Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel



Yüklə 1,11 Mb.
səhifə11/47
tarix28.05.2022
ölçüsü1,11 Mb.
#88233
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   47
Azf-296626 removed

İlkin səviyyənin qiymətləndirilməsi (diaq- nostik qiymətləndirmə). Diaqnostik qiymətləndirmə şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsinin müəyyənləşdirilməsinə və bunun əsasında hər bir şagirdin potensial imkanlarını nəzərə alan təlim strategiyalarının seçilməsinə xidmət edir. Diaqnostik qiymətləndirmə əsasən dərs ilinin, bəhs və ya bölmələrin əvvəlində, şagird başqa ümumi təhsil müəssisəsindən gəldikdə, sinfi dəyişdikdə və digər zəruri hallarda onun bilik və bacarıqları haqqında məlumat toplamaq, fərdi yanaşmanı təmin etmək və təlim strategiyasını müəyyənləşdirmək məqsədilə müəllim tərəfindən aparılır. Bu qiymətləndirmənin nəticələri sinif və formativ qiymətləndirmə jurnal- larında qeyd olunmur, müəllimin qeyd dəftərində öz əksini tapır. Diaqnostik qiymətləndirmə rəsmi xarak- ter daşımır, rəqəmdən istifadə olunmur, nəticələr müəllimin şəxsi qeyd dəftərində əks olunur.
Diaqnostik qiymətləndirmədə istifadə olunan üsul, vasitələr və şagird fəaliyyətinin növləri bunlardır: [4; 5]
Müşahidə (müəllim şagirdin təlim fəaliyyətini müşahidə əsasında qiymətləndirir);
Müşahidə vərəqi (şagirdin təlim fəaliyyətindən gözlənilən nəticəni əks etdirən meyarlar cədvəli);
Müsahibə (Şifahi yoxlama);
Müəllimin qeydiyyat vərəqi (şagirdlə, müvafiq hallarda qrup, yaxud siniflə aparılan şifahi yoxlama zamanı müəllimin diaqnoz qoymaq istədiyi məsələnin yazıldığı vərəq);
Mövzu üzrə müxtəlif insanlardan müsahibə götürmək;
Tapşırıqvermə; Çalışmalar;
Praktik çalışmaların, tapşırıqların yerinə yetirilməsi;
Valideynlərlə və digər fənn müəllimləri ilə söhbət;
Söhbət və müəllimin sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq);
Valideyn iclasında sorğu vərəqlərinin doldurulması;
Diaqnostik qiymətləndirmənin nəticələrindən
aşağıdakı məqsədlərlə istifadə olunur:



  • təlim prosesində fərdi yanaşmanı təmin etmək üçün;

  • təlim prosesində qrup və cütlərin təşkilində;

  • tədris olunacaq fənn və ya mövzu ilə bağlı maraq və ehtiyaclarının müəyyənləşdiril- məsində.


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə