8
I FƏSİL. BİRİLLİK TAXIL OTLARI
Taxıl otları MDB ərazisində ot örtüyünün əsasını təşkil et-
məklə 129 cinsdə toplanan 1000 - ə qədər növü əhatə edir. Ancaq
səpin üçün 27 cinsi əhatə edən 41 növü istifadə edilir.
Birillik taxıl otlarından Azərbaycanda ən çox əkilib-becəri-
lənlərinə misal olaraq sorqo cinsinin sudanotu növünü (
Sorghum
sudanense Pers.), Setaria cinsinin moqar yarımnövünü (
Setaria
italica ssp. mocharium Alef.) və birillik qaramuğu (
Lolium multi-
florum Lam. var. westervoldicum) göstərmək olar. Bu bitkilər qu-
ruluşca dənli- taxıl bitkilərinə oxşardır.
1. 1. Sudanotu
Əhəmiyyəti. Sudanotu quru ot və yaşıl kütlə məhsulu verir.
Məhsuldarlığına görə sudanotu bütün birillik taxıl otlarını ötüb
keçir. Yaxşı aqrotexniki fonda sudanotu hektardan 50-70 və hətta
100 sentnerə qədər quru ot məhsulu verir.
Tədqiqatlarla müəyyən edilmişdir ki, kövşənlik əkinlərində
suvarılan rayonlarda sudanotu uzun müddət hektardan 250-280
sentner yaşıl kütlə məhsulu vermişdir.
Sudanotunun bir kq yaşıl kütləsində 65-80 mq karotin, quru
otunda 9-10% zülal var. Tərkibində 60% həzm olunan protein,
45% yağ, 73% azotsuz ekstraktiv maddələr, 70% sellüloz vardır.
Vətəni Sudan ölkəsidir.
Botaniki təsviri. Sudanotu
(Sorghum sudanense Pers.) güclü
inkişaf etmiş, saçaqlı kök sisteminə malikdir. Kökü torpağın 2,5 m
dərinliyinə işləyir, ətrafa isə 0,75 m-ə qədər yayıla bilir. Sudano-
tunun aşağı gövdə buğumlarından 6-8 sm uzunluğunda dayaq,
yaxud hava kökləri əmələ gəlir.
Gövdəsi silindir şəkilli, içərisi məsaməli ağ parenxim hücey-
rələrlə doludur. Gövdədə buğumaralarının miqdarı sortdan və sor-
tun vegetasiya müddətinin uzunluğundan asılıdır. Gövdənin hün-
dürlüyü 0,8 m-dən 3 m-ə qədər olur. Gövdəsində 3-5 yaxud 8-12
buğumarası olur (şəkil 1).
9
Ümumi kollanmasına görə sudanotu üç qrupa bölünür:
1. zəif kollanan - 12 ədədə qədər budaq əmələ gətirən, 2. orta də-
rəcədə kollanan -12-25-ə qədər budaq əmələ gətirən, 3. şiddətli
kollanan - 25- dən yuxarı budaq əmələ gətirən.
Kolun formasına görə sudanotu dikduran, zəif dağınıq, dağı-
nıq, yarıməyilmiş və əyilmiş formalara bölünür. Ən çox yayılan
formalar dikduran və zəif dağılandır.
Yarpaq, yarpaq ayası və yarpaq qınından ibarətdir. Yarpaq
səthi geniş şırımlı, çılpaq, düz, kənarları girintili-çıxıntılı və uzun-
luğu 60 sm-ə qədərdir. Yemlik dəyərinə görə daha artıq inkişaf
etmiş orta yarus yarpaqları çox qiymətlidir. Yarpaqlanma dərəcə-
sinə görə Sudanotu 3 qrupa ayrılır:
1. Zəif yarpaqlanan – əsas gövdədə 6 - ya qədər yarpaq olur.
2. Orta dərəcədə yarpaqlanan – əsas gövdədə yarpaqların
miqdarı 6-9 ədəd olur. 3. Yaxşı yarpaqlanan – yarpaqların miqdarı
9 ədəddən yuxarı olur.
Çiçək qrupu çox sünbüllü süpürgədir. Süpürgənin uzunluğu
40 sm-ə çatır. Sünbülcüklər süpürgənin nəhayətində yerləşir.
Meyvəsi sünbülcük pulcuğu ilə kip bağlanmış dəndir. Hər süpür-
gədən 4-5 qram dən alınır. Dənin mütləq kütləsi 10-15 qramdır.
Bioloji xüsusiyyətləri. Sudanotu istilik sevən bitkidir. To-
xumların minimal cücərmə temperaturu 8-10
0
C, optimal isə 20-
30
0
C-dir. Faydalı temperaturun cəmi sortun tam inkişafı və yetiş-
mə müddətindən asılı olaraq 2200-3000
0
C arasında tərəddüd edir.
Mənfi 3- 4
0
C şaxtada bitkinin cücərtiləri məhv olur. Orta gün-
dəlik temperatur 10
0
C keçdikdə bitki intensiv inkişaf edir.
Güclü kök sistemi və vegetasiya müddətinin uzun olmasına
görə sudanotu quraqlığa davamlıdır. Əsasən torpağın dərin qatla-
rındakı nəmlikdən istifadə edir. Onun səpinlərini növbəli əkin tar-
lasına da yerləşdirərkən bu vəziyyətini nəzərə almaq zəruridir.
Məsələn, günəbaxan bitkisi sudanotu kimi torpağın 1 m və daha
artıq dərinliyindəki nəmlikdən istifadə edir.
Ona görə də bu bitkini
sudanotundan sonra yaxud əksinə, sudanotunu günəbaxandan
sonra suvarılan bölgələrdə yerləşdirmək arzuolunmazdır. Bu bitki
suvarılmaya yaxşı reaksiya göstərir, quru ot yaxud yaşıl kütlə