5
Məhz buna görə də mədəni, yem istehsalının tarixi onun əkin-
çiliklə əlaqələndirildiyi, yəni yem əhəmiyyəti olan bitkilərin əkin-
çiliyə daxil edildiyi dövrdən başlayır.
Əsas yem mənbələri iki cürdür. Birinciyə, təbii yem mənbə-
ləri, yəni təbii biçənəklər və otlaqlar daxildir. İkincisi, əkinçiliklə
əlaqədar olan yem mənbələridir. Buraya yem əhəmiyyəti kəsb
edən və müxtəlif növə mənsub olan birillik və çoxillik bitkilərin
əkin sahələri, habelə süni biçənəklər aiddir.
Müxtəlif fəsilələrə mənsub olan bir sıra ot bitkiləri qiymətli
yem olmaqla yanaşı, bir sıra müsbət təsərrüfat və bioloji xüsusiy-
yətlərinə görə istehsalatda geniş yer tutmuşdur. Məsələn, paxla-
lılar fəsiləsinə aid olan yem bitkiləri torpağın strukturunu yaxşı-
laşdırmaq, münbitliyini artırmaq və onu humusla zənginləşdirmək
qabiliyyətinə malikdirlər.
Başqa bitkilərdən fərqli olaraq, paxlalı yem bitkiləri kök
yumruları və kök qalıqları hesabına torpaqda azotun toplanılma-
sına əhəmiyyətli dərəcədə təsir göstərirlər.
Aparılan hesablamalar
göstərir ki, suvarma şəraitində inkişafın birinci ilində orta hesabla
hər bir yonca bitkisinin kökündə 18-19, xaşanınkında 25-26,
lərgəninkində 23, çöl noxudununkunda 20-yə qədər kök yumrusu
əmələ gəlir.
Hər kök yumrusunun içərisində milyonlarla bakteriya olur.
Bu bakteriyalar bitkiləri havanın sərbəst azotu ilə təmin edir və
torpağın azotla zənginləşməsinə səbəb olur.
Yem otlarının bəzi növləri bostan, tərəvəz, taxıl və texniki
bitkilər üçün gözəl sələfdirlər.
Bəzi ot bitkiləri (xüsusilə yonca və xaşa) becərildikləri torpa-
ğın fiziki-kimyəvi xüsusiyyətini yaxşılaşdırmaqla bərabər, eroziya
prosesinin və şoranlaşmanın qarşısını alır.
Yem bitkilərinin elə növü vardır ki, onlar (xaşa nəzərdə tu-
tulur) kök ifrazı vasitəsi ilə torpaqda çətin həll olunan maddələri
asan həll olunan və bitkilərin tez mənimsəyə bildiyi formaya salır.
Bəzi yem bitkiləri (xüsusilə çoxilliklər) turş torpaq və bataq-
lıqlardan başqa, hər cür torpaqlarda böyüyüb inkişaf edirlər, isti-
yə davamlı olduqları kimi soyuğa da dözürlər. Soyuğa davam-
6
lılığın nəticəsidir ki, yem bitkilərinin bəzi növləri şimal rayon-
larında belə müvəffəqiyyətlə becərilir.
Başqa bitkilərə nisbətən paxlalı bitkilərin bəzi
növləri tez
çiçək açır, çiçəklərində çoxlu nektar olduğu üçün arılardan ötrü
əsas balverən bitki hesab olunurlar. Ona görə də, arıçılıqla məşğul
olan təsərrüfatlar əsas yem bitkisi kimi paxlalı bitkiləri seçirlər.
Qabaqcıl arıçıların təcrübəsi sübut etmişdir ki, orta hesabla
hər hektar xaşa və yoncanın ot əkini sahəsində saxlanılan arı
ailələri 100 kiloqrama qədər bal toplaya bilir. Həm də xaşa və
yoncanın çiçəyindən hazırlanan bal daha keyfiyyətli və tamlı olur.
Buna görə kənd təsərrüfatının mühüm sahəsi olan arıçılığın
inkişafı paxlalı bitkilərin becərilməsi ilə üzvi surətdə əlaqədardır.
Yaşayış məntəqələrinin yaşıllaşdırılmasında ot bitkilərinin ro-
lu böyükdür. Məsələn, xaşa, yonca və çobantoxmağı qiymətli bə-
zək materialıdır. Bu bitkilərdən bağların, parkların, zavod-fabrik
həyətlərinin, istirahət meydançalarının, yol kənarlarının, kəndlə-
rin və şəhərlərin yaşıllaşdırılması işində geniş istifadə olunur.
Yem bitkilərinin faydalı cəhətlərindən biri də onların otlaq
əhəmiyyətidir. Otlaqların məhsuldarlığını artırmaqda, bitki örtü-
yünü zənginləşdirməkdə və yaxşılaşdırmaqda yem bitkilərinin
əhəmiyyəti böyükdür. Məsələn, yoncanı, xaşanı və çobantoxma-
ğını xalis və müxtəlif növ yem bitkiləri ilə qarışıq səpdikdə otlaq-
ların məhsuldarlığı artır və bitki örtüyü zənginləşir. Səpin aparıl-
mış sahələr təkcə süni otlaq kimi deyil, eyni zamanda süni biçənək
kimi də istifadə edilir.
Yem bitkilərinin müsbət əlamətlərindən birn də
ondan ibarət-
dir ki, respublikamızda bu bitkilər yağıntıların illik miqdarının
450-550 mm-ə çatdığı dağlıq zonada məhsul verir, dəmyədə yetiş-
dirildikdə elə bir yem bitkisi yoxdur ki, o, yonca və xaşa ilə rəqa-
bətə girib onlar qədər ot məhsulu versin.
Qeyd etmək lazımdır ki, yem bitkiləri planetimizdə azot
balansını nizama salan təbii fabrik rolunu oynayırlar.
Yem otlarının istehsalının artırılması heyvandarlığın inkişaf
etdirilməsinə əhalinin heyvandarlıq məhsullarına getdikcə artan
tələbatının lazımınca ödənilməsinə imkan verir. Məhz buna görə
7
də respublikamızda son dövrlər qəbul olunmuş qanun və fərman-
larda (2008-2015-ci illərdə Azərbaycan respublikasında əhalinin
ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı;
2008-2015-ci illərdə Azərbaycan respublikasında yoxsulluğun
azaldılması və davamlı inkişaf Dövlət Proqramı; Azərbaycan res-
publikası regionlarının 2004-2008 və 2009-2013 - cü illərdə so-
sial-iqtisadi inkişafı Dövlət Proqramı) yem bitkilərinin yetişdiril-
məsi, onlardan yüksək məhsul götürülməsi və onlarla heyvanların
qidalandırılması fermer təsərrüfatları qarşısında ən zəruri vəzifə
kimi qoyulmuşdur.
2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin
ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramında
dənli bitkilərin əkin sahələrini 900 min hektara, məhsuldarlığını
3,2 ton/ha-ya, ümumi istehsalını 2,8 milyon tona, ət istehsalını
340 min tona, süd və süd məhsulları istehsalını 2,4 milyon tona,
sənaye üsulu ilə illik quş
əti istehsalını 80 min tona, yumurta is-
tehsalını 1,3 milyard ədədə, kartof istehsalının həcmini 1,12 mil-
yon tona, tərəvəz və bostan məhsulları istehsalını 1,72 milyon to-
na, meyvə istehsalını 800 min tona, yağlı bitkilərin əkin sahələri-
ni 135 min hektara, şəkər çuğundurunun əkin sahəsini 20 min hek-
tara, çay yarpağı istehsalını 3 min tona, yem bitkilərinin əkin sa-
hələrini 500 min hektara, yüksək keyfiyyətli balanslaşdırılmış qa-
rışıq yem istehsalını ildə 2 milyon tona çatdırmaq kimi mühüm
vəzifələr qarşıya qoyulmuşdur.
Buna cavab olaraq Azərbaycanda 2010-cu ildə 3 908 600 ton
ot tədarük edilmişdir ki, bunun da 9700 tonu birillik otların, 2 217
600 tonu isə çoxillik otların payına düşür. Birillik otların məhsul-
darlığı (quru ot hesabi ilə) 35,3 s/ha, çoxillik otların məhsuldar-
lığı isə 61,3 s/ha təşkil etmişdir. Bundan başqa təbii və yaxşılaş-
dırılmış biçənəklərdən 1 581 300 ton ot istehsal olunmuşdur, biçə-
nəklərin məhsuldarlığı isə 46,9 s/ha təşkil etmişdir.
Dostları ilə paylaş: |