Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/56
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5559
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   56

 
18
Məktəbəqədər müəssisə  rəhbəri o vaxt tərbiyəçinin pis işini tərifləyir ki, onun 
yanında gözü kölgəli olur. Belə gözü kölgəlilik son vaxtlar daha çox yayılmışdır. 
Bayramlarda verilən hədiyyələr tələbkarlığı  zəiflədir, bağça rəhbərləri tərbiyəçilərə, 
tərbiyəçilər uşaqlara tərbiyəvi təsir göstərə bilmirlər. 
Bu dövrdə  məktəbəqədər yaşlı  uşağın mənəvi inkişafına böyük sıcrayış olur 
və kiçik yaşlı uşaq yeni əxlaqi münasibətlər aləminə daxil olmağa başlayır. 
Bakı  şəhəri 290№-li uşaq bağçasının tərbiyəçisi M.Namazova bizimlə 
görüşdə dedi ki, kiçik yaşlı uşaqlarda formalaşan müsbət əxlaqi keyfiyyətlər sırasında 
dostluq və yoldaşlıq mühüm yer tutur.  
Kiçik yaşlı  uşaq həmişə ünsiyyətə, kiminləsə ülfət bağlamağa çalışır. 
Uşaqlarda ünsiyyət və münüsibətdə olmaq kiçik yaşlıların müstəqil fəaliyyətinin 
mühüm tərəfidir. Həmin fəaliyyətdə kiçik yaşlı uşaq bir tərəfdən yoldaşı və dostu ilə 
ünsiyyətdə olursa, digər tərəfdən yoldaşının hərəkətləri, ona münasibəti haqqında 
düşünür. Belə bir ünsiyyətdə şəxsiyyətlərarası münasibətlər formalaşır. Yaşıdlarından 
bir necəsi kiçik yaşlı uşağa daha yaxın olur. Belə halda kiçik yaşlı uşaq üçün dosta 
sədaqətli olmaq müsbət keyfiyyət kimi özünü göstərir.             
Ədəbiyyat 
1.
 
Əliyev H.Ə. “Azərbaycan müəllimi” qəzeti, 7 may 1998. 
2.
 
Əhmədov H.M. Azərbaycan pedaqoji fikir tarixi, Bakı-2001. 
3.
 
Qədimbəyova Ə.B. Uşaq bağçasında əxlaq tərbiyəsi, Bakı-1989. 
4.
 
Suxomlinski V.A. Vətəndaşın doğulması, Bakı-1975. 
5.
 
Səlimxanova X.İ. Məktəbəqədər yaşlı uşaqlarda əxlaqi keyfiyyətlərin  
formalaşmasına  şifahi xalq yaradıcılığı nümunələrinin təsiri (namizədlik 
dissertasiyası), Bakı-1989. 
6.
 
Şirzadova M.H. Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin inkişaf 
tarixindən, Bakı-2007. 
                                            
 
                                                
 


 
19
                                               II fəsil.    
Uşaqların inkişafı, tərbiyəsi və təhsili probleminə tarixi bir 
nəzər 
 
2.1.    Tərbiyənin meydana gəlməsi, qədim dövr Azərbaycan və Şərq 
dastanlarında tərbiyə və təhsil problemləri  
Plan: 
1.
 
Tərbiyənin yaranması, müasir dövrdə onun vəzifələri və məzmununa dair 
fikirlər 
2.
 
Şərq dastanları və onların mahiyyəti, məqsədi haqqında ümumi məlumat 
3.
 
“Avesta”da uşaqların təlim-tərbiyə məsələləri 
4.
 
“Oğuznamələr”də təlim-tərbiyəyə dair 
5.
 
“Kitabi-Dədə Qorqud” dastanı təlim-tərbiyə mənbəyidir 
 
1.  Tərbiyənin necə  əmələ  gəlməsi haqqında məsələni aydınlaşdırmaq çox 
mühümdür. Insan cəmiyyətinin ilkin inkişaf dövrü - ibtidai icma cəmiyyətində yazılı 
mənbələrin olmaması bu dövr tərbiyə sisteminin öyrənilməsində bir sıra çətinliklər 
yaradır. Ancaq maddi və  mənəvi mədəniyyət abidələrinin, dil və  şifahi xalq 
ədəbiyyatının öyrənilməsi insanın yarandığı ilk çağlarda tərbiyənin meydana gəlişi ilə 
bağlı müəyyən fikirlər irəli sürməyə imkan verir. Ibtidailiyini indi də mühafizə edib 
saxlayan qəbilələrin həyatı haqqında etnoqrafik məlumatlar (əmək və məişət əşyaları, 
qayaüstü rəsmlər və s.) ibtidai icma dövründə  tərbiyənin necə yarandığını  təsəvvür 
etməyə imkan yaradır. XII-XVIII əsrlərdə alim və  səyyahların Avstraliya, Afrika, 
Polineziya, Sibir və  Cənubi Amerikanın hələ  də ibtidai inkişaf dövrünü yaşayan 
aborigenlərin həyatını  təsvir edən  əsərləri də böyük maraq doğurur. Ilk pedaqoji 
təsəvvürlərin təşəkkülü ayrı-ayrı xalqların, o cümlədən Azərbaycan xalqının qədim 
adət və  ənənələri, mərasim və ayinləri,  əyləncə  və oyunları ilə bağlı olmuşdur. 
Kökləri əsrlərin dərinliklərinə gedib çıxan xalqın həyat müşahidələrinin məhsulu olan 
atalar sözləri, zərb-məsəllər, mərasimlər, xalq oyunları,  əyləncələr qədim insanların 
tərbiyəsi ilə bağlı fikirlərinə parlaq sübutdur. 


 
20
Insanın mənşəyilə bağlı konsepsiya düzgün müəyyənləşdirilmədiyindən 
tərbiyənin yaranması haqqında bir neçə müddəa mövcuddur. Ənənəvi müddəalar 
arasında  Ş.Leturno, J.Simpson, A.Espinas və başqalarının təmsil etdikləri təkamül-
bioloji və P.Monronun əsasını qoyduğu psixoloji nəzəriyyələr mühüm yer tutur. 
Təkamül – bioloji nəzəriyyənin müəlliflərinin fikrinə görə ibtidai insanların tərbiyəvi 
fəaliyyətləri adi heyvanların öz balalarına göstərdikləri instinktə  əsaslanan qayğıya 
bənzəyir. Onlar heyvanlar aləmində də tərbiyənin mövcud olduğunu söyləyirlər. Bu 
alimlər tərbiyənin şüurlü səciyyəsini inkar etməklə onu qeyri-mütəşəkkil, kortəbii bir 
hadisə hesab edirlər.  
P.Monro tərbiyənin yaranmasını yalnız uşaqların böyükləri  şüursuz surətdə 
təqlidində görürdü. Insanın mənşəyi və tərbiyənin yaranması ilə bağlı dini təlimlərdə 
dəyərli fikirlər vardır. Bu gün insanın meymundan əmələ  gəlməsini  əsas götürən 
təkamül nəzəriyyəsi qətiyyətlə  rədd edilir. Bu, genetik cəhətdən də  təsdiq olunur. 
Tədqiqatçı alimlərin fikrincə, insan elə insan olaraq yaranmış, öz qabiliyyət və 
keyfiyyət imkanları hesabına inkişaf edib, təkmilləşmişdir. 
Insanın tərbiyə  fəaliyyəti onun əmək fəaliyyətinin zəruri bir hissəsi olmaqla 
insanın öz nəslini davam etdirməsinə xidmət edir. Bu, əməyin nəticəsi olan yaxşı 
təhsil və  tərbiyə almış insandır. Tərbiyə  mənəvi istehsal sahəsinə aid olan 
məfhumdur.  
Tərbiyənin xüsusi fəaliyyət növü kimi meydana gəlməsi 35-40 min il əvvələ 
təsadüf edir. Tərbiyənin tamamilə  bəsit xarakter daşıdığı ibtidai icma dövründə 
uşağın tərbiyəsi, onun bəslənməsi və böyüdülməsində yaşlı  nəslin qazandığı 
təcrübənin böyüyən nəslə verilməsindən ibarət idi. Tərbiyənin  ən bəsit və sadə 
məqsədi ən sadə şəkildə yaşamağa və dünyanı dərk etməyə hazırlıqdan ibarət idi.  
Ibtidai insanların tərbiyəsi kortəbii və sistemsiz idi. Bu dövrdə  tərbiyənin 
inkişafına təsir göstərən amillərdən  əsası insanlar arasında maddi əlaqələrin 
genişlənməsi idi. Bu yolla əmək təcrübəsi bir adamdan başqasına, nəsildən-nəsilə 
ötürülürdü. 
Bu dövrdə uşaqların tərbiyəsi ümumi xarakter daşıyırdı, bütün uşaqlar kollektiv 
şəkildə  tərbiyə olunurdular. Bu tərbiyə onları icmanın ümumi əmək həyatında 
müstəqil iştirak etməyə hazırlayırdı. Tərbiyədə  fərq cinslərarası  fərqə  əsaslanırdı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə