Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel



Yüklə 1,11 Mb.
səhifə12/47
tarix28.05.2022
ölçüsü1,11 Mb.
#88233
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   47
Azf-296626 removed

Formativ qiymətləndirmə təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsinin qiymətləndirilməsidir. Bu qiymətləndirmə tədris prosesinin düzgün istiqa- mətləndirilməsini, səmərəliliyini, şagirdlərin təlim sahəsində irəliləyişlərinin izlənilməsini təmin edir, şagirdlərin təlim ehtiyaclarının öyrənilməsinə imkan yaradır. Formativ qiymətləndirmə dərsdə reallaş- dırılması nəzərdə tutulmuş alt-standartlardan çıxarılmış təlim nəticələrinə görə müəyyən edilmiş meyarlara əsasən aparılır. Formativ qiymətləndirmə
rəsmi qiymətləndirmə deyil, nəticələr müəllimin şəxsi qeyd dəftərində və məktəbli kitabçasında şagirdin idraki və hərəki fəaliyyətinin səviyyələrinə uyğun sözlərlə ifadə olunur. Heç bir rəqəm və simvollardan, “mənimsəyir”, “mənimsəmir”, “bilir”, “bilmir”, “yaxşı”, “orta”, “zəif” və digər bu kimi ifadələrdən istifadə olunmur. Müəllim formativ qiymətləndirmədə şagirdin fəaliyyətini bütün dərs boyu izləyir, nəticələri yazmaq üçün dərsin sonunda 6 dəqiqəyədək vaxt ayırır. Eyni bir standart bir neçə dərsdə reallaşdığına görə formativ qiymətləndirmə zamanı jurnalda şagirdin adının qarşısında hər dərsdə qeydlərin olması mütləq deyil. Şagirdlər fəaliyyətlərində potensial imkanları daxilində həmin bacarıqlara yiyələnmənin müxtəlif səviyyələrini nümayiş etdirə bilərlər. Buna görə də formativ qiymətləndirmə zamanı şagirdlər eyni bir meyarın 4 və ya daha artıq səviyyəsi ilə qiymətləndirilə bilər. [4; 5]
Formativ qiymətləndirmə aparmaq üçün rubriklərdən istifadə olunur. Rubrik xüsusi növ qiymətləndirmə şkalasıdır. O, iki əsas suala cavab verir:



  • mən nəyi qiymətləndirməliyəm (obyekt,

məzmun, aspektlər, tərəflər, xüsusiyyətlər);

  • aşağı, orta, yuxarı nailiyyət səviyyələrinin xüsusiyyətlərini necə bilmək olar?

Qiymətləndirmə şkalası nailiyyət səviyyələrinə qiymət (bal) verilməsi üçün mexanizmdir. Rubriklərin hazırlanması üçün əvvəlcə dərsin məqsədləri müəyyən olunmalıdır. Qiymətləndirmənin formalarından biri seçilməlidir (diaqnostik, formativ və ya summativ).
Müəllimlər üçün rubriklərin üstün cəhətləri bunlardır:



  • Rubriklər qiymətləndirmənin daha ədalətli, obyektiv, etibarlı və ardıcıl olmasına imkan verir.

  • Rubriklər müəllimlərə öz meyarlarını müəy-

yənləşdirmək üçün əlverişli imkanlar yaradır.



  • Rubriklər müəllimləri tədrisin səmərəliliyi ilə bağlı faydalı məlumatlarla təmin edir.

  • Rubriklər keyfiyyət səviyyələrinin intervalı vasitəsilə müxtəlif qabiliyyətli şagirdlərin olduğunu nəzərə alır. Səviyyələr üzrə təsvirlərin hazırlanması üçün təlimatda: [4; 5]

    1. Qısa və sadə tərzdə, şagirdin anlayacağı sadə dildən istifadə edilməlidir;

    2. Müqayisəli və ya normativ dildən fərqli olaraq deskriptiv dildən istifadə edilməli, pis, orta, kafi, yaxşı, əla kimi qeyri-müəyyən deskriptorlardan uzaq durulmalıdır;




    1. Səviyyə deskriptorları müşahidə oluna bilən davranışlar və ya nəticənin xüsusiyyətləri baxımından mümkün dərəcədə ifadə edilməlidir;




    1. Qiymətləndirmə səviyyələri arasında

sərhəd aydın olmalıdır, üst-üstə düşməməlidir;



    1. Şkala şagird nailiyyətləri intervalını tam

əhatə etməlidir;



    1. Təsvirlərin məzmunu nailiyyət səviyyə-

ləri üzrə eyni formalı tərtib edilməlidir;



    1. Fəaliyyət səviyyələri bütün aspektlər üzrə uyğun olmalıdır (məsələn: bir aspekt üzrə “4” qiyməti digər aspekt üzrə “4” qiyməti ilə müqayisə oluna bilməlidir);




    1. Əvvəlcə “ən yüksək”, sonra “ən aşağı” səviyyələr, sonda “aralıq” səviyyələri təsvir edilməlidir;

    2. Ən yüksək səviyyə: yüksək tələbkarlıqla,

dərin biliklərə malik şagirdlərə uyğun olmalıdır;



    1. Ən aşağı səviyyə: yalnız çatışmazlıqları deyil, həmçinin minimal bilik və bacarıqların az miqdarda da olsa xüsusiyyətlərini əks etdirməlidir.

Məsələn, 3-cü sinifdə insan və informasiya mövzusunun sonunda formativ qiymətləndirmə meyarları aşağıdakı kimi müəyyən edilmişdir: [7]
Informasiya mənbələrini müəyyən edə bilir. Insanın duyğu üzvlərinin rolunu müəyyən edə
bilir.

Informasiyanı hansı duyğu üzvü ilə qəbul


etməsindən asılı olaraq onun növünü müəyyən edə bilir.

Insanların həyatında informasiyanın rolunu başa düşür.


Insanın informasiyanı necə əldə etməsini izah edə bilir.
Bu meyarları nəzərə almaqla yaxşı, orta və zəif
səviyyələr müəyyən edilir.

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə