Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel


İnformatika tədrisinin forma və metodları



Yüklə 1,11 Mb.
səhifə14/47
tarix28.05.2022
ölçüsü1,11 Mb.
#88233
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   47
Azf-296626 removed

İnformatika tədrisinin forma və metodları


  1. Təlim metodları.

  2. Differensial təlim vasitələri.

  3. İnformatika dərslərinin təşkili formaları.

  4. İnformatika dərslərinin tipləri.

Təlim metodları. Informatikanın tədrisində digər fənlərin tədrisində istifadə edilən metodlar tətbiq edilir. Lakin bu metodların tətbiqinin bəzi özünə- məxsus xüsusiyyətləri vardır.
Metodların seçilməsi və düzgün tətbiqi müəyyən üsulların seçilməsini tələb edir. Y.K. Babanskinin fikrincə, informatikada metodlar seçilərkən onun kibernetik əsaslarının olduğu nəzərə alınmalıdır. Bu nöqteyi-nəzərdən üç qrup metodlar ayırd edilir: [15, s.93-100]

Bu qrupların hər biri altqruplardan ibarətdir.
Onlardan bir neçəsini nəzərdən keçirək.
İzahedici-illüstrativ metodlar. Bu metod materialın şagirdlərə hazır şəkildə verilməsini (illüstrasiya) və müəllim tərəfindən onun şagirdlərə tam izahını tələb edir. Məsələn, kompüterin yaddaş qurğularının izah edilməsi zamanı müəllim bu metodlardan istifadə edə bilər.
Reproduktiv metodlar. Bu metodlar yuxarıda adı çəkilən metodlardan onunla fərqlənir ki, onlar dəfələrlə çalışmalar həlli vasitəsilə təkrar edilir və şagirdlərə bu formada mənimsədilir. Bu metodlar sayəsində şagirdlər klaviatura ilə işi öyrənir, kompüter vərdişlərinə yiyələnir.
Evristik metod yeni biliklərin axtarışı ilə müəyyən edilir. Müəllim tərəfindən biliyin bir qismi şagirdlərə hazır verilir, bir qismini isə şagirdlər özləri tapır.
Tədqiqat metodunun mahiyyəti ondan ibarətdir ki, müəllim tapşırığı izah edir, bu sırada şagirdlər müstəqil şəkildə bəzi faktları özləri aşkar edirlər. Məsələn, məntiq bölməsinin tədrisində müəllim şagirdlərə tapmacalar düzəltmək tapşırığını verir və şagirdlər əvvəlcə verilmiş tapmacaların cavablarını tapır, sonra isə özləri tapmaca düzəldir.

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə