Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə30/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   124

•  Fərdi söhbət zamanı mümkün olduqca onun suallarını özünə 
ünvanlamaq lazımdır:  «Maraqlı  sualdır.  Sizin  özünüzün bu haqda 
nə düşündüyünüzü bilmək istərdim»;
•  Əgər lazımi cavabı verə bilmirsinizsə, həmin anda onun haq­
lı olduğunu qəbul etmək.
•  Təqdim  etdiyimiz  təsnifatın  məqsədi  -   həmsöhbətlərin 
m üxtəlif  tiplərini  göstərməkdir.  Arzu  edən  hər  bir  şəxs  bu 
təsnifatı  işgüzar danışıqların təşkili və keçirilməsi  sahəsində  şəxsi 
təcrübəsinə əsaslanaraq,  dəqiqləşdirə və davam etdirə bilər.
Hər bir şəxsin mövzunun əhəmiyyətindən, söhbətin gedişindən, 
iştirakçıların tipindən asılı olaraq dəyişə biləcəyinə diqqət yetirmək 
vacibdir.
3.4.  Ə laqələrin yaradılm ası m etodikası
M üasir  işgüzar  həyatın  sürəti  ünsiyyət  zamanı  ani,  dəqiq  və 
müvafiq  qərarlar verməyi  tələb  edən  qeyri-standart vəziyyətlərin 
meydana gəlməsinə səbəb  olur.  Bu isə müəyyən biliklərin olması­
nı,  istənilən insanla ünsiyyətin zəruri vərdişlərinin mövcudluğunu 
tələb  edir.
Şəxsiyyətlərarası  əlaqənin  (psixoloji,  emosional  və  s.)  yara­
dılması  üzrə  m üxtəlif ünsiyyət  texnologiyaları  -  əməkdaşlıq  tipi 
əsasında, eləcə də qarşılıqlı fəaliyyətin demokratik üslubu əsasında 
ünsiyyət mövcuddur.
Metodikanın  əməli  tətbiqi  üçün  aşağıdakı  əsas  prinsiplərə 
yiyələnmək lazımdır.
Ünsiyyətin yaradılması metodikası  5  mərhələnin ardıcıl  keçil­
məsini tələb edir:
Im ərhələ.  Psixoloji maneələrin aradan qaldırılması;
I I  mərhələ.  Üst-üstə düşən maraqların tapılması;
III mərhələ. Ünsiyyətin prinsiplərinin müəyyənləşdirilməsi;
IV m ərhələ. Ünsiyyət üçün təhlükəli olan keyfiyyətlərin aşkara
çıxarılması;
Vm ərhələ.  Tərəfdaşa uyğunlaşma və əlaqənin yaradılması.
93


Bu  mərhələlərin ardıcıllığına əməl  edilməsi  həm  əlaqənin ya­
radılması üçün,  həm də tərəf-müqabilə psixoloji təsir göstərilməsi 
üçün prinsipial baxımdan mühümdür.
I  
m ərhələ Psixoloji m aneələrin aradan qaldırılm ası.  İki  ada­
mın  (məsələn,  həmkarların,  rəis  və  tabeliyində  olanın,  biznes 
tərəfdaşlarının  və  s.)  görüşü  zamanı  hər  iki  tərəfdaş  bir-birindən 
müəyyən  hərəkətlər  gözləyir.  Məhz  bu,  onların  ilkin  mərhələdə 
münasibətlərinə təsir göstərir.
Qarşı  tərəfin  hər hansı  təsirinə  hazırlaşarkən  (bu isə,  bir qay­
da  olaraq,  ilk  görüş  zamanı  o  qədər  də  arzuedilən  deyil)  insan 
düşünmədən tərəfdaşı ilə özü arasında bir sıra sədlər qurur: yüksək 
ehtiyatlılıq, mülahizələrinə nəzarət və s.
Təcrübə  göstərir  ki,  bu  halda  ən  yaxşı  vasitə  vaxtaşırı  tərəf- 
müqabili  ilə  razılaşdığını  bildirmək  və  eyni  davranışın  də  qarşı 
tərəfdən  nümayiş  etdirilməsidir.  Beləliklə,  birinci  mərhələnin  iki 
funksiyası  -   psixoloji  sədlərin  aradan  qaldırılması  və  gərginliyin 
səviyyəsinin azaldılması -  bir əsas funksiyada birləşir. Bu, sonrakı 
qarşılıqlı  fəaliyyət üçün  yolların  hazırlanmasıdır.  Birinci  mərhələ 
müsbət və mənfi kimi iki  əsas amilə bölünür.
Müsbət amil -  razılaşmaya, yaxud m üxtəlif məsələlər üzrə ra­
zılıqların toplanmasına aparan bütün şərtlər.  Onlara aiddir:
A) razılaşmaların sürətliliyi;
B) onların qarşılıqlı  olması və üst-üstə düşməsi;
C) həm bu, həm də qarşı tərəfdən razılaşmaların növbələşməsi.
Mənfi  amil  kimi  sədlərin yaranmasına səbəb  olan ehtiyatlılığı
göstərmək mümkündür.
Ünsiyyətin  təşəbbüsçüsü  kimi  çıxış  edən  şəxsin  işində  ünsiy­
yətin  birinci  mərhələsində  mühüm  prinsip  söhbət  üçün  mövzunun 
seçilməsidir. Bunlar ictimai həyatdakı hadisələr, havanın vəziyyəti, id­
man yarışlarının nəticələri və s. ola bilər. Bu zaman söhbət problem və 
hadisələrə  razılaşmamaq  mümkün  olmayan tərzdə  qiymət verilməsi 
ilə müşayiət olunmalıdır. Bir qayda olaraq, bunlar müəyyən qrup üçün 
hamı tərəfindən qəbul edilən fikirlər, mülahizələr və rəylər olur.
Beləliklə,  əsas  vəzifə  -   gərginlik,  qorxu  yarada  biləcək,  ya­
xud psixoloji  sədd əmələ gətirə biləcək anlan aradan qaldırmaqdır.
94


Son nəticədə,  qərarın qəbulu ilə əlaqədar olmayan və bu səbəbdən 
də çətinlik yaratmayan məsələ diqqət mərkəzində durur.  Əlaqənin 
təşəbbüsçüsü  həmişə  ən  mühüm  prinsipi  -   qarşı  tərəfin  bütün 
mülahizələri  ilə  razılaşmaq  və  onun  razılığını  almağı  -   əsas  tut­
malıdır.
I  mərhələnin  əlamət  və  göstəriciləri 
I  mərhələnin  sonu  bir 
sıra əlamətlərlə xarakterizə  olunur:  a)  sizin  suallarınızdan  sonrakı 
fasilələr qısalır; b) həmsöhbətin məlumatları üstünlük təşkil etməyə 
başlayır,  deyilmiş  fikir haqqında onun  qeyri-iradi  mülahizələri  və 
əlavələri  meydana  gəlir;  c)  bir  sözdən  ibarət  cavabların  və  suala 
sualla cavab vermələrin sayı  azalır.
I mərhələnin nəticələri 
Başlanğıcda münasibətlərdə müşahidə 
olunan  gərginlik  (başlanğıc  vəziyyət)  zəifləyir  (sakitləşmə). 
Münasibətlərin  başlanğıc  mərhələsinə  xas  olan  yüksək  dərəcədə 
nəzarətlilik  (sizin  tərəfinizdən  ediləcək  təsirləri  gözləməyin 
nəticəsi  olaraq)  əvvəlcə  münasibətlərin  inkişafını  müşahidə 
etməklə,  sonra  isə  ünsiyyətə  razılıq  xətti  üzrə  qoşulmaqla  əvəz 
olunur,  həyəcanlılıq və gərginlik azalır.
I I  m ərh əl  Uyğun gələn  m araqların  tapılması.  Ünsiyyətin  П 
mərhələsində tərəf - müqabillə əlaqənin yaradılmasında başlanğıc 
ünsürü ola biləcək «təmas nöqtələri»nin axtarışı başlayır. Halbuki, 
I mərhələdə sizin onun fikirləri ilə razılaşmağınız əsas rol oynayır­
dı.  Bu mərhələnin əsasında mövzunun, fikrin,  qiymətləndirmənin, 
narahatlığın...  uyğun  gəlməsinin  axtarılması  durur.  Beləliklə,  uy­
ğunluqlar  yaxınlaşma  üçün  platforma  rolunu  oynayır.  Belə  plat­
formanın bazası  kimi  çox  zaman  söhbətin  hər iki  iştirakçısı  üçün 
ümumi olan hansısa maraq çıxış edir.
Bu zaman daha çox «hobbi» tipli maraqlar xüsusilə əhəmiyytli 
olur.  Çünki  o,  fərdi  xüsusiyyətlərdən  azad və müstəqil  hesab  edi­
lir,  tərəflər  onu,  məsələn  ov,  filateliya,  fotoqraflıq  və  s.  haqqında 
məlumat mübadiləsi  kimi  qəbul  edirlər.  Əslində  o,  nəinki  diqqəti 
fikir  mübadiləsinə,  qiymətləndirməyə  və  mülahizələrə  cəmləyir, 
həm  də,  eyni  zamanda  bir  növ  «işdən»,  vəzifə  hesab  olunan  və 
adətən, ünsiyyətin rəsmi tərəfi ilə əlaqədar olan məsələdən diqqəti 
yayındırır.  Burada  həm  də  qiymətləndirmədə  fikirlərin  üst-üstə
95


Yüklə

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə