Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə138/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   134   135   136   137   138   139   140   141   ...   145

 293
olur və bu zaman onlar meydançanın ortasında gəlib əl-ələ tuturlar, üzü «daban balıqlarına» tərəf dayanıb 
«tor» əmələ gətirməyə başlayırlar.  
İndi «daban balıqları» başqa evə qaçmaq üçün gərək tordan da keçsinlər (Əllərin altından  əyilib 
keçməklə). Tutulmuş oyunçular «tor» düzəldənlərə qoşulurlar. Tutulmuşların sayı çoxaldıqda onlar əl-ələ 
tutub «dairəvi tor» təşkil edirlər. Tutulanların sayı daha da artarsa, o zaman iki «dairəvi tor» (yaxud bir 
tor, iki tor, bir dairəvi tor və s. düzəldilir). Bu cür hallarda başqa evə  tərəf qaçan «daban balıqları» 
dairənin içərisinə  və oradan xaricə keçməklə qaçmalıdırlar. Oyun tutulmamış 3-4 oyunçu qalana qədər 
davam edir.  
Axıra qədər tutulmamış oyunçular oyunun qalibləri sayılırlar. 
Uzağa atmaqla vaxt qazanmaq 
Oyuna hazırlıq: Sinif şagirdləri A və B komandalarına ayrılır (Sarılar və  qırmızılar). Hər 
komandanın atanları  və qaçanları olur. Meydançanın bir başında atma xətti çəkilir. Bundan iki addım 
qabaqda isə start xətti nişanlanır. Hər komandadan olan «qaçanlar» start xəttində dayanırlar. Qaçanların 
arxasında isə  rəqib komandasının «atanları» dayanırlar. Atanların hərəsinə içərisi qumla doldurulmuş 
kisəciklər verilir. Kisənin rəngi rəqib komandaya məxsus rəngdə (sarılara qırmızı, qırmızılara sarı kisə 
verilir) olur.  
Oyunun gedişi: Müəllimin işarəsi ilə bütün «atıcılar»  əllərindəki kisəni «qaçanların» başları 
üzərindən gücləri çatan qədər uzağa atırlar (Hamı eyni vaxtda). «Qaçanlar» isə dərhal öz komandalarının 
rəngində olan kisələrdən birini götürüb cəld start xəttinə qayıdırlar. «Qaçanlar» start xəttinə daha tez 
qayıtmış komandaya bir qələbə xalı verilir. Sonra oyunçular yerlərini dəyişirlər (və vəzifələrini): Atanlar 
indi «qaçan», qaçanlar isə «atan» olurlar. Beləliklə, oyun 8 dəfə təkrar edilir. Daha çox xal toplayan qalib 
gəlir. 
Metodik göstərişlər: 1. Oyuna nəzarət etmək üçün müəllim özünə düzgün yer seçməlidir ki, start 
xəttinə hansı komandanın daha tez gəldiyini düzgün müəyyənləşdirə bilsin. 2. Bu iş üçün müəllim özünə 
köməkçi-şagirdlər də ayıra bilər. 3. Lazım olan kisəciklər uşaqlar vasitəsilə əvvəlcədən hazırlanmalıdır. 
Mütəhərrik hədəf 
(Hədəfə cisim atmaq üçün oyun) 
  Oyuna  hazırlıq:  Şagirdlər bir-birindən 2-3 m aralı olmaqla böyük dairə boyunca düzlənirlər. 
Oyunçuların pəncələri qabağında dairənin xətti çəkilir. Dairənin içərisində bir nəfər aparıcı dayanır. 
Oyunçulara voleybol topu verilir.  
Oyunun gedişi: Müəllimin işarəsi ilə dairə boyunca düzlənmiş oyunçular əllərindəki topla aparıcını 
vurmağa çalışırlar. Aparıcı isə    dairənin içərisində o tərəf-bu tərəfə qaçmaqla özünü topdan yayındırır. 
Aparıcını topla vura bilən oyunçu dairəyə girib onu əvəz edir. Müəllim kimin neçə dəfə aparıcı olmasını 
hesaba alır. Axırda kim daha çox aparıcı rolunda oynamış olarsa, o da qalib sayılır. 
Müəllimin topları  dəstə başçılarına ötürüb «başla» komandası verir. Hər dəstənin oyunçusu topu 
atıb tuta-tuta müəllimin yanına yüyürür, qaçarkən topu yerə salmayan oyunçu I xal qazanır. Sonra hər 
oyunçu öz dəstəsinə qayıdıb topu növbədə duran yoldaşına ötürür, özü isə keçib sıranın sonunda durur. 
 Metodik göstərişlər: Topu hündürə atıb-tutmaq lazımdır.Topu müəllimə atmaq yox, vermək 
lazımdır. Topu itirən oyunçu sıradan çıxarılır. Qaçarkən bir-birini itələmək olmaz.  
Dırmanmaq 


 294
Yer və avadanlıq: Bu oyun idman salonunda və ya bağda oynanılır. Dırmanmaq üçün bir gimnastika 
dirəyi və ya kəndir (kanat) bir alma və ya kök lazımdır.  
Oyuna hazırlıq: Oyunda iştirak edənlərin hamısı dirəyin və ya kəndirin  ətrafında diametri 2-3 m 
olan bir dairə  təşkil edirlər. Dirək və ya kəndir 3-4 m hündürdən asılır, ondan bir metr kənarda isə bir 
qarmaq asıb, ona alma və ya kök bağlayırlar. Fikir vermək lazımdır ki, alma və ya kök daim hərəkətdə 
olsun. 
Oyunun təsviri: Oyunçular müəllimin göstərişi ilə bir-bir gəlib dizlərini və qarınlarını 
toxundurmadan kəndirə  və ya gimnastika dirəyinə  dırmanmağa başlayırlar. Dırmanmanın axırında 
oyunçu əlinin köməyi olmadan 25 saniyə ərzində çalışır ki, yırğalanan almanı və ya kökü ağzı ilə tutsun. 
Oyunçu dırmanarkən dizi və ya qarnı ilə  kəndirə  və ya qarnı ilə  kəndirə  və ya dirəyə toxunmuş 
olarsa, habelə almanı və ya kökü tuta bilməzsə, aşağı enməli, meydançanın ortasında durub yoldaşlarının 
istədiyinə əməl etməlidir (oxumalı, oynamalı və s.). 
Oyun 20-30 dəqiqə davam edir. 
Metodik göstərişlər: 1. Əgər şagirdlərin sayı çox olarsa, oyunu iki dairə üzrə keçirmək olar. 2. Oyun 
üçün müxtəlif cür toplardan istifadə etmək olar. 
Ovçular və ördəklər 
(Hədəfə cisim atmaq üçün oyun) 
Oyuna hazırlıq: Meydançada diametri 8-12 m. olan dairə çəkilir. Şagirdlər «ovçular» və «ördəklər» 
komanrdalarına ayrılırlar. «Ovçular» komandasının oyunçuları dairə boyunca düzlənirlər. «Ördəklər» 
komandası isə dairənin içərisində sərbəst gəzişir.  
Oyunun gedişi: Müəllimin işarəsi ilə «ovçular» topu bir-birlərinə atıb-tuturlar və orada fürsət 
düşdükdə topla «ördəklərdən» vurmağa çalışır. Vurulmuş «ördəklər» oyundan çıxarılırlar. «Ovçular» 
bütün «ördəkləri» vurub qurtardıqdan sonra komandalar adlarını  və yerlərini dəyişməklə oyunu davam 
etdirirlər. Oyunun qalibi vaxtla müəyyən edilir. Hansı komanda «ördəkləri» daha az vaxt ərzində vurub 
dairədən çıxarsa, həmin komanda qalib gəlir. 
Metodik göstərişlər: 1. Dərsin sıxlığına, oyunun maraqlılığına nail olmaq üçün oyunu iki dairə üzrə 
keçirmək mümkündür. 2. Vaxtın hesaba alınmasında yaxşı olar ki, saniyə ölçəndən istifadə edilsin. 3. 
Oyundan vurulub-çıxarılan oyunçulara müəyyən tapşırıqlar verilməlidir ki, onlar boş dayanmasınlar. 
Topu vur 
(Hədəfə cisim atmaq üçün oyun) 
Oyuna hazırlıq: Oyunçular iki komandaya ayrılır və üz-üzə olmaqla iki cərgəyə düzlənirlər. 
Cərgələrin arasında 8-10 m məsafə olur. 
Meydançanın (zalın) ortasında 1 metr eni olan koridor nişanlanır və buraya 4 voleybol topu qoyulur. 
Komandalardan birinin hər oyunçusuna bir kiçik top verilir.  
Oyunun gedişi: Müəllimin işarəsi ilə  əllərində kiçik top olan oyunçular voleybol topunu vurub 
koridorun «rəqib» komandaya məxsus hissəsinə  çıxarmağa çalışırlar. «Rəqib» komandaya  tərəf 
çıxarılmış hər top üçün komandaya qələbə xalı verilir. Sonra atılmış topları digər komandanın oyunçuları 
yığırlar və bu dəfə onlar voleybol toplarını vurmağa başlayırlar. Oyun 2-4 dəfə keçirilir. Axırda hansı 
komandanın xalı çox olsa, o komanda qalib gəlir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə