Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/56
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5559
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   56

 
15
haqqında, mütərəqqi və mürtəce qüvvələr haqqında, ədalət, ədalətsizlik, sülh, əmin-
amanlıq, müharibə, dağıntı, ekoloji çətinliklər, hüquq qanunları, iqtisadi biliklər, 
qənaət, sadəlik, təvazökarlıq, düzlük və doğruçuluq və s. haqqında təsəvvür və 
anlayışlara məhz həmin dövrdə yiyələnirlər. Uşaqların mənəvi əqidəsi, dünyagörüşü, 
etiqadları, ailə həyatına baxışları, əxlaq tərbiyəsi, ailə həyatı ilə bağlı olan məsələlər 
ilk uşaq çağında təşəkkül tapır.  
Müasir  dövrdə  bu  vəzifələrin  müvəffəqiyyətlə  yerinə yetirilməsi kiçik yaşlı 
uşaqları müstəqil həyata hazırlamaq, uşaqların tərbiyəsindən, xüsusilə də vətəndaşlıq, 
insanpərvərlik və Vətənə məhəbbət ruhunda tərbiyəsindən həlledici dərəcədə asılıdır. 
Uşaqların tərbiyəsinin qarşısında duran başlıca məqsəd – dərin və  hərtərəfli biliyə, 
mütərəqqi dünyagörüşə, milli və ümumbəşəri  əxlaqa, mənəviyyata və  mədəni 
dəyərlərə yiyələnən  şəxsiyyət formalaşdırmaq və  cəmiyyətimiz üçün layiqli 
vətəndaşlar yetişdirməkdir. 
Məktəbəqədər yaşlı  uşaqların vətənə  məhəbbət ruhunda tərbiyəsi olduqca 
mühüm və  zəruridir. Bu, vətənə  və  təbiətə  məhəbbət tərbiyəsidir, doğma vətəninə 
bağlılıq tərbiyəsidir. Ana dilində, mənsub olduğu xalqa vurğunluq tərbiyəsidir. Dilini, 
xalqını, soydaşlarını, həmvətənlərini sevmək tərbiyəsidir. Respublika 
konstitusiyasına, onun bayrağına, gerbinə, himninə hüsn – rəğbət tərbiyəsidir. Eyni 
zamanda mənsub olduğu xalqla, onun nailiyyətləri ilə, tarixi ilə, mədəniyyəti və 
milli-mənəvi dəyərləri ilə  fəxr etmək tərbiyəsidir. Vətən torpaqlarının azadlığı, 
qorunması naminə mübarizlik tərbiyəsidir. Vətənin çiçəklənməsi naminə  fədakarlıq 
göstərmək – yaxşı oxumaq, elmlərin əsaslarına dərindən yiyələnmək, üzərinə düşən 
vəzifəni məsuliyyətlə yerinə yetirmək tərbiyəsidir. Buna görə də kiçik yaşlı uşaqlarda 
insanpərvərlik və təbiətə məhəbbət keyfiyyətlərinin formalaşdırılması müasir dövrdə 
həmişəkindən daha çox aktuallıq kəsb edir və onun hərtərəfli tətbiqinə ehtiyac hiss 
olunur.  
Məktəbəqədər yaşlı  uşaqların necə olacaqlarını  həlledici dərəcədə onların 
uşaqlıq illərini necə keçirməsindən, bu illərdə ətraf aləmdən onların ağıl və ürəyinə 
nəyin daxil olmasından xeyli asılıdır. Böyük arzu ilə bağçaya gələn balaca uşaqlar 
dərhal təlim və  tərbiyənin güclü təsirinə  məruz qalır. Onlar yaxşı münasibətlər 
görmək istəyirlər, lakin tərbiyə baxımından ilk gündən hər addımın düzgün atılması 


 
16
başlıca şərtdir. Uşaqlar bütün tapşırıqları səylə yerinə yetirməyə çalışır və ilk ictimai 
tapşıırıqlar alırlar. Ona görə  də verilmiş tapşırıqların səliqəli, təmiz və vaxtında 
yerinə yetirilməsinə nəzarət etmək zəruridir. 
3.
 
Çünki kiçik yaşlı balacalar diqqətlərinin qeyri-sabitliyi, əhval-
ruhiyyələrinin dəyişgənliyi, tez yorulmaları ilə fərqlənirlər. Tərbiyəçi hər an onların 
qayğısına qalmalı, tapşırıqları müəyyən edilmiş normada verməlidir. Yaxşı, gümrah 
əhval-ruhiyyə, təbəssüm, şən və sevinc bəxş edən baxış kiçik yaşlı balacaların mənəvi 
aləminin formalaşmasında mühüm rol oynayır. Tərbiyəçinin səmimiliyi, uşaq 
təfəkkürünün konkretliyi, fərdi xüsusiyyətlərini nəzərə ala bilməsi balacaların 
gələcəkdə bir şəxsiyyət kimi formalaşmasına,  əxlaqi keyfiyyətlərinin inkişafına 
böyük təsir edir. Vətənə məhəbbətin, milli mənlik şüurunun, vətəndaşlıq ləyaqəti və 
s. kimi müsbət əxlaqi keyfiyyətlərin ilk rüşeymləri məhz bağçada təşəkkül tapmağa 
başlayır. Təlim-tərbiyə prosesində  tərbiyəçi-müəllimlə  uşaqlar arasında çox 
mürəkkəb münasibətlər, qarşılıqlı  əlaqələr sistemi formalaşır. Tərbiyəçi-müəllim 
kiçik yaşlı balacaların nəzərində müqəddəs, ülvi bir varlıq kimi canlanır. Balaca 
fidanlar tərbiyəçi-müəllimdə böyükləri görür, özünü, yoldaşlarını axtarırlar. Hər bir 
uşaq bir fərd – təkraredilməzdir, onun öz aləmi var. Ona görə də tərbiyəçi-müəllim 
hər bir uşağa sevinc bəxş etməyi, onun kövrək mənəvi aləminin ilk guşə daşlarını 
böyük ustalıqla, ehtiyatla qoymağı bacarmaladır. Kiçik yaşlı  uşaqlar  təbiət və 
cəmiyyət hadisələrinə böyük maraqla yanaşır, onların sirlərini öyrənməyə can atırlar. 
Yaşlı adamların əməyi, həyatı onları özünə cəlb edir. Onlar çətinlik çəkmədən ata və 
analarının harada, nə kimi işdə işlədiklərini bilirlər. 
Məktəbəqəbər yaşlı  uşaqlar dünyaya tərbiyəçinin gözü ilə baxır, onun kimi 
hərəkət edir, onu təqlid edirlər. Onların  əxlaqi keyfiyyətləri tərbiyəçi  şəxsiyyətinin, 
tərbiyəçinin sözü ilə  hərəkətinin təsiri altında formalaşır. Onlar tərbiyəçi-müəllimin 
təlim materiallarını necə başa salmasına, adamların necə danışmasına, özünü və 
yoldaşlarının cavablarının necə qiymətləndirilməsinə,  əməkdə necə  iştirak etməsinə 
xüsusi əhəmiyyət verirlər. Çünki müəllim uşaqların əqlini elm ümmanına, gözlərini 
mənəviyyat dünyasına açan ilk tərbiyəçidir. Elmin ilk ünsürləri, elmi, əxlaqi-etik 
anlayışlar haqqında ilk elmi və geniş  məlumatları müəllim-tərbiyəçi verir. Əlbəttə, 
yaxşı, işguzar, ləyaqətli tərbiyəçilər çoxdur. Lakin öz ləyaqətini qiymətləndirməyən, 


 
17
xaraktercə kövrək, mənəviyyatca zərif olan uşaqların mənəvi dünyasına mənfi təsir 
edən, onların gəlbini yaralayan tərbiyəçilər də var. Belələri uşaqları  uşaq hesab 
edərək öz davranış  və  hərəkətlərinə, danışıq və başqa adamlara münasibətlərinə 
əhəmiyyət verməyərək yeri gəldi-gəlmədi danışır,  ən incə alət olan qeyri-normal 
sözlər, münasibətlərlə uşaq gəlbini yaralayırlar. Belə uşaqlar addım-addım, günbəgün 
böyüyür, bir şəxsiyyət kimi formalaşır, yeniyetmə sonra isə  gənc olurlar. Lakin 
müəllimlərinin onun qəlbinə vurduğu yara sağalmır. Tərbiyəçi-müəllimin 
fəaliyyətinin nəticələri birinci növbədə uşaqların sağlamlığının möhkəmliyi, ideya və 
əxlaqi keyfiyyətlərinin inkişafı, onların həyata və  əməyə hazırlığı ilə müəyyən 
edilməlidir. Uşaq yaşa dolduqca tərbiyə  işində  tərbiyəçi  şəxsiyyətinin ləyaqəti və 
mədəniyyətinin mühüm rol oynadığını,  əqidənin  əqidə ilə yaradıldığını  dərk edir. 
Uşaq anlayır ki, mənəvi ideyası, mənəvi  əqidəsi,  əxlaqi-etik biliyi olmayan adamın 
tərbiyəçi-müəllim işləməsi dözülməzdir. Tərbiyəçilərimizin bir çoxunda uşaqların 
təlim-tərbiyəsinə qarşı laqeyidliyi balacalar dərhal sezirlər. 
Sosial həyat hadisələrinin müşahidəsi və  məktəbəqədər müəssisədəki 
məsələlərə dair biliklərin bəzən bir-birinə zidd olması da uşaqların tərbiyəsi işinə 
mənfi təsir edir. Uşaq ədalətli olmağı, həqiqəti qorumağı və müdafiə etməyi öyrənir. 
Lakin birdən-birə onun gözləri qarşısında ədalət-ədalətsizliyə, həqiqət yalana çevrilir. 
Nəticədə uşaq psixoloji sarsıntı keçirir. 
Təlim-tərbiyə işində sözlə əməli işin vəhdətinin pozulması tərbiyə işinə ciddi 
zərər vurur. Buna görə də bağça yaşlı uşaqlarla aparılan tərbiyə işində verilmiş vədin 
yerinə yetirilməsinə xüsusi nəzarət edilməlidir. Lakin çox vaxt tərbiyəçi uşaqlara 
verdikləri vədi yerinə yetirmir, bununla  da onların doğruçuluq, düzlük kimi əxlaqi 
keyfiyyətlərinin inkişafına mənfi təsir etmiş olurlar. 
Nəticədə verilmiş  vəd vəd olaraq qalır, düz söz tərbiyə vasitəsi olmaq 
imkanını itirir.  
4.
 
Məktəbəqədər müəssisə rəhbəri tələbkar, obyektiv və real olmalıdır. Lakin 
çox vaxt belə olmur. Yaxşı işi ilə diqqəti cəlb etməyən, pedaqoji kollektivdə hörməti 
olmayan bir tərbiyəçi nə üçünsə təriflənir. Nəticədə kollektivdə soyuqluq, işə laqeyd 
münasibət yaranır və bu da öz növbəsində ümumi işə pis təsir edir. Nə üçün 
məktəbəqədər müəssisə  rəhbəri yaxşı  işi olmayan tərbiyəçini tərifləyir? 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə