Çıxış edən: «Bu günkü gənclik kitaba münasibətini dəyişdir
məlidir» - söyləyirsə, nəyi nəzərdə tutur? Kitabın səliqəli saxlanıl
masını, yoxsa, elm öyrənməyə marağın artmasını?
Tez-tez belə bir vəziyyətlə də rastlaşmaq mümkündür: çıxış
edən, sanki hamıya məlum olan sözlərdən istifadə edir, amma bu
zaman hərənin onları bir cür başa düşdüyünü bilmir. Dostlarınızdan
«vicdanlı olmaq», «yaşamaq bacarığı», «demokratiya», «bazar» və
s. sözlərinin onlar üçün hansı mənalan verdiyini soruşun, bu halda
söylənilənin düzgün olduğuna dair tam bir mənzərə alınar.
Məlum anlayışlar haqqında sabit və əksərən yanlış təsəvvürlər
çox zaman natiqin nəzər nöqtəsi ilə razılaşmağa mane olur. Dekart
yazırdı: «söz və ifadələrin mənasını müəyyən edin və Siz dünyanı
al danışların çoxundan azad etmiş olarsınız».
Qeyri-müəyyənliyin daha bir nümunəsi - «Kosmonavtlann
okean üzərindən göndərdikləri şəkil 6 mlrd dollar qənaət etməyə
imkan verdi» (kosmonavtlann öz şəkli, yoxsa onlann çəkdikləri
şəkil qiymətli idi?); «İdarə heyətinin bütün üzvləri yenidən seç
ki siyahısına daxil edildilər» («seçki siyahısına daxil edildilər»
ifadəsini m üxtəlif cür şərh etmək olar: yenidən seçildilər, yaxud
ümumiyyətlə seçkiyə ehtiyac olmadı?) kimi misallarda özünü
büruzə verən qeyri-müəyyənlikdir.
Söylənilənlərdə qeyri-dəqiqliyə, qeyri-müəyyənliyə yol ver
məmək üçün mütləq ikimənalı ifadələrdən qaçmaq, çoxmənalı,
yaxud auditoriyaya az tanış olan sözlərin mənasını izah etmək,
mürəkkəb anlayışlan şərh etmək lazım gəlir.
Anlayışın müəyyən edilməsinin ən ciddi üsulu - elmi tərifdir.
Bu zaman həmin anlayışın mənsub olduğu növ göstərilir və onun
forma fərqləri verilir. Məsələn: «Gəlir - müəssisənin işinin nəticə
göstəricisi olub, istehsalatın gəlir və çıxarları arasındakı fərqdən
ibarətdir».
Şərhin ardıcıllığı hər şeydən əvvəl fikirlərin məntiqi əlaqəsindən
ibarətdir, bu zaman bir fikir digəri üçün zəmin hazırlayır.
Nitqin uğurlu alınmasında natiqin nitqinin axan, müntəzəmliyi
mühümdür. M əşhur rus hüquqşünası, bəlağətli nitqin nəzəriyyəçisi
A.F.Koni yazırdı: «Əgər nitq bir məsələdən o birinə sıçrayırsa,
49
əgər əsas məsələdə tez-tez qınqlıq yaranırsa, belə nitqi dinləmək,
demək olar ki, mümkün deyi». Ardıcıllığa riayət etmək üçün o,
belə bir məsləhət verirdi: -Nitqi elə qurmaq lazımdır ki, ikinci fikir
birincidən, üçüncü ikincidən və s. yaransın, ya da bir fikirdən baş
qasına təbii şəkildə keçid edilsin.
İzah zamanı məlumdan naməluma, sadədən mürəkkəbə doğru
gedən, təsvir zamanı tanış və yaxın olandan uzaqda olana yönələn
ardıcıllıq məntiqi hesab edilir.
Yalmz şərhi daha maraqlı, düşündürücü, əyləncəli və s.
etməkdən ötrü onun belə gedişinin pozulmasına psixoloji cəhətdən
haqq qazandırıla bilər. B ir üsul kimi bu, tamamilə yolveriləndir və
təcrübəli natiqlər tez-tez bundan istifadə edirlər.
Məsələn, mühazirəçi hansısa bir cihazın qəribə xüsusiyyətlərini
nümayiş etdirir, lakin onun necə işlədiyini izah etmədən, bunu
dinləyicilərin təxəyyülünün öhdəsinə buraxır. Sonra isə detektiv
hadisələrdə olduğu kimi, dinləyicilərin «kəşf» etməsinə yardım
göstərir.
Bəzən o, yeni üsulun heyranedici nəticələrindən danışır, sonra isə
dinləyicilərə buna necə nail olunması barədə düşünməyi təklif edir.
Dinləyicilərin nitqi bütünlükdə dərk edib yadda saxlaması
üçün onlar məruzədə qaldırılan məsələlər arasındakı dəqiq məntiqi
əlaqəni görə bilməlidirlər.
Bu zaman təsəvvür etmək lazımdır ki, natiq üçün onun nitqi
nin hissələri arasındakı qarşılıqlı əlaqə nə qədər aydın olsa da, «bu
heç də bütün dinləyicilər üçün belə deyil, onlar üçün bu əlaqəni
aydınlaşdırmaq, diqqətə gedən yolu göstərmək lazımdır. Yoxsa
diqqət azar, yaxud qınlar».
Deməli, təkcə dinləyiciləri sonrakı məsələyə hazırlamaq,
çıxışı növbəti məsələnin məntiqi olaraq əvvəlkindən doğması
nı təmin edən şəkildə qurmaq kifayət deyil, həm də «birinci
si, ikincisi, bir tərəfdən, digər tərəfdən, bu m əsələ ilə bağlı fik
rim izi tam am layarkən» kimi əlaqə yaradıcı söz və ifadələrdən
istifadə edərək, bütün bunlan izah etmək lazımdır. Əlbəttə, belə
əlaqəyaradıcı söz və ifadələr yalnız suallarla məntiqi cəhətdən
əsaslandınldıqda yerinə düşür.
50
Mövzunun suallara bölünməsi qaydalarını yadda saxlayaq:
1. Mövzunun suallara, hətta lazım gəldikdə - sualların da kiçik
hissələrə bölünməsinin bir əhəmiyyətli əlamətini tapmaq lazımdır.
2. Suallar çıxışın əsas ideyasmı işıqlandırmalıdır: artıq suallar
olmamalıdır.
3. Bölünmələrin fasiləsizliyinə əməl etmək zəruridir; sual və
sual hissələrini düzgün ayırmaq lazımdır.
4. Suallar kəsişməməlidir, yəni eyni məsələ haqqında müxtəlif
suallarda danışmaq lazım deyil.
Əgər mövzu təsnif edilməsi mümkün olmayan əşya, yaxud
hadisəyə həsr olunmuşdursa, birinci qayda belə formalaşdırılır:
mövzunun izahı üçün bir giriş seçmək lazımdır.
Məsələn, mövzu - firmanın işi haqqında söhbətdir. Aşağıdakı
girişlərdən istifadə etmək mümkündür: tarixi - firmanın yaranma
tarixi, indiki işi, gələcək perspektivləri; məntiqi - firmanın struk
turu və fəaliyyət istiqamətləri haqqında ətraflı söhbət; psixoloji -
firmanın kollektivi, onun üzvləri arasındakı münasibətlər haqqında
söhbət.
Bir giriş çərçivəsində mövzunun izahının başqa istiqamətlərini
də təklif etmək mümkündür. Planın əsas sualları mövzunun şərhinin
əsas istiqamətlərinə uyğundur, alt suallar digər giriş çərçivəsində
aydınlaşdırıla bilər.
Şərhin ardıcıllığı natiqin təfəkkürünü nizamlayar, ən çətin mə
sələyə belə aydınlıq gətirər və dinləyiciyə estetik zövq verə bilər.
Şərhdə ziddiyyətin olmaması tələbi hər hansı bir məsələ, yaxud
əşya haqqında nəyi isə təsdiq edərkən, həmin zaman daxilində, eyni
məsələ ilə bağlı həmin fikri inkar etməyin mümkünsüzlüyündən
ibarətdir. Əlbəttə, gerçəklik, həyat donmuş vəziyyətdə deyil, za
man keçdikcə əvvəldə danışılan hadisə ilə əlaqədar (məsələn, idarə
rəhbərinin fəaliyyəti haqqında) başqa fikir söyləmək olar.
Təbii ki, m üxtəlif baxımdan yanaşıldıqda, bir hadisəni m üxtəlif
şəkildə qiymətləndirmək mümkündür. Məsələn, yeni alınmış me
bel öz dizaynına görə uyğun gəlsə də, qiymətinə görə sizi təmin
etməyə bilər; yaxud, yaxşı mütəxəssis pis xasiyyətli insan ola bilər
və s. Belə fikirlər bir-birinə zidd hesab edilmir.
51
Yüklə Dostları ilə paylaş: |