Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


Şərhin aydınlığı və anlaşıqlılığı


səhifə20/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   124

5.
  Şərhin aydınlığı və anlaşıqlılığı. 
Şərhin aydınlığı onun ün­
vanlandığı  şəxsə  aydın  olmasını  nəzərdə  tutur.  Aydınlıq  sözlərin, 
terminlərin,  söz birləşmələrinin,  qrammatik konstruksiyaların  də­
qiq və birmənalı  şəkildə işlədilməsi yolu ilə əldə olunur.
İfadələrdə  aydınlığın  pozulmasına  nümunə  kimi,  məsələn: 
«Bu kimi başqa işlərdə rəqəmli məlumatlar yoxdur».
Şərhin  aydınlığı  (yaxud  anlaşıqlığı)-  nitq  formasının  ünvan­
landığı  şəxs üçün  anlaşılan  olması,  onu  maraqlandıra bilməsi  de­
məkdir.
Nitqin  anlaşıqlılığı  aydın  olmasını  nəzərdə tutur.  Lakin  aydın 
şərh edilən hər şey heç də bütün insanlar üçün anlaşıqlı olmur. M ə­
sələn, atom fizikasına aid aydın dillə oxunan mühazirə əsasən yal­
nız mütəxəssislər üçün aydın olur.
6. 
Nitqin  təmizliyi. 
O  nitq  təmiz  hesab  edilir  ki,  orada  ədəbi 
dilə yad olan ünsürlər (söz və  söz birləşmələri),  yaxud  əxlaq nor­
maları tərəfindən qəbul edilməyən ünsürlər olmur.
Belə ünsürlərə nitqdə düşüncə zamanı, fasilələrdə meydana çı­
xan parazit sözlər (belə, deməli, necə deyərlər və s.), dialektizmlər 
və loru sözlər (nejə, həmi və s ), varvarizmlər (Azərbaycan dilində 
qarşılığı  olduğu  halda  xarici  sözlərdən  istifadə  edilməsi-  famili­
ya-  soyad,  adres - ünvan və s.), jarqonizm və vulqarizmlər (kobud 
sözlər) aiddir.
7. 
Nitqin  ifadəliliyi. 
İfadəlilik  dedikdə  nitqin  strukturunun 
elə  xüsusiyyətləri  nəzərdə  tutulur  ki,  onlar  dinləyici  və  oxucu­
nun  diqqətini  cəlb  edə  bilir.  İfadəlilik  informasiyalı  (bu  zaman 
dinləyiciləri  verilən  məlumat  cəlb  edir)  və  emosional  (bu  halda 
dinləyiciləri  şərhin üsulu,  ifa tərzi  cəlb edir) olur.
8. 
İfadə  vasitələrinin  müxtəlifliyi. 
İfadə  vasitələrinin  müx­
təlifliyi tələbi o zaman yerinə yetirilir ki, danışan, yaxud yazan adam 
leksik  ehtiyatının  böyük  hissəsindən,  çox  sayda  sinonimlərdən 
istifadə edir.
9. 
Estetiklik. 
Nitqin  estetikliyi  ədəbi  dil  tərəfindən  insanın 
şərəf  və  ləyaqətini  təhqir  edən  ifadələrin  qəbul  edilməməsində 
aşkara çıxır.  Estetikliyə  nail  olmaq üçün  danışan  emfızemalardan 
-  ədəbsiz,  kobud,  mərifətsiz  görünən  sözlərin  əvəzinə  emosional
61


baxımdan  neytral  olan  söz  və  ifadələrdən  istifadə  edir.  Məsələn, 
«Uşaq əskilərini  çirkləndirib», «Onun mədəsi pozulub» və s.
10. 
Münasiblik. 
Münasiblik  dilin  elə  vasitələrinin  seçilib 
istifadə  olunmasım  tələb  edir  ki,  onlar  nitqi  ünsiyyətin  məqsəd 
və  şərtlərinə  uyğunlaşdıra  bilir.  Bu  və  ya  digər  dil  vasitələrinin 
münasibliyi  mətndən,  vəziyyətdən,  müsahibinizin  psixoloji  xüsu­
siyyətlərindən  asılıdır.  Bu  prinsipin  mahiyyətini  «Özünü  asmış 
adamın evində ipdən danışmazlar» məsəli  çox yaxşı izah edir.
Nitq norması dil sisteminin həyatiliyinin daha sabit ənənələrinin 
birliyi kimi dilin fəaliyyət və inkişaf prosesində,  sosial  strukturda- 
kı dəyişikliklərin təsiri  altında uzun müddət ərzində qurulur.
Bu  səbəbdən nitq normalarına yiyələnmə ünsiyyət tiplərindən 
asılı  olaraq  dil  vahidlərindən  istifadəyə  uzunmüddətli  yiyələnmə 
prosesidir.  Bu  prosesdə  ən  mühüm  olan,  ünsiyyət  məqsədlərinə 
çatmaqdan  ötrü  nitq  normalarına  əməl  edilməsinin  vacibliyinin 
dərk olunmasıdır.
Nitq  fəaliyyətinin  əsas  növlərinə  yiyələnmə  (oxu,  dinləmə, 
yazı,  söhbət,  işgüzar  danışıqlar)  nitq  mədəniyyətini  və  nitq  ün­
siyyətinin  səmərəliliyinin  yüksəldilməsini  təmin  edən  normaların 
mənimsənilməsini tələb  edir.
2.4. 
N itq ü slu b ları və 
nitq m ədəniyyətinin növləri
Nitq üslubları 
İstənilən dilin leksikası üslubi baxımdan müx­
təlif növlüdür. Bəzi  sözlər ümumişlək hesab edilir,  digərləri yalnız 
müəyyən nitq vəziyyətlərində istifadə edilir.
Üslub  nitq  vasitələrinin  insan  ünsiyyətinin  bu  və  ya  digər 
sahəsində istifadə edilən, tarixən formalaşmış sistemidir.
M üasir dildə aşağıdakı üslubları fərqləndirirlər:  elmi, publisis­
tik,  rəsmi-işgüzar,  danışıq  (məişət);  bir  sıra  alimlər həm  də bədii 
ədəbiyyat üslubunu bu sıraya daxil edirlər.
62


Hər bir üslubun dil normalarına aid öz tələbləri var: bu tələblər 
ciddi  elmi  terminologiyadan  yüksək  emosionallığın  sadə  leksi- 
kasına  qədər  müəyyən  hüdudları  əhatə  edir.  Leksika  bir  üslub­
dan  digərinə  keçir,  daha  çox  isə bu  və ya digər üslubların  söz və 
ifadələri danışıq (məişət) üslubuna keçib möhkəmlənir.
Elmi  üslub 
-  bu,  elmi  məqalələrin,  məruzələrin,  monoqrafi­
ya  və  dərsliklərin  və  s.  üslubudur.  Bu  üslub  həmin  materialların 
məzmun  və  məqsədlərinə  əsasən  müəyyənləşdirilir.  Bunlar:  bizi 
əhatə  edən  gerçəkliyin  faktlarını  mümkün  olduğu  qədər  dəqiq  və 
ətraflı  izah  etmək,  hadisələr  arasındakı  səbəb-nəticə  əlaqələrini 
göstərmək,  tarixi  inkişafın  qanunauyğunluqlarını  göstərmək, 
məlumat vermək və bu kimi məsələlərdir.
Elmi üslubun səciyyəvi xüsusiyyətləri bunlardır:
•  Şərhin məntiqi ardıcıllığı;
•  Məzmunun  informasiya  zənginliyi  ilə  yanaşı  birmənalılığı, 
dəqiqliyi və yığcamlığı;
•  Mühakimənin konkretliyi, bitərəfliyi,  obyektivliyi;
•  Mətnin bütün leksikasının  15-20 %-ni təşkil edən terminlərin 
bolluğu;
•  Elmi frazeologiya (düz bucaq, kəsişmə nöqtəsi və s );
•  Mücərrəd leksikanın üstünlük təşkil etməsi (inkişaf, hərəkət, 
amil, fəaliyyət və s.);
•  Tək  anlayışı  bildirən  formanın  cəm  mənasında  istifadə 
edilməsi (canavar- itlər cinsindən yırtıcı hevandır);
•  Fellərin  əvəzinə  daha  çox  isimlərin  işlədilməsi  (hərarət 
yüksəlir- hərarətin arması halı mövcuddur);
•  Mürəkkəb  cümlələrdən istifadə.
Publisistik üslub
-ictim ai-siyasi ədəbiyyatın, dövri mətbuatın, 
natiqliyin  və  b.  üslubudur.  Onun  əsas  məqsədləri  kütlələrə  təsir 
göstərmək,  onları  hərəkətə  səsləmək,  məlumat  vermək  və  b.k. 
məsələlərdir.
Publisistik üslubun xarakterik cəhətləri:
•  İnformasiya zənginliyi  şərtilə şərhin lakonikliyi;
•  Şərhin anlaşıqlı olması (qəzet- kütləvi informasiyanın ən ge­
niş yayılmış növüdür);
63


Yüklə

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə