21
də bitkinin yerüstü һissəsi çox zəif inkişaf edir. Kollanma vaxtı isə
bitki sürətlə böyüyür.
Afrika darısı gündüzləri isti, gecələri sərin olan, ildə 600-700
mm yağıntı düşən yerlərdə yaxşı bitir. Səpin vaxtı, cücərtilər alı-
nan vaxtı, kollanma çiçəkləmə və dən dolma vaxtı nəmliklə yaxşı
təmin olunmalıdır. Yetişmə vaxtı yağışlar düşməməlidir. Çiçək-
ləyən vaxtı güclü küləklər qorxuludur. Bu tozlanmaya pis təsir
edir və süpürgənin məhsuldarlığını aşağı salır. Qısa günlərdə tez
çiçəkləyir və dəni yaxşı yetişir. Vegetasiya dövrü 60-150 gün ara-
sında dəyişir.
Afrika darısı neytral, yüngül gillicəli, münbit torpaqlarda yax-
şı bitir.
Növbəli əkində yeri. Afrika darısını tropiklərdə ənənəvi
olaraq başqa birillik bitkilərlə (nut, araxis, pambıq və. s) bir yerdə
becərilir. Onun bir növlü (təmiz) əkinləri daha məhsuldar olur və
daha məhsuldar sort və hibridlərinin intensiv texnologiya ilə be-
cərilməsinə imkan olur. Tez yetişən (60-90 günə) sortları qərbi
Afrikada ikinci bitki kimi araxisdən və pambıqdan sonra əkilir və
bir ildə iki məhsul alınmasına şərait yaradır.
Gec yetişən (100-150 günə) sortları isə növbəli əkində viqna-
dan (inək noxudu), araxisdən, pambıqdan, küncütdən və. s sonra
yerləşdirirlir. Afrika darısı bir tarlada 2-3 il saxlandıqda torpağı
çox kasıblaşdırır və ondan sonra torpaq münbitliyinə az tələbat
göstərən
bitkilər araxis, inək noxudu və. s əkmək lazımdır.
Səpin qabağı tədbirlər. Səpin qabağı torpaq 10-15 sm də-
rinlikdə yumşaldılır. Bu iş torpaq səthi daş və kəsəklərdən təmiz,
hamar və yumşaq olana qədər aparılır. Torpaq nəm olduqda darı
tirəyə səpilməlidir. Səpin vaxtı dəmyə şəraitdə yağışların yağma
müddətindən əvvəl və ya bu müddətin ortaları, suvarma şəraitində
isə yağışlardan sonradır. Afrika darısının ən yaxşı səpin müddəti
aprelin axırı, mayın ortalarıdır. Respublikanın şoran torpaqlarında
da becərmək mümkündür. Toxumları 2-3 sm dərinliyə basdırılır.
Səpinlə birlikdə və ya torpağın axırıncı becərilməsi zamanı hek-
tara 40-50 kq fosfor və kalium 50-55 kq azot gübrəsi verilməsi
məsləhət görülür. Bu azotun normasının yarısı qədərdir. Qalan ya-