28
Şəkil 4. Birillik qaramuq (Lolium multiflorum Lam.
var. westervoldicum) tarlasının ümumi görünüşü
29
Şəkil 5. Çumiza( qara düyü) (Setaria italica ssp. İtalica)
30
Şəkil 6. Afrika darısı (Pennisetum tuphoides; P. spicatum)
1-
çiçəkli gövdəsi, 2- çiçək qrupu, 3- çiçəyi,
4- meyvəsi
1
2
3
4
31
Şəkil 7. Afrika darısı (Pennisetum tuphoides; P. spicatum)
bitkisinin ümumi görünüşü
32
Şəkil 8. Çəmən pişikquyruğu ( Phleum pratense L.):
1-2 - bitki sünbülləmə və cücərti fazasında, 3 - yalançı sünbül,
a - çiçəkləyən vaxt, b - çiçəkləməyə qədər, 4 - çiçək,
5 - qabıqlı dəni, 6 - çılpaq dəni
33
Şəkil 9. Qılçıqsız tonqalotu (Bromopsis inermis Leyss.):
1 - 2 - bitki süpürgələmə və cücərti fazasında,
3 - süpürgə süpürgələmə fazasında, 4 - süpürgə çiçəkləmə
fazasında, 5 - sünbülcük, 6 - meyvə.
34
Şəkil 10. Çəmən topalı (Festuca pratensis Huds.):
1 - 2 - bitki çiçəkləmə və cücərti fazasında,
3, 5 - süpürgəsi süpürgələmə və çiçəkləmə fazasında,
4 - sünbülcük, 6 - meyvəsi
35
Şəkil 11. Qamışvari topal (Festuca arundinacea Schreb.):
1 - bitki süpürgələmə fazasında, 2, 3 - süpürgələri,
4 - meyvəsi.
36
Şəkil 12. Çoban toppuzu (Dactylis glomerata L.):
1 - 2 - bitki süpürgələmə və cücərti fazasında,
3 - müxtəlif formalı süpürgələr, 4 - sünbülcük, 5 - meyvə
37
Şəkil 13. Ayrıq (Agropyron L.): 1 - 2 - bitki çiçəkləmə və cücərti
fazasında, 3, 4, 5- sünbülü, sünbülcüyü və meyvəsi,
6, 7, 8 - daraqşəkilli, Sibir və səhra daraqotunun sünbülləri
38
Şəkil 14. Hündürboylu qaramuq ( Arrenatherum elatus J. et
Presl.): 1 - 2 - bitki cücərti və çiçəkləmə fazasında,
3 - süpürgə dəndolma fazasında, 4 -süpürgə çiçəkləmə
fazasında, 5 - sünbülcük ,
6 – meyvə.
39
Şəkil 15. Çoxçalımlı qaramuq (Lolium multiflorum Lam.):
1 - 2 - bitki sünbülləmə və cücərti fazasında, 3, 4, - sünbüllər
sünbülləmə və çiçəkləmə fazasında, 5 - sünbülcük, 6 - meyvəsi.
40
Şəkil 16. Daraqsünbül ayrıqotu (Agropyron terenum Vaseg.) :
1 - sürünən ayrıq bitkisi cücərti fazasında, 2- sünbülləmə faza-
sında, 3 - sünbül, 4 -sünbülcük, 5 - meyvə, 6 - kökümsovgövdəsiz
ayrıqotu bitkisinin aşağı hissəsi, 7 - sünbül, 8 -sünbülcük,
9 - meyvə
41
Şəkil 17. Sibir ayrıqotu (tüklücəsi) (Elymus sibiricus L.):
1 - 2 - bitki sünbülləmə və cücərti fazasında, 3 - sünbül
sünbülləmə fazasında, 4 - sünbül çiçəkləmə fazasında,
5 - sünbülcük, 6 - meyvə
42
Şəkil 18. Tarlaotu (Agrostis alba L.): 1 - 2 - bitki süpürgələmə və
cücərti fazasında, 3 - süpürgə süpürgələmə fazasında, 4 - süpürgə
çiçəkləmə fazasında, 5 - sünbülcük, 6 - meyvə.
43
Şəkil 19. Çəmən qırtıcı (Poa pratensis L.) : 1 - 2 - bitki cücərtinin
inkişafı və süpürgələmə fazasında, 3 - süpürgə, 4 - meyvə.
44
Şəkil 20. Çəmən tülküquyruğu (Alopecurus pratensis L.) :
1 - bitki sünbülləmə fazasında, 2 - sünbüləbənzər süpürgə
(yalançı sünbül), 3 - sünbülcük çiçəkləmə fazasında, 4 - meyvə.
45
Taxıl otları yarpaqların gövdə üzərində yerləşmə xarakterinə
görə iki qrupa bölünür: alçaqkollu (altmərtəbəli) və hündürkollu
(üstmərtəbəli). Üstmərtəbəli taxıl otları yaxşı yarpaqlanan, 0,4-1,0
m və daha hündür gövdəyə malik olmaqla üstünlük təşkil edirlər.
Yaşıl kütləsinin (yarpaqlarının) çox hissəsi gövdənin yuxarı mər-
təbəsində əmələ gəlir. Ona görə də ot çalınanda yüksək məhsul
verirlər.
Bu qrupa qılçıqsız tonqalotu, çəmən pişikquyruğu, hündür-
boylu qaramuq, çobantoppuzu, buğdaotu, çəmən tülküquyruğu,
çəmən yulafı və s. daxildir.
Altmərtəbəli taxıl otlarının gövdəsi çox az hallarda 40 sm-dən
yüksək olur. Çoxlu qısalmış gövdələr əmələ gətirirlər. Əsas yar-
paq kütləsi gövdənin aşağı mərtəbəsində yerləşir. Əlverişli örüş
bitkisi hesab edilir. Belə bitkilər sırasına çəmən qırtıcı, qırmızı
yulaf, şırımlı yulaf, örüş qaramuğu daxildir.
Qırtıckimilər (Poaceae) fəsiləsinin yem otları çiçək qrupu-
nun quruluşuna görə üç qrupda toplanır.
1. Sünbüllü yem otları - çiçək qrupu sünbüldür. 2. Sünbülə-
bənzər süpürgəli yem otları – çiçək qrupu yalançı sünbüldür
(sultan çiçək qrupu), 3. Süpürgəli yem otları – çiçək qrupu süpür-
gədir.
Sünbüllü yem otları qrupuna ayrıqotu və qaramuq cinsinin
çoxçalımlı və örüş qaramuğu növləri daxildir.
Sünbüləbənzər süpürgəli yem otları qrupuna çəmən pişikquy-
ruğu, çəmən tülküquyruğu və moqar daxildir.
Süpürgəli yem otları qrupuna qılçıqsız tonqalotu, çəmən
yulafı, çoban toppuzu, hündürboylu qaramuq və sudanotu daxil-
dir.
2. 1. Çəmən pişikquyruğu
Əhəmiyyəti. Çəmən pişikquyruğu ən çox yayılmış çoxillik
taxıl otu növüdür. Təmiz və sıxlaşdırılmış əkinlərdə becərilir.
Çəmən pişikquyruğunun hər 100 kiloqramında 3,1 kq həzmə
gedən zülal, 7,2% protein vardır. Yaşıl kütləsində 12-14%, quru
otunda isə 7-8% xam zülal vardır. Tərkibindəki zülalın 52%- i
Dostları ilə paylaş: |