Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel



Yüklə 1,11 Mb.
səhifə16/47
tarix28.05.2022
ölçüsü1,11 Mb.
#88233
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   47
Azf-296626 removed

Diferensial təlim üsulları təlim materialını müxtəlif qavrama və düşüncə tərzinə malik olan şagirdlərə öyrətmək və mənimsəməni təmin etmək üçün tətbiq olunan təlim üsullarıdır. Diferensial təlimi proses kimi başa düşmək lazımdır. Yəni müəllim şagirdlər üçün maksimum səmərəli şərait yaratmaqdan ötrü təlimin diferensiallaşması üzərində çalışmalıdır. [4]

Təlimin diferensiallaşması zamanı müəllim bu


üsullardan istifadə edə bilər:



  1. yeni mövzunu təqdim edərkən həm şifahi üsuldan, həm də əyani vasitələrdən istifadə edir (eyni zamanda danışır və göstərir);

  2. kiçik qrup halında şagirdlərlə ayrıca görüşür və onlara təkrar izahat verir (bu üsulun tətbiqinə sinfin güclü şagirdlərini də cəlb etmək olar);

  3. oxu üçün nəzərdə tutulan materialı bir mətn şəklində yox, bir neçə mətn şəklində hazırlayır ki, müxtəlif oxu qabiliyyəti olan şagirdlər oxu fəaliyyətinə cəlb oluna bilsinlər;

  4. şagirdlərin ehtiyaclarından asılı olaraq onlara manipulyativ alətlər verir;

  5. öyrəndiklərini və bacardıqlarını nümayiş etdirmək üçün müxtəlif yollar təqdim edir: məsələn, süjetli-rollu oyunlar hazırlamağa imkan yaradır, şifahi cavabın əvəzinə məktub yazmağı təklif edir, şagirdlər üçün qrup və ya fərdi qaydada işləmək üçün şərait yaradır;

  6. şagirdlərin müxtəlif öyrənmə üslublarını nəzərə alaraq onlar üçün fərdi şəraitin yaradılmasına çalışır: tək oturmağı sevən tək oturur, qrupda işləməyi

xoşlayan qrupda işləyir və daim bu qrupun üzvü olur
və s. [7]

Hər bir şagird fərdi keyfiyyətlərindən asılı olaraq tədris materiallarını müxtəlif cür qavrayır. Buna baxmayaraq, təhsilin əsas məqsədi bütün təhsil alanların müəyyən ictimai status qazanması və öz sosial əhəmiyyətini təsdiq etməsidir. İnklüziya sağlamlıq imkanları məhdud olan uşaqlarda özünə inam yaratmaqla, onlara digər yaşıdları ilə eyni məktəbdə təhsil almaq şəraitinin yaradılmasıdır.


Xüsusi təlimə tələbatı olan bu cür uşaqların diqqət və yardıma böyük ehtiyacları var. Onların qabiliyyət- lərinin və irəliləyişlərinin inkişaf etdirilməsi çox vacib amildir. İnklüziya təkcə fərqli inkişaf xüsusiyyətləri olan uşaqlara deyil, həmçinin digər xüsusiyyətləri ilə yaşıdlarından fərqlənən uşaqların da yuxarıda sadalanan məqsədlərə çatmalarına yardım edir. Onlar başqa dildə danışan, başqa mədəniyyətə malik, fərqli həyat tərzi sürən, təhsilə müxtəlif maraq göstərən və müxtəlif qavrama qabiliyyəti olan uşaqlar da ola bilərlər. Belə uşaqlarla işləyərkən müəllim informasiyanı onlara müxtəlif forma və variantlarda çatdırmağa çalışmalıdır. Yeni təlim prinsipləri imkanları məhdud olan uşaqların ümumi təhsil mühitinə inteqrasiya etmələrini və ümumi proqram
əsasında təhsil almalarını tələb edir. İnklüziv təlimin əsasını hər bir şagirdə fərdi yanaşma ideyası təşkil edir. Belə ki, təlim hər bir uşağa məxsus tələbatların ödənilməsi zəminində təşkil olunmalıdır. Hər bir şagird təlimdə uğur qazanması üçün tələb olunan psi- xoloji yardım, diqqət və qayğı ilə əhatə olunmalıdır.
İnformatika dərslərində inklüzivliyin aşağıdakı
vasitələrlə təmin olunması nəzərdə tutulur: [7]



  • bütün dərslərdə diskussiya, müsahibə, didaktik oyunlardan və fərdi, cütlərlə və qrup işi formalarından istifadə etməklə interaktiv təlim vasitəsilə şagirdlərin fəallığı təmin edilir;

  • müəllimin məqsədindən asılı olaraq, bəzi strategiyalar istisna olmaqla, şagirdləri cütlərə və qruplara “qabiliyyətlərinə” görə deyil, elə ayırmaq lazımdır ki, hər bir qrupda təlim nəticələri müxtəlif olan şagirdlər iştirak etsinlər;

  • müəllim fərdi və cütlərlə aparılan tədqiqat işləri zamanı fərqli inkişaf xüsusiyyətlərinə malik uşaqlara xüsusi yardım göstərir;

  • müəllim qrup işlərində fərqli inkişaf xüsusiyyətlərinə malik uşaqların ümumi diskussiya və

müzakirələrə fəal qoşulmalarını təmin edir;



  • müəllim fərqli inkişafa malik uşaqlara tapşırıqlar verərkən çalışmaların çətinliyinə diqqət yetirib, diferensial yanaşma prinsipini gözləyir;

  • özünüqiymətləndirmə və formativ qiymət- ləndirmə zamanı meyarlar elə müəyyən edilir ki, şagirdlərdə qiymətləndirmə ilə bağlı stresslərin əmələ gəlməsinin qarşısını alınsın. Fərqli inkişaf xüsusiyyətlərinə malik uşaqların qiymətləndirməsi prosesində müəllimin onlara xüsusi münasibətinin böyük əhəmiyyəti var.

Tədqiqatlar göstərir ki, xüsusi qayğıya ehtiyacı olan şagirdlərin bir çoxu üçün “eksplisit” təlim metodları olduqca əhəmiyyətlidir. Eksplisit təlim üç mərhələdən ibarətdir:

    • dərsin mövzularının təqdim edilməsi;




    • materialın birbaşa öyrədilməsi və dərsin

məzmununun modelləşdirilməsi;



    • şagirdlərə təcrübə toplamaq imkanının yaradılması (istiqamətləndirilmiş, praktiki iş). [7]


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə