Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə21/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   124

•  Mülahizənin  emosional,  ümumiləşdirilmiş,  çox  zaman  isə 
sərbəst olması;
•  İctimai-siyasi leksika və frazeologiya;
•  Nitq  ştamplanndan,  qəliblərindən  istifadə,  onlann  asan  ya­
ranması  (tarla zəhmətkeşləri, piştaxta işçiləri, dostluq şəraiti);
•  Qısa cümlələrdən istifadə -  qurulmuş nəsr;
•  Elliptik  (cümlədə  asan  anlaşılan  sözün  buraxılması)  cüm­
lələr,  felsiz ifadələr (hamıya -  özəlləşdirmə çekləri;  banklar təkcə 
bankirlər üçün deyil);
•  Publisistik  üslubun  əlamətlərinin  digər  üslubların  xüsu­
siyyətləri ilə uyğunlaşdırılınası;
•  Dilin  təsvir  və  ifadə  vasitələrindən  istifadə  (ritorik  suallar, 
təkrirlər, inversiya və s.).
Publisistik üslubun qəzet-jurnal üslubu geniş yayılmışdır.
Rəsmi-işgüzar 
üslub -  sənədlərin, beynəlxalq müqavilələrin, 
dövlət  aktlarının,  qanunların,  işgüzar  sənədlərin  və  s.  üslubudur. 
Bu  üslub  həmin  sənədlərin  aşağıdakı  məzmun  və  məqsədləri  ilə 
müəyyənləşir:  praktik  əhəmiyyətə  malik  məlumaün  verilməsi, 
göstəriş və təlimatın verilməsi.
Rəsmi işgüzar üslubun əsas xüsusiyyətləri:
•  Şərhin yığcamlığı,  dil vasitələrindən qənaətli istifadə;
•  Materialın standart yerləşdirilməsi, formanın mütləqliyi;
•  Mülahizənin konkretliyi, bitərəfliyi, rəsmiliyi;
•  Terminlərdən geniş istifadə;
•  Xüsusi frazeologiyanm,  həmçinin çoxsaylı nitq standartları­
nın- qəliblərin mövcudluğu;
•  Feldən yaranmış isimlərdən (əsasında, ona münasibətdə, ona 
görə və s.) istifadə;
•  Sadalama xarakterli  adlıq cümlələrdən istifadə;
•  Mürəkkəb  sintaktik quruluşlar;
•  Emosional-ekspressiv nitq vasitələrinin olmaması.
Rəsmi  işgüzar üslubun iki  növü mövcuddur:  rəsmi  sənədlərin 
üslubu və gündəlik-işgüzar üslub.
Danışıq  (məişət)  üslubu  ünsiyyət  funksiyasını  (vəzifəsini) 
yerinə yetirir.
64


Danışıq (məişət) üslubununu xarakterik xüsusiyyətləri:
•  Təsirlilik, mülahizənin əvvəlcədən düşünülməmiş olması;
•  Emosional,  sadə, ümumiləşdirilmiş olması;
•  Gündəlik-məişət leksika və frazeologiyasından geniş istifadə;
•  Qeyri-leksik  vasitələrdən  (intonasiya,  vurğu,  fasilə,  nitqin 
sürəti və s.) istifadə;
•  Mülahizənin dialoq, az hallarda monoloq forması;
•  Nitqə ədatlann,  nidaların,  ara sözlərin, xitabların daxil  edil­
məsi;
•  Sadə cümlələrin mürəkkəblərə nisbətən çoxluq təşkil etməsi;
•  Əlavə, qoşma və bağlayıcı vasitələrdən istifadə edilməsi;
•  Leksik təkrirlər, inversiyalar (söz sırasının pozulması).
Bədii üslub - 
bədii ədəbiyyatın dilidir. Bu üslub bədii mətnlərin
məzmunu  və  ətrafdakılara,  təsvir  olunana  öz  münasibətini 
bildirmək,  sözlə rəsmini  çəkmək,  hadisəni təsvir etmək və s.  kimi 
əsas məqsədləri ilə müəyyən olunur.
Bədii üslubun əsas xüsusiyyətləri:
•  Obrazlılıq,  emosionallıq;
•  Kommunikativ və estetik vəzifələrin birliyi;
•  Bütün üslubların leksika və frazeologiyasından geniş istifadə;
•  Təsvir və ifadə vasitələrindən istifadə;
•  Müəllifin fərdi yaradıcılığının aşkara çıxması.
Aydındır  ki,  nitqin  m üxtəlif  üslublarının,  xüsusilə  yazılı 
nitqdən şifahi istifadədən fərqlənən iş forması  olan şifahi  formada 
öyrədilməsi üzrə xüsusi iş aparılmalıdır.
Tədris müəssisələrində əsas diqqətyazılı formaların (qərarların, 
qanunların,  iş prinsipinin təsvirinin,  qanun maddələrinin,  göstəriş 
və təlimatların) öyrənilməsinə və onlardan şifahi nitq fəaliyyətində 
istifadəyə yönəldilir.
Hazırda kitab mətnlərinin mexaniki təkrarını yox, həmin mətn­
lərə bu və ya digər fənnə,  hadisəyə,  yaxud  prosesə xas  olan  ayn- 
ayn xüsusiyyələrin daxil  edilməsini nəzərdə tutan metodikalardan 
istifadə etməyin vaxtı çatmışdır.
Nitq mədəniyyətinin növləri. 
Sözün funksional üslub  sabitli­
yi və emosional ekspressiv çalarlan nitq mədəniyyətinin müəyyən
65


ümumi əlamətlərləri ilə seçilən növləri ilə sıx surətdə bağlıdır. M ü­
asir dildə  elitar,  orta-ədəbi,  ədəbi-danışıq və  sadə  (təklifsiz)  danı­
şıq növləri göstərilir.
Elitar  növ. 
Elitar  növün  daşıyıcıları  dilin  bütün  normalama 
bələd olan, etik və kommunikativ normalara əməl edən insanlardır.
Elitar nitq növünün daşıyıcıları  olan insanlar üçün vəziyyət və 
məqsədlərinə  müvafiq  funksional  üslub  və nitq janrından  çətinlik 
çəkmədən istifadə etmə, yazılı nitqin şifahi nitqə «köçürülməməsi» 
xarakterikdir.  Ünsiyyət normalarına əməl  edilməsi  müəyyən dərə­
cədə ünsiyyətin ritorik qanunlarını bilməyi və əməli  surətdə tətbiq 
etməyi bacarmağı tələb edir.
Nitq  mədəniyyətinin  elitar  növü  ümumi  mədəniyyətin  daha 
tam  şəkildə təcəssümü,  dünya və  milli  mədəniyyətə  heç  olmazsa, 
qeyri-fəal  şəkildə  (maddi  mədəniyyət  nümunələrini  tanımaq,  elm 
dahiləri  haqqında,  heç  olmazsa,  əsas  məlumatlara  malik  olmaq, 
ədəbiyyat, incəsənət inciləri  ilə tanışlıq və s.) yiyələnməkdir.
Orta ədəbi növ. 
Ölkənin təhsilli  əhalisinin böyük əksəriyyəti 
onun  daşıyıcısıdır:  bunlar  ali  və  orta  təhsilli  insanlardır.  Bu  növ 
mədəniyyətin  sadə və tam  olmayan variantına yiyələnmiş insanm 
ümumi mədəniyyətini təmsil  edir.
Ədəbi-danışıq  və  ərkyana  (loru)  danışıq  tipləri 
Bu  növlər 
müstəqil  surətdə  yalınz  XX  əsrin  90-cı  illərində  formalaşmağa 
başlamışdır.
Əgər nitq  mədəniyyətinin  orta  ədəbi  növünün  daşıyıcısı  olan 
insan üçün elitar növün daşıyıcısından fərqli olaraq, ədəbi dilin bü­
tün növlərinə yaxından bələd olmamaq xarakterikdirsə (adətən, bu, 
danışıq dili və funksional üslublardan biri olur, alimlər üçün- elmi, 
jurnalistlər üçün  -publisistik və  s ),  «danışıq»  tipləri  üçün  yalnız 
ünsiyyətin damşıq sistemi xarakterikdir,  onlar bu növdən istənilən 
şəraitdə,  o cümlədən rəsmi  şəraitdə istifadə edirlər.
Öz üslubu və  yeknəsəqliyinə  görə  aşağı  səviyyədə  olan  nitq 
ilə ərkyana (loru) tipi bir-birinə yaxınlaşır.
«Danışıq»  növləri  yalnız  nitqin  aşağı  səviyyəsinə  görə 
fərqlənir.  Ədəbi-danışıq tipində «sən-ünsiyyət» və «Şafa»(Şəfiqə) 
növlü  ev  müraciətləri  üstünlük təşkil  edir;  ərkyana  (loru)  danışıq
66


Yüklə

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə