Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə136/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   132   133   134   135   136   137   138   139   ...   145

 289
ayılar») ayrılır.  «Ağ ayılar» mağarada dayanırlar. Qalan oyunçular «ayı balaları» sərbəst halda 
meydançaya yığışırlar.  
Oyunun gedişi: Müəllimin işarəsi ilə «ağ ayılar» mağaradan çıxırlar və  əl-ələ tutaraq «ayı 
balalarını» tutmağa çalışırlar. Onlar «ayı balasına» çatdıqdav onu araya alırlar və boş əllərini elə tuturlar 
ki, «ayı balası» qolları arasında qalsın. 
Sonra onlar tutduqları «ayı balalarını» mağaraya aparırlar. Tutulmuş oyunçu mağarada qalır, «ağ 
ayılar» başqasını tutmağa gedirlər. Mağarada iki nəfər tutulmuş «ayı balası» olduqda onlar da «ağ ayılar» 
kimi əl-ələ tutub «ayı balalarından» tutmağa başlayırlar. Oyun iki nəfər tutulmamış oyunçu qalana qədər 
davam edir. Bu iki nəfər oyunun qalibi sayılır, onlar oyunu yenidən başlamaq üçün «ağ ayılar» hesab 
olunurlar. 
 «Ayı balalarına» aparıcıların qolları arasından dartınıb çıxmağa və mağaradan çıxıb qaçmağa icazə 
verilmir. «Ağ ayılara» isə oyunçunun əlindən və paltarından tutmağa icazə verilmir. 
Metodik göstərişlər: I. Lazımi xətlər meydançada əvvəlcədən çəkilib hazırlanmalıdır. 2. Şagirdlərdə 
yorğunluq hiss edildikdə onlara dincəlmək üçün fasilə verilməlidir. 
Boş yer 
Oyuna hazırlıq: Oyunçular böyük bir dairə boyunca düzülürlər və əllərini arxada bellərinə qoyurlar.  
Bir nəfər aparıcı ayrılır. Aparıcı dairənin xaricində (oyunçuların arxasında) olur.  
Oyunun gedişi: Müəllimin işarəsi ilə aparıcı oyunçuların arxasında, dairə boyunca hərlənir. O, 
istədiyi vaxt oyunçulardan birinin əlinə toxunur və özü qaçmağa başlayır. Toxunulmuş oyunçu, yerindən 
çıxır, dairənin xarici ilə ancaq aparıcının əks istiqamətinə qaçır və çalışır ki, ondan tez gəlib yer tutsun. 
Aparıcı isə boş yerə tez çatmaq və onu tutmağa çalışır. Beləliklə, bu iki oyunçudan hansı daha tez boş 
yerə çatı onu tutsa, yer onun olur. Digər qaçan isə yersiz qalır və dairənin xaricində hərlənməklə oyunu 
əvvəlki qaydada davam etdirir. 
Metodik göstərişlər: 1. Oyunu elə  təşkil etmək lazımdır ki, bütün uşaqlar oyunda fəal iştirak edə 
bilsinlər. Bunun üçün yaxşı olar ki, oyun iki dairə boyunca aparılsın. 2. Əks istiqamətdə qaçan uşaqların 
bir-birinə toxunmaması üçün uşaqlara necə keçmək lazım olduğunu öyrətmək lazımdır. 
Nömrələrin çağırılması 
Oyuna hazırlıq: Oyunçular iki bərabər qüvvəli komandalara ayrılırlar. Komandalar meydançanın 
baş tərəfində çəkilmiş start xəttinin arxasında sıra ilə dayanırlar. Start xəttindən 25-30 m qabaqda hər iki 
komanda üçün bir dayaq qoyulur. Şagirdlər nömrələrini sayırlar və yadda saxlayırlar. 
Oyunun gedişi: Müəllim bir kənarda dayanır və gözlənilmədən hər hansı bir nömrəni çağırır. Həmin 
çağrılmış nömrələrə  məxsus oyunçular sıralardan tez çıxıb qarşıdakı dayaqlara tərəf qaçır və onun 
ətrafında fırlanıb yenidən qayıdırlar. 
Kim gəlib öz yerini sırada daha tez tutarsa, həmin komandaya bir qələbə xalı verilir. Sonra müəllim 
bu qayda ilə başqa nömrələri çağırır. Axırda hansı komanda daha çox qələbə xalı toplamış olsa, həmin 
komanda qalib gəlir. 
Metodik göstərişlər: I. Müəllim nömrələri elə çağırmalıdır ki, bütün oyunçuların nömrəsi eyni 
dərəcədə çağırılmış olsun. Nömrələri ardıcıl çağırmaq olmaz, çünki bu zaman kimin çağırılacağı 
əvvəlcədən bilinər. 2. Məsafəni axıra qədər qaçmayan, yerindən vaxtında çıxmayıb oyunu ləngidənlərin 
komandası üçün cərimə xalı verilməlidir. 


 290
Dovşanlar bostanda 
Oyuna hazırlıq: Meydançanın ortasında bir-birinin içərisində iki böyük dairə  çəkilir. Dairələrin 
arasında 3-4 m məsafə olmalıdır.  İçəridəki dairə «bostan» sayılır və burada «gözətçi» dayanır. Qalan 
oyunçular «dovşanlar» iki dairənin arasındakı sahədə yerləşirlər. 
Oyunun gedişi: Müəllimin işarəsi ilə «dovşanlar» iki ayaqları üzərində hoppana-hoppana hərəkət 
edirlər. Onlar gah «bostana», gah da sahələrinə hoppanırlar. Gözətçi bostana girən dovşanları tutmağa 
çalışır. «Dovşanları» ikinci dairəyə qədər tutmağa icazə verilir. «Dovşanlar» isə ikinci dairədən kənara da 
çıxa bilərlər. Hansı dovşan tutularsa, o gözətçini  əvəz edir və oyun yenidən başlanır.Oyunda heç 
tutulmamış oyunçular qalib sayılırlar. 
Paraşütçülər 
Oyuna hazırlıq: Sinif iki paraşütçülər komandasına ayrılır. İdman zalında bir-birindən 3-4 m aralı 
sıra ilə  və bir-birinə paralel üç gimnastika skamyası (təyyarə) qoyulur. Hər skamyanın sağ  və sol 
tərəflərində 3-4 (diametri 30 sm) kiçik dairələr çəkilir. Bu dairələr paraşütçülərin uçub yerə düşməsi 
üçündür. 
Birinci komandanın paraşütçüləri «təyyarəyə» minirlər (Hər skamyanın üzərinə 8 nəfər çıxmışsa, 
bunlardan 4 nəfəri üzünü skamyanın sağında, 4 nəfəri isə solunda olan dairələrə  tərəf çevirir. Digər 
komandanın oyunçuları oyuna nəzarət edirlər. 
Oyunun gedişi: Müəllimin işarəsi ilə paraşütçülər (hamısı eyni vaxtda) hərəsi öz dairəsinə düzgün 
tullanıb düşdükdən sonra və düşərkən müvazinəti saxlayan paraşütçü komandası bir xal qazanır 
 
Şəkil 6. 
Paraşütçülər oyunu: 
1-1-ci komanda; 2-2-ci komanda; 3-3-cü sm-lik dairə; 4-4 sm-lik dairə; 5-ci müəllim. 
Sonra birinci komandanın oyunçuları hakimlik edir, ikinci komanda isə hərəkəti yerinə yetirir. Oyun 
yenidən təkrar olunur. 
Milli xalq oyunları 
Kim tez yüyürər 
Oyunçular iki dəstəyə düzülüb, bir-birindən 10-12 m aralı üzbəüz dayanırlar. Hər dəstənin 
qarsışında diametri 1 m olan dairə  çəkilir. Aparıcı oyunçuları nömrələyir. Sonra onun işarəsi ilə  hər 
dəstənin I nömrəli oyunçusu dairəyə keçib yüyürməyə hazır vəziyyət alır. «Başla»  əmri verilir. Hər 
oyunçu cəld yüyürüb rəqibin dairəsinə düşməyə çalışır. Rəqib dairəsinə daha tez çatan oyunçu bir xal 
qazanır. Beləliklə, daha çox xal toplayan oyunçu (dəstə) oyunu udmduş olur. 
              Yüyürərkən qarşılaşmaq olmaz. 
              Rəqib dairəsinə əks tərəfdən daxil olmaq lazımdır. 
Toppuz qaçırma 
Oyuna hazırlıq: Oyunçular iki dəstəyə bölünür, nömrələnir və bir-birindən 20-25 m aralıda üz-üzə 
düzülürlər. Hər sıranın qarşısından bir addım aralıda xətt çəkilir. Hər xətdən yarım metr aralıda diametri 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə