Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə22/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   124

tipində «sən-ünsiyyət» ^eganə mümkün varianta çevrilir, müraciət 
zamanı isə «Şafoçka», «Şafka» və s.formalarına üstünlük verilir.
Hər iki tipdə çoxsaylı j arqonlardan istifadə olunur, lakin ərkyana 
danışıq növündə kobud sözlərin və adi  danışıq elementlərinin sayı 
artır. Eyni zamanda, hər iki növdə çox sayda xarici leksikaya və ki­
tab  sözlərinə rast gəlinir ki, bunlardan çox zaman sadəcə fasilələri 
(pauzaları)  doldurmaq  üçün  istifadə  olunur.  Tez-tez yəni,  konkret 
olaraq,  əşşi,  o deeyy,  belə  ki,  əslində,  əh,  eee,  şey kimi  sözlərdən 
istifadə olunur.
Nitq  mədəniyyətinin bu tiplərində  etik və kommunikativ nor­
malara  əməl  edilməsindən  söhbət  belə  gedə  bilməz.  Burada  nit­
qin yazılı və  şifahi  forması  arasındakı  fərqlər itir və monoloji  nit­
qi  qurmaq  bacarığının  qətiyyən  olmaması  (həmsöhbətinə  tez-tez 
«məni başa düşürsən?»,  «başa düşürsən?»  kimi  suallarla müraciət 
edilməsi,  eyni  zamanda  onun başa  düşmək imkanlarına tamamilə 
əhəmiyyət verilməməsi də buradan yaranır) meydana çıxır.
Danışıq üslubuna əməli şəkildə yiyələnmə təlimdən çox əxlaqi 
baxımdan  təshih  işini  tələb  edir,  danışıq  üslubu  (məişət  üslubu) 
üzərində  iş  diqqətin  sərbəst  ünsiyyət  şəraitində,  həmsöhbətinin 
xüsusiyyətlərini,  nitq  şəraitini  nəzərə  almaqla,  dil  vasitələrinin 
diqqətlə seçilməsinin zəruriliyinə cəlb  edilməsinə yönəldilmişdir.
Sürətli  danışıq  zamanı  səs  tonunun  qəflətən  azalmasına  nitq 
mədəniyyətinin orta ədəbi  növünə uyğun gələn nitqdə rast gəlinir, 
bu  da  dinləyiciyə  verilən  informasiyam  bütünlükdə  dərk  etməyə 
mane olur.
Nitq  mədəniyyətinin  orta  ədəbi  növünün  daşıyıcılarının  nit­
qi  təkcə  dostyana  ünsiyyətdə  yox,  həm  də  peşəkar  fəaliyyətdə 
yaxşı  ola  bilər,  lakin  göstərilən  şəraitlərdən  kənarda  onlann  nit­
qi  köməksiz,  çarəsiz  qalır.  İstənilən  vəziyyətdə  həqiqi  yaxşı  nitq 
nümayiş etdirmək yalnız elitar nitq növünün daşıyıcılarına xasdır, 
lakin hətta onlar da bəzən qüsura yol verirlər.
İstənilən  natiq  dramaturq,  rejissor  və  aktyordur,  şifahi  nitq 
isə teatr incəsənəti  kimi  canlı  prosesdir.  Buna görə  də nitq mədə­
niyyətinin m üxtəlif növlərinə yiyələnmə -  həqiqi  natiqin ustalığı­
nın dəyişməz şərtidir.
67


2.5.  N itq etiketi
Nitq  etiketinin  əhəmiyyəti  və  onu  formalaşdıran  amillər
Mənşəyinə görə etiket fransız sözüdür ( etiquette). İlkin mənasında 
o mal taylarına bağlanan taxta parçası - birka mənasını verirdi, son- 
ralar isə xüsusi  saray  mərasimlərini  belə  adlandırmağa başladılar. 
«Etiket»  sözü də məhz bu mənada, xüsusilə fransız mərasimlərinin 
Vena  sarayında  qəbul  edilməsindən  sonra geniş yayılaraq,  alman, 
polyak, rus və başqa dillərdə eyni mənada işlədilməyə başladı.
Bu  sözlə yanaşı,  hansısa fəaliyyətin  ardıcıllığını  müəyyən  edən 
qaydaları  ifadə  etməkdən  ötrü  «reqlamentləşdirmə»  sözündən  və 
«diplomatik protokol» söz birləşməsindən istifadə olunur. Ünsiyyətin 
protokolun tələb etdiyi bir çox incəlikləri işgüzar münasibətlərin digər 
sahələrində  də  nəzərə  alınır.  Müəyyən  sosial  qruplann  təcrübəsini, 
əxlaqi  anlayışlarını  və  zövqlərini  əks  etdirən  işgüzar  etiket  işgüzar 
dairələrdə, xüsusilə son zamanlarda daha geniş yayılmaqdadır.
Etiket  davranış  və  ünsiyyət  normalarına  əməl  edilməsini 
nəzərdə  tutur.  Ünsiyyət  insan  fəaliyyəti,  insanın  iştirak  etdiyi 
proses  olduğu  üçün,  ünsiyyət  zamanı  ilk  növbədə  nitq  etiketinin 
xüsusiyyəti  nəzərə  alınır.  Nitq  etiketi  dedikdə,  nitq  davranışının 
qaydaları, ünsiyyətin nitq formulları  sistemi başa düşülür.
Nitq  etiketinə yiyələnmiş  olmağın  səviyyəsi  im anın peşə ya - 
rarlılığı səviyyəsini müəyyən edir. Bu,  ilk növbədə,  dövlət qulluq­
çularına,  siyasətçilərə,  müəllimlərə,  hüquqşünaslara,  həkimlərə, 
menecerlərə,  sahibkarlara, jurnalistlərə, xidmət sahəsində çalışan­
lara, yəni  öz işinin xüsusiyyətinə görə daim  insanlarla ünsiyyətdə 
olanlara aiddir.
Nitq  etiketinə  malik  olmaq  nüfuz  qazanılmasına  kömək  edir, 
inam və hörmət yaradır. Nitq etiketi qaydalarım bilmək,  onlara əməl 
etmək insana özünü inamlı və sərbəst hiss etmək imkam verir, insan öz 
səhvləri və düzgün olmayan hərəkətləri üçün narahatlıq keçirməkdən 
və başqalarının istehza hədəfi olmaq qorxusundan qurtarır.
İntensiv  nitq  fəaliyyəti  (linqvointensiv)  tələb  edən  peşə 
sahibləri tərəfindən nitq etiketlərinə əməl edilməsi həm də tərbiyəvi
68


əhəmiyyətə malik olaraq,  istər-istəməz cəmiyyətin həm nitq,  həm 
də  ümumi  mədəniyyətinin  yüksəlməsinə  səbəb  olur.  Bu  və  ya 
digər  müəssisənin,  istehsal  sahəsinin,  ofisin  kollektivinin  üzvləri 
tərəfindən nitq etiketi  qaydalarına qüsursuz şəkildə əməl  edilməsi 
müştərilərdə,  həmtəsisçilərdə,  tərəfdaşlarda xoş  təəssürat yaradır, 
bütün müəssisənin müsbət imicini mühafizə edir.
Bəs nitq etiketinin formalaşması və ondan istifadəni müəyyən 
edən amillər hansılardır?
Nitq  etiketi  işgüzar  münasibətlərə  daxil  olmuş  tərəfdaşların 
xüsusiyyətləri,  onların  sosial  statusları,  xidməti  iyerarxiyada  tut­
duğu yeri, peşəsi, milliyyəti, dini, yaşı, cinsi, xarakteri nəzərə alın­
maqla qurulur.
Nitq etiketi ünsiyyətin baş verdiyi vəziyyətlə də müəyyən edi­
lir. Bu, bir təqdimat, konfrans, simpozium, müşavirə, məsləhət, fir­
manın yubileyi və s.  də ola bilər.
Nitq etiketi  müəyyən mənada cəmiyyətin mənəvi vəziyyətini, 
onun əxlaqi  dayaqlarını əks etdirir.
N itq  etiketinin  milli  xüsusiyyətləri  Nitq  etiketi  milli  xüsu­
siyyətlərə  malikdir.  Hər  bir  xalq  özünün  nitq  davranış  qaydaları 
sistemini yaratmışdır.
Bəzi  natiqlər  nitqlərində  XVIII  əsrdə  yaşamış  müəlliflərin 
ifadələrindən istifadə etməklə lovğalanırlar. M akler isə növbəti bir­
ja  sövdələşməsi ilə bağlı məktubu öz babası kimi, bu ifadələrlə biti­
rir: «M ərhəmətli cənab,  lütfən, mənim Sizə olan dərin hörm ətlərim i 
qəbul edin».
Fransızlar  konkretliyi,  dəqiqliyi  sevirlər.  Bunu,  hər  şeydən 
əvvəl,  dildə  görmək  mümkündür.  Fransız  dilində  «Cavabında  o 
gülümsədi»,  yaxud  «Bu  zaman  o  əlini  yellədi»-  demək  mümkün 
deyil. Mütləq bu zaman onun necə - istehza ilə, kinli-kinli, kədərlə, 
məsxərə ilə, yaxud bəlkə mehribanlıqla gülümsədiyini;  onun  əlini 
niyə  -   pərtliyindən,  hirsindən,  laqeydliklə  yellədiyini  izah  etmək 
lazım gələcək.
Fransız dilini uzun müddət diplomatik dil adlandırırdılar, lakin 
ondan istifadə, yəqin ki,  diplomatların işini  çətinləşdirirdi:  fransız 
dilində fikri ört-basdır etmək, sona qədər söyləməmək çox çətindir.
69


Yüklə

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə