Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/56
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5559
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   56

 
72
tərbiyəsinə aid maraqlı fikirlər söyləmişlər. Bu baxımdan Məhəmməd Tağı (Sidqi) 
Səfərovun (1854-1903) pedaqoji görüşləri, onun “Nümuneyi-əxlaq”, “Tənviri-əfkar” 
və “Təhfimi-insaniyyət”  əlyazmaları, müəllimlərə kömək məqsədilə  tərtib etdiyi 
“Pedaqogika” dərsliyi, qiymətli tədqiqatları diqqəti cəlb edir. M.T.Sidqi “Əxtər”, 
“Tərbiyə” və “Qız məktəbi” kimi milli məktəblərin yaradıcısı kimi tədris və  təlim-
tərbiyə sahəsində öz əhəmiyyətini itirməmiş, dəyərli irs qoyub getmiş görkəmli 
pedaqoqlardan biri olmuşdur. Böyük pedaqoq “Nəfsi səlamət uşağın hekayəsi”ndə bir 
maraqlı  məsələ  nəql edir: “bir kişinin dörd oğlu olur, həmin kişi qohumlarının 
göndərdiyi huludan hər oğluna birini bağışlayır, sonra oğullarından soruşarkən aydın 
olur ki, Firuz – beş girvənkəyə satıb; Rauf – yarısını özü yeyib, yarısını anasına verib; 
Bəhram – yeyib şirin və lətif meyvə olduğunu söyləyir, həm də dənəsini əkmək üçün 
saxlayıb;  Əziz isə qonşunun oğlu naxoş olduğu üçün ona bağışlayıb. Ata bütün 
oğullarını hamısından cavab alandan sonra kiçik oğlu Əzizi bağrına basıb qucaqlayır, 
öpür və ona afərin söyləyir. Bu balaca uşağın fikrində  və  xəyalında nə  qədər 
insaniyyət havası və nəfsi bütünlük əlaməti görünür. Böyüyəndə Əzizim rəhmdil və 
insaniyyətli və  nəfsi səlamət adamlardan olacaqdır və o həmişə öz qohum-
əqrəbasının ata-anasının, millətinin  əsayiş  və istirahətinin, onun tədrisinin fikrinə 
qalacaqdır” (52, səh.39-40). 
Belə-belə hekayələr və hekayəti-misallar M.T.Sidqinin “Nümuneyi-əxlaq” 
dərsliyində yüzlərlədir. Sidqi uşaqları  həmin məsələlərlə  təmin edərək onları 
dostluğa, yoldaşlığa və insan şəxsiyyətinə hörmət etməyə  səsləmişdir. “Nümuneyi-
əxlaq” dərsliyində  gətirdiyi həyati hekayələr, nəql etdiyi hadisələr, söylədiyi 
hikmətamiz sözlər, ifadə etdiyi dərin mənalı cümlələr bu gün də öz əhəmiyyətini 
itirməmiş, uşaqlarda humanizmin, insanpərvərliyin tərbiyə edilməsində bu gün də öz 
qüvvəsini saxlamışdır. 
Sidqi ədəb qaydaları ilə uşaqların tərbiyəyə, tərbiyəçi müəllimlərə, böyüklərə, 
qocalara hörmət etməyi, oxuduqları “tərbiyə” məktəbinə hüsn-rəğbət bəsləməsini 
ciddi surətdə tələb edirdi. Pedaqogikaya gətirdiyi yenilik və pedaqoji fikir tarixində 
göstərdiyi misilsiz xidmətlərindən biri də onun psixologiya , pedaqogika, pedaqogika 
tarixi, təlim, tərbiyə, elm, ədəb, dostluq, yoldaşlıq,  əxlaq, təvazökarlıq, səadət, 
mülahizə və s. kimi sırf pedaqoji, psixoloji, etik, əxlaqi, fəlsəfi anlayış və terminlərin 


 
73
təqdim edilməsində və aydınlaşdırılmasında olmuşdur. 
M.T.Sidqinin açdığı  məktəbin adı  “Əxtər” idi. O, “Tərbiyə” məktəbində 
müdir və müəllim olduğu müddətdə “heykəli-insana bir nəzər”, “Kəblə-Həsir”, 
“Mənəviyyati-mədəniyyə”, “Həkimanə sözlər” kimi bir çox əsərlər,  əlyazmalar, 
dərsliklər yazmışdır. Bu əsərlərin hamısında uşaqları humanistliyə çağıran, humanist 
hisslər tərbiyələndirən motivlər daha çox üstünlük təşkil edir. M.T.Sidqinin yaratdığı 
“Tərbiyə” məktəbində müdirdən tutmuş ta müəllimlərədək hamı, uşaq  şəxsiyyətinə 
hörmət etməklə bərabər, uşaqların mənfi davranışına təsadüf edilərsə, nəsihət yolu ilə 
həmin xasiyyətlərin islah olunmasına çalışırmışlar. Sidqi hər bir adama elmli, 
tərbiyəli olmağı  məsləhət görür və yazırdı ki, insana yemək, içmək və geymək nə 
qədər lazım olsa, elm, mərifət və tərbiyət eləcə lazımdır (58, səh.59). 
M.T.Sidqi göstərirdi ki, insanın cəmiyyətdə davranışı  və özünü aparması, 
yoldaşları ilə münasibəti və s. onun əxlaqi keyfiyyətlərə malik olmasından çox 
asılıdır. Buna görə  də Sidqi bir pedaqoq kimi, uşaqlara lap kiçikliyindən tərbiyə 
verməyi məsləhət görürdü. Çünki, “Təzə əkilən tənəklərə və ağaclara su vermək nə 
qədər lazım olsa, uşaqlara da təlim-tərbiyə kiçiklikdə o qədər lazımdır” (52, səh.77). 
Insanın xasiyyəti,  əxlaqı mürəkkəb və müxtəlif olduğundan Sidqi tərbiyəni 
uşaqlara lap kiçiklikdən verməyi lazım bilirdi. O, yazırdı: “Bu cəhətə barmaq boyda 
balalar ağ  və qaranı, isti və soyuğu anlamağa başladıqları vaxtdan gözəl-gözəl 
xasiyyətləri onlara anlatmaq, təlim və  tərbiyəsinə diqqət etmək lazım və  bəlkə  də 
vacibdir. Çünki uşaqlıq yaş  ağaca bənzər. Təzə yaş  ağacı, hər nə  qədər  əyri olsa, 
düzəltmək asandır” (52, səh.58).  
Sidqi uşaqların tərbiyəsini nəzarətsiz qoymamağı  təklif edərək, göstərir ki, 
uşağın tərbiyəsi gözdən yayınarsa, o böyüyən vaxt əxlaq və  ədəbdən uzaqlaşıb bəd 
xasiyyətlər vücuduna təbiəti-sənəviyyən olduqca islahı müşgül və düşvardır. 
“Tərbiyəsiz uşaqların müsahibatı kömürə bənzər, hərgah insanın libasını yandırmasa 
da qaraldar” (52, səh.29). Pedaqoq belə  uşaqları  təsvir edərək göstərir ki, “biədəb 
uşaqlarda əsla ar və namus olmaz, böyük və kiçik tanımaz, ata və anasının ehtiramını 
saxlamaz, ustad və müəllimin qədrini bilməz, gələcək günlərini əsla xəyala gətirməz, 
avara və sərgərdan adamlar kimi küçələrdə boş və bekar dolaşıb, əziz ömrünü qəflət 
və cəhalət ilə keçirər” (52, səh.29). 


 
74
Insan tərbiyəsinin müxtəlifliyini görən pedaqoq qeyd edirdi ki, bu müxtəliflik 
uşaqlara aşılanan tərbiyə formalarının bir-birindən fərqli olmasından əmələ gəlir. Pis 
tərbiyə olunan ədəbsizliyə, yaxşı tərbiyə olunan isə lazımi əxlaqi sifətlərə malik olur. 
Beləliklə, Sidqi uşaqlarda humanist hisslərin formalaşmasının da əsasını yaxşı 
tərbiyədə görürdü. Sidqinin bu fikrinə Azərbaycanın görkəmli maarifpərvəri Firudin 
bər Köçərli də şərik olub, “Tərbiyənin amilləri” əsərində Sidqi ilə eyni mövqedə çıxış 
etmişdir. O, yazırdı: “Tərbiyə uşağın ruhunda bir iz, bir əsər buraxır və onun qəlbini 
bu və ya digər hala salır” (29). 
Sidqi  əxlaqi sifətlərin hədsiz dərəcədə mürəkkəb olmasını göstərməklə 
bərabər, bu hərəkətlərin nizama salınmasının tam mümkün olmasını da şərh etmişdir. 
O, tərbiyənin təsiredici qüvvəsinə möhkəm inanır və hər bir mənfi əxlaqi sifətə malik 
olan insanın tərbiyə vasitəsilə islah olunmasını mümkün hesab edir və “islaha gəlməz 
insan yoxdur” – deyirdi. Pedaqoq “tərbiyəni insanın parası və ailənin güzgüsü” hesab 
edirdi.  
4. Mirzə Ələkbər Sabir (1862-1911) tərbiyənin gücünə inanır və deyirdi ki, 
bütün insan doğulmuşların tərbiyəyə ehtiyacı vardır. Çünki, tərbiyə insanı inkişaf 
etdirir, təkmilləşdirir, onun daxili imkanlarını və qabiliyyətlərini üzə çıxarır. Bunun 
üçün düzgün ictimai mühit və  tərbiyə lazımdır. Sabirə görə xalqın, millətin yol 
göstərəni, rəhbəri tərbiyədir. Dünyanın bütün işləri tərbiyə ilə keçir, hər işin 
başlanğıcı ibtidaisi tərbiyədir. Valideynlərin övlada ilk bəxşişi tərbiyədir. Övlad həqq 
nemətidir. Buna görə şüurlu - həqqin ədası tərbiyədir. Tərbiyə elmsiz məğbul deyil, 
çünki onun zəruri şərti tərbiyədir. Elmin ümdə vəzifəsi insan tərbiyə etməkdir. Elm 
isə  məktəbdə kitabla, səylə hasil olur. Elmlə zinətlənən tərbiyə  həyata layiqdir. 
Həyata layiq olan zinət tərbiyə  və elm qövhəridir. Insan tərbiyə  nəticəsində  ətraf 
mühiti daha yaxşı anlamaqla insanlar arasındakı münasibətə  şüurlu yanaşmağa 
başlayır.  
Uşaqlarda yüksək  əxlaqi hisslər, o cümlədən humanist münasibətlərin 
formalaşdırılmasında yorulmaz mübarizlərdən biri də Azərbaycan xalqının böyük 
şairi M.Ə.Sabir olmuşdur. Sabirə görə tərbiyənin məqsədi əsl insan hazırlığıdır, onun 
mənəvi və fiziki qabiliyyətlərini ahəngdar surətdə təkmilləşdirmək, onda yüksək əqli 
və əxlaqi keyfiyyətlər tərbiyə etməkdir. Bu anlayışlara Sabir zəngin məzmun verir. O, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə