D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə92/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   ...   85   86   87   88   89   90   91   92   93

311
Mən Qazanın nemətini çox yemişəm,
Bilməzsəm, gözümə dursu8n!
Qaraqucda Qazluq atına çoq yılmışəm.
Bilməzsəm mənə tabut olsun!
Yaxşı qaptanların çoq geymişəm,
Bilməzsəm, kəfənim olsun!
Ala bargah otağına çoq girmişəm,
Bilməzsəm, mana zindan olsun!
Mən Qazandan dönməzəm, bəllü bildil.
Qılınca and içmək hallarl özünü göstərir ki, bu daqılıncın igid 
üçün dəyərini müəyyənləşdirir. “QIlıncıma doğranayım, oxuma san-
cılayım!” və s. Qılınc altından keçməklə sadiqlik andı içmə də vardır.
“Dədə Qorqud kitabı”nda xanımlar ərənlərlə, igidlərlə bir sırada 
çiyin-çiyinə vuruşurlar. Boyu uzun Burla xatun, Selcan, Banıçiçək 
kimi xanımlar igidlikləri, qəhrəmanlıqları, mərdlikləri, qorxmazlıq-
ları ilə nəinki söz və işlərində, hətta içdikləri andlarda da dönməz 
görünürlər...
“Dədə  Qorqud  kitabı”nda  rəvayətlərə,  əfsanələrə  rast  gəlinir. 
Düzdür, Dədə Qorqud kitabındakı rəvayətlərində süjetin qəhrəman-
lıq səhnələri üzərində qurulması azdır. “Dədə Qorqud kitabı”ndakı 
qəhrəmanlarla bağlı əfsanə və rəvayətlərin bir çoxunun nağıl varian-
tı da mövcuddur. Məsələn, Təpəgöz, Beyrək və s.
Bununla  belə  “Dədə  Qorqud  kitabı”ndakı  boylar  ilə  nağılların 
süjet motivlərində bir çox oxşarlıqlar özünü göstərir. 
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  adqoyma  məsələsində,  qəhrə-
manların divlərlə, sehrli düşmənlərlə mübarizəsində və s. nağıllar-
da qəhrəmanlar divlərlə, əjdahalarla, təpəgözlərlə, sehrkarlarla qar-
şı-qarşıya gətirilir. Bu baxımdan “Dədə Qorqud kitabı”nda “Basat 
Təpəgözü öldürdüyü boy” diqqəti cəlb edir. Bu boyun qəhrəmanına 
Dədə Qorqud Təpəgöz kimi Oğuz elinə qənim kəsilməsi bir yırtııcı 
Pedaqogika, Fəlsəfə, Psixologiya


312
DƏDƏ QORQUD ARAŞDIRMALARI
varlığı məhv etdiyimə görə Basat adını verir.
“Dədə Qorqud kitabı”nın nağıllarla bağlayan digər bir xüsusiyyət 
də qəhrəmanın müəyyən sınaq motividir. Bu halda qəhrəman öz ar-
zusuna çatmaq üçün müəyyən sınaqlardan keçir, bəzən də möcüzəli, 
ağlasığmaz şərtləri yerinə yetirir. “Dədə Qorqud kitabı”nda bir neçə 
boy bu cəhətdən nağıllara oxşardır.  Belə boylardan  biri “Qanlı qoca 
oğlu Qanturalı boyu”dur. Trabzona kafir qızı ilə evlənməyə gedən 
Qanturalını  sınağa  çəkirlər.  Qanturalının  igidliyi  üç  vəhşi  ilə  tək-
bətək döyüşdə üzə çıxır. “Qam börənin oğlu Bamsı Beyrək boyu”n-
da qəhrəmanın  sınaqlardan keçməsinə mühüm yer verilir. Beyrəyin 
keyik qova-qova Banıçiçək ilə rastlaşması və hadisələrin sonrakı in-
kişafı, yəni fiziki gücün yoxlanması, sınaqdan keçirilməsi nağılların 
bir qismində üstünlük təşkil edir. Fərqli cəhət kimi dastan qəhrəman-
lıq süjetlərinin daha mükəmməl, canlı, inandırıcı olmasıdır.
“Dədə Qorqud kitabı”nda diqqəti cəlb edən əsas məqamlardan 
biri də budur ki, vətən sevgisi, vətənpərvərlik duyğusu Oğuz igid-
lərinin  alın  yazısıdır,  taleyi,  qismətidir.  Oğuzsuz  vətən,  vətənsiz 
isə  Oğuz  igidinin  mövcudluğu  qeyri-mümkündür.  Bu  cəmiyyətdə 
vətənpərvər olmamaq mümkün deyil. Oğuz igidlərinin vətənpərvər-
lik duyğuları, göründüyü kimi, sadəcə  vətənə məhəbbətlə  ölçül-
mədi. Onlar öz qəhrəmanlıqları igidliklər ilə vətənpərvər olduqlarını 
sübut edirlər. Onlar bütün maddi və mənəvi dəyərli torpağı, onun 
yetirdiyi nemətləri, ananı, bacını, qardaşı, soy-kökü, dostu, silahdaşı 
öz canı qədər əziz bilir, onun qorumağı mənəvi borc hesab edir. On-
lar üçün Vətəndə nə varsa, hamısı əzizdir.
“Dədə Qorqud kitabı” mənəvi və fiziki kamilliyin vəhdəti olaraq 
qəhrəmanlıq kitabıdır. O birliyimizin təməl qaynağıdır. Kitab xalqı-
mızın yurdsevərliyini, qəhrəmanlığını, ümumiyyətlə, vətənpərvərlik 
dəyərləri ilə bağlı məsələləri bədii-pedaqoji lövhələrlə əks etdirən 
zəngin mənəviyyat xəzinəsidir.


313
Ədəbiyyat
 
1. Kitabi-Dədə Qorqud. “Öndər nəşriyyat”ı , 2004, 376 səh.
2. F.Rüstəmov. Şərqdə pedaqogika tarixi. Bakı, “Nasir”, 2002, 222 səh.
3. Y.İsmayılova. Dədə Qorqud kitabı və müasir Azərbaycan ədəbi düşüncəsi. 
Bakı, Elm, 2011, 366 səh.
4. Dədə Qorqud kitabı. Ensiklopedik lüğət. Bakı, 2004, “Öndər nəşriyyatı”, 
368 səh.
5. Dədə Qorqud dünyası. Bakı, “Öndər  nəşriyyatı”, 2004, 240 səh.
6. Dədə Qorqud oğuznamələrinin yaranma tarixi və digər oğuznamələrdə pa-
ralellərin dövrü və səbəbləri. Folklor İnstitutu, Bakı, “Nurlan”,  2007, səh.44.
7. Dədə Qorqud aliliyi. “Sultan graphisc” nəşriyyatı, 1999, 184 səh.
РЕЗЮМЕ
Мехрибан Сардарова
МЕСТО ПРОБЛЕМЫ ПАТРИОТИЧЕСКОГО ВОСПИТАНИЯ 
В «КНИГЕ МОЕГО ДЕДА КОРКУДА» В ТЮРКСКОЙ 
ПЕДАГОГИЧЕСКОЙ МЫСЛИ ВО ХII ВЕКА
В  статье  исследуются  патриотические  ценности  тюркской  педаго-
гической  мысли  до  ХII  века  на  основе  «Книги  моего  Деда  Коркуда». 
Преследуются историческое развитие общих и разносторонних особенностей 
патриотического воспитания.
SUMMARY
Sardarova Mehriban
THE PLACE OF THE PROBLEMS  OF PATRİOTİSM UPBRİNGİNG İN 
TURKİSH  PEDAGOGİCAL THOUGHT TİLL THE 12 TH CENTURY İN 
THE BOOK “DEDE  KORKUD”
İn this article it is investigated the place of the problems of patriotism upb-
ringing in Turkish pedagogical thought  till the 12 th century in the book “Dede  
Korkud”. Analogous and different features are pursued.
Pedaqogika, Fəlsəfə, Psixologiya


314
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Leyla Qasımova,
AMİ-nin magistri
UŞAQ NAĞILLARININ İDEYA-MƏZMUNU
Rəyçi:f.e.d.,dos.R.M.Əliyev
qasimova-filoloq@mail.ru
Ключевые  слова:  детские  сказки,  детский  фольклор, 
Джыртдан, Аляр, жанры  фольклора.
Key  words:   fairy tales, children’s folklore, Jirtdan, Alyar, folk-
lore genres.
Xalq  uşaqları  qoçaq,  qorxmaz,  haqsızlığa qarşı  barışmaz,  zəh-
mətsevər,  özgə  malına  göz  dikməyən,  xeyirxah  görmək  istəyirdi. 
Bu istəyini onların həyatına, davranışına, mübarizəsinə aid nağıllar-
da  ifadə  edirdi.  El  arasında  əsas  qəhrəmanı  böyüklər  qədər  ağıllı, 
fərasətli, dözümlü, tədbirli uşaq olan nağıllar çoxdur: «Cırtdan və 
Xortdan», «Göyçək Fatma», «Tələt», «Əlyar və dovşan», «Kamal 
və Reyhan», «Murtuz», «Cırtdan» və s. Bu uşaqlar böyük çətinlik-
lərlə qarşılaşırlar, lakin balacalıqlarına baxmayaraq qorxmurlar, bə-
zisi öz xeyirxahlığı ilə, bəzisi kələk gəlməklə, bəzisi də heyvanların 
dostluğuna arxalanmaqla qəddar düşmənə qalib gəlir. Qeyd edək ki, 
uşaq nağıllarında da əfsanəvi Simurq quşu, div, xortdan, sehrli top-
puz iştirak edir (1, 415). Lakin Cırtdan kimi balaca uşağın qabağında 
aciz qalan divlə, xortdanla Məlikməmmədtək igidlər üç gün, üç gecə 
güləşən  və canı şüşədəki quşda olan div arasında fərq göz qabağın-
dadır. Birincisi meşədə, insanlara yaxın yerdə tək yaşayır, özü xörək 
bişirir, ev və təsərrüfat işləri ilə məşğul olur, əlinə düşən bəni-insanı, 
daha doğrusu, uşağı yuxuya verib sonra yemək istəyir. İkincisi isə 
yerin altında, mağarada əsir etdiyi gözəllə ömür sürür, vəhşidir, rast-
laşdığı adamı o dəqiqə parçalayır. Deməli, uşaq nağıllarında sehrli 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə