11
ddə hesabı ilə hektara 45 kq azot verdikdə quru ot məhsuldarlığı
12-15 sentner artır. Kalium gübrəsi qumluca torpaqlarda müsbət
təsir göstərir. Məsləhət görülür ki, əkinlərin hər hektarına orta
hesabla kimyəvi çəkidə 45-50 kq azot, 30-45 kq fosfor və 30-45
kq kalium gübrəsi verilsin.
Torpağın becərilməsi və səpin. Torpağın sudanotu üçün be-
cərilməsi darı bitkisində olduğu kimidir. Üzləmə və erkən şum-
lama bitkinin aqrotexnikasında böyük əhəmiyyət kəsb edir. Səpin
qabağı erkən yazda sahə iki iz malalanır və iki dəfə kultivasiya
çəkilir. Birinci kultivasiya 8-10 sm dərinliyində, ikinci isə səpin
qabağı 4-5 sm dərinliyində aparılır, eyni dərinlikdə xırda toxum-
ları basdırmaq və effektli çıxışlar almaq üçün torpaq səpinqabağı
sıxlaşdırılır. Yaz quraq keçdikdə birinci kultivasiyadan sonra tor-
pağın sıxlaşdırılması faydalıdır. Bu halda torpaqda nəmlik yaxşı
saxlanılır və cücərmiş alaqlar ikinci kultivasiyada məhv edilir.
Sudanotunun səpininə torpağın 10 sm-lik qatında temperatur
10-12
0
C olduqda başlanılır. Ot məqsədi üçün səpin başdan-başa,
toxum məqsədilə gencərgəli üsulla aparılır. Toxum ağır torpaqlar-
da 3- 4 sm, yüngül torpaqlarda isə 6-8 sm-ə qədər dərinliyə bas-
dırılır. Səpindən sonra tarlada tapanlama (kipləşdirmə) aparılır.
Məhsulun yığılması. Quru ot üçün sudanotunu boruya çıxma
fazasının sonu və süpürgələmə fazasının başlanğıcında biçməyə
başlayırlar. İkinci və üçüncü biçimləri də 30 günlük fasilələrlə
aparılır. Biçinin hündürlüyü torpaq səthindən 7-8 sm olmalıdır.
Biçinin nisbətən alçaqdan aparılması cavan budaqların inkişafını
və yaşıl kütlə məhsuldarlığını aşağı salır.
Adi, qarışıq və kövşənlik səpinləri. Sudanotunu soya ilə
qarışıq becərdikdə yaxşı nəticələr əldə olunur. Belə əkinlər kifayət
qədər nəmlik düşən yaxud suvarılan cənub bölgələrində yaxşı nə-
ticələr verir. Bir çox suvarılan bölgələrdə sudanotunun pırpızlı
(payızlıq) gülül ilə qarışıq əkinlərində yaşıl kütlə məhsuldarlığı
hektardan 400-410 sentnerə çatır.
Münbit torpaqlarda sudanotunun yazlıq gülül yaxud payızlıq
gülüllə qarışıq əkinləri təmiz əkinlərə nisbətən vahid sahədən
protein yığımını iki dəfə artırır. Bəzən sudanotu lərgə və noxud ilə
12
də qarışıq səpilir. Təmiz səpinlərə nisbətən qarışıq əkinlərdə səpin
norması 15-20% aşağı salınır.
Sudanotunun əkinləri buğda, arpa, dənlik noxud (kövşənlik
əkinlərdə), eləcə də yaşıl yem yaxud quru ot üçün gülül + vələmir
və lərgə + vələmir qarışıq əkinlərində yaxşı nəticələr verir.
Kövşənlik əkinlərdə torpaq becərilməsini əsas bitkinin məh-
sulu yığıldıqdan sonra onun arxasınca aparmaq zəruridir. Yaxşı
nəmliyi olan torpaqlarda malalama ilə eyni vaxtda 20-25 sm
dərinlikdə şum aparılır. Əgər torpağın üst qatı quru olarsa, qabaq-
ca üzləmə aparılır, sonra malalama ilə birlikdə dərin şum qaldırılır
və səpinqabağı torpaq sıxlaşdırılır.
Sudanotunun toxum üçün becərilməsinin xüsusiyyətləri.
Toxumluq səpinlər yaxşı olar ki, tarla növbəli əkinlərində başdan-
başa becərilən bitkilərdən sonra yerləşdirilsin. Quraq bölgələrdə
sudanotu toxum məqsədi ilə gencərgəli üsulla cərgəarası 45-50 sm
olmaqla səpilir. Optimal səpin müddətində səpin norması hektara
12-15 kq götürülür.
Alaq otlarına qarşı mübarizə məqsədi ilə herbisid tətbiq olu-
nur, ancaq gencərgəli əkinlərdə 2-3 cərgəarası becərmələr aparılır.
Toxumluq sahənin yığımına o vaxt başlanılır ki, əsas gövdənin
süpürgəsi yetişir və toxum bərkiyir, yığım kombaynla aparılır.
Gövdələr hündür olduqda əvvəlcə yuxarıdan budağın müəyyən
hissəsi ilə birlikdə süpürgələr yığılır, sonra isə qalan kütlə
otbiçənlə biçilir. Dərhal toxumlar kənar qatışıqlardan təmizlənir
və qurudulur.
1. 2. Moqar
Əhəmiyyəti. Moqarın quraqlığa davamlılığı, istiliyə və torpa-
ğa tələbi sudanotuna nisbətən azdır. Tez yetişməsi və yaxşı məh-
sul verməsinə görə moqarı çox yerlərdə becərmək mümkündür.
Moqarın quru otunda 8% zülal, 27% selüloz, 51% azotsuz
ekstraktiv maddələr, 7% kül elementləri və toxumunda 14% zülal
vardır. Moqar qiymətli yem bitkisidir.
Moqar Zaqafqaziya və Orta Asiya respublikalarında çox be-
cərilir. Şabalıdı və açıq-şabalıdı, nəmlik çox düşən qara torpaq-
13
larda moqar quru ot məhsuluna görə sudanotunu 2 dəfə ötüb keçir.
Moqar Azərbaycanın dağətəyi - düzənlik, dağətəyi-çöl, alçaq
dağlıq və orta dağlıq ərazilərində 1956-cı ildən becərilməyə baş-
lanmışdır.
Botaniki təsviri. Moqarın (Setaria italica ssp. mocharium
Alef.) (panicum mocharium) saçaqlı kök sistemi torpağın 1,5 m
dərinliyinə işləyir. Kökün əsas kütləsi torpağın əkin qatında
yerləşir. Gövdəsi silindrvaridir. Yetişmə müddətindən asılı olaraq
buğumaralarının miqdarı 4-5 ədəddən 12-16 ədədə qədərdir. Bir
kolda gövdələrin miqdarı 2-7-yə qədərdir. Yarpaqların uzunluğu
45-50 sm-dir. Sünbüllənmənin başlanğıcında yarpaqların kütləsi
ümumi məhsulun 45-55%-ni təşkil edir. Çiçək qrupu sünbüləbən-
zər süpürgədir. Sünbülü birçiçəklidir. Meyvəsi dəndir. Mütləq
kütləsi 1,5-3,4 qramdır (şəkil 2).
Bioloji xüsusiyyətləri. Moqarın toxumları 10
0
C tempera-
turda cücərməyə başlayır. Toxumların cücərməsi üçün optimal
temperatur 20
0
C-dir. Cücərtilər günəşdən güclü əziyyət çəkirlər.
Səhər şaxtaları cücərtilərə öldürücü təsir göstərir. Quraqlığa
davamlıdır. Nəmlik çatmadıqda inkişaf dayanır. Bitkinin rüşeym
kökü olduğundan uzun müddət inkişafsız qala bilir və yağışlar
yağdıqdan sonra yaxşı məhsul vermək qabiliyyətinə malikdir.
Transpirasiya əmsalı 300-dür. Torpağın optimal nəmliyinin tarla
rütubət tutumunun ən az 60-70% həddində olması əlverişli hesab
edilir.
Sudanotuna nisbətən moqar torpağa az tələbkardır. Moqar
qumlu, qumsal və ağır gillicəli torpaqlarda yaxşı bitir. Bu bitki
digər darıya bənzər bitkilər kimi alaqlardan təmiz torpaqlara yük-
sək tələbat göstərir.
Moqar xüsusən azot gübrəsi verilməsinə yaxşı reaksiya gös-
tərir. Bir ton quru ot məhsulu ilə torpaqdan 17-20 kq azot, 4-5 kq
fosfor və 15-17 kq kalium elementi aparır. Cücərtilər alındıqdan
17-25 gün sonra kollanma fazası başlayır. Quru maddə və zülal
toplanması süpürgələmənin başlanğıcı və çiçəklənmənin əvvə-
lində intensiv gedir. Vegetasiya müddəti sortdan və becərilmə
şəraitindən asılı olaraq 90-130 gün arasında dəyişir.
Dostları ilə paylaş: |