Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/56
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5559
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   56

 
66
Tusi uşaq oyununa da böyük əhəmiyyət verir. Uşaq hər vaxt oynamaq istəsə, ona 
icazə verilməlidir. Lakin oyun gözəl olmalıdır. Onun uşağa xeyri olmalıdır. Oyun 
yorucu olmamalıdır. Oyun uşağı yorub əldən salmamalı, qanını qaraltmamalı, zehnini 
kütləşdirməməlidir. Tusi oğlanlarla bərabər qızların da tərbiyəsinə xüsusi fikir verir, 
onların həyalı, ismətli, vüqarlı böyüdülməsini zəruri sayır.  
Hərəkət qaydalarından danışarkən qeyd edir ki, çox yüngül yeriyib tələsmək 
yelbeyinliyə  dəlalət edir. Çox ağır yerimək tənbəlliyə  dəlalət edir. Təkəbbürlü 
adamlar kimi özünü çəkə-çəkə yeriyəndə o tərəf bu tərəfə baxmamalı, bu gözü 
dağınıq, huşu özündə olmayan adamlara aiddir, həmişə başı  aşağı getməməli, orta 
həddi gözləmək lazımdır. Oturaq qaydaları da belədir, başı dizi üstə qoymamalı, 
burnunu qurtdalamamalı, bərkdən  əsnəməməli, adamların qabağında uzanmamalı, 
tüpürməməli, məclisdə öz yerini tanımalıdır.  
Yemək qaydalarından danışarkən məsləhət görür ki, əl-üzü yuyandan sonra 
süfrə başına gəlməli, yeyərkən üst-başını bulamamalı, ağzını çox iri açmamalı, 
barmaqlarını yalamamalıdır. Xörəyin rənginə diqqətlə baxmamalı, onu iyləməməli, 
seçməməli, ləzzətli xörək azdırsa, ləlöyünlük etməməli,  əli yağlı çörəyə-duza 
vurmamalı, çörək yeyəndə başqasının üzünə baxmamalı, əgər xörəkdən tük çıxarsa, 
onu elə etməlidir ki, heç kim görməsin. 
Adamların yanında dişində qalmış əti çıxarmamalı. Bu qaydalar bu günümüz 
üçün də zəruridir.  
N.Tusinin tərbiyə-təlim və  əxlaq məsələlərinin izahına dair maraqlı fikirləri 
bu gün də öz əhəmiyyətini itirməmiş, uzun illər keçməsinə baxmayaraq, xüsusi məna 
kəsb edərək müasir olaraq qalmışdır.  
O, uşaqların inkişafında irsiyyət, mühit və tərbiyə amillərini əsas götürür. 
Azərbaycan xalqının görkəmli oğlu  Məhəmməd Füzulinin (1498-1556) də 
əsərlərində təlim-tərbiyə məsələləri öz ifadəsini geniş təzahür edir. Füzulinin zəngin 
və qiymətli əsərləri insanı yoldaşlığı, yaxşılıq və pisliyi, ədalət və ədalətsizliyi, haqq 
və haqsızlığı dərindən duymağa, hiss etməyə, düşünməyə yönəldir. Onları oxuduqca 
insan düşüncəsi və hissləri nəcib, yüksək bir istiqamət alır. 
M.Füzuli bildirir ki, elm, hikmət, şərəf, qüvvət – hamısı insana cəm halında 
verilmir. Bu keyfiyyətlər insana ardıcıl, sistemli və inadla aşılanmalıdır, yəni insan 


 
67
tərbiyə olunmalıdır. O, tərbiyənin ecazkar qüvvəsini, onun böyük rolunu xüsusi 
olaraq göstərir. Insanın tərbiyəsində  təlim, elm böyük rol oynayır. Tərbiyə düzgün 
verildikdə insanı kamil edir, onu həqiqi insan mövqeyinə qaldırır. Buna görə  də 
insana təhsil vermək, onun əqlini inkişaf etdirmək lazımdır. Tərbiyəçi insan qəlbini 
dərindən hiss etməli, onun qəlbinin gizli sirlərini duymalı, bütün elmlərdən və 
sənətlərdən xəbərdar olmalıdır ki, onun dükanına gələn müştərilər orada hər  şey 
tapsınlar, yəni onun təlim-tərbiyəsinə möhtac olanlar, ona müəyyən süallarla müraciət 
edənlər ondan razı qalsınlar (45, səh.45-50). 
Füzuli yaradıcılığında tərbiyə  məsələləri mühüm yer tutur. Humanizm, 
vətənpərvərlik, xəlqilik, nikbinlik, əməyə və əmək adamlarına dərin məhəbbət, Füzuli 
yaradıcılığının, eləcə  də onun tərbiyə haqqında fikirlərinin metodoloji əsasını  təşkil 
edir. Onun tərbiyənin məqsədi haqqındakı fikirlərini belə xülasə etmək olar: 
tərbiyənin məqsədi elmli, pak, əxlaqlı, zəngin mənəvi həyata malik, insan həyatını 
dərin hiss edən, şəxsi mənafeyini xalqın mənafeyi ilə, sözünü, fikrini işlə bağlamağı 
bacarmaq, sözündə,  əhdində  vəfalı, sədaqətli və  səmimi bir insan yetişdirməkdir. 
Təbiət aləminə arası  kəsilməyən yağışların köməyilə biyabanlar, çöllər bağ-bostana 
çevrilir, ruzigarın uzun  müddətli təsirləri nəticəsində daş rəngini dəyişdirib ləl olur, 
su  qiymətli incilərə çevrilə bilir, zərrələrin günəşlə birləşməsi ona parlaqlıq verir, 
arası kəsilməyən damcılardan dərya əmələ gəlir. Füzuli bununla da, insan da insana 
düzgün münasibət göstərərsə, onu lütf ilə, nəvaziş ilə  tərbiyə etsə, ondan yüksək 
mənada insan olacağını göstərir. 
Füzuliyə görə yalnız gözəl insani rəftar nəticəsində insanı  tərbiyə etmək 
mümkündür. Tərbiyəni mümkün qədər aşağı yaşlardan başlamalı, ağıl və  zəka 
sahiblərinin söhbətlərindən elm və  mərifətin bu yaşlarda kəsb edilməsinə çalışmaq 
lazımdır. Tərbiyə vaxtında, düzgün verilməsə insan ağlının ayinəsini pas basar və 
həmin  şəxs sərt daşa, zərərli tikana çevrilər, hamı  təlim-tərbiyə görməlidir. Yalnız 
gözəl  əxlaqlı adamlar hörmətə, qayğıya, tərifə layiqdirlər. Cəmiyyətin faydalı üzvü 
olmaq üçün insanın üzərində  zəhmət çəkməli, çətinlikdən qorxmamalı, arzu olunan 
məqsədə çatmaq üçün məhrumiyyətə dözməlidir. 
O, uşaqların tərbiyəsi ilə  təcrübəli  şəxslərin məşğul olmasını göstərir və 
tərbiyəçilərdən yüksək təcrübə  tələb olunduğunu bildirir. Füzuli tərbiyədə mühitin, 


 
68
şəraitin böyük təsir göstərdiyini qeyd etmişdir.  Əxlaq tərbiyəsi ilə  əlaqədar olaraq 
insan davranışı haqqında qiymətli fikirlər söyləmişdir. Övlad gözəl nemətdir, lakin 
onun həqiqi gözəlliyi öz ifadəsini onun gözəl  əxlaqında tapmalıdır. Gənc nəslə 
tərbiyə  məsələsinə aid oğlu “Fəzliyə  nəsihət”də  və “Rindü Zahid” əsərlərində öz 
fikrini aydın bildirmişdir. 
Füzuli insan əxlaqında olan riyakarlıq, paxıllıq, fitnəkarlıq, fəsad, yalançılıq, 
xudpəsəndlik, hərislik, tamahkarlıq,  şöhrətpərəstlik və s. bu kimi nöqsanları  tənqid 
edir. O, insanda humanizm, vətənə və xalqa sevgi, doğruçuluq, mərdlik, vəfa, sədaqət 
və s. müsbət əxlaqi keyfiyyətləri tərbiyə etməyi lazım bilir (47, səh.34-58). 
Məhəmməd Füzuli yaradıcılığında tərbiyə məsələləri mühüm yer tutur. Onun 
tərbiyə haqqında fikirlərinin  əsasını humanizm, vətənpərvərlik, xəlqilik, nikbinlik, 
əməyə və əmək adamına dərin məhəbbət təşkil edir. Füzuli tərbiyənin məqsədini pak 
əxlaqlı, zəngin mənəvi keyfiyyətlərə malik sədaqətli bir insanlar yetişdirməkdə 
görürdü. Ona görə tərbiyə nə qədər tez, kiçik yaşlarından verilərsə, onun faydası daha 
yaxşı olur. Füzuli yazırdı ki, tərbiyə vaxtında verilməzsə, insan əqlinin aynasını pas 
basar və o şəxs sərt daşa, zərərli tikana çevrilər.  Əgər insan tərbiyə olmazsa o, nə 
qədər yüksəlib, əyan olsa belə, ən yüksək mövqe olan insanlığa yüksələ bilməz. Buna 
görə də tərbiyəyə məxsus olan əsas rola kiçik yaşlarından daha ciddi diqqət vermək 
lazımdır. O, bunu oğlu Fəzliyə  nəsihətində belə izah edir: “Bağda qoca bir bağban 
gördüm. Bir ağacdan meyvə almaq üçün vaxtını  sərf edib çalışırdı”. Bununla o 
demək istəyirdi ki, insandan meyvə almaq üçün onun üzərində də iş aparılmalı, onun 
tərbiyəsi ilə məşğul olmaq lazımdır.  
M.Füzuliyə görə insanın gələcəkdə cəmiyyətdə mövqeyi ondan ciddi hazırlıq 
tələb edir. Bu tələbi isə  tərbiyə  həll etməlidir. Füzuli tərbiyənin ecazkar qüvvəsini, 
böyük rolunu xüsusi ifadə edir.  
                        Feyz lütfilən əgər insana qılsa tərbiyət, 
                       Qədrilə insan-mələk nisbət əzimüşşan olur, 
                       Var mələk həm tapsa eyni iltifatından nəzər, 
                       Əql kamil kəsb edər, əlbəttə bir insan olur.   
Füzuliyə görə insan öz daxili aləminin zənginliyi ilə həmişə yüksəkdə durur, 
insana bunu nəsib edən isə onun tərbiyəsidir. Yeni nəslin tərbiyəsindən gələcək 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə