Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə139/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   135   136   137   138   139   140   141   142   ...   145

 295
Metodik göstərişlər: 1. Oyunda hər şagirdə bir kiçik top vermək üçün müəllim əvvəlcədən hazırlıq 
görməlidir. Bunun üçün uşaqlara bir neçə gün əvvəldən tapşırılır ki, keçədən kiçik toplar tikib 
hazırlasınlar. 2. Oyun üçün lazım olan voleybol topları və meydança xətləri də vaxtında hazırlanmalıdır. 
Alpinistlər 
(Dırmanmaq üçün oyun) 
Oyuna hazırlıq: Meydançanın kənar xətti boyunca müxtəlif maneələr qoyulur. Şagirdlər 3-4 
komandaya ayrılır və hər komanda özünə bir kapitan seçir. 
Oyunun gedişi: Müəllimin göstərişi ilə komandalar (kapitan qabaqda olur) sıra ilə maneələr olan 
xətt boyunca hərəkət edirlər. Onlar bir ucu gimnastika divarına qoyulmuş skamya ilə yuxarıya qalxırlar, 
tirin üzərindən aşır, yaxud altından sürünüb keçir, daşların (yerdə təsvir edilmiş) üzəri ilə addımlayırlar. 
Onlar «dağ çayından» keçir, gimnastika skamyasını (xəndəyin üzərində olan körpünü xatırladan) 
üzərindən addımlayırlar və s. Komandalar növbə ilə hərəkət edir, müəllim nəticələri qeydə alır. 
Maneələrdən düzgün keçə bilməyən komandalara cərimə xalı verilir. Axırda öz cərimə xalı olan 
komanda qalib gəlir. 
Metodik göstərişlər: 1. Bu oyunu idman meydançasında keçirmək olar. Meydançada keçirildikdə 
maneələrin üzərindən keçmək, dırmanmaq, aşmaq və s. kimi maneələr düzəldilə bilər. 2. Oyunu idarə 
etmək üçün müəllim köməkçi-şagiirdlər də ayırmalıdır (Hər bir oyunçunun hərəkətinə  nəzarət etmək, 
cərimə xallarını müəyyənləşdirmək və s. məsələlər üçün). 
İp üzərindən hündürlüyə tullanmaq və qaçaraq zolaq üzərindən uzunluğa tullanmaqla estafet 
(Hündürlüyə və uzunluğa tullanmaq üçün oyun) 
Oyuna hazırlıq: Oyunçular 2-4 bərabər komandalara ayrılır və meydançanın baş tərəfindən çəkilmiş 
start xəttinin arxasında sıra ilə dayanırlar. Start xəttindən 6-10 m qabaqda başqa xətt çəkilir və bu xəttin 
üzərində  hər komanda üçün iki nəfər 60-80 sm hündürlükdə ip tuturlar. İpdən 7-12 m qabaqda isə  hər 
komanda üçün 1,5 m eni olan bir sahə nişanlanır (Uzunluğa tullanmaq üçün).  
Oyunun gedişi: Müəllimin «marş» komandası ilə hər sıradan birinci oyunçular ipə qədər qaçır, ipin 
üzərindən tullanır, uzunluğa tullanma sahəsinə (zolağına) çatıb təkanla onun üzərindən tullanıb geriyə 
qayıdırlar və növbədə dayanmış yoldaşlarının əlinə toxunub sıranın arxasına keçirlər. Növbəti oyunçular 
da oyunu bu cür davam etdirirlər. Növbə yenidən gəlib birinci qaçanlara çatdıqda onlar əllərini (dəsmalı) 
yuxarı qaldırmaqla qurtardıqlarını bildirirlər. Bunu birinci etmiş komandaya qələbə xalı verilir və oyun 
yenidən başlanır. Axırda daha çox qələbə xalı olan komanda qalib gəlir. 
Metodik göstərişlər: 1. Uzunluğa tullanmaq üçün sahə (zolaq) qismən yumşaq olmalıdır. 2. İpin 
üzərindən tullanarkən ona toxunmuş uzunluq sahəsini tapdalamış oyunçulara görə komandaya cərimə xalı 
verili rvə axırda nəzərə alınır. 
Qaçışla estafet 
(Qaçış üçün oyun) 
Oyuna hazırlıq: Oyunçular 2-4 komandalara ayrılır və meydançanın bir başında çəkilmiş ümumi 
start xəttinin arxasında sıra ilə dayanırlar. Hər komanda özünə bir kapitan seçir. Kapitanlar sıranın 
əvvəlində dayanırlar. Meydançanın digər başında (20-40 m aralıda) hər komanda üçün bir dayaq qoyulur. 
              Kapitanların əllərində bayraq və ya estafet ağacı olur.  


 296
Oyunun gedişi: Müəllimin «Diqqət», «Marş» komandası ilə kapitanlar  öz dayaqlarına doğru 
qaçırlar və onun ətrafında dolanıb geriyə qayıdırlar, bayrağı irəlidə dayanmış növbəti yoldaşlarına 
ötürürlər. Bayrağı almış oyunçular həmiin qayda ilə irəliyə qaçırlar, bayrağı vermiş oyunçular isə keçib 
sıranın arxasında dururlar. Bayraq yenidən kapitana çatana kimi o oyunun qurtarmasını bildirmək üçün 
onu yuxarıya qaldırır. Bunu daha tez edən komandaya qələbə xalı verilir. Sonra isə oyun yeniədən davam 
edir. Axırda qələbə xalı çox, cərimə xalı isə az olan komanda qalib gəlir. 
Metodik göstərişlər: 1. Oyunu 2-3 dəfə  təkrar keçirmək olar. 2. Oyun başlanan kimi «Marş» 
komandası almadan kapttanlara qaçmaq və yoldaş  gələnə  qədər start xəttindən qabağa çıxmağa icazə 
verilmir. 3. Bu qaydaları pozan komandaya cərimə xalı verilir. 4. Bayrağı kim yerə salarsa, özü onu 
qaldırıb oyunu davam etməlidir.  
Cərgələrdə top ötürmək 
(Ümumi inkişaf hərəkətləri üçün oyun) 
Oyuna hazırlıq:  Oyunçular iki bərabər komandalara ayrılırlar. Komandalar üz-üzə  cərgə ilə 
dayanırlar. Hər komandanın birinci oyunçusuna bir top verilir.  
Oyunun gedişi: Müəllimin «Diqqət» və «Başla» komandası ilə birinci oyunçular topu yanında 
dayanmış yoldaşına, o isə digər yoldaşına və i.a. ötürürlər. Top cərgənin axırında dayanmış oyunçuya 
çatan kimi o, cərgənin  əvvəlinə qaçır və topu əvvəlki qaydada yandakı yoldaşına ötürür. Topu birinci 
olaraq ötürmüş oyunçu axırıncı oyunçuya çevrilib topla birlikdə yenidən cərgənin  əvvəlinə keçir, əlini 
yuxarıya qaldırana qədər oyun davam edir. Bunu birinci edən komandaya bir qələbə xalı verilir. Sonra 
oyun yenidən başlanır. Axırda hansı komandanın qələbə xalı çox, cərimə xalı az olarsa, qalib gəlir. 
Metodik göstərişlər: 1. Oyunu həm örtülü şəraitdə, həm də meydançada aparmaq olar. 2. Top 
əvəzinə  şagirdələr doldurulmuş toplar verilməsi daha səmərəlidir. 3. Topu ancaq yaxında dayanmış 
yoldaşa ötürmək olar. Topu bir neçə  nəfəri arada qoyub ötürməyə icazə verilməməlidir. 4. Bu qaydanı 
pozan komandaya cərimə xalı verilir. 5. Topu yerə salmış oyunçu özü onu qaldırmalı və oyunu davam 
etdirməlidir. 
Dırmanmaqla estafet 
Oyuna hazırlıq: Gimnastika divarından 8-10 m aralıda bir start xətti çəkilir. Start xətti ilə 
gimnastika tiri qoyulur. Gimnastika divarı yanında içəri doldurulmuş iki kisə qoyulur. Gimnastika 
divarında aşağıdan ikinci pilləyə iki lent asılır (bir-birindən aralı). Oyunçular iki komandaya ayrılaraq yan 
tərəflərdə cərgə ilə dayanırlar.  Hər komandadan bir nəfər oyunçu start xəttinə çıxır (Başdan növbə ilə).  
Oyunun gedişi: Müəllimin göstərişi ilə start xəttində dayanan oyunçular tirə  tərəf qaçırlar. Onun 
üzərindən aşırlar və kisələrə çatıb onları götürürlər, kisələri başlarına qoyub gimnastika divarının üçüncü 
pilləsinə  çıxırlar, lentin üzərindən keçib yenə  də düşürlər. Oyunçular geriyə qayıdıb kisələri öz yerinə, 
sonra tirin üzərindən yenə  də  aşıb start xəttinə qoyurlar. Bunu hansı komandanın oyunçusu daha tez 
edirsə, həmin komandaya bir qələbə xalı verilir. Sonra növbəti oyunçular start xəttinə çıxırlar və beləliklə, 
oyun davam edir. Axırda daha çox xalı olan komanda qalib gəlir. Oyunda səhvə yol verən komandaya 
cərimə xalı verilir və bu xallar axırda nəzərə alınır. 
Milli xalq oyunları 
Mən çobanam 
Oyunçular sıraya düzülüb bir-birinin kəmərlərindən tuturlar. Aparıcı – «çoban», oyunçulardan biri 
isə «qurd» olur. «Qurd» 1-2 addım irəlidə dayanıb, üzü dəstəyə tərəf çevirir: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə