23
II FƏSİL. ÇOXİLLİK TAXIL OTLARI
Tarla yem istehsalına daxil olan bütün taxıl otları uzun gün
bitkilərinə aiddir. Onlar nəmlik sevən, soyuğadavamlıdırlar, lakin
bu xüsusiyyət ayrı-ayrı növlərdə müxtəlif dərəcədə özünü büruzə
verir. Paxlalı bitkilərdən fərqli olaraq taxıl otları
rhizobiumla (fır
bakteriyaları) müştərək həyat tərzi keçirmirlər və havanın
molekulyar azotunu təsbit etmək qabiliyyətləri yoxdur. Buna görə
də əkinlərin məhsuldarlığı torpağın gübrələrlə təmin olunmasın-
dan asılıdır. Beləliklə əlverişli şəraitdə çoxillik taxıl otları 5-7 və
10 il müddətinə yüksək vegetativ kütlə məhsulu verə bilər.
Seyrəkkollu taxıl otları fasiləsiz olaraq kollanmaq qabiliyyə-
tinə malikdirlər. Daha intensiv kollanma erkən yazda və payızda
baş verir. Torpaqda formalaşan vegetativ yeniləşmiş cavan zoğlar
su və qida elementlərini ana gövdənin (budaq) kök sistemindən
alırlar. Ehtiyat gözcüklərdən (tumurcuq) əmələ gəlmiş zoğlar
təxminən 2 həftə ana bitkinin hesabına qidalanırlar. Hər bir inkişaf
etmiş cavan budağın ömrü bir ildir. Taxıl otları quru ot məqsədi
ilə biçildikdə ikinci biçin təzə vegetativ zoğların hesabına forma-
laşır. Bütün seyrəkkollu taxıl otlarının biçin həddi (torpaq səthin-
dən hündürlüyü) var. Əgər ot həmin həddin aşağı hissəsindən bici-
lərsə vegetativ zoğlar məhv olar. Bu hündürlük vegetativ budaq-
larda boy nöqtəsinin yerləşmə səviyyəsi ilə müəyyən olunur. Ço-
xillik taxıl otlarının əksəriyyəti torpaq səthindən 5-6 sm hündür-
lükdən biçilir.
Taxıl otlarının kök sistemi saçaqlıdır. Hər bir yeni zoğdan
özünəməxsus kök sistemi formalaşır. Sünbülləmə yaxud süpürgə-
ləmə fazasına yaxın kökün quru kütləsi 80-90% təşkil edir.
Bütün taxıl otlarının vegetativ kütlələrinin daha intensiv boy
artımı boruya çıxma fazasının başlanğıcından, sünbülləmə yaxud
süpürgələmə fazasına qədər baş verir. Quru ot məqsədilə yığım bu
fazada aparılır. Məhsulun nisbətən tez yığılması məhsuldarlığın
azalmasına, nisbətən gec yığılması isə onun keyfiyyətinin kəskin
aşağı düşməsinə gətirib çıxarır.