Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə141/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   137   138   139   140   141   142   143   144   145

 300
                                
Bayraqlar uğrunda qaçış 
Oynayanlar bərabər sayda iki komandaya bölünürlər. Onların hər biri oyun meydançasının  əks 
tərəflərində onun sərhədindən 1-2 m aralı  çəkilmiş  xəttin arxasında dayanırlar. Meydançanın ortasında 
həmin xətlərə paralel çəkilmiş eni 2-3 m ibarət zolaq əmələ gətirən daha iki xətt çəkilir. Həmin zolaqda 
şahmat qaydası ilə bayraqlar düzülür. 
 Hər komanda özünə kapitan seçir. Müəllimin siqnalı üzrə hər iki komandanın oyunçuları köndələn 
zolağa tərəf qaçaraq daha çox bayraq yığmağa çalışırlar. Sonra hər iki komandanın oyunçuları yığdıqları 
bayraqlarla birlikdə geriyə, öz xətlərinə qayıdıb cərgəyə düzülürlər. Kapitanlar öz oyunçularının 
gətirdikləri bayraqları yığıb sayırlar. Hər bayrağa görə bir xal verilir. Daha çox bayraq gətirmiş komanda 
qalib gəlir. 
Qaydalar: 1. Hər oyunçu istədiyi qədər bayraq yığa bilər. 2. Oyunda yoldaşın yerdən çatdırdığı 
bayrağı onun əlindən almaq qadağandır. Qaydaların hər dəfə pozulmasına görə onu pozan oyunçunun 
komandasından bir xal çıxılır. 3. Bayraqlar sayıldıqdan sonra onları orta zolağa, əvvəlki yerinə düzürlər. 
4. Komandaların kapitanları bütün oyunçularla bərabər hüquqda oynayırlar. 5. Bayraqlar olan mərkəz 
zolağa qaçmaq olmaz. 
Qeyd: Oyunçuların arxasında dayandığı xətt ilə mərkəz zolaq arasındakı məsafə 30-40 metrə qədər 
ola bilər. 30-40 m məsafəyə qaçıb-qayıtmanı 3 dəfəyə qədər təkrar etmək olar. Qaçıb-qayıtma məsafəsi 
qısa olan meydançada və zalda oyun keçirərkən qaçıb-qayıtmanın sayının artırmaq olar. Hər dəfə qaçıb-
qayıtdıqdan sonra sıraya düzülməyə, bayraqların sayılmasına və yenidən öz yerinə qoyulmasına sərf 
olunan vaxt eyni zamanda oyunçuların istirahətinə  zəmin yaradır. Qaçmaq üçün müxtəlif çıxış 
vəziyyətləri (dizüstə dayanmadan, uzanma vəziyyətindən, ayaqüstə durmadan, arxası mərkəz zolağa tərəf 
dayanmadan start və s.) müəyyən etmək olar. 
Qarşılıqlı estafet 
Şagirdlər 2-3-4- komandaya düzülürlər. Sıranın qarşısında dayanmış oyunçuların ayağının 
qabağından xətt çəkilir. Komandaların birinci qaçan oyunçularının hərəsinə estafet ağacı verilir. Estafet 
30 x 25 sm lüləşəkilli, hamarlanmış  və ucları yumrulaşdırılmış  ağacdır. Estafeti sağ  əllə onun aşağı 
ucundan tuturlar (boş tərəfi yuxarı tutulur) , estafeti qəbul edənlər (əks tərəfdəki sırada birinci duranlar) 
dirsəkdən azacıq bükülü, sağ qolunu (əlini) qaldırıb, bir qədər onu yana aparırlar. «Marş» komandası 
verilən kimi əlində estafet olan oyunçular qaçmağa başlayırlar. Qaçanlar qarşı  tərəfdə dayanmış öz 
komandalarının başda dayananlarına qaçıb çatana kimi estafeti onlara ötürürlər və keçib arxada 
dayanırlar. Estafeti qəbul edənlər öz növbələrində hərəsi öz komandasının o tərəfdəki yarısına tərəf qaçıb 
estafeti ötürürlər, sonra keçib arxada dayanırlar və i.a. Qaçışı tez qurtaran komanda qalib gəlir. 
Qaydalar: 1. Estafeti qəbul edən ancaq estafet ona verilən zaman start xəttini keçir (qaçmağa 
başlayır). 2. Estafet sağ əldən solə lə ötürülür (əks tərəfdəki sıraya qarşı sol tərəfdən, yəni qəbul edənin 
sağ  tərəfindən qaçmaq lazımdır). 3. Estafeti ötürərkən, qolu dirsəkdən bir az büküb yana aparmaq 
lazımdır, əks təqdirdə əzilmək olar, yaxud estafet əldən düşər. 4. Növbəti oyunçular qaçarkən daldakılar 
onların yerini tuturlar, bütün komanda isə qaçışın başlanma yerinə doğru bir addım yaxınlaşırlar. 
Hündürlüyə tullanmaqla oyunlar 
Addımlayıb – hoppanmaqla qarmaqatdı 
Oynayanlar hərəsi 6-8 nəfər olmaqla qruplara bölünürlər. Hər qrupun aparıcısı ucunda kisəcik olan 
ipi elə fırlayır ki, kisəcik yerlə sürünür. Qalan oyunçular isə kisəciyin sürüşdüyü dairədən iki addım aralı 
dayanırlar. Kisəcik yaxınlaşanda oyunçu qabağa bir addım atır, ikinci addımdan yerdən təkan verərək 


 301
addımlamaqla ipə bağlı kisəciyin üstündən tullanır, sonra dərhal geriyə, əvvəlki yerinə çəkilir. Kisəciyə 
toxunmuş oyunçu aparıcı olur. Hər oyunçu 6-8 dəfə hoppanana qədər ipi fırladır. Oyunçusu az aparıcı 
olan qrup qalib gəlir. 
Qaydalar: 1. İp kimə yaxınlaşırsa, o, mütləq tullanmalıdır. 2. Hər yeni aparıcı ipi başqa tərəfə 
fırlatmalıdır.  
İp ayaqların altında 
Oynayanlar 3 və ya 4 tək sıraya düzülürlər. Sıralarındakı məsafə azı 2 m olmalıdır. Sırada birinci 
dayanandan başqa bütün oyunçular öz ətraflarına kiçik dairə  çəkirlər. Başda dayanan oyunçulara qısa 
iplər verilir.  
Siqnal verilən kimi birinci oyunçular ipin bir ucunu arxada dayanmış ikinci oyunçulara verirlər və 
hər ikisi onu bütün sıranın ayaqları altından keçirirlər (İp demək olar ki, yerə toxunur), sırada dayananlar 
ipin üstündən tullanırlar. Elə ki, sıranı  təşkil edən bütün oyunçular tullandılar: birinci oyunçu sıranın 
axırında qalır, ikinci isə qabağa qaçır və ipin ucunu üçüncü oyunçuya verir və ip yenə də sıradakıların 
ayağının altından keçirilir. İndi arxada ikinci oyunçu qalır, üçüncü qabağa qaçıb ipin bir ucunu 
dördüncüyə verir və i.a. 
Bütün oyunçular iplə qaçıb onu sıranın altından keçirənə  qədər oyun davam edir. Elə ki, birinci 
oyunçu təzədən sıranın qabağında oldu və ip ona ötürüldü sıra oyunu qurtarır. Oyunçuları ipə az toxunan 
komanda qalib gəlir. 
Qaydalar: 1. İpin üstündən tullandıqdan sonra hər bir oyunçu bir dairə irəli keçir. 2. İpi sıradan 
dayananların ayağı altından keçirənlər mümkün ola bilən hər cür əzilmələrin və  yıxılmaların qarşısını 
almalıdırlar (Tullanan oyunçu ipə toxunarkən dayanmaq lazımdır və yaxud ipini aşağı salmalı və i.a.).  
 
Hündürlüyə və uzununa tullanmaqla oyunlar 
Tullanma ardınca tullanma 
İki komanda bir-biri ilə paralel, biri o birindən 2 m aralı cüt sırada dayanırlar. Hər sıradakı qoşa 
oyunçular yerdən 50-60 sm məsafədən (hündürlükdə) saxlanmış gödək ipin uclarından tuturlar. Siqnal 
verilən kimi birinci qoşa oyunçular ipi cəld yerə qoyub və  hər ikisi öz sıralarının  əvvəlindən axırına 
qaçırlar, bundan sonra sırada dayanmış hər cüt oyunçunun ikisinin üstündən tullanırlar, özlərinin əvvəlki 
yerinə çatan kimi hər iki oyunçu dayanır və yenə ipin uclarından tuturlar. Elə ki, birinci ip yerdən 
qaldırıldı, ikinci cüt oyunçular ipi yerə qoyurlar, birinci ipin üstündən tullanıb sıranın əvvəlindən axırına 
qaçırlar, sonra bütün iplərin üstündən tullanaraq əvvəlki yerlərinə çatırlar. Bu minvalla bütün Qoşa 
oyunçular iplərin üstündən tullanırlar. Tullanmanı birinci başa vuran komanda qalib gəlir. 
                               Hoppananlar və «Ləkələnənlər» 
Oynayanlar iki komandaya ayrılır: «Hoppananlar» və «Ləkələnənlərə» bölünürlər. Hər komanda 
meydançanın ona tərəf olan yan xəttində cərgəyə düzülürlər. Meydançanın üzbəüz sərhədlərinin birindən 
bir metr aralıda ona paralel birinci start xətti, üç metr qabaqda isə ikinci xətt çəkilir. İkinci xətdən 10-12 
m aralıda eni 1,5-2 m olan zolaq çəkilir. «Start» komandası verilən kimi hoppananlar komandasından 4 
nəfəri ikinci start xəttinin arxasında yerlərini tuturlar. Onlara boyunardı olmaqla, birinci start xəttinin 
arxasında ləkəlilər komandasından 4 nəfər dayanır.  «Diqqət» komandası verildikdə hoppananlar və 
ləkələnənlər hündür start vəziyyəti alırlar. «Marş» komandası verildikdə hamı irəli qaçır. Hoppananlar 
sürətlə qaçıb zolağa tez çatmağa və onun üstündən tullanmağa- ləkələnənlər isə hoppananlar zolaqdan 
hoppanana qədər çatıb onları «ləkələməyə» çalışırlar (Ləkələnənlər hoppanmırlar). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə