Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/56
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5559
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   56

 
60
Bu hadisədən bir neçə il keçdi.  Oğlan bir dəstə dələduzlarla dostlaşıb, onlarla 
yoldaşlıq edir. Bir gün fürsət tapıb,  həmin vəziri,  onun  iki  oğlunu  öldürüb  dağlara 
qaçır. Şah bunu eşidib təəssüflənir və deyir: 
                                  Iti şəmşir olmaz paslı dəmirdən, 
                                  Gözləmə nakəsdən adamlığı sən, 
                                  Yağışla sulansa bağ da, şoran da, 
                                  Bağda lalə bitər, şoranda tikan. 
Göründüyü  kimi  o,  burada  irsiyyəti əsas götürür. Bəzi rübailərində isə əqli 
qabiliyyətlərin inkişafında tərbiyəyə üstünlük verir. Insan şəxsiyyətinin 
formalaşmasında onun özünün fəal iştirakını  zəruri hesab edən Sədi  əqli tərbiyə 
altında biliklərə yiyələnməyi, onları praktikaya tətbiq etməyi və  əqli qabiliyyətləri 
inkişaf etdirməyi nəzərdə tuturdu. O, biliyin həyatı  əhəmiyyətini göstərməyə çalışır 
və qeyd edirdi ki, kim biliklərə yiyələnərsə, ağıllı, xeyirxah, gözəl davranışa malik 
olar. Ona görə də uşaqların tərbiyəsinə kiçik yaşdan başlamaq lazımdır: 
Kiçik ikən hər uşaq edilməzsə tərbiyət, 
     Böyüyəndə görünməz onda ədəb, nəzakət. 
                                Yaş çubuğu, istəsən hər şəklə salarsan, 
 Od qurudub düzəldər o çubuğu nəhayət. 
3.  Şərqdə  qədim və orta əsrlərdə yaşayıb-yaratmış alim, şair və dövlət 
xadimlərinin hərəsinin özünə  məxsus orijinal və  səciyyəvi cəhətləri, sirli tərəfləri, 
ziddiyyətli və mübahisəli məsələləri vardır. Belə görkəmli  şəxsiyyətlərdən biri də 
Xacə  Nəsirəddin Tusidir (1201-1274). Tusinin  əsərləri içərisində  “Əxlaqi-Nasiri” 
məzmununun ictimai, iqtisadi, siyasi, əxlaqi, fəlsəfi və  tərbiyəvi səciyyəsi 
baxımından xüsusi əhəmiyyətə malik olub, yeddi yüz ildən artıq bir müddət ərzində 
Orta və Yaxın  Şərq məktəblərində  əxlaq dərsliyi kimi şöhrət tapmışdır. O, ailədə 
övladın bir çox müsbət keyfiyyətlərə yiyələnməsi üçün valideynlərin necə olmasını 
göstərir, ilk əvvəl ananın ailədə tərbiyəlilik səviyyəsindən başlayır. Ilk növbədə uşağa 
yaxşı bir ad qoyduqdan sonra onun tərbiyə olunması üçün sağlam və ağıllı bir dayəni 
tapmağı  məsləhət görür. O, deyir ki, “Uşaq süddən ayrıldıqdan sonra hələ  əxlaqı 
korlanmağa vaxt tapmamış onu tərbiyə etməyə, nizam-intizama öyrətməyə başlamaq 
lazımdır. Uşaq təbiətində olan fitri nöqsanlara görə, pis adətlərə meyl edə 


 
61
biləcəyindən vaxtından  əvvəl onun qarşısını almaq, təbiətini nəzərdə tutmaqla 
əxlaqını saflaşdırmaq gərəkdir, yəni hansı  təmiz qüvvə  uşaqda özünü əvvəl biruzə 
verirsə, onun da təkmilləşdirilməsi əvvələ salınmalıdır” (47, səh.156). 
  Nəsirəddin Tusi qeyd edir ki, uşaqda təmiz, idraki qüvvələrdən  ən  əvvəl 
utanmaq, həya əlamətləri özünü göstərir. Deməli, diqqət edilməli, fikir verilməlidir: 
əgər uşaq həyalıdırsa  əksər halda başını  aşağı salıb sırtıqlıq etmirsə, bu onun 
nəcibliyinə sübutdur; bu o deməkdir ki, onun nəfsi çirkin əməllərdən ikrah edib, 
gözəl işlərə meyl göstərir, bu əlamət həmin istedadın uşaqda olduğuna dəlalət edir. 
Belə isə  həmin uşağın tərbiyəsinə xüsusi fikir verilməli, heç bir şeyi  əsirgəməməli, 
istedadın sönüb getməsinə yol verilməməlidir. Tərbiyənin birinci şərti budur ki, uşağı 
onun təbiətini korlaya biləcək adamlarla və  şeylərlə oturub-durmağa və oynamağa 
qoymayasan, çünki uşaq nəfsi sadə olar, ətrafdakıların xasiyyətini tez götürər.  
Nəsirəddin Tusi xeyirli işləri uşağın yanında tərifləməyi, zərərli  şeyləri 
pisləməyi məsləhət görür. O, göstərir ki, uşaqda pis adətlərə, bəd  əməllərə nifrət 
yaratmaq lazımdır. Uşaq inkişafın ilk anlarında çoxlu səhvlərə yol verərsə, qəbahətli 
iş görər, çox zaman yalançı, paxıl, oğru, xəbərçi, tərs və inadkar olar, füzulluq edər, 
dediyindən  əl çəkməz, başqalarını da zərərli və xoşagəlməz iş tutmağa vadar edər, 
sonra isə  tənbeh və  tərbiyə yaşı keçər. Deməli, uşağı körpəlikdən tərbiyə etmək 
lazımdır. Sonra dərs öyrətməyə, təlimə başlarlar. Hikmətli kəlamlar, tərbiyəvi şerlər 
əzbərlədərlər ki, öyrətmək istədikləri şeylər yadında qalsın (48, səh.158-159).  
Nəsirəddin Tusi göstərirdi ki, uşaqda hamıya qarşı  təvazökarlıq, yaxın 
adamlara hörmət qoymaq təlqin edilməli, özündən zəiflərə  əl qaldırıb özündən 
güclülərə boyun əymək, tay-tuşlarına paxıllıq etmək qadağan olunmalıdır. Uşaq 
özündən böyüklərə, tərbiyəçisinə, özünə hörmət və xidmət etməyi bilməlidir. Xüsusi 
səbəb olmadıqda başqa uşaqları danlamağa qoymamalı, günahları olduqda isə təhrik 
etməli, yaxşı  iş gördükdə, kömək göstərdikdə  tərifləməli, mükafat verilməlidir ki, 
insanlara yardım etmək onun qanına işləsin, adətə keçsin (48, səh.160). 
Ümumiyyətlə, Nəsirəddin Tusi uşaqlarda xeyirxah olmaq, insanlarla oturub-
durmağı, həmişə  bəd  əməllərdən uzaq olmağı, böyüklərə, kiçiklərə, həmyaşıdlarına 
və özünə hörmət etməyi, əlindən gələn yaxşılığı kimliyindən asılı olmayaraq etməyi, 
pislikdən uzaqlaşmağı, tamahkarlıqdan, xəsislikdən uzaqlaşmağı da məsləhət görür. 


 
62
Bundan savayı o, uşaqların tərbiyə olunmasında tərbiyəçinin hansı xüsusiyyətlərə 
malik olması haqqında da çox qiymətli fikirlər söyləmişdir. Tərbiyəçinin ağıllı, 
vicdanlı,  əxlaq normalarına, uşaq ruhiyyəsinə  bələd,  şirin danışıqlı, insaflı  rəftarlı, 
pak və təmizlikdə məşhur olmaq kimi tələblər qoyurdu (48, səh.161-162). 
Pedaqogikanın bir elm kimi formalaşmağa başladığı XVII əsrdən etibarən 
uşaqlarda bir sıra əxlaqi keyfiyyətlərin, o cümlədən xeyirxahlıq və humanist hisslərin 
formalaşmasına mühüm diqqət verilmiş  və ayrı-ayrı pedaqoqların  əsərlərində  və 
pedaqoji fikirlərində bi məsələ xüsusi qeyd edilmişdir.   
Nəsirəddin Tusi “Əxlaqi-Nasiri”  əsərində  əxlaq məsələlərinin dərin təhlilini 
verir, təhlil etdiyi əxlaqı insanların ictimai münasibətlərini tənzim edən ölçü 
olduğunu göstərir. O, insan, onun şəxsiyyəti və onun şəxsiyyətinə  təsir edən  əxlaqı 
şərh etməklə  uşaqların tərbiyəsində  tərbiyənin həlledici  əhəmiyyətini açıb 
göstərmişdir. Bu işdə valideynlərin, tərbiyəçilərin, müəllimlərin böyük məsuliyyət  
daşıdığını qeyd etmişdir. O, mənəvi təmizliyə,  əxlaqi saflığa böyük əhəmiyyət 
verərək uşaqların və  gənclərin mənəvi tərbiyəsi ilə  məşğul olmalarını  məsləhət 
görürdü.  
Tusi uşaqların tərbiyəsində ailənin roluna diqqət verir. O qeyd edirdi ki, 
mənzil dedikdə, palçıq, daş, kərpicdən tikilən bina nəzərdə tutulmur, burada həmçinin 
ərlə arvad, valideynlə övlad münasibətləri də olmalıdır. Ailə başçısı ailə üzvlərinin 
yerini və  vəzifəsini bilməlidir. Təbiətdə olduğu kimi insan orqanizmində  də  hər 
üzvün öz vəzifəsi var. Ümumi mənafe üçün bu vəzifələr birləşəndə  bədənə xidmət 
edir. Ailə üzvləri də belə olmalıdır. Ailə üzvləri ayrılıqda fərddir, hər birinin öz 
xarakterik xüsusiyyəti var. Lakin onlar birlikdə bir məqsədə xidmət etməlidirlər ki, 
ailədə iş düzgün getsin. Ailə münasibətlərində kişi, qadın münasibətlərini geniş təhlil 
edir və göstərir ki, yaxşı qadın, yaxşı ana yaxşı  uşaq tərbiyə edə bilər. Dahi alim 
adqoyma məsələsinə də toxunaraq söyləyir ki, ailə uşağa yaxşı ad qoymalıdır ki, o, 
gələcəkdə öz adından xəcalət çəkməsin. Yaxşı ad xoşbəxtlik nişanəsidir. Bundan 
sonra uşağın fiziki sağlamlığı  və  tərbiyəsi ilə maşğul olmaq lazımdır. Uşaqlara 
rəngarəng yeməklər verməklə onları yeməyə  şirnikləndirmək lazım deyil. Onu orta 
bir xorəyə alışdırmaq lazımdır. Arabir yavan çörək də yemək lazımdır. O, səhərlər az 
yeməyi məsləhət görür. Səhərlər çox yemək insan zehnini kütləşdirir. Az yemək isə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə