Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel



Yüklə 1,11 Mb.
səhifə10/47
tarix28.05.2022
ölçüsü1,11 Mb.
#88233
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   47
Azf-296626 removed

Nəticəyönümlülük - yeni kurikulumların hazırlanmasında nəzərə alınmış əsas prinsiplərindən biridir. Bu pirinsipin tələbinə görə müəyyən olunmuş bacarıqlardan ibarət zəruri məzmun nəticələr formasında verilir.
Mövzunun “kəşf edilməsi”. İnformatikanın əsas anlayışlarının mənimsənilməsi və informasiya texnologiyalarından istifadə vərdişlərinin formalaş- dırılması şagird tərəfindən müəyyən bacarıqların reallaşdırılması ilə həyata keçirilir. Başqa sözlə,
şagird praktik fəaliyyət nəticəsində yeni bilik, bacarıq və vərdişləri özü əldə edir. Dərsliklərdə bütün mövzular üzrə müzakirə və diskussiya üçün tədqiqat sualları, tədqiqat işi üçün materiallar, yaradıcı tətbiqetməni nəzərdə tutan sual və çalışmalar verilir. Bu prinsip şagirdlərin şüurluluq və fəallıq prinsipi ilə sıx bağlıdır. Təlimin müasir sistemi müəllimin rəhbərliyi əsasında şagirdlərin fəallığına söykənir. Şüurluluq özünü bir neçə əlamətdə göstərə bilər – şagirdin öz biliyini sübutlarla izah etməsi, biliyi tətbiq edə bilməsi, öyrəndiklərini tətbiq edə bilməsi, nəticə çıxara və təhlil apara bilməsi və s.
  1. Şagird nailiyyətlərinin qiymətləndirilməsi


  1. Tədrisdə qiymət və qiymətləndirmə.

  2. İlkin səviyyənin qiymətləndirilməsi.

  3. Formativ qiymətləndirmə.

  4. Summativ qiymətləndirmə.

Tədrisdə qiymət qiymətləndirmə. Azər- baycan Respublikası Təhsil nazirinin 2 sentyabr 2013- cü il tarixli 792 nömrəli əmri ilə məktəbdaxili qiymətləndirmə qaydalarında bir sıra dəyişiklik
edilmişdir (http://www.muallim.edu.az). Metodik vəsaitlərdə hər mövzunun sonunda formativ qiymətləndirmə meyarları verilmişdir. Müəllim ilkin qiymətləndirməni təqdim olunmuş cədvəl əsasında da apara bilər. Lakin o, bu meyarlar əsasında 4 nailiyyət səviyyəsinə uyğun rubriklər hazırlamalı və şagirdlərin fəaliyyətinin nəticəsini rubrikə uyğun olaraq rum rəqəmləri (I, II, III və IV) ilə qeyd etməlidir. Müasir məktəbdaxili qiymətləndirmə məqsədinə, rol və vəzifələrinə, növlərinə, xüsusiyyətlərinə, meyar və göstəricilərinə, üsul və vasitələrinə görə fərqlənir. Müasir qiymətləndirmədə məzmun standartlarının mənimsənilməsi, şagirdin qazandığı dəyərlər qiymətləndirilir. Bu qiymətləndirmə müəllimin subyektiv rəyinə əsaslanmır, təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilir, qiymətləndirmə standartları əsasında qurulur, daha obyektiv, dəqiq, adekvat və sistemli həyata keçirilir. [4; 8; 7; 5]
Yeni ümumi orta təhsil proqramı (kurikulum) nəticəyönümlülük prinsipi ilə hazırlandığına görə şagirdlərin əldə etdikləri təlim nəticələrinin qiymətləndirilməsi vacibdir. Çünki artıq şagirdin hər hansı bir mövzunu dərslikdən əzbərləyib danışması onun bilik, bacarıq, vərdiş və dəyərlərinin ölçüsü ola bilmir. Müəllim hər bir dərs üçün reallaşdıracağı
məzmun standartlarından təlim nəticələrini müəyyənləşdirməli və sonda bu təlim nəticələrini meyarlarla ölçməyi bacarmalıdır. Şagirdlərin biliyinin qiymətləndirilməsi üçün müəllim yoxlama yazı işləri, test yoxlaması və s. kimi üsullardan istifadə edə bilər.
Yoxlama yazı işi adətən müəyyən bölmənin və ya bəhsin şagirdlər tərəfindən hansı səviyyədə mənimsədiklərini yoxlamaq məqsədilə aparılır. Müəllim iki və daha artıq variantlarda yoxlama işlərini təqdim edə bilər. Variantların sayı nə qədər çox olarsa, həmçinin yoxlama mətnlərinin tərtibində şagirlərin fərdi göstəriciləri və bilik səviyyələri nəzərə alınarsa, bu, onların qiymətləndirilməsi üçün daha yaxşı nəticə verər. [18, s.96-100]
Ev tapşırıqlarının yoxlanılması da şagird biliyinin qiymətləndirilməsi zamanı istifadə olunan üsullardan biri kimi qəbul edilə bilər. Məktəb praktikasında şagirdlərin bir-birinin ev tapşırıqlarını yoxlaması da tətbiq edilir. Lakin ibtidai siniflərdə - xüsusən də 1-ci sinifdə şagirdləri bu prosesə hazırlamaq lazımdır.
Test yoxlaması üsulu artıq uzun müddətdir ki, məktəblərdə müvəffəqiyyətlə tətbiq edilən yoxlama üsuludur. Bu üsul 19-cu əsrin axırlarından başlayaraq



əvvəlcə İngiltərədə, sonralar isə ABŞ-da tətbiq edilməyə başlamışdı. İlk əvvəllər testlərdən yalnız şagirdlərin psixofiziki xarakterini, səsə, yaddaşa və s. reaksiyalarını müəyyən etmək üçün istifadə edilirdi. 1911-ci ildə alman psixoloqu V.Ştern insanın intellektual inkişafını müəyyən etmək üçün ilk test hazırlayır. Daha sonralar test üsulu məktəblərdə, universitetlərdə, insanların işə qəbulunda və s. sahələrdə geniş tətbiq edilməyə başlanır. [18, s.115- 116]

Məktəblərdə istifadə olunan kompüter testləri adətən 4 və ya 5 hazır cavabı olan suallardan ibarət olur. Bu üsulun mənfi cəhəti ondan ibarətdir ki, şagird bəzən əmin olmadığı cavabı təsadüfən seçir və yüksək nəticə göstərir. Lakin test üsulu dərs prosesində yüksək obyektivliyi, vaxtdan səmərəli istifadəni, nəticələrin düzgün və riyazi üsullarla əldə edilməsini təmin edir. İnformatika fənninin tədrisində test üsu- lundan istifadə kompüterin köməyi ilə reallaş- dırıldıqda daha effektiv nəticələr əldə oluna bilər.


Hər bir məktəbdaxili qiymətləndirmə növünün üsul və vasitələri vardır. Qiymətləndirmə üsulu dedikdə, bu prosesin hansı formada həyata keçirilməsi nəzərdə tutulur. Qiymətləndirmənin məqsədindən asılı olaraq üsul və vasitələr fərqli olur.
Müasir məktəbdaxili qiymətləndirmə diaqnostik, formativ və summativ kimi növlərə bölünür. [4, s.14- 17]



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə