Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə18/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   124

(1-ci əsas buraxılıb: Keyfiyyət sertifikatı olan məhsulu almaq olar).
Ümumi  qanunauyğunluğa  müvafiq  olan  xüsusi  hal  həqiqətə 
uyğun olmadıqda nəticənin səhv olması təbiidir. Məsələn:
1.  Bu  il  300  bal  toplayan  bütün  abituriyentlər  jurnalistika 
fakültəsinin tələbəsi oldular.
2.  Fidan 300 bal toplayıb.
Fidan jurnalistika fakültəsinin tələbəsi oldu.
Aydındır ki,  əgər Fidan  kimya fakültəsinə girmək üçün  sənəd 
veribsə,  deməli Fidanın jurnalistika fakültəsinin tələbəsi  olmasına 
aid nəticə yalan olacaq.
- İndi ehtim allı hökmləri  nəzərdən keçirək.
İnduktiv  hökmlərdə  bir  hadisəyə  aid  faktlar  sırasından 
ümumiləşdirmə  edilir,  yəni  xüsusidən  ümumiyə  yönəlmiş  nəticə 
çıxarılır. Məsələn:
1.  A  firmasında mühasib əvəzçiliklə işləyir.
2.  В firmasında mühasib əvəzçiliklə işləyir.
3.  C firmasında mühasib əvəzçiliklə işləyir.
4.  Ç firmasında mühasib əvəzçiliklə işləyir.
Bütün firm alardakı m ühasiblər əvəzçiliklə işləyir.
Aydındır  ki,  induksiya  üzrə  hökm  yalnız  həqiqətəbənzər,  ya­
xud təxmini xarakterə malikdir:  tamamilə dəqiq nəticə əldə etmək 
üçün  şəhərin  bütün  firmalarını  nəzərdən  keçirmək  lazım  gələrdi. 
Tam induksiya heç də həmişə mümkün olmur.
İnduksiya  nəticəsində  alınan  nəticələrin  həqiqiliyinin  yüksəl­
dilməsi üçün həmin hadisəyə aid mümkün qədər çox fakt nəzərdən 
keçirilməlidir.  Əgər çıxış  edən  özünə bu zəhməti  vermirsə,  o,  «ya­
lan, yaxud tələsik çıxarılmış ümumiləşdirmə» səhvinə yol verə bilər.
Təsadüfi faktlar əsasında çıxarılmış nəticənin düzgün olmamaq 
ehtimalı  daha çoxdur. Yeri gəlmişkən,  dinləyicilər bir çox hallarda 
heç o nəticəyə gəlməyə imkan verməzlər;  onların arasından kimsə 
etiraz edə bilər:  «Amma mən bilirəm ki...»  ( və əsaslandırılmamış 
hökmün əleyhinə dəlillər gətirər).
Əgər  nəticə  çıxarmaq  üçün  əldə  çox  sayda  fakt  yoxdursa,  o 
zaman  cəmi  iki  analoji  hadisəni  müqayisə  edərək  nəticə  çıxarıl­
ması  mümkündür.  Analogiya  (müqayisə,  bənzətmə)  -   nəticə  əldə
55


etməyin  ən  az ciddi  olan üsuludur.  Ondan yalnız müqayisə  edilən 
hadisələrin  ən  mühüm  əlamətləri  oxşar,  aralarındakı  fərq  isə  çox 
cüzi  olduqda istifadə etmək məqsədəuyğundur.
Yalnız bu  halda  hadisənin  digər  əlamətlərində  də  oxşarlıq  ol­
ması  haqqında nəticə  çıxarmaq mümkündür.  Həkimlər xəstələrini 
müqayisənin köməyi ilə inandırmaq istədikdə,  «bu cür hadisə tez- 
tez olur»  analogiyasından;  din xadimləri:  «Qaranlıq otaqda biz in­
sanı  görə bilmərik,  lakin  onun mövcudluğunu hiss edərik;  biz Al­
lahı  görmürük və  eşitmirik,  ancaq onu öz qəlbimizdə hiss edirik» 
bənzətməsindən istifadə edirlər.
Analogiya  üzrə  mühakimələri  idarə  rəhbərinin  müşavirədəki 
çıxışlarında  da  eşitmək  mümkündür:  «Yeddinci  şöbə  daim  öz 
planının  öhdəsindən  gəlmir,  halbuki  altıncı  şöbənin  əməkdaşları 
da  eyni  şəraitdə,  eyni  həcmdə  iş  görürlər,  iki  nəfər  də  analıq 
məzuniyyətindədir,  amma  işlərini  yerinə  yetirirlər.  Deməli,  yed­
dinci şöbənin iş həcminin azaldılması haqqında heç bir söz eşitmək 
istəmirəm.  Onlar bacanr, istəsəniz siz də bacararsınız».
Lakin bu nümunədə şöbələrdə işləyənlərin sayı,  onlann məlu­
mat bazası,  şöbələrə verilən tapşırıqların  həcmi  bir-birindən fərq­
lənsəydi,  analogiya hüquqi olmazdı.
Ehtimallı  hökmlərin  daha  bir  növü  nəticədən  səbəbə  gedən 
qərardır. Həmin qərar bu sxem üzrə verilir:
Əgər A varsa,  deməli В  də var.
В varsa,  demək,  ehtimal ki, A da var.
M ə s ə l ə n :
Əgər yağış yağırsa,  asfalt yaş olur.
Asfalt yaşdırsa,  ehtimal ki, yağış yağıb.
Bu  hökmün  birinci  mühakiməsində  haqqında  danışılan  ha­
disələr  bir-birinə  səbəb-nəticə  asılılığı  ilə  bağlanıb.  Bəzən  səhv 
mühakimələrə  də  rast  gəlinir.  Onlarda  hadisələrin  adi  xronoloji 
əlaqəsi  səbəb-nəticə  əlaqəsi  kimi  qəbul  edilir,  yəni  bu  əsasda  bir 
hadisə digərinə əsas olur, birinci ikincinin səbəbi hesab  edilir.
Bu  səhv  belə  adlanır:  «bundan  sonra,  deməli  bu  səbəbdən». 
Bu səhvə aid nümunəyə baxaq:  İşgüzar ünsiyyət kursuna orta yaş­
56


lı  bir  qadın yazılır.  O,  kursda  məşğul  olmaq  istəməsinin  səbəbini 
belə  izah  edir:  «Sizin  kurslarda  bizim  katibəmiz  təhsil  almışdı. 
Bundan  sonra təsisçi  onu firmanın direktoru təyin etdi,  mənim isə 
vəzifəmi  aşağı  saldı. Bilmək istəyirəm:  o burada nələri öyrənib ki, 
o saat vəzifəsini bu qədər yüksəl diblər». Yaxud, yaşlı bir kişi turist 
firmasına  müraciət  edir:”Mənim  evimdə  kirayədə  yaşayan  tələbə 
qız tətil günlərində Dubaya getmişdi. Ev kirayəsini zorla ödəsə də, 
Dubayda onu qarşılayıblar, bahalı oteldə yerləşdiriblər,  10 gün ye­
yib-içib,  gələndə  də  cibinə  xeyli  pul  qoyublar,  deməli,  Dubayda 
qayda belədir, mən də ora getmək istəyirəm.”
Bunun, təəssüf ki, insanlara xas məntiqi səhv olduğunu qədim 
məsəl  də sübut edir:  «  Xoruz belə düşünür ki,  o banlamasa,  səhər 
açılmaz».
Gördüyümüz kimi,  öz hökmlərini  əsaslandırmaq  asan  iş  deyil. 
Məntiqi mədəniyyətə yiyələnmək hökmlərdə yol verilən səhvlərdən 
qaçmaqda, çıxışlarınızı inandıncı etməkdə sizə kömək edər.
2.3.  N itq norm ası
N itq  norm ası  anlayışı  İstənilən  xalqın  dili  sosial  hadisədir. 
Çünki o, yaradıcısı və daşıyıcısı olan cəmiyyətlə birlikdə daimi in­
kişafdadır.  Bu səbəbdən də nitq norması tarixi  hadisədir,  o hazırkı 
zamanda ən geniş yayılmış nitq variantlarından ibarətdir.
Dil  sisteminin  ictimai  əlaqələr  prosesində  seçilmiş  və 
möhkəmləndirilmiş, daha sabit,  ənənəvi reallaşmasının birliyi nitq 
norması adlanır.
Norma müəyyən ərazi, yaxud şəhərin dili əsasında formalaşır.
Məsələn,  müasir Azərbaycan  ədəbi  dilinin  tələffüz  normala­
rı  əsasən  Bakı  sakinlərinin  orta  dialekti  və  nitqi  əsasında  forma­
laşmışdır.  Ədəbi  dilin  inkişafı  prosesində  dialektlərə,  dilin  digər 
növləri tərəfə də meyllər baş verir.
Bir qayda olaraq, yazılı nitqin normaları şifahi nitqin normala­
rından  əvvəl  müəyyənləşir.  Hazırda yazılı  və  şifahi  nitqin norma­
larının yaxınlaşması meylləri mövcuddur.
57


Yüklə

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə