maraqlı 
keçməsi üçün onun qaydalarını hamı bilməli və ona düzgün əməl etməlidir. 
Bədəni sakitləşdirici hərəkətlər. Yeriş zamanı qollar yana, yuxarı, irəli və  aşağı.  Əllər boyun 
arxasında, başda, baş üzərində və s. Pəncə və dabanlar üstündə, ayaqların xarici və daxili  kənarı üstündə 
yeriş. 
Evə tapşırıq. Kompleks hərəkətlərin təkrarı. 
                                 
D Ə R S № _____ 
Mövzu:  Sıra təlimi, «Uzun dərə» və «Qazağı» rəqs elementlərinin və «Drma, qaç» oyununun 
öyrədilməsi. 
Vəzifələr: 1) seyrəltmə və sıxlaşma; 2) ümuminkişafetdirici hərəkətlər; 3) qızlara «Uzundərə» oyun 
havası ilə  əsas rəqs addımlarını öyrətmək; 4) oğlanlara «Qazağı» oyun havası ilə  əsas rəqs addımlarını 
öyrətmək; 5) «Durma, qaç» oyunu. 
Dərsin yeri: idman zalı. 
   Təchizat: piano. 
 Yeriş: adi, pəncələr üzərində, qolların müxtəlif vəziyyətlərində. 
 Qaçış: (asta) əllər boyun arxasında, yanlarda, beldə və s. Qaçışdan yerişə keçmək. Meydançanın o 
biri başında müəyyən sahəyə çatdıqda, dönməklə bir sıradan dörd sıra olmaq. Yerində saymaq, müəllimin 
komndası ilə sağa (sola) dönmək, hoppanaraq sağa (sola) dönmək. Qolları  aşağıdan-yandan yuxarı 
aparmaqla dərin nəfəs alıb-vermək. 
 «Qollararası seyrəl!» komandası ilə cərgələrdə yana seyrəlmək. Bu zaman sağ cinahdakı şagirddən 
başqa hamı qolları yana qaldırmaqla bitişən addımlarla sol tərəfə seyrəlirlər. «Sinif, sağa sıxlaş!» 
komandası ilə uşaqlar əvvəlki vəziyyətə qayıdırlar. 
Ümuminkişafetdirici hərəkətlər 
I Ç.V. – əsas duruş, baş aşağı, qollar qabaqda çarpaz vəziyyətdə. Bir – iki sayda qollar yanlardan 
yuxarı qaldırılır. (barmaqlar sıxılır, ovuclar dala baxır); üç – dörd sayda əvvəlki vəziyyətə  gətirilir. 
Hərəkət yavaş tempdə dörd – beş dəfə icra olunur. 
II Ç.V. – əllər boyun arxasında, ayaqlar çiyin bərabərində. Bir – iki sayda gövdəni sağa; üç – dörd 
sayda isə sola əyməli. 
III Ç.V. – əsas duruş, əllər beldə, bir – iki sayda gövdəni düz saxlayıb pəncələr üstdə çöməlməli; üç 
– dörd sayda çıxış vəziyyətinə qayıtmalı. Hərəkət yavaş tempdə yerinə yetirilir . 
IV Ç.V. – ayaqlar çiyin bərabərində, qollar yanlarda, bir – iki sayda sola irəli  əyilməli, sol qıçı 
dizdən bükməli, diz   bükümündə əl çaldıqdan sonra çıxış vəziyyətinə qayıtmalı; üç – dörd sayda hərəkəti 
sağ tərəfə təkrar etməli. 
V Ç.V. – qıçlar düz vəziyyətdə döşəmədə oturmalı, qollar yanlarda. Bir – iki sayda sol qıçı düz 
yuxarı qaldırmalı, diz bükümündə əl çalmalı, qıçı çıxış vəziyyətinə qaytarmalı; üç – dörd sayda hərəkəti 
sağ qıçla təkrar etməli. 
VI Ç.V. – sağ ayaq irəlidə, sol ayaq üstdə dayanmalı. Bir – iki sayda iplə növbə ilə sağ, üç – dörd 
sayda isə sol ayaq üstdə hoppanmalı. Yerində addımlamalı. Dörd addım pəncələr və üç addım dabanlar 
üstdə yeriş. 
 «Uzundərə» oyun havası üzrə birinci növ rəqs addımları (qızlar üçün). Ç.V. – ayaqlar bir yerdə. 
Sağ qol gövdədən qabaqda, çiyindən bir qədər aşağı vəziyyətdə. Dirsək aşağı salınmış, əl isə barmaqları 
azacıq bükməklə bir qədər yuxarı qaldırılmışdır. Ovucun içi bir qədər kənara yönəldilmişdir. Sol qıç çiyin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə