Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/56
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5559
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   56

 
168
burada daxili intizam möhkəm olmalıdır, lakin uşağı mənəvi cəhətdən sıxmamalıdır. 
Əqli inkişaf üçün o, uşaq evlərində oxu, yazı və sayı əsas götürürdü. Onun fikrincə 
uşağa oxumağı  və yazmağı öyrətməzdən  əvvəl  ətraf mühiti müşahidə etməyə 
öyrətmək lazımdır.  
Kerqomar uşaqların  əxlaq tərbiyəsinə kiçik yaşdan başlamağı  məsləhət 
görürdü. O, əxlaq tərbiyəsində  uşaqlara sərbəstlik verilməsini tələb edirdi. Əxlaq 
tərbiyəsində nüfuzun böyük əhəmiyyəti vardır. Lakin nüfuzun quruluq, 
təkəbbürlülük, uşaq həyatından uzaq olmaq kimi başa düşmək olmaz. Tərbiyəçi hələ 
çox  şeyi başa düşməyən uşağın üstünə  qışqıraraq “olmaz” deməməlidir. Tərbiyəçi 
mülayimliklə “belə etmək yaxşı deyil, belə etmək lazımdır” - deməlidir. Kerqomar 
deyirdi ki, uşaqların əxlaq tərbiyəsində inam, yoldaşa mehriban, qayğıkeş olmaq əsas 
şərtdir.  Əgər bir uşaq öz pirojnasını yoldaşına bütöv verirsə, bu eqoizmin inkişafı 
deməkdir.  Əgər onu tən yarısını yoldaşına verirsə, bu mehribanlıq, cəmiyyət 
əlamətidir. Başqalarına qayğı göstərmək gözəl keyfiyyətdir. Bu məqsədlə Kerqomar 
mənalı bir misalı təhlil edir. Ata uşaqlarını sirkə aparmağı söz verir. Onlar hazırlaşıb 
evdən çıxanda qonşu deyir ki, o biri qonşuda böyük bədbəxtlik üz verib. Bu xəbər 
onlara pis təsir edir və sirkə getməyi təxirə salırlar. Ertəsi gün ata uşaqları ilə balıq 
tutmağa gedir. Onlar bir neçə balıq tutub evə  gətirirlər. Ana uşaqlara deyir: “Gəlin 
balıqları bişirməyək, onları satıb pulunu həmin ailəyə verək”. Uşaqlar heç bir söz 
demirlər. Valideynlərin hərəkətindən sevinirlər. Axı elə onlar da bunu istəyirdilər. 
Onun fikrincə  uşaqların ləyaqətli bir vətəndaş kimi tərbiyə olunmasında  əməyin 
böyük rolu vardır. Uşaqlara kiçik yaşdan  əməyə  məhəbbət tərbiyə etmək lazımdır. 
Əməyə  məhəbbət tərbiyəsinə ehtiyac həyatın tələbidir.  Əmək ilk növbədə  uşağın 
hərəkətində özünü göstərir. Uşağın fiziki inkişafında, sağlamlığının təmin 
edilməsində oyun mühüm əhəmiyyət kəsb edir. Oyun uşaqları kollektivdə birləşdirir. 
Oyun zamanı  uşaqda təşəbbüskarlıq, çeviklik, diqqətli olmaq tələb olunur. Oyunda 
hər bir tərbiyəçi uşaqların əqli, mənəvi tərbiyəsinə kömək eədn ünsürləri tapa bilər.  
Ailədə  və “Ana qucağı  məktəbi”ndə  ən zəruri dərs  əşya dərsləridir. Uşaqlar 
hələ beşikdə ikən əşya dərsləri keçirlər. Məhz bunun nəticəsində uşaq bu və ya digər 
əşyaya toxunmağa, baxmağa, iyləməyə cəhd edir. 
 Kerqomara görə uşaqlara həqiqi məhəbbət sözün tam mənasında yalnız “hiss” 


 
169
olmayıb, elmdir. Uşağı “sevmək” üçün onu sevməyi “bacarmaq” lazımdır. Uşağa 
məhəbbət tələblərini, ehtiyaclarını, qabiliyyətlərini inkişaf etdirə bilən  şərait 
yaratmağı  tələb edir. Uşağı sevmək – onu qorumaq, ona hörmət etmək deməkdir. 
Çünki o, zəifdir, günahsızdır. Uşağı sevmək, xeyirxah olmaq, ona layiq olmaq 
deməkdir. 
5. A.S.Makarenko (1888-1939) tərbiyə işi haqqında belə deyir: “Tərbiyə çox 
asan işdir, tərbiyə xoşbəxt işdir. Öz üstünlüyü etibarilə müstəsna dərəcədə qiymətli, 
dərin duyulan, real mənəvi təminatı  cəhətindən heç bir iş  tərbiyə  işi ilə müqayisə 
edilə bilməz. Tərbiyənin məqsədi olmalıdır.” 
O, tərbiyənin prinsiplərinə aşağıdakıları daxil edir: 
1.
 
Hörmət və tələbkarlıq;  2.  Səmimiyyət  və  açıqürəklilik;  3.  Prinsipiallıq; 
4. Qayğı  və diqqət, uşağı bilmək; 5. Təmrin; 6. İnsanı möhkəmlətmək; 7. Əmək;         
8. Kollektiv; 9. Ailə, ilk uşaqlıq, sevginin miqdarı və sərtliyin həddi; 10. Uşaq sevinci 
və oyun; 11. Cəza və mükafat. 
Makarenko kollektiv tərbiyəyə üstünlük verir. Onun fikrincə, fərdi tərbiyənin 
məqsədi  şəxsi qabiliyyətləri təkcə bilik sahəsində üzə  çıxarmaq deyil, həm də onu 
inkişaf etdirməkdir. 
Makarenkonun yaradıcılığında məktəbəqədər yaşlı  uşaqların tərbiyəsinə 
mühüm yer verilir. Uşağın ailədə  tərbiyəsinin düzgünlüyü ailə münasibətlərindən 
başlayır.  
Makarenko çox haqlı olaraq deyirdi ki, düzgün tərbiyə bizim xoşbəxt 
qocalığımızdır, pis tərbiyə bizim gələcək dərdimizdir, bizim gələcək göz 
yaşlarımızdır. Valideynlər bunun məsuliyyətini,  əhəmiyyətini dərk etməlidirlər. 
Valideynlər unutmamalıdırlar ki, korlanmış uşağı yenidən tərbiyə etmək çətindir.  
Ailənin  ən ümdə  vəzifələrindən biri odur ki, ailə maddi çətinlik çəksə belə 
onun bir neçə uşağı olmalıdır. Çünki tək uşağı tərbiyə etmək bir neçə uşağı tərbiyə 
etməkdən çox çətindir. Natamam ailə  həyatı da uşağın tərbiyəsinə  mənfi təsir edir. 
Əgər ərlə arvad arasında narazılıq olsa belə valideyn onu uşaqdan gizlində etməlidir.  
Uşaqların tərbiyəsində ailə mühüm şərtdir. Valideynlər bilməlidir ki, 
tərbiyənin məqsədi  əsas  şərtdir. Bəzi valideynlər uşaqların tərbiyəsinə fikir vermir. 
Belə  hesab  edirlər ki,  hər  şey  vaxtında  olacaqdır.  Tərbiyə işində qətiyyətlə və fəal 


 
170
qüvvə ilə məqsədə doğru getmək tələb olunur.  
Nəyə nail olmaq istədiyini bilmədən heç bir işi yaxşı görə bilməzsən. O, haqlı 
olaraq deyirdi ki, uşaqlarınıza tərbiyə verməyə başlamazdan  əvvəl öz davranışınızı 
yoxlayın.  
Makarenko yazır ki, bəzi valideynlər uşağı qorxutmaqla, bəzisi sözünü ana 
vasitəsilə çatdırmaqla, bəzisi öz vəzifəsi ilə lovğalanmaqla və s. yollarla uşaqlar 
üzərində nüfuzlarını göstərmək istəyirlər. Bunların heç biri düz deyil. Valideyn 
nüfuzunun əsası onların həyatı, işi, vətəndaşlıq siması, davranışdır.  
Makarenko intizam tərbiyəsinə  də yüksək qiymət vermişdir. O, intizamı 
tərbiyə işinin nəticəsi hesab edir. Rejim isə tərbiyənin vasitəsidir.  
Makarenko qeyd edir ki, oyun uşağın həyatında böyük əhəmiyyətə malikdir, 
yaşlı adamın həyatında iş, qulluq nə kimi əhəmiyyətə malikdirsə, uşağın həyatında da 
oyun bir o qədər vacibdir. Uşaq oyunda necədirsə, böyüyəndə işdə də elə olur. Kiçik 
uşaqlar hər şeyə oyun kimi baxır. Uşağı zorla oyundan ayırmaq olmaz, onda uşaqda 
əməyə nifrət yaranar. Oyunu elə təşkil etmək lazımdır ki, o oyun olaraq qalsın, lakin 
həmin oyunda gələcək işinin və  vətəndaşın keyfiyyətləri tərbiyə olunsun. Əslində 
oyunla iş arasında o qədər də böyük fərq yoxdur. Uşaq oyunda necədirsə, işdə də elə 
olacaq. Yaxşı oyun yaxşı işə, pis oyun isə pis işə bənzəyir. Oyun uşağı sevindirir. Bu 
yaradıcılıq sevincidir. 
Uşaq oyununun bir neçə  mərhələdən keçdiyini belə izah edir: Birinci 
mərhələni otaq oyunu dövrü adlandırır, oyuncaq dövrü. Bu mərhələ 5-6 yaşa kimi 
davam edir. Uşaq birinci mərhələdə tək oynamağı sevir.  
Ikinci mərhələdə 11-12 yaşı əhatə edir. Məktəb, oyunun üçüncü mərhələsinə 
keçid mərhələsidir. Üçüncü mərhələdə oyun kollektiv xarakter alır. Birinci mərhələdə 
oyunun maddi mərkəzi oyuncaqdır.  
Makarenko əmək tərbiyəsinə də xüsusi əhəmiyyət verir və məsləhət görür ki
erkən yaşdan uşaqları yaradıcı əməyə alışdırmaq lazımdır. Yaradıcı əməkdən insan o 
zaman zövq alır ki, onu sevir, əməyin faydalı və zəruri olduğunu başa düşür. Bəziləri 
belə hesab edir ki, əmək fiziki sağlamlıq üçün faydalıdır.  Əslində  əmək insanın 
mənəvi inkişafı üçün də  əhəmiyyətlidir. Uşaqlar lap erkən yaşdan ailə  əməyində 
iştirak etməlidir. Bu oyunla başlamalıdır. 


 
171
Makarenko mədəni vərdişlərin tərbiyə edilməsindən danışarkən qeyd edir ki, 
mədəni vərdişə də lap erkən yaşdan başlamaq lazımdır. O, yaxşı görməyi, eşitməyi, 
birtəhər danışmağı bacaran andan başlamaq lazımdır. Yaxşı söylənilən nağılın özü 
artıq mədəni vərdişlər tərbiyəsinin başlanğıcıdır. Heyvanlar haqqında olan nağıllar 
uşaqlar üçün ən maraqlı nağıldır. Sonra, şəkilli kitablar çox faydalıdır. Makarenko 
tərbiyədə nümunəyə böyük yer verir. Birinci növbədə  uşağı  tərbiyə edən valideyn, 
tərbiyəçi öz hərəkəti, davranışı ilə uşaqlara nümunə olmalıdır.  
33 il kənd məktəbində fasiləsiz işləyən A.Suxomlinski (1918-1970) yazır: 
“Mən öz həyatımı  uşaqlara həsr etmişəm və xeyli fikirləşəndən sonra əsərimi 
“Ürəyimi uşaqlar verirəm” adlandırmışam”. Bu əsərdə Suxomlinski məktəblə yanaşı 
məktəbəqədər tərbiyə ilə  də bağlı çoxlu fikirlər söyləmişdir. Xüsusən məktəbə 
hazırlıq qrupunda işləyən tərbiyəçilər üçün gözəl bir proqram vermişdir. Onun 
əsərlərində  uşaqların tərbiyə aldığı ailələrin, ailə üzvlərinin həyata, insanlara, 
cəmiyyətə münasibətlərinin körpə  uşaq qəlbi ilə etdiyi təsirdən bəhs edir. Əgər 
tərbiyəçi, müəllim uşağın ailə şəraitini düzgün qiymətləndirməsə, o, öz işini düzgün 
qura bilməz. Tərbiyəçi öz işini düzgün istiqamətləndirmək üçün onların 
valideynlərini tanımalıdır. Uşaqların qəlbinə yol tapmaq üçün nöqsanlı ailələrin 
hərəkətini uşağın başına qaxınc edib, onlarda nifrət hissi oyatmayın, onlarla mehriban 
dolanın – deyirdi. Suxomlinski məktəbə hazırlıq dövründə uşaqları təbiətin qoynuna 
aparmağı, təbiəti, onun gözəlliklərini müşahidə etməyi, görməyi məsləhət görür. 
Məktəbəqədər və kiçik məktəb yaşı dövründə insanın xarakteri, təfəkkürü ilə nitqi 
formalaşır. Uşaqlıq illərində uzunmüddətli dərketmə  həm ağılla, həm də ürəklə 
dərketmə prosesi başlanır. Ona görə də bu yaşda uşaqlarda gözəl, mənəvi keyfiyyətlər 
tərbiyə olunmalıdır. Suxomlinski erkən yaşdan uşaqları  təbiətin qoynuna aparmağı, 
onun tükənməz gözəlliyi ilə  uşaqları tanış etməyi tövsiyə edir. Təbiət uşaqlar üçün 
hər şeydir. Birinci növbədə təbiət uşaqların sağlamlıq mənbəyidir. O, uşaqların açıq 
havada olmasını, tez-tez ekskursiyalar təşkil etməyi məsləhət görür. Təbiət həm də 
bilik mənbəyidir. Uşaqlar təbiətin qoynunda olarkən tərbiyəçi uşaqların diqqətini 
təbiətdə baş verən hadisələrə yönəltməlidir. Onların fantaziyalarını inkişaf 
etdirməlidir. Uşaqların əqli inkişafına təbiət gözəl vasitədir. O yazır: “Təbiətə edilən 
hər bir səyahət təfəkkür dərsidir,  əqli inkişaf etdirmək dərsidir”. Suxomlinski 


 
172
qətiyyətlə qeyd edir ki, bilik verməzdən əvvəl hər bir uşağa fikirləşməyi, qavramağı, 
müşahidə etməyi öyrtəmək lazımdır.  
Təbiət hadisələri ilə uşaqların nağıl düzəltməsi onların dünyagörüşünü artırır. 
Belə nağıllarda uşaqlar sanki inşa yazır, nitqi inkişaf edir, lüğət ehtiyatı zənginləşir. 
Təbiət həm də uşaqların estetik tərbiəysində mühüm rol oynayır. Tərbiyəçi yaxşı olar 
ki, uşaqların hisslərinə, təxəyyüllərinə  təsir etmək üçün sonsuz aləmə  tədricən 
pəncərə açsın. Uşaqların təfəkkürünün inkişafı üçün nağıllar, xəyallar, oyun uşaq 
qəlbinə yol açan bir açardır. Nağıl, obrazlı desək, uşaq fikrinin və nitqinin odunu 
alovlandıran təmiz bir küləkdir. Uşaqlar nəinki nağılı dinləməyi sevirlər, hətta özləri 
də nağıl yaradır. Uşaqlar nə üçün nağılı sevirlər? Ona görə ki, nağıldakı obrazlarda 
parlaq emosional boyalar vardır. Nağılın sözü uşağın  şüurunda yaşayır. Uşaq 
fantastik lövhə yaradan sözlər eşidəndə sanki onun ürəyi dayanır. Nağıllar uşaq 
qəlbinə xeyirxahlıq toxumunu səpən  ən böyük vasitədir. Onlar nağıllarda da 
köməksizə əl tutan insanlara, gücsüzlərə kömək edən heyvanlara, quşlara qarşı dərin 
məhəbbət duyur. Vətənin gözəlliyi torpağını, suyunu sevdirir. Xeyirxah hisslər, 
emosional mədəniyyət insaniyyətin əsasıdır. Əgər uşaqlıqda xeyirxahlıq hissi tərbiyə 
olunmayıbsa, onu sonradan heç vaxt tərbiyə etmək olmaz. “Adam uşaqlıqda 
emosional məktəb – xeyirxah hisslər tərbiyəsi məktəbi keçir”. 
Əmək tərbiyəsindən danışarkən qeyd edir ki, tərbiyənin  ən mühüm 
vəzifələrindən biri odur ki, uşağı  əmək, yaradıcılıq, quruculuq aləmi ilə  də  əhatə 
etsin.  
Insanın insana münasibəti, onun ictimai həyatı  hər  şeydən  əvvəl adamların 
səadəti naminə olan əməkdə üzə çıxır.  
Müsiqi qüdrətli fikir mənbəyidir. Musiqi tərbiyəsi olmadan uşağın tam əqli 
inkişafı mümkün deyil – deyirdi.  
Musiqi – təxəyyül – fantaziya – nağıl yaradıcılığı – bu elə cığırdır ki, həmin 
cığırla gedən uşaq öz mənəvi qüvvələrini inkişaf etdirir. Musiqi uşaq ürəyini tərbiyə 
edir, hisslərini insaniləşdirir. Sözlə olduğu kimi musiqidə də insaniyyət ifadə olunur.    
Ədəbiyyat 
1.
 
Komenski Y.A. Seçilmiş pedaqoji əsərləri, Bakı-1961. 
2.
 
Makarenko A.S. Seçilmiş pedaqoji əsərləri, Bakı-1950. 


 
173
3.
 
Məktəbəqədər pedaqogika tarixi (M.Şabayevanın redaktəsi ilə), Bakı-1967. 
4.
 
Pestalotsi İ.H. Seçilmiş pedaqoji əsərləri, Bakı-1970. 
5.
 
Rüstəmova N.M. Məktəbəqədər pedaqogika tarixi, Bakı-2004. 
6.
 
Rüstəmov F.A. Pedaqogika tarixi, Bakı-2006. 
7.
 
Seyidov Ə.Y. Pedaqogika tarixi, Bakı-1968. 
8.
 
Suxomlinski V.A. Vətəndaşın doğulması, Bakı-1975. 
9.
 
Uşinski K.D. Seçilmiş pedaqoji əsərləri, Bakı-1953. 
                                 
                                  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
174
                                   N ə t i c ə  
 “Məktəbəqədər yaşlı uşaqların inkişafı və tərbiyəsi haqqında müxtəlif pedaqoji 
nəzəriyyələr” mövzusunda yazdığımız işinin məzmunundan irəli gələn nəticəni 
aşağıdakı kimi müəyyənləşdirdik: 
1.
 
Məktəbəqədər yaşlı  uşaqların inkişafı  və  tərbiyəsi haqqında müxtəlif 
pedaqoji nəzəriyyələrin tədqiqi problemlə bağlı müasir fikirlərin inkişafına stimul 
yaradır. 
2.
 
 Mövzu  ilə bağlı elmi-metodik səpkidə  vəsaitlərin və  məqalələrin kütləvi 
surətdə yazılması faydalıdır. 
3.
 
Şərq və  Qərb mütəffəkkirlərinin uşaqların inkişafı  və  tərbiyəsi haqqında 
nəzəriyyələri bu sahədə elmin, yeni biliklərin imkişafına kömək edir. 
4.
 
Uşaqların elmi-nəzəri inkişafında Məhəmməd  Peyğəmbərin (ə.s.) irsindən 
istifadə vacib şərtdir. 
5.
 
Mövzu ilə bağlı  nəzəriyyələrin dərindən öyrənilməsi və  tədqiqi müasir 
dövrdə  məktəbəqədər müəssisələrdə  və ailədə  uşaqların tərbiyəsi-təlimi işinin 
inkişafına kömək edir. 
6.
 
Məktəbəqədər yaş dövründə  tərbiyənin bütün komponentlərinin tətbiqi 
prosesində şəxsiyyətin formalaşmasına təsir edən amillərin (irsiyyət, tərbiyə, mühit) 
nəzərə alınması işin effektliyini artırır. 
7.
 
Məktəbəqədər yaşlı  uşaqların həyatında oyunun əhəmiyyəti tarix boyu 
müsbət qiymətləndirilmişdir. 
8.
 
Bağçada və ailədə uşaqların əxlaqi keyfiyyətlərinin daha da inkişaf etməsi 
üçün məktəb, ailə və məktəbəqədər tərbiyə müəssisələrin sıx əlaqəsi faydalıdır. 
   
 
 
 
 
 


 
175
 Istifadə  olunmuş və tövsiyə edilən ədəbiyyat            
1.
 
Əliyev H.Ə. Təhsil millətin gələcəyidir, Bakı-2002. 
2.
 
Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir, Bakı-2001. 
3.
 
Əliyev H.Ə. “Azərbaycan müəllimi” qəzeti, 7 may 1998. 
4.
 
Axundov M.F. Əsərləri, II cild, Bakı-1967. 
5.
 
Ağayev Ə.A. Fərhad Ağazadənin pedaqoji görüşləri, Bakı-1987. 
6.
 
Ağayev Ə.A., Talıbov Y.R., Eminov A, İsayev İ. Pedaqogika, Bakı-2006. 
7.
 
Abbasov A.N., Əlizadə H.Ə. Pedaqogika, Bakı-2000. 
8.
 
Ağayev M.H. Humanitar fənlərin tədrisiprosesində  məktəblilərin 
vətənpərvərlik tərbiyəsi, Bakı-2004. 
9.
 
Ağayev M.H. Kiçik yaşlı məktəblilərin tərbiyəsi, Bakı-2006. 
10.
 
Cami Ə. Yusif və Züleyxa, Bakı-1965. 
11.
 
Cəfərova L.T. Məktəbə hazırlıq qrupunda uşaqların ictimai həyat hadisələri 
ilə tanışlığı üzrə işin sistemi, Bakı-1998. 
12.
 
Əhmədov H.M. Üzeyir Hacıbəyov müəllim və onun hazırlığı haqqında, 
“Azərb.məktəbi” jurnalı, 1985, №10, səh.35-60. 
13.
 
Əhmədov H.M. Azərbaycan məktəb və pedaqoji fikir tarixi, Bakı-2001. 
14.
 
Əsgərova R.A. Məktəbəqədər   yaşlı   uşaqlarda  rabitəli   nitqin   inkişaf   
 etdirilməsi, Bakı-2006. 
15.
 
Ələddin B. Məhəmməd Peyğəmbər (s)in hekayəti, Bakı-1991. 
16.
 
Füzuli M. Seçilmiş əsərləri, Bakı-1958. 
17.
 
Füzuli M. Kəlamlar, Bakı-1990. 
18.
 
Hacıbəyov Ü.M. Seçilmiş əsərləri, Bakı-1985. 
19.
 
Həşimov Ə.Ş. Azərbaycan xalq pedaqogikasının bəzi məsələləri, Bakı-1970. 
20.
 
Həşimov Ə.Ş., Sadıqov F.B. Azərbaycan xalq pedaqogikası, Bakı-1993. 
21.
 
Həsənov A.M., Ağayev Ə.A. Pedaqogika, Bakı-2007. 
22.
 
Həsənov A.M. Məktəbəqədər pedaqogika, Bakı-2000. 
23.
 
Hüseynzadə R.L. Erkən orta əsrlər dövründə Azərbaycanda məktəb və 
pedaqoji fikir, Bakı-2005. 
24.
 
Hüseynzadə R.L. Qədim və erkən orta əsrlərdə Azərbaycanda tərbiyə, təhsil 
və pedaqoji fikir, Bakı-2007. 


 
176
25.
 
İsmayılova M., İsmayılova C. Uşaq bağçalarının böyük qrupunda keçirilən 
didaktik oyunlar, Bakı-1995. 
26.
 
Kitabi-Dədə Qorqud (H.Araslının tərtibatı ilə), Bakı-1962. 
27.
 
Komenski Y.A. Seçilmiş pedaqoji əsərləri, Bakı-1961. 
28.
 
Kərimov Y.Ş. “Qönçə”, Bakı-2008. 
29.
 
Kərimov Y.Ş. Uşaq məktəbə gedir, Bakı-2002. 
30.
 
Kazımov N.M., Həşimov Ə.Ş., Pedaqogika, Bakı-1996. 
31.
 
Kazımov N.M. Məktəb pedaqogikası, Bakı-2002. 
32.
 
Qurani-Kərim. Ərəb dilindən tərcümə edənlər: Z.M.Bünyadov,  
                       V.M.Məmmədəliyev, Bakı-2009. 
33.
 
Qədimbəyova Ə.B. Azərbaycanda məktəbəqədər tərbiyənin inkişafı  
                              tarixindən (1920-1941), namizədlik dissertasiyasının  
                              avtoreferatı, Bakı-1965.                          
34.
 
Qədimbəyova Ə.B. Uşaq bağçasında əxlaq tərbiyəsi, Bakı-1969. 
35.
 
Qədimbəyova  Ə.B. Uşaq bağçalarının böyük qrupunda uşaqların nitqinin 
inkişaf etdirilməsində folklor nümunələrindən istifadə 
üzrə işin təşkili (namizədlik dissertasiyası), Bakı-1995. 
36.
 
Qasımova L.N., Mahmudova R.M. Pedaqogika, Bakı-2003. 
37.
 
Mollayev İ.A. M.T.(Sidqi)Cəfərovun pedaqoji görüşləri (namizədlik 
dissertasiyası), Bakı-1970. 
38.
 
Məhəmməd Peyğəmbər. Kəlamlar, Bakı-1990. 
39.
 
Mir Cəlal, F.C.Hüseynov. XX əsr Azərbaycan ədəbiyyatı, Bakı-1974. 
40.
 
Makarenko A.S. Seçilmiş pedaqoji əsərləri, Bakı-1950. 
41.
 
Mehribanzadə Z.M. Uşağın məktəbə psixoloji hazırlığı, Bakı-1988. 
42.
 
Məktəbəqədər pedaqogika tarixi (M.Şabayevanın redaktəsi ilə), Bakı-1967. 
 
43.
 
Mursaqulova R., Əliyeva Ş. Bağça yaşlı uşaqların təbiətlə tanış edilməsi 
metodikası, Bakı-1993. 
44.
 
Mustafayeva R.Ş. Təlim prosesində milli xüsusiyyətlərin nəzərə alınması, 
Bakı-1994. 
45.
 
Mustafayeva R.Ş. Pedaqogika, Bakı-2002. 


 
177
46.
 
Nizaminin hikmət və nəsihətləri, Bakı-1981. 
47.
 
Naxçıvanlı A.H. Heydər  Əliyevin siyasi və  mənəvi dəyərlərinin sinergetik 
konsepsiyası, Bakı-2005. 
48.
 
Orucova S.A. Üzeyir Hacıbəyovun pedaqoji görüşləri (namizədlik 
dissertasiyası), Bakı-1987. 
49.
 
Pestalotsi İ.H. Seçilmiş pedaqoji əsərləri, Bakı-1970. 
50.
 
Pedaqogika (M.Muradxanovun redaktəsi ilə). Bakı-1974. 
51.
 
Paşayev Ə.X., Rüstəmov F.A. Pedaqogika, Bakı-2002. 
52.
 
Rüstəmova N.M. Məktəbəqədər pedaqogika tarixi, Bakı-2004. 
53.
 
Rüstəmov F.A. Pedaqogika tarixi, Bakı-2006. 
54.
 
Seyidov Ə.Y. Azərbaycanda pedaqoji fikrin inkişafı tarixindən, Bakı-1987. 
55.
 
Seyidov Ə.Y. Azərbaycanda pedaqoji fikrin inkişafı tarixindən, Bakı-1987. 
56.
 
Seyidov Ə.Y. Pedaqogika tarixi, Bakı-1968. 
57.
 
Sidqi M.T. Seçilmiş pedaqoji əsərləri, Bakı-1967. 
58.
 
Səlimxanova X.İ. Məktəbəqədər yaşlı  uşaqlarda  əxlaqi keyfiyyətlərin   
formalaşmasına  şifahi xalq yaradıcılığı nümunələrinin 
təsiri (namizədlik dissertasiyası), Bakı-1989. 
59.
 
Sadıqova T.B. Xarici ölkələrin pedaqoq və psixoloqları  uşaq oyunları 
problemi haqqında, APU-nin xəbərləri, Bakı-2002, №2 
60.
 
Sadıqov F.B. Pedaqogika, Bakı-2006. 
61.
 
Sadıqova T.B. Uşaqların məktəb təliminə hazırlanmaları prosesi, Bakı-2006. 
62.
 
Suxomlinski V.A. Vətəndaşın doğulması, Bakı-1975. 
63.
 
Suxomlinski V.A. Ürəyimi uşaqlara verirəm, Bakı-1979. 
64.
 
Smirnov S.A. Pedaqogika, pedaqoji nəzəriyyələr, sistemlər, texnologiyalar, 
M.2001, səh.172. 
65.
 
Şirzadova M.H. Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin inkişaf 
tarixindən, Bakı-2007. 
66.
 
Tusi X.N. Əxlaqi-Nasiri, Bakı-1980. 
67.
 
Talıbov Y.R. Şagirdlərin humanist tərbiyəsi, Bakı-1965. 
68.
 
Talıbov Y.R., Sadıqov F.B., Quliyev S.M. Azərbaycanda məktəb və 
pedaqoji fikir tarixi, Bakı-2000.  


 
178
69.
 
Təhsil haqqında qanun, Bakı-2009. 
70.
 
Uşinski K.D. Seçilmiş pedaqoji əsərləri, Bakı-1953. 
71.
 
Uşaq bağçasında tərbiyə və təlim proqramına dair müntəxabat, Bakı-2000. 
72.
 
Vəkilov S.V. V cild, Bakı-1972. 
73.
 
 Veysəlova Ç.V. Məktəbəqədər yaşlı  uşaqlarda humanizm tərbiyəsinin  
yolları və vasitələri (nam. Dissertasiyası), Bakı-1996. 
74.
 
Vəliyeva Z.İ. Məktəbəqədər yaşlı uşaqların əxlaq tərbiyəsi, Bakı-1993. 
75.
 
Vəliyev O.P. Güc birlikdədir, Bakı-1983. 
76.
 
Verdiyeva S.A. “Azərbaycanın ilk maarif naziri”, “Azərb. müəllimi” qəzeti, 
                                          18 oktyabr 2007-ci il.   
 
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə