Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/56
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5559
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   56

 
48
elində  ağıl tərbiyəsi, gənclərin həmişə  ağlını  işlətməsi məsələsinə diqqət yetirilir. 
Hamı o cümlədən fiziki cəhətdən güclü olanlar da ağıla-kamala yiyələnməlidirlər. 
Dastanda ağılın yüksək nemət olması  aşağıdakı fikirlərdə aydın ifadə olunmuşdur: 
“Biliyi unutmayan əqil yaxşıdır; Baba malından nə fayda, başda dövlət olmasa; Ağıllı 
oğul olsa, ocağın gözüdür; Ağılsız oğul olsa, o ocağın külüdür; Ağılsız adamın 
şərindən Allah saxlasın”. 
Dədə Qorqudun qənaətinə görə, “Adamın dəvəcə boyu olunca, düyməcə  ağlı 
olması yaxşıdır”. Dastanda oğlanın buğa ilə döyüş  səhnəsində daha çox ağılın 
nümayiş etdirilməsinin şahidi oluruq. Oğlanla buğa xeyli çəkişdilər. Buğa iki kürəyi 
üstündə köpük dururdu. Nə buğa, nə də oğlan qalib gəlirdi. Oğlan fikirləşib öz-özünə 
dedi. “Bir dama dirək vururlar, o dama dayaq olur. Mən niyə bunun alnına dayaq 
olub dururam?” Yumruğunu buğanın alnından çəkib, yolundan atıldı. Buğa ayaq 
üstündə dura bilmədi, yıxıldı, təpəsi üstə düşdü. Oğlan bıçağına  əl atdı. Buğanın 
başını kəsdi. Burada oğlan əqil və zəkasını işlədir və fiziki qüvvəsi tükənməkdə olan 
oğlan,  əqli qabiliyyəti, mühakiməsi hesabına buğaya qalib gəlir. Qanturalı  və 
Buğanın vuruşunda da eyni səhnənin şahidi oluruq.  
Dastanda estetik tərbiyə, bədii zövqə malik olmaq kamil insan olmağın mühüm 
şərtlərindən sayılır. Dastandakı ideyaya görə, fiziki və  əqli cəhətdən inkişaf etmiş 
şəxs – yəni qüvvə kamal sahibi, eyni zamanda, camal sahibi olmalı, estetik gözəlliyi 
ilə xoş  təsir bağışlamalıdır. Dədə Qorqud dastanlarının  əksər qəhrəmanları  təkcə 
qüvvəsi və kamalı ilə deyil, həm də camalı ilə fərqlənirlər. Məsələn, “Qanlı qoca ilə 
Qanturalı” boyunda deyilir: “Qanturalı camal və kamal əlamətləri olduğunu və 
onlardan birincisinin estetik, ikincisinin zehni, üçüncüsünün fiziki tərbiyə sahəsinə 
aid olduğunu xatırlasaq, həmin cümlədə  tərbiyənin bu üç qolunun vəhdət  şəklində 
birləşdiyini aydın görərik”(23,97). 
Prof. R.L.Hüseynzadə yazır: “Dədə Qorqud qəhrəmanlarının boy-buxunu 
yaraşıqlıdır, cəlbedicidir. Qanturalı, Bamsı Beyrək, Səkrək, Uruz, Buğac, Dəli 
Dondar, Yeynək, Qazan xan, Burla Xatun, Selcan, Banuçiçək və başqaları  məhz 
cazibədar “Ağ üzlü”, “Ağ biləkli”, “İncə belli”, “Sərv qamətli”, “Qırmızı yanaqlı”, 
“Badam dodaqlı”, “Çatma qaşlı” adamlardır. Çoxları da çalıb-oxumağı, rəqs etməyi 
bilirlər. Onlar gözəlliklərdən zövq almağı bacarır, “əsən dan yellərindən”, “Köksü 


 
49
gözəl dağlardan”, “Durnalı, kəklikli, turaclı soyuq bulaqlı, göy çəmənlikli” yerlərdə 
dincəlir, özlərinə məskən salırlar”(23,198). 
Qanturalı üç canavarla (buğa, aslan və dəvə) vuruşmaq üçün musiqi və mahnı 
ilə qızışmaq istəyir. O, hər dəfə meydanda musiqi sədaları altında cəng edir. Demək, 
dastanda insan və təbiət, incəsənət gözəlliyi, ümumən insanın estetik, zövqü, tərbiyəsi 
mühüm yer tutur. Dastanda saza, musiqiyə ecazkar bir qüvvə kimi baxılır. 
Qəhrəmanlar saza and içirlər,  ən qatı düşmənin  əlində qopuz gördükdə ona əl 
qaldırmırlar.  
Dədə Qorqudda əlbəttə mənəvi, əxlaqi gözəllik həmişə ilkin yerdə durmuşdur.   
 
Ədəbiyyat 
1. Həşimov Ə.Ş., Sadıqov F.B. Azərbaycan xalq pedaqogikası, Bakı-1993. 
2. Hüseynzadə R.L. Qədim və erkən orta əsrlərdə Azərbaycanda tərbiyə-təhsil 
və pedaqoji fikir, Bakı-2007. 
3. Rüstəmov F.A. Pedaqogika tarixi, Bakı-2006. 
4. Seyidov Ə.Y. Azərbaycanda pedaqoji fikrin inkişafı tarixindən, Bakı-1987. 
5. Seyidov Ə.Y. Pedaqogika tarixi, Bakı-1968. 
6. Tusi X.N. Əxlaqi-Nasiri, Bakı-1980. 
 
2.2. Klassik Şərq mütəfəkkirləri uşaqların inkişafı, tərbiyəsi 
və təhsili haqqında 
Plan: 
1.
 
İslam dinində müqəddəslər uşaqların inkişafı, tərbiyəsi və təhsili haqqında 
2.
 
Azərbaycan və  Şərq mütəfəkkirləri uşaqların inkişafı, tərbiyəsi və  təhsili 
haqqında:  Əbu Nəsr Məhəmməd  əl-Farabi,  İbn Sina, Nizami Gəncəvi və 
Sədi Şirazi 
3.
 
N. Tusi, M.Füzuli, A.A.Bakıxanov, M.F.Axundov, S.Ə.Şirvani və 
M.T.Sidqinin uşaqların tərbiyəsi, təhsili və inkişafı ilə bağlı fikirləri 
4.
 
M.Ə.Sabir, A.Səhhət və Ü.Hacıbəyovun problemlə bağlı müddəaları 
5.
 
A.Şaiq, H.Cavid, F.Ağazadənin pedaqoji fikirləri. 
 


 
50
1.  Məlumdur ki, müsəlman dünyasının peyğəmbəri Məhəmməd Əleyhissəlam 
və Şərqin böyük irs qoyub getmiş mütəfəkkirlərinin tərbiyə - uşaq tərbiyəsi haqqında 
fikirləri, müddəaları  və  nəzəriyyələri daim tədqiq edilmiş, öyrənilmiş, öyrənilir və 
daim öyrənməyə layiqdir.  
Uşaqlarda humanist keyfiyyətlərin formalaşdırılması elə bir yüksək  əxlaqi 
borc, vəzifədir ki, bütün dövrlərin zəka, fikir sahibləri, mütəfəkkirlər ona biganə 
qalmamış  və onu yüksək fəzilətlərdən biri kimi qiymətləndirmişlər. Müsəlmanların 
müqəddəs Kitabı olan “Qurani Kərim”də  və  Məhəmməd peyğəmbərin (570-632) 
müqəddəs kəlamları içərisində insanların bir-birinə qarşı  mərhəmətli olmaları, 
nəzakətlə  rəftar etmələri, valideynlərə hörmət etmələri, balaca uşaqlara məhəbbət 
bəsləmələri dönə-dönə tövsiyə edilir: “Balaca uşaqlara məhəbbət bəsləməyən, 
qocaların hörmətini saxlamayan, həmçinin faydalı  iş görməyən, pis əməllərə 
qurşanan kəs bizdən deyildir”; “Bir-birinizi xoşlamayınca imanınız olmayacaq”; 
“Qonşusunun aclığından xəbərdar olan, lakin təkcə öz qarnını doyuran şəxs həqiqi 
müsəlman deyil”; “heç vaxt deməyin ki, xalq bizə yaxşılıq etdiyi halda biz də onlara 
yaxşılıq edərik və eləcə  də bizə zülm etdiyi təqdirdə biz də zülm edərik. Bəlkə 
etiqadınız olsun ki, sizə yaxşılıq edildiyi vaxt, siz də yaxşılıq edin. Əgər sizə zülm 
olunarsa, siz onlara zülm etməkdən çəkinin”; “heç kəs gərək başqasını incitməsin”- 
kimi müqəddəs kəlamlar sahibi Məhəmməd peyğəmbər insansevərliyi, humanistliyi 
insanlara buyurmuş və onları yüksək əxlaqi keyfiyyətlər hesab etmişdir (30. Səh.32, 
39). 
Uşaqlarda xeyirxahlıq və humanist keyfiyyətlərin tərbiyə edilməsi və 
ümumiyyətlə humanistlik istər mütərəqqi  Şərq fəlsəfi fikrində, istərsə  də  Qərb 
fəlsəfəsində özünə geniş yer tapmış əxlaqi keyfiyyətlərdən biridir. 
Məhəmməd Peyğəmbərin  (ə.s.) həyatı  ən güclü tərbiyə  məktəbidir. Çünki 
“Məhəmməddə Adəmin dürüst əxlaqı, Asəfin dərin zəkası, Nuhun ağlasığmaz 
cəsarəti,  İbrahimin tükənməz mərhəməti,  İsmayılın bəlağətli nitqi, Yaqubun 
müəammaları  dərk etmək məharəti, Yusifin misilsiz gözəlliyi, Musanın sarsılmaz    
dəyanəti, İsanın dönməz iradəsi, Davudun təmannasız xeyirxahlığı toplanmışdır.
 
Peyğəmbərin kəlamlarını  gənc nəslin tərbiyəsi baxımından məzmun və 
qayəsinə görə aşağıdakı kimi təsnif etmək olar:  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə