Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel



Yüklə 1,11 Mb.
səhifə22/47
tarix28.05.2022
ölçüsü1,11 Mb.
#88233
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   47
Azf-296626 removed

Bilik mübadiləsi – mənbələrin öyrənilməsinə həsr olunan dərs modelidir. Bu dərs şagirdlərdə tədqiqatçılıq fəaliyyətini formalaşdırır.

Dərsin sxemi:





  1. Təlimatlandırma – müəllim sinfi bir neçə kiçik qrupa bölür və qruplardan hər birinə bir sual və ya tapşırıq verir.

  2. Tədqiqat – hər qrup öz sualını mənbələr üzrə araşdırır və bütün sinif üçün izahat hazırlayır.

  3. Bilik mübadiləsi – qruplar növbə ilə çıxış edir.



VI –VII. İnformatika tədrisinin vasitələri





  1. İnformatika tədrisində vasitələr sistemi.

  2. Kompüter və kompüter sinifləri.

  3. Kompüter siniflərində dərs zamanı təhlükəsizlik texnikası.

  4. İnformatika dərslikləri və metodik vəsaitləri haqqında məlumat.

İnformatika tədrisində vasitələr sistemi. İnformatika tədrisində aşağıdakı vasitələr sistemindən istifadə olunur:

təminatı;

İnformatika kursunun proqram-metodik təminatına dərsliklər, müəllim üçün metodik vəsaitlər, iş dəftərləri, informatika üzrə əlavə kompakt-disklər və s. daxildir. [10, s.14-16; 18, s.118-125]
Stolüstü FK-lərin əsas hissələrinə aşağıdakılar daxildir:

Əlavə olaraq, kompüterə müxtəlif periferiya qurğuları qoşula bilərlər: mouse, printer, skaner, xarici
modem, səs gücləndiricilər, rəqəmli kamera, coystik
və s.
Kompüter və kompüter sinifləri. İnformatika dərsləri xüsusi otaqlarda – kompüterlə təchiz olunmuş kompüter siniflərində keçirilməlidir. Kompüter sinfi və ya informatika kabineti dedikdə şagirdlərin və müəllimin xüsusi iş yerlərindən, birgə istifadə üçün nəzərdə tutulmuş lokal şəbəkələrdə birləşdirilmiş periferiya qurğularından, proqram təminatı və texniki qurğulardan ibarət otaq nəzərdə tutulur. [18, s.160- 164; 10, s.17-19]
Informatika kabineti kompüter texnikası, əyani və dərs vəsaitləri, fakültativ, əlavə məşğələlərin keçirilməsi üçün nəzərdə tutulmuş dərs otağıdır. İnformatika kabinetindən həmçinin kompüterdən istifadə edilən müxtəlif dərslərin keçirilməsi, şagirdlərin ictimai-faydalı əməyinin təşkili və s. kimi işlər üçün istifadə oluna bilər.

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə