ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 2,19 Mb.
səhifə37/40
tarix25.06.2018
ölçüsü2,19 Mb.
#51267
1   ...   32   33   34   35   36   37   38   39   40

12. ADƏT-ƏNƏNƏ

Uşağı da böyüg yanında qucağa götürməzdilər. Bi dəfə gördüm qaynatam ordan gəlir, uşağı elə tulladım pola az qaldı keçinsin. Qaynatam dedi: – “Gülcahan, indi səni çıxar­da­ci­yam o bana, mən də səni ordan tulliyacam”. Heç öz uşağın da dindirməzdilər böyük yanında. Arvadın da adını deməzdilər. Gizdin çağırardılar. Him-cimlə çağırardılar.


Sünnət toyu
Sünnət eliyəndə adam var, adam yığır, toy eliyir, çalğı çaldırır. Dəllək gəlirdi, uşağları kəsirdi. Xonça yığırdılar qədimdə hərə bir xonça qayırırdı, vururdu qoltuğuna zənənlər apa­rırdı. Kişilər gedirdi. Əməlli-başdı toy eliyirdilər. Neçə qazan­narnan xörəy bişirirdilər. Camaat gəlirdi, yeyirdi, gedir­di. Ondan sonra dəllək gəlirdi, uşağı sünnət eliyirdi. Kirvə yox idi. Əmi tuturdu, dayı tuturdu, əmi oğlu tuturdu. Olara xon­ça verirdilər, pul verirdilər.

Sünnət lap beşikdə olan uşağı da eliyillər. Qabağkı dəb ayrıydı, indiki ayrı. Qabağ bi dənə molla çağırarduğ, gəlirdi uşağ­ların yerin-yadın qayırırdı. Dəlləy də. Biyaz xörəg eli­yir­düy, şirin qoorma eliyirdüy, tooğ kabab eliyirdüy. Belə də, ki­mim gücü nəyə çatardı. Həə, kəsirdilər uşağları, yıxır­dılar ye­ri­nə. Sora xörəy-yad da çəkilərdi içəridə belənçiynə. Kirvəsi olar­dı uşağın, ona da pul, padarka verərdilər, uşağı tutana da, kirvə deyərdilər. Kutarannan sora da uşağın əlinə də pul ve­rərdilər.


Əsgər yola salma

Əsgərriyə yola salanda Quran altınnan keçirdirdüy. Qo­num-qonşu yığılardı yola salarduğ, göndərərdüy. Gələnnən sora da qurban kəsib paylıyarduğ qapı-qapı.

Əsgərliyə yola salanda onda aparırdılar avtobusa min­di­rirdilər. Allah, Məhəmməd çəkirdilər. Salırdılar yola, gedirdi. Gəlirdi, gedirdi, bacı, qardaş, qohum-əğrəba. Qurban kəsir­di­lər. Camaat yığılırdı kimi ehsan verirdi, kimi qonşuya pay verirdi.
Əsgərlik
Oğlannarımızı hərbiyə yola salanda, belə deyərdik: necə ana-bacını qoruyursansa, vətəni də elə qoru! And icdirirlər, Quran altından kecirdirlər. Əsgər getməmişdən qabaq qohum-qonşu, qonax cağırırdı. Məsələn, dayı, o bacı oğlunu istiyirsə, cağırırdı, ya baba nəvəsin cağırırdı. Qurban deyirdik ki, İlahi! Mənim oğlumun əzaları üstündəcə, qolu-qıcı üstündəcə, sağ-sa­la­mat, ana-bacısına bu şəkildə catsın. Sağ-salamat gəlirdi, biz qoyun kəsirdik. Məsələn, yeddi dənə sağır tapırdıq, pay­li­yirdik. Hec valdeyin elə olurdu, o ətdən dilinə də vurmurdu. Əhd eliyib axı, balam sağ-salamat qayıtsın, mən qurban kəsib ancax payliyaram. İndi bir az dəyişib, indi bir az sintizator gətrirlər. İndi bu dövürnən o dövür müqayisə olmur. Mən özüm də üc oğul hərbiyə yola salmışam. Əsgər getmə­mişdən bir gecə qabaq, gəlib qonum-qonşu, dostları yığışardı. Deyir, ay qardaş, fikir eləməye, oğul əsgər gedər, dənə!

* * *


Ümumyyətlə yuxunu yozanda deyərdilər, “Yusif pey­ğəm­bər xeyrə calasın”. Bəd yuxu olanda isə gedib sübdən suya danışardılar. Bi də deyərdilər filankəsin yuxuluğu yaxşı­dı, yəni bu gun məsəl Fatmani yuxuda görmüşəm, onun yuxu­luğu yaxşıdı, xeyir olacağ inşallah.
* * *

Böyuklərin yanında uşaq götürməzük qucağımıza, üzün­nən öpməzdik. Ər-arvad bir-birinin adını cağırmazdılar. Ye­mə­yə sirəm əyləşərdüy belə, böyuklərimiz başda oturardı, xörəyi arvad cəkərdi. Hamiya cəkərdi yeyərdüy, yığışdırarduğ. Bi işi­miz də olanda məslaat eliyərdüy böyüklərə bunu nətəri eliyim?


* * *

Aşura günü adət idi, evə süpürgə vurmazdılar. Həmin günü imamın müsibətinnən məşqul olursan. Günnərin bi güni aşura vaxtıdı, hamı gedib Mürsəl ocağına. Mən qalmışam ev­də. Mənə də pul veriblər, qoymuşam o pulu da döşəyin ara­sına. Ağlım kəsmədi, getdim bizdə bi qədimi sandığ var idi, döşəyi tərpədəndə o pul düşər sandığın dalına. Hə, yadıma düş­dü ki, pul ora düşüb, gedim onu da cıxrdım. Elə süpürgəni götürdüm ki, piləkan süpürgəsini. Oynan belə sandığın dalına soxanda mənim bu barmağımı elə aparmışdı ki sandığın də­mi­ri, sümüyüm görünürdü. Evdə də hec kəs yox idi. Əlmin ətinin belə yapışdırdım. Mən bunu pul tamahına elədim, sü­pür­gə süpürmədim. Ona görə də aşuranın günündə bi dənə işə əl vurmaq olmaz. Gərək matəm tutasan. Nə biş-düş eləsön de ki, imam ehsanıdır.


* * *

Orucduğ vaxtı kecmişdə qocalardan biri durardı kəndə səs salardı, hamı obaşdannığa durardı. Obaşdannığa duranda qazan səsi gələrdi, qab-qaşığ səsi gələrdi. Bilərdüy ki, kənd du­rub oruc tutur. Biş-duş eliyərdilər kim durdu.

Hə bayram gəldi indi orucduğa 1-2 gün qalıb da, deyək oruc tutan, tutmıyan bı bayramı əziz tutardı. Şirniyyatı, yeməg­ləri cürəbəcürə, hər şey, kecmişdə zirinc* cörəyünnən belə bişiri­lər­di. Bayram günü oruc tutulmurdu. Camaat çıxırdı kücəyə yola ki, bulud olmasın biz Ayı görək. Onnan bı deyir Ayı gördüm, o deyir Ayı gördüm, sora oruc açılardı. Hə, huzur yerinin oru­caş­dısı dəhşət olardı. Ölü ücün biş-düş eliyirdilər. Sırfa bəziyirdilər. Camaat əyləşir hansi ki, o evdə yasdı, il çıxmayıb hələ. Əgər o il orucduğdan qabaq cıxıbsa, onda onun ili qutarırdı. Ona qara bayram da olmurdu. Əgər çıxmayıbsa qara bayram olurdu.
* * *

Xarmandalı kənd camaatının bir yaxşı xüsusiyyəti var ki, qəriblərə hörmət eliyəndi. Məsəl, bi gəlin gəlib qəribdi ona qonum-qonşu hamı hörmət eliyir. Cəlilabadda belə deyil.


* * *

Qəbir üstündə bizdə cadır qurallar üş gün, müsəlman adətinə görə, inkir-minkiri sakitləşdirmək ücün üş gün Quran oxuyarlar. Orada iki molla olar ki, biri yorulanda o biri oxu­yur. Yəni daim Quran oxunsun. Demək biri yatmışmış, o biri də quran oxuyurmuş. Bıdı görüb ki, adə taxta qalxır. Adə, bu nədi nə ola bilər? Qorxullar ki, kaftarsiyir zaddı, ya da ölü durub ayılır. Bu molla da arif adam olar götürər qaynar suyu, tökər taxtanın üstünə. Ordan da “Vay dədə, yandım”, – deyə kimsə qışqırar. O kəndin yaxınlığında yaşayannardandı kimsə buları qorxutmağcın gəlib. Bu molla da bunu başa düşür.


* * *

Qabağ buxarı vardı. Peç-meç yox idi. O başda – yuxarı başda nənə oturardı. Bu başda dədə oturardı. Uşaqlarda buların qabağında oturardı. Öyün dədəsi öləndə böyük qardaş gəlib də­dənin yerində oturardı. Onda uşağlarçın belənçiy isti yerdə yer açılardı. Əgər basaratdı gəlin olseydi, zirək olseydi, qay­nananı basardılar dala. Yani, burda yeməy bişirməy var, aş bu­la­mağ var. Yani acıtmalı fətir bişirərdilər, bölərdilər, qatığdan-yad­dan olar­dı. Fərasətdi gəlin çömçəni alardı əlinə. Elə bifara­sat gəlin var­dı, vırırdılar başına, büzülürdü qalırdı orda. Qayna­ta həmişə gəlini çox istərdi. Hamıdan gözəl ailədə dili şirinniydi.


* * *

Müharibə idi. Qabaqlar meyidi külnən yuyurduq. Ama o külün miqdarı yüz faiz yox, həm də beş yüz faiz sənin bə­də­nivə mənfəti var, həm yara, həm də xora salmır.


Söyləyicilər:

Gülcahan Ələkbərova, 75 yaş, təhsili yoxdur, Qızılagac kəndi.

Mahirə Bədəlova, doğum tarixi 1952, təhsili orta, II Yed­dioymaq kəndi.

Fatma (Pərzad) Tağıyeva, doğum tarixi 1938, təhsili 7-illik, Gəyə­çöl kəndi.

Şabikə Bəşirova, 75 yaş, təhsili yoxdur, Dadva kəndi.

Mədinə Həsənova, doğum tarixi 1941, təhsili 7-illik, Xırman­dalı kəndi.

Həsən Əhədov, doğum tarixi 1935, təhsili ali, Həsənli kəndi.

Yavər Abbasov, doğum tarixi 1937, təhsili orta, Gəyəçöl kəndi.

Arəstə Əsgərova, doğum tarixi 1939, təhsili 7-illik, Ərkivan kəndi.
Toplayanlar:

Füzuli Bayat (Gözəlov)

Nuridə Muxtarzadə

Qurban Əliyev

Ağanənə Məmmədova

13. TOY ADƏT-ƏNƏNƏLƏRİ

Bizim zəmanəmizdə toy yox idi. Kim kimiynən ailə qur­maq istiyirdi götürüb qaçırdırdı. Deyirlər, guyə gəlin gələn­də qapının ağzına bal çəkirlər ki, şirin dili olsun. Bizdə yağ qo­yur­dular. Gəlin qapıya çatanda o, çörəyi üç-dörd yana bölürdülər. Verirdilər balaca uşağlara, yesin. Bir də boşqabları düzürdülər gəlin gəlib çıxanda təpiyi vururdu boşqabı sındırırdı. Olar bə­rə­kətdi. Bolluğ olsun, gəlin gəlir, ayağı düşərli olsun.

Mən aşiq üzüm ağacı,

Yollara düzüm ağac.

Ya Hüseyin.

Qapıya paltacı gəldi,

Kəsdim üzüm ağacı.
Gəlinə xeyir dua verəndə,

Gəlin gələn əllər bər-bəzənibdi.

Gəlinin ağ əlləri gülgəz olubdu,

Gəlin, xoş gəldin, xoş gəldin.

Bizim ellərə xoş gəldin.

Səni görək oğullu, qızdı olasan. Səni görək dövlətli, çö­rəkli olasan, mehriban olasan, şirin, dil olasan, qayğıkeş ola­san, belə deyirdik.


* * *

Halayı beş nəfər bu üzdə dururdu üz-üzə belə deyi­şir­di­lər. Bu, ancağ toy ərəfəsində olurdu. Oynaya-oynaya deyir­di­lər. Halay çəkirdilər:

Hay lolu, hay düymələri mərcan,

Hay lolu, qızıl üzük laxladı.

Hay lolu, verdim anam saxladı.

Hay lolu, anama qurban olum.

Ya Əli, məni qonağ saxladı.

Belə-belə mahnılar diyirdilər. Olar “lolu”nan deyirdilər bizdə “haleleynən”.


Xına gecəsi toy gecəsi
Bala bülbül, balalı bülbül,

Bir gecənin qonağı bülbül.

Gəlin gələndə deyərdilər ki, gəlin, qədəmlərin sayalı ol­sun. Xoş gəlmisən evinə. Mahnılar deyərdilər. Nəğmələr oxu­yardılar. Toy, nişan olanda deyirik:

Qırmızı şal güllüdü,

Ortası zər güllüdü.

Oğluma qız almışam,

Hamısınnan dillidi.

Gəlinə hədə-qorxu gəlmək üçün:
Qardaş minib dayçanı,

Gəzib bağı-baxçanı.

Qardaşa söz demiyin,

Buraxar tapancanı.


Ay qız nişanın gəlir,

Qırmızı şalın gəlir.


Mübarək, ay mübarək.

Qardaş, toyun mübarək.


Axıracan gərək demək üçün dəstəbaşı ola beş nəfər. Burda da beş nəfər, ordada, halay eyləsinlər:

Anam, bacım, qız gəlin,

Əli ayağı düz gəlin.

Yeddi oğul istərəm,

Bircə dənə qız gəlin.
Qız bəyənmə, elçilik, xınayaxdı
Qızı alanda saçına baxardılar, belinə baxardılar, yerişinə baxardılar. Baxardılar ki, necə dırnağ vurur. Papağ atardılar, yıxılmasa, deməli, ərə getməlidir. Hamama gedəndə fikir ve­rər­dilər. Hamamdan çıxanda başını necə bağladı, hamamdan çıxanda nətər çıxdı? Özünə vid verə-verə, təmiz su tökə-tökə çıxdı, hamısına hamamda fikir verərdilər. Hamamda bəyə­nər­dilər, mağazaya gedəndə bəyənərdilər, toya gedəndə bəyə­nər­di­lər. Sonra tayfanı da nəzərə alardılar. Əsli-nəsli də gəzər­di­lər. Əvvəl oğlanın bacısı, əmisi qızı gedib qonşuya deyərdi ki, filankəsin qızının ağzını ara. Nə deyir? Mənim oğlumu bəyə­nər, ya bizə qız verərlər? Sonra “hə”sin alandan sonra gedər­dik. Buna “elçi plov” deyərdilər. Filankəsin “elçi plovu”dur. “Elçi plov” olandan sonra bakılılar “hə” deyir ona, “hə”sin alar­dılar. Geniş nişan olardı. Ata minib kəndə gedərdilər, qır­mı­zı bağlayardılar. Sonra xına aparardılar. Sonra qəndin, ça­yın, qoyunun, xələtin verərdilər. Başlıqda gücü çatandan var­lı­lar çox verərdi, kasıblar az verərdilər.

Sonra qıza “xınayaxdı” eliyərdilər. Qızı istiyəndə əvvəl qız uşaqları gedib qızdan xəbər alardı. Könlün var? Deyərdi: “Hə”. Sonra elçi gedərdilər. Elçi gələndə “salam əleykim” de­yir. Qız qaçardı, gizlənərdi ki, “Mənə elçi gəlib”. İsdədiyi oğ­lan olsaydı, ürəyinnən olardı. İsdəmədiyi olsaydı, gedib gizlə­nərdi, gəlməzdi. Qızın boyuna baxardılar. Qız gələrdi çay qo­yar­dı. Ona baxardılar, bəyənərdilər. Deyərdilər: – Biz gəlmi­şik elçiliyə.

Deyərdi:

– Oğlun nəçidi, nə işə ba­xır? Gedib bir qonşusundan da xəbər alardılar. Oğlan necə oğ­landı, yaxud qız necə qızdı? On­dan sonra “hə”sin aparardılar. Nişanı taxarlar sonra “xına­yax­dı”, sonra toyu. Gəlini gətirərdilər.

Halay toyda olardı:

Ay lolo, lolu, əl-ələ

Hay çəkün, halay düzülsün.

Kim halaya girməsə,

Əli yardan üzülsün.

Uca dağlardan səslərəm neynim?

Yar qoynumda bəslərəm ey.

On iki imamdan istərəm ey.

Yar əlinnən, dad əlinnən hey.

O biri dəstə deyərdi, o biri bunun təkrarın deyərdi:

Yar əlinnən, dad əlinnən hey,

Bizim xoruz uca bannar neynim?

Yar əlinnən, dad əlinnən hey.

İkinci sıra deyərdi:

Yeri ha, yeri ha, kimin yarısan?

Kimin heyvasısan, kimin narısan?

Hansı bəxtəvərin vəfadarısan,

Sevdim, ala gözlü, kimin yarısan?

Bunu deyəndən sonra halayı yenə dəyişərdilər. Ondan sonra deyərdilər:

Yar əlin, yar düymələri mərcan.

Bu nəqarətdi.

O biri dəstə deyərdi.

Yar əlin, sevdim həyətdə səni,

Bu deyərdi:

Yar əlin, yar düymələri mərcan.

Yar əlin, boyda qamətdə səni.

Sevdim həyətdə səni

Boyda qamətdə səni.

Laçın kimi boylaram.

Bu, keçmişin ata-baba sözləridi. Dəyişəndən sora keçər­di ondan sora.

Bir dəstə reyhan, bala-bala, yar-yara heyran.

Sora keçərdi lələk-lələyə:

Allah gözəl sizdədi,

Gözələ verin güzgünü.

Gözəl neynir güzgünü?

Gözəl suda baş bağlar.


Zülfün darar, yaş bağlar.

Yar yardan ayrılanda

Ürəyinə daş bağlar.

Vallah gözəl sizdədü.

Bu nəqarət:

Sora təkrar o üzə keçərdi, bu bayatı başlıyanda. Ondan sora keçərdi. Mələk, mələk, ay mələk. Hamısı sındıra-sındıra belə-belə eliyə-eliyə barmağnan.

Mələk mələk ay can mələk.

Hər dəstədə on, on iki nəfər olurdu.


Mən bu küçənin qızıyam.

Ay can mələk-mələk.

Hər kəsənin baldızyam.

Gəl bağa bostana, mələk.

Ay can mələk-mələk

Sora:


Dəst eylər gül eylər.

Basma basma tağları.

Saraldı yarpağları.

Bu nəqarətdi. Sora:

Ha yordu yordu,

Görək kim kimi yordu?

Evləri burda yoxdu.

Aman aman aman ölürəm.

Köçübdü yurdu yoxdu.

Aman aman, Allah.

Qadan allam hey.
Getdim pələd* ağzına

Aman, aman, aman bilirəm.

Dedilər evdə yoxdu.

Aman, Allah, qadan allam.

Sora “gəlin gəldi” mahnıları var. “Gəlin otuzdurdu” mah­nıları var. Gəlini evə gətirəndə başlıyardıq deyərdik:

Ey, yara “xoş gəldün” deyün.

Dildara “xoş gəldin” deyün.

Arzuların çəkdiyim gəlinə.

“Xoş gəldün” deyün, ay.

İki-iki deyərdilər nazlıyardılar gəlini. Ondan sora gəlinə qorxu verərdilər:

İstəkanı nəlbəkidə qoy, gəlin.

Evdəki dilləri yerə qoy, gəlin.

Ondan sora gəlinə deyərdik:

Əylən gəlin, əylən gəlin.

Bizim dil farsu dilidir,

Öyrən gəlin, öyrən gəlin.

Bunun mənası var e, biz fars deyilik ki! Bəs niyə? Yəni bizim evin xasiyyəti sizin kimi deyil. Qızıl fonddadır bizim halayımız. Biz buta idik onu “Ozan” verlişində verirdi:

Bu toy kimin toyudu?

Toyuna qurban olum.

Toyunda oynuyanın,

Boyuna qurban olum.

O birisi təkrar deyərdi:

Toyunda oynuyanın,

Boyuna qurban olum.

Sora dəyişərdi:

Gedirsən ey, ellərə

Boyuva qurban olum.

Düşübdü meylim sənə,

Boyuva qurban olum ey.

Özüm özünə qurban,

Toyuva qurban olum.

Nazlıyırsan oğlan üçün, düyirsən qız üçün.

Nəqarətdi bu:

Bu toy kimin toyudur?

Toyuna qurban olum.

Toyunda oynuyanların.

Boyuna qurban olum.
* * *

Evlərində var çinar,

Yarpağı dinar-dinar.

Qardaş, toyun başlıyıb,

Saxlasın Pərvərdigar.

Adnan da deyirsən kimin toyu olsa. Dinar puldu.

Bu gün ayın onudur,

Zər xaradan donudur.

Qurban olum qardaşa,

Bu gün onun toyudur.


Bu gün ayın üçüdür,

Girmə bostan içidir.

Qurban olum qardaşa,

Dili badam içidir.

Bəyə qurban gedirlər:

İstilin dolaları.

Kəkliyin balaları.

Qurban olsun qardaşa,

Qoşaca xalaları.
İstilin gil-gilləri,

Oxuyur bülbülləri.

Qurban olsun qardaşa,

Qoşaca bibiləri.

O taydan əl eyləmə,

Bağrımı qan eyləmə.

Sən mənimsən, mən sənin,

Özgə xəyal eyləmə.


Bu yol yolluğa gedər,

Ucu bolluğa gedər.

Qurban olum qardaşa,

Gələr qulluğa gedər.


Şarafanın o üzü,

Yatışıb qoyun-quzu.

Qurban olsun qardaşa,

Hər sürüdən bir quzu.


Gedən alagöz oğlan,

Qoltuğunda saz oğlan.

Al qələmi əlinə,

Mən dediycən yaz oğlan.


Gedirsən neynim sənə,

Düşübdü meylim sənə.

Özüm özüvə qurban,

Daha mən neynim sənə.


Yeri-yeri gəlirəm,

Qolumu düymələyirəm.

Aç qollaruvu, gəlim mən,

Uzağ yerdən gəlirəm.


Yeri-yeri, nişan yar.

Təzə eşqə düşən yar.

Elçiləri qırılmış.

Özü eşqə düşən yar.


Evdən evə zəng olar,

Eşqə düşən dəng olar.

Tuteydim könül quşun,

Göreydün nə rəng olar.

Yəni məni qınama da, sənin də könlündə eşq olsa, gö­rər­din nə rəng olar.

Bu gün yemiş yemişəm,

Yara sözlər demişəm.

Dilim, ağzım qurusun.

Acığımdan demişəm.
Su atdım, yara dəydi,

Qolum divara dəydi.

Dilim ağzım-qurusun,

Nə dedim yara dəydi?


İstil üstə putrax.

Dövrə vuraq, oturaq.

Bivəfa yar əlindən.

Dustağ olağ, oturağ.


İstl üstə dur, oğlan

Kəklik gəlsə, vur oğlan.

Eldən-elə aşığdı.

Süfrə dolu qaşığdı.

Bizim oğlan neynəsün?

Sizin qızdar aşığdı.


Gəlin üçün deyirlər bunu:

Gəlin gedək evlərinə,

Xına yaxaq tellərinə.
Mən qurbanam dillərinə.

Al ipək, amma ipək uçar gedər.

Bu evin böyük qızı (və yaxud kiçik qızı)

köçər gedər.

Bu gecə Xanımbacı bizə qonağdı.

Sabah da yola sal, yolu uzağdı.

Qara qoyunun ağısan, ay gəlin.

Bir gecənin qonağısan, ay gəlin.

Xınanı yaxın dəstinə-dəstinə.

Xəbər getsin düşmanına-dostuna.


Dəst haradı? Saçın dəstəbədəstəsi. Yəni bu gecə bunun toyudu.

Boyu bəstə gəlinin,

Saçı dəstə gəlinin.

O gəlini gətirirlər taxta, üzüy taxmağa, onda deyirlər:

Vəziri şamlar yanar.

Çiyni üstə gəlinin.

Uşağ vaxtı deyirdim o, nə deməkdi? Vəziri şamlar ya­nar. Şamın bir üzü bu üzdə, bir üzü bu üzdədi. Yəni vəzirlərdi də. Sora gəlini gətirən günü deyərlər:

Əylən gəlin, əylən gəlin,

Bizim bu farsu dilin öyrən, gəlin, öyrən gəlin.

Yəni evin adətini öyrən gəlin.

Bi dənə gəlin deyər hanı atam.

Qoyunu, quzuya qatan.

Oğlanın bacısı üçün deyirlər ki:

Xatirədi sənin bacun.

Gəlin, xoş gəldün, xoş gəldün.

Yəni evdə day qardaşdı-bacudu, hamısı bir dənə-bir də­nə burdadılar.

Ey gülü xaş-xaşdı gəlin,

Əsli qızılbaşdı gəlin.

Evlisən, ev halıdı,

Ev sənə peşkəşdi gəlin.

Nazlamağ üçün “xoş gəldin” deyirsən. Sonra başlıyırsan ke­çirsən acığlanmağa:

Stəkanı nəlbəkiyə qoy, gəlin.

Evdəki dilləri yerə qoy, gəlin.

Sonra qurban verərdik:

Ay bəndi, bəndi.

Bəylər bəyəndi.

Ay gəlin, o da sənə qurban.

Qurban, sadağa gedərdik. Toy mahnısı dörd dənə olardı. İkisi o üzdə, ikisi bu üzdə. Başlığı bu idi:

Bu toy kimin toyudu?

Toyuna qurban olum.

Toyunda oynuyanların.

Boyuna qurban olum.


Yəni bir-bir çağurun, hay çəkün.

Hay xumar gözlər süzülsün.

Yəni bir birivizə çığıra-çığıra eləmiyin, xoş gedə-gedə. Sora o biri dəstə sənə cavab verir. O dəstə deyəndən sora sən baş­lıyırsan. Birdəki gəlmiyəni qarğıyır:

Hay həkim, halay demə say.

Ay əlin yardan üzülsün.

Sora keçirsən ikinci hissədə:

Uca dağlardan səslərəm, neynim,

Yarı qoynumda bəslərəm neynim.

On iki imamdan istərəm neynim,

Yar əlindən, dad əlindən.

(Gileylənir də.)

Evlərinin dalın keçdim,

Əyildim suların içdim.

Mən bu yerə qərib düşdüm neynim.

Yar əlindən dad əlindən.

Ancağ yarı qınıyır. Deyir mən bu yerə qərib düşmüşəm. Sora dingildiyirsən:

Yeri ha yeri, kimin yarısan?

Kimin heyvasısan kimin narısan?

Hansı bəxtəvərin vəfadarısan?

Sevdim ala gözlü, kimin yarısan?

Ayağın atma qaydaları var. Mən dədəmə çəkmişəm. Də­dəm aşığ gətirib çaldırardı:

Səni and verirəm adın Hüseynə.

Gəlib-getmiyəsən bizim küçeynən.

İreyhan dəstəsi ətir şüşeynən.

Sevdim ala gözlü, kimin yarısan?

Biz bayatını deyib qurtarınca o biri dəstə deyirdi:

Sevdim ala gözlü kimin yarısan?

Bayatını qurtardım, olar bayatı başlamalıdılar. Biz nəqa­rət deyəcəydük. Gözəl halayımız olub. Masallı rayonu­nun Şa­ra­fa kəndində olub. Kəndin kökü Ərdəbil tərəfindəndir. Hə­mişə xırdalıyardım: “Sevdim ala gözlü nədi?” Demə, onu tez-tez deyirmişlər, həm də avamçılığ idi axı.

Bir dəstə reyhan bala-bala,

Yar-yara heyran ay.

Əlim əlimdə deyil, sunalar, sunalar.

Şalım belimdə deyil, bir dəstə reyhan,

Bala-bala yar, yara heyran.

O birisi də deyir:

Bir dəstə reyhan.

Artıq sənə cavab verir olar, nəqarət deyir. Sonra sən ye­nə bayatının ardın deyirsən:

Sənin başun ağrısa, sunalar sunalar.

Mənim əlimdə deyil.

Bir dəstə reyhan,

Bala bala yar yara heyran.


Sora keçirsən:

Dəst eylər, gül eylər.

Nəqarətdi o deyir:

Evlərinin dalında.


Bu deyir:

Dəst eylər, gül eylər,

Bənd oldum kollarında.

Dəst eylər gül eylər.

Qızıl qolbağ olaydım,

Dəst eylər, gül eylər.

Yarımın qollarında ay,

Dəst eylər, gül eylər.

Ondan alırsan mahnını sən deyirsən:

Dəst eylər, gül eylər.

Valla, gözəl sizdədir.

Nəqarət də budur:

Bizdə deyil, sizdədir.

O deyir:


Gözələ ver güzgünü.

Bu deyir:

Valla, gözəl sizdədir.

Gözəl neynir güzgünü?

Valla, gözəl sizdədir.

Gözəl suda baş bağlar.

Valla, gözəl sizdədir.

Zülfün darar, yaş bağlar,

O deyir:

Yar yardan ayrılanda.

Valla, gözəl sizdədir.

Ürəyinə daş bağlar.

Valla, gözəl sizdədir.
Yar əlim, yar düymələri mərcan.

Sonra havanı dəyişirsən. Çox vaxt eyni bayatılar olur. On­dan sonra:

Ocağa qoymuşam dolma qazanı,

Yarı yola saldım axşam bazarı.


Gileynən deyirlər də güyə yar gedib-gəlmiyib.
Xarabada çoxdur kağız yazanı,

Hay Leyli, Leyli ey.


Ondan sonra giley olardı:
Qaynətəmin adı Mahirdi, Mahir,

Ətəyinə atdım yüz əlli şahin.

Qaynanamı tutub gəlinin ahı

Allam, allam səni,

Qıza, mən allam səni, ay qara göz.

Yarın ollam sənin ey.


Gedəndə ağlaram,

Gələndə gülləm.

Yar sənin qədrüvi.

Mən hindi billəm.


Paltarın cırılsa, yamıya billəm.

Allam, allam səni.

Qıza, mən allam səni, ay qara göz.

Yarın ollam sənin, hay-hay.


Gedün deyün qaynanamın özünə,

Külü töksün ölüsünün gözünə.

Mən gəlincən ev ayırsın özünə.
Qaynanamı bağda ilan vuraydı.

Baldızıma Quran qənim olaydı.

Qaynatama Məkkə qismət olaydı.
Üçlik bayatı da var, dördlük bayatı da var:

Oturub çayçıda çay qabağında,

Paprız damağında, mey qabağında.

Geyinib, keçinib yar qabağında,

Allam, allam səni,

Qıza, mən allam səni, ay qaragöz.

Yarın ollam sənin ey.
Toyda qızlar bi yerdə oxuyurdular:

Balaca nar ağacı.

Narın nə göyçəydi.

Qardaş başuva dönüm.

Yarın nə göyçəydi.
Bu da nəqarətdi:
Elə deyər, mənəm-mənəm.

Nar ağacı narın nə göyçəydi.

Hansı igid bəyənnərəm.
Bu halaydadı:

Basma-basma tağları.

Saraldı yarpağları.
Gedirsən neynim sənə.

Düşübdü meylim sənə

Özüm özünə qurban.

Daha mən neynim sənə.

Basma-basma tağları.

Saraldı yarpağları.



Qız bəyənmə
Gəlini deyə-deyə aparadılar.

Gəlini qoyurdular həyətdə deyərdilər:

Boyu bəsdə gəlinin,

Saçı dəstə gəlinin.

Evlərdə çox söz olur.

Alma qulağuva, gəlin.

Qızı ata-ana görüb bəyənirdi. Gəlirdilər evə, bir şeyi bə­hanə edirdilər. Evdə baxırdılar qıza nə cürdü, nə təhərdi? Ha­mamda görürsən bəyənirdilər. Suya gedərdik, kimin çəlləyi var idi, arabaya doldurardı. Suya gedərdi, su yolunda bəyə­nər­­dilər. Yolda görərdilər qızı. Ya suyu dolduranda görər­di­lər, qızı bəyənərdilər. Daha nəslini güdərdilər, filankəs filan nə­sildəndi. Qız oğlanı görərdi, oğlan qızı görərdi. ZAQS kə­sər­dilər, on altı yaşından aşağı ZAQS kəsməzdilər. Sora “Al­dım-verdim” eliyərdilər. Gəlirdi oğlanın atası deyirdi:

– Mən sənin qızın üçün gəlmişəm. Qızuvu oğlum üçün alı­ram. “Aldım-verdim” oldu. Zənbilnən paltarı gətirərdilər, xon­çaynan olmazdı. Ta ki, ZAQS olmuyunca. ZAQS olandan so­ra xonçaynan paltar gələrdi. Bir dənə nişan eliyərdilər. ZAQS kəsilənnən sonra xınaya paltar gətirərdilər. Bir dənə qoyun gətirərdilər, bir kisə un, bir kisə düyü gətirərdilər. Toyu olurdu qızın, xınayaxdısı olurdu. Səhəri götürüb aparırdılar. Gə­linin başına xına yaxardılar. Sonra halaya gedərdilər. Mahnı oxuyardılar. Səhərəcən öz keflərində olardılar. Üç gün, üç gecə aşığ çalardı. Gecə aşığ yatannan sora arvaddar halaya gedərdi:

Ha yordu yordu-yordu,

Görək kim kimi, yordu.

* * *

Bən bənövşə, bəndə düşə,



Sizdən bizə, bir qız düşə.

Adı gözəl, özü gözəl.

Filankəs bizə düşə.

Küpə minərdilər,* ixtiləf qızdar yığılardı, bayram eli­yər­dilər. Özdəri üçün halaya gedərdilər. Küpə minərdilər. Olardı otuz nəfər, qırx nəfər ona ixtiləf deyərdilər:

Şal almağa gəlmişik.

Mal almağa gəlmişik.

Oğlanın dayısıyığ,

Qızı aparmağa gəlmişik.


Gəlinin vəzifələri
Qabağ belə olardı. Gəlin tezdən durardı. Sübdən. Əv­vəl­cə ayağyolu təmizdiyərdük. Qabları doldurarduğ ki, duran ge­dir ora. Qoy gedib boş görməsin. Evdə böyük durmasa, biz çörəy yeməzdüg. Birinci, onarın yeməyi, işməyi, çayı, çörəyi – hamısı verilərdi. Sırfa sərilərdi, hər şeyi qoyulardı. İcazə olseydi gəlin də oturardı, olmaseydi heç. Gəlin həmişə aşağı tərəfdə oturardı. Ama hamı bir süfrədə oturardı, ayrı yox.
Gəlin gətirmə
Gedirdüg gəlin gətirməyə, deyirdüg:

Verin bizim gəlini,

Qaynı bağlar belini.

* * *


Həştərxana gedən gəmi bənd olar,

Qayıdanda içi dolu qənd olar,

Qayda budu, oğlan qıza bənd olar.
* * *

Bu gün bacım gəlin köçür,

Əllərə xına yaxarlar,

Gözlərə sürmə çəkərlər.


* * *

Almanı alma gəlin,

Al, yerə salma gəlin.

Evlərdə çox söz olar,

Qulağuva alma gəlin.
* * *

Əylən gəlin, əylən gəlin,

Bizim dil farsu dilidi,

Öyrən gəlin, öyrən gəlin.


Yəni “farsı” – o deməkdi ki, bizim dili öyrən, aton öyün­nən gəlmisən bizim hal-xasiyyətimizi götür.
Eyvanın altı səkilidü,

Giləmərzə əkilidi,

Oğlan qızın vəkilidi,

Gəlmişəm yarın camalın görməyə,

Gəlmişəm ay hey.
* * *

Bırdan getdım Həmədana,

İncil yığdım dana-dana

Səni qoydum yana-yana,

Gəlmişəm yarın camalın görməyə,

Gəlmişəm ay hey.


* * *

Evlərinə getdim qonağ,

Savaş oldu, sındı çanağ.

Sənə bişirdim qayqanağ,

Gəlmişəm yarın camalın görməyə,

Gəlmişəm ay hey.


* * *

Ay dədə, çatmaqaş daşı mənə dəydi,

Belimi sındırıb dərd əlimi əydi.

Bi qar yağıbdı, belə dimnən ay,

Sürməsi getməz belə gözümnən ay,

Əyilim öpüm belə, üzünnən ay.

Aşığ balam, belə balam ay.

Geymə lalanı belə, lalanı ay,

Sağ olsun, var olsun, yar bizə qonağ olsun.
* * *

Bi köynəyim var,

Bi köynəyim var belə, dəridən ay.

Belə ürəyimin yağın,

Belə əridən ay,

Bi köynəyim var.

Belə məni başmağsız belə, yeridən ay,

Bi köynəyim var.

Belə lalanı, ay aşığ balanı,

Belə lalanı, ay, geymə valanı.

Belə lalanı ay sağ olsun, var olsun.

Yar bizə qonağ olsun eyyy...


* * *

Evlərinin dalı, belə aldım, oturdum,

Belə daşdarı içinə mən saldım, oturdum.

Belə eşitdim: yar gəlir, belə durdum oturdum,

Belə lalanı, ay aşığ balanı,

Belə lalanı ay geymə valanı.

Belə lalanı ay sağ olsun, var olsun,

Yar bizə qonağ olsun...


* * *

Yeri-yeri, yeri, yerim var, yeri,

Sevdim alagözdü, kimin yarısan?

A bivəfalı dağlar ay,

Əcəb safalı dağlar,
* * *

Su gəlir lülə-lülə,

Yar gəlir gülə-gülə.

Əlində ipək dəsmal.

Tər-qanın silə-silə ay,

A bivəfalı dağlar ay,

Əcəb çapalı dağlar.

Bizdə nişan olanda çala-çala gedirik qızgilə. Sora qıza nişan aparırığ. Qıza üzük taxırlar. Şirniyyat stulu açırlar. Toya bir gün qalmış “xınayaxdı” olur. Xınanın içinə altı qızın üzü­yün atırlar. Xınayaxdısı olan qız bir-bir üzügü çıxarır. Hansı qızın üzügü birinci çıxırsa, o qız birinci ərə gedər. Gəlin ge­dən günü qabın içinə su töküb, bir azda pesok tökürlər ki, şi­rin­lik olsun, qarişdürrüy sora gəlin gəlir oturur. Gəlin gedəndə san­dığ­da çörək, iynə və qənd aparır. İynəni, qəndi qoyurlar qu­yu­nun başına, çörəyi də kəsib paylıyırlar uşaqlara, böyük­lə­rə. So­ra qəndi quyuya atırlar, iynə ilə də paltar tikirlər. Gəlin 3 dəfə qapını açıb örtür. Qaynatanı çağırırlar. Qaynata deyir: bə­zisi de­yir, xalça verirəm, bəzisi deyir, sənə oğlumu verirəm, bəzisi de­yir inək verirəm, bəzisi də deyir ev-eşik verirəm. So­ra gəlin otu­rur. Gəlin oturur, əlin başın üstündə tutub, əlin içi­nə bal qo­yur­lar. Sora gəlinin qucağına oğlan uşağı qoyurlar. Sora deyirlər:


Aman nənə, zalım nənə, can nənə,

İstəkanı nəlbəkiyə qoy gəlin.

Evdəki dillərü yerə qoy gəlin.

Evdəki dillərü evdə qoy gəlin.


Gəlin gəlir, xan gəlir.

Gəlin gələndə deyirlər ki:

Gəlin, gəlin döyül, düşdüyü yer gəlindi.
* * *

Bizdə kirvə nə desə o olmalıdır. Xeyirdə və şərdə birinci o olmalıdır. Kirvə qız verə bilməz kirvəyə, nə də qız ala bil­məz kirvədən. Belə bir adət var: qıza 2-3 dəfə elçi gəlir. Gö­rür ki, buların rayı vaar, olannan sora xəbər göndərir ki, bəs ki­şilərimiz gələ. 2-3 kişi danışığa gəlir. Nə qədər səndə, nə qə­dər məndə. Bi dənə kostyum, bi az şirniyyat, tort, gəlirlər ola­rı qoyurlar. Yarı oğlan evi, yarı qız evi qoyur ki, oğlan evi­nə güc düşməsin. Oğlan evindən gələn xonçalar boşaldılannan sora, təzədən üş dənə xonçaya oğlana dair belənçiy köynək, alt paltarları qoyurlar. Duxu-muxu bir dənə səbətə yığılır. Be­lənçiy, 3 dənə adam gedir oğlan evinə. Oğlanın tay-tuşdarı oğ­­lanın başına yığılır. Bişirilən yiməklərdən də qoyulur, oğ­lan evinə göndərilir. Olar da xonçaların içinə pul qoyurlar, göndərillər qızgilə.

Xınayaxdıda xörək-zad süzürük, gəlinə xına qoyurlar. Gə­lin gidəndə quyunun başına qənd və iynə qoyullar ki, hə­mi­şə gəlinin sözü ötəngli olsun. Xınayaxdıda xınanı oğlan uşa­ğı oğurlayır. Gəlini gətirib qəpinin yanında qoyuruq. Qız evin­dən gətirilən çörəyi uşağlara, böyüklərə paylayıllar. Toyda gə­li­ni oy­nadıllar. Qız evi oğlan evinə xələt verir. Üzüg verən üzüg verir, qızıl verən qızıl taxır gəlinin yaxasına. Deyirlər:

Verin bizim gəlini, gəlini,

Qaynı bağlar belini , belini.

Bu öyün böyük qızı,

İndi köçər, gedər yarıyar.

Şal əlməyə gəlmüşük,

Mal almağa gəlmüşük.

Gəlinin adamıyuğ,

Aparmağa gəlmüşük.
* * *

Əylən gəlin, əylən gəlin,

Bizim dili, farsu dili,

Öyrən gəlin, öyrən gəlin.

Qızın atası girir qızın qoluna və deyir ki, oğlanın atası sənin atandı, anası anandı. Olara kəm baxsan, qarğıyaram sə­ni. Toydan 3 gün sora, 3 günlük plov olur. Üçüncü gün qız evin­nən oğlan evinə nə qədər adam gedirsə, o qədər yiməy apa­rıllar. Oğlan evinə gedənnən sora gəlin gəlir adamlarnan görüşür. Gəlin görüşdüyü adamların başına ətir tökür.
* * *

Uzağı iki dənə toy olardı. Qabağlar yol-rız yox idi, gəli­ni at araba ilə aparardılar. Soralar “QAZ-69” ya da “vilis”nən aparardılar. Toya 10 gün qalmış qohum-qonşu yığılardı, həyə­ti-bacanı təmizlərdilər. Sora da 2 dəstəyə bölünərdi. Bir dəstə qabağında bir qabal, o biri dəstə də qabağında bir qabal. Olar ha­lay gedərdilər. Halayın mahnıları da belə olardı:

A yordu, yordu, yordu,

Görək kim-kimi yordu?

Qızdarın yaylıqların daldan bir-birinə bağlayardıq.

Yeddi gün olardı. Bizdə nişanda içki olmaz, soğan ol­maz. Yeddi gün şələ aparanda, qoğal-moğəl, zirinc çörəy, bir də külçə çörəy, təndirə yəpərdilər. Kanfetdən, pçennikdən, fi­lan, buna “Yeddigün” şələ diyərdilər. “Üç gün plov” da belədi ki, üçüncü gün anası, atası, bacısı, xalası üçün xələt, padarkə qoyallər.


* * *

Ey, yara “xoş gəldün” diyün,

Dildara “xoş gəldün” diyün.

Arzumanın çəkdiyini,

Gəlinə “xoş gəldün” diyün
Diyir bu xaşxaşdı gəlin,

Əsil qızılbaşdı gəlin.

Evlisən, ev halı bil,

Ev sənə peşkəşdi, gəlin.


* * *

Gəlini aparmağa gələndə deyirdüg:

Yaxşı bəzəg vurun bizim gəlinə, gəlinə,

Mirvarıdan saçağ tökün telinə, telinə.


Alırduğ gəlini, mindirirdüğ arabaya, maşına, nə gəlibsə ona. Deyirdüg:

Gəlin gəlir, evimi döşə,

Qayınnarı əyləşib qoşa.
Aparıb təhvil verirdüy, orda da xeyləm mahnı deyirdüy:

Almanı alma, gəlin,

Al yerə salma, gəlin.

Evlərdə çox söz olar,

Ürəyivə salma, gəlin.
İstəkanı nəlbəkiyə qoy, gəlin.

Evdəki xasiyyətivü yerə qoy, gəlin.

Yəni gəldün oldun dayı bu evin adamı.

Qabağkı aşığlar toya gələrdilər, çalardılar. Tahirdən, Zöh­rədən, Əslidən, Kərəmnən, Şah İsmayıldan dastan başda­dardılar. Onarın bir-birini isdəməyinnən, ərə getməyinnən, kö­çünnən, ya qismət oldu, ya olmadı, onu deyərdilər.

Qoçum balabançı, gəl dalımcan gör, aşığ nə deyir. Sazı basardı sinəsinə, sifdə girəndə toyxanıya, nəsiətnamə verərdi. Əhali oturub sakit. Aşığ deyərdi:
Salam verib bir məclisə varanda,

Böyükdən kiçiyə nəsihət gərək.

Hər kim öyüd versə, öz övladına,

Nəsildən-nəsilə nəcabət gərək.

Balabançı da onun dalıycan fırranırdı. Hamı onun aşı­ğı­na, sazına pul basardılar. Bular oğlan toyunda olurdu.

Deməg gedirdilər elçiliyə. Başdıyırdılar deməyə ki, Al­la­hın göndərdiyi, Məhəmmədin buyurduğuynan sənin qı­zın, mə­nim oğlum bir-birinə qismət olarsa, sizin razılığuvuzu is­di­yirik.

Hə, alırduğ qızı, “hə” deyilirdi, gəlirdüg hazırrığımızı görürdüg. Yəni istəgana bi qənd atılırdı, şirin eliyib, əl görü­şürdülər ki, yəni qız bizimdi. “Hə”ni alduğ, gedirdüg evə. İndi adam var 3 günnən sora, adam var 1 həftə sora, bi üzüg, şal, əsa­sən, baş yaylığı aparırdılar. Bi də şirniyat aparırdılar. Xon­çıy­nan gedən də olurdu. Mahnı deyə-deyə gedərdüy nişana. Deyərduk:

Ay qız, nişanun gəlir,

Qırmızı şalün gəlır.

Gəldi oğlan adamı,

Oğlan, sındır badamı,

Görməsin qız adamı.

Ay qız nişanun gəlir,

Qırmızı şalun gəlir.

Belə-belə nişanı verirdük. Yeyirdük, kəllə qəndləri pay­la­yırduğ, qayıdırduğ dala. Sora “paltarkəsdi” eliyirdüy. Yenə pal-paltar götürüb qız evinə gedirdük. “Paltarkəsdi”, toy eli­yəna yaxın olurdu. Bını oğlan evi eliyirdi. Hərə bi xoncaynan, xələt­nən gedirdilər qiz evinə. Orda da deyirdilər ki, bı fi­lan­kəsin payı, bı bəhmənkəsin payı. Yenə orda da halay, demək, ye­mək, ic­mək, sora hər kəsən öz evinə. Qaldı toy. Hər kəsən öz toyun eli­yirdi. Oğlan evi qız evinə başdığ verirdi. Məsələn bi qoyun, bi tay un, bi tay dügi, bi tay qənd aparırdı. Qoyunun başında qır­mı­zı şal aparırdılar qız evinə. Hə sora, şükür Al­la­ha, gəlini gətirdi, oğlan evi də toy eliyirdi, qoyun aparana pul verilirdi, kim tutubsa, ona, güzgü tutana, şam tutana, hamısına pul verirdilər.

Hə, az qalmış da, “ev döşəmə” (ev bəzəmə) başdıyırdı:

Gəlin gəlir, evini döşə,

Qayınnarı əyləşib qoşa.

Verdim bi balaca quzu,

Aldım bi balaca qızı.

Atasına, anasına,

Verdim issiotnan, duzu.

“Qazanaşdı”da xələt verilməsə, qazanın ağzı açılmazdı. Neçə nəfər varsa hamısına pul verilirdi, qırmızı onnuğ. Sora qa­zanın ağzı açılırdı. Bişirirdilər, qoyunu kəsirdilər, əti qovuur­dular soğannan, qıp-qırmızı yağ içində. Plov süzürdülər.
Bayramlığ aparmaq
Qurban bayramı vaxtı gəlinçün qurban aparardılar. Qur­ban xoncaları götürülür, qurbannığ qoyunu da bəzəyillər, qır­mı­zı yaylığı salıllar boynuna. Qurban qabağı da xoncalar əl­lər­də, hamı gedərdi qız qapısına. Evin ic adamları, qohum-ağraba gedirdilər, qurbanı gəlinin başına fırradırdılar, kəsir­dilər. Qanınnan da gəlinin alnına bi balaca vuvurdular.
* * *

Bu gün toy günündür ,ay xanım bacım,

Başına qoyulur xoşbəxtlik tacın.

Səni yoxlamağa gələr qardaşın, bacın,

Gedən yerdə yarıyasan, mənim bacım.

Xoşbəxt olub qarıyasan, mənim bacım.

Bu gün toy günündü, ay Həsən qardaş,

Atan, anan sənə alıb ömürlüg sirdaş.

Arxadır, dayaqdır qardaşa qardaş,

Allah bir ömrü verib, yüz yaşıyasan.

Ata-anava mehriban ailədə şən yaşıyasan.
Yaşa bu dünyanı, yaşınnan qocal,

Çalış bu dünyada adınnan ucal.

Allah sevən ol, Allahdan güc al,

Aldığunnan yarıyasan, tazə bəy,

Ata-anaya mehriban ol, tazə bəy.
Əyləş, gəlin, əyəş, gəlin,

Bizim dil farsu dilidi,

Öyrəş, gəlin, öyrəş, gəlin.
Evlərində var aftafa,

Yolunda çəkmişəm cəfa,

İndi olmuşam bifəva,

Əyləş, gəlin, əyləş, gəlin.


Ay xınanı yaxun dəsdinə-dəsdinə,

Xəbər getsin düşmanına, dosduna.

Gəlib burdan getmiyəsən,

Ay xınanı yaxun dəsdinə-dəsdinə.


Çadranı yellətmiyəsən,

Ay xınanı yaxun dəsdinə-dəsdinə.

Dul kişiyə getmiyəsən,

Ay xınanı yaxun dəsdinə-dəsdinə.

Səhər qız gəlin köçəndə deyirdilər:
Evlərinin yanı hasar,

Ay qara toyuğun yağısan, ay gəlin.

Bir gecənin qonağısan,

Ay qara toyuğun yağısan, ay gəlin.


Gün gəlib kölgəni basar,

Ay qara toyuğun yağısan, ay gəlin.

Yarun gəlib qulağ asar,

Ay qara toyuğun yağısan, ay gəlin.


* * *

Mən qız vaxtı qəşəng qabal çalardım. Sonradan cırıldı. Ki­şiyə dedim, bir qabal al, dedi: “Şöngi oturduğun yerdə”.

Qabal çaldığıma görə, qızdar məni “xınayaxması”na ca­ğırardılar. Gedərdüy oturarduğ, xınayaxdıda, e, gecə yarısı­na­can. Qaval vurardım, dambıltısı çıxardı ərşə. Başda mən du­rar­dım. Elə vaxtı olurdu, gecənin yarsınacan səhərə yaxın otur­duğ ki, nə var, nə var bi çiqqana xına yaxacüy, sora gedə­cüy öy-eşiyimizə. Bi dəfə bi dənə qızın xınayaxtısı idi. Ged­müşüy, o qızın xınayaxtısına. Halay çəkdüy, yatdüy-durdüy, ay Allah, neyliyək, səhər açılmadı.

Həmən bu nişannı qızgilin həyətdərində 2-3 dənə gomuş bağlamışdılar həyətə. Üç-dörd dənə qızzdarnan düşdüy həyə­tə. Gomuşdarın təzəyi koma-koma, “əstəfurulla” gördüy xına kimi şeydi. O qıza dedim ki, gə bu gomuşun nəcisinnən bi çıq­qan götürəy, çıxəy yatanların əlinə yaxəy. Biqətənə göt­düy, çıxduğ yuxarı. Yatannarın əlinə yaxay. Kimin əli müna­sib yerdədi, əlinin ortasına qoyduy. Biri gənnəşir, biri durur. Yuxudan durannar gərnəşir, kimi diyir mənim əlimə kim yaxdı xınanı? Mən dedim: – “Kül başua, mal zadıdı yaxmuşuğ əlüə”.

Halay gedərdüy:

Çəkün halay düzülsün,

Xumar gözdər süzülsün,

Hər kəs halaya durmasa,

Əli yardan üzülsün.
* * *

Bizlərdə gəlni gətirəndən sora gəlni gətirirdilər, gəlnin başında bu mahnını oxuyardılar.

Qız gedər, gəlin olar,

Meh dəyər, sərin olar.

Qızın getdiyi yerlər,

Boy verməz, dərin olar.

Əvvəl gəlinə xına yaxmamışdan qabaq, kasaya bi az su tökürdülər. İynə atırdılar içinə, bi dənə də cörək kasanın böy­rü­nə qoyurdular, sora, belə mahnı oxuyurdular.

Ay xınanı yaxdım dəstinə, dəstinə,

Xəbər verin düşmanına, dostuna.

Bunu mahnı ilə diyirdilər. Gəlin içəri girməmişdən qa­baq, gəlni gətirəndə qapının ağzına bi kasa su qoyardılar. Bi dənə də nimcə qoyardılar. Gəlin əvvəlcə suyu qıcınnan vurur dağıdır, sora o nimçəyə bi təpik qoyur, nimçə qırılır. Qırı­lan­dan sora qapını üc dəfə açıb örtür. Sora girir evə. Başında cö­rəg kəsirlər ki, cörəgin bol olsun. Suyun qoyurlar ki, gəlin su­yu dağıdır, yəni yolun aydınlıq olsun, gəldiyin yerlər aydınlıq olsun. Məsəlcün qabı qırıllar ki, dava qeylü-qal bu evdə ol­masın. İndi bəzən görürük ki, cörəyi yerə düzüllər gəlin yığa-yıga gedir. Yox-yox, o, düzgün deyil! Cörəgi Qurandan irəli deyiblər. Onu hec gəlnin ayağı altına düzməzlər. Cörəgi onun ba­şında kəsirlər ki, həmişə cörəgi olsun. Elə onu, cörəgi gəl­nin başında kəsən adam diyirdi də, cörəgin bol olsun! Həmişə başından tökülsün! O kəsilmiş çörəgi qoyurlar gəlnin evinə. So­ra, gəlnin qaynatası gəlir gəlni otuzdurur. Məsələn üc dəfə qalxızır, otuzdurur. Əgər oğlan evi tək oğuldursa, deyir bu ev-eşig sənin, otur gəlin! Oturandan sora kimin qucağında oğlan uşağı var, qoyur gəlnin qucağına.Yəni ki, oğlun olsun daa:

Biz almışıq arvadı oğlan doğa,

Almamışıq, qız doğa bədbaxlığa.

Bədbaxlıq bi növi bədbaxlıq fasondu.

Gəlni evə salandan sora yığışardıq gəlinin başına belə deyərdik:

Əylən gəlin, əylən gəlin,

Bizim dil farsi dili,

Öyrən gəlin, öyrən gəlin.

Deyirlər daş düşdügü yerdə qalır, yəni, gəlin evinə bağlı olar. Bi dəfə qızımgilə getdim, qızım dedi: Ay Mədinə, o qə­dər dedin, daş düşdügü yerdə qalar, daş kimi düşmüşük, hec evimizə gəlmək istəmirik.

Naskə məni bağlama,

Xınan gəlir, ağlama.

Gedərəm, yenə gələrəm,

Yadlara bel bağlama.


Verin bizim gəlini,

Qaynı bağlasın belini.

Ha-ha! Hurre!
Yaxşı bəzək vurun bizm gəlinə, gəlinə,

Mirvaridən saçax tökün telinə, telinə.

Gəlin oturanda qırmızı kalağayı atırdıq. Gəlin yuxarı çı­xanda, iki metrə xara sərirdik. Bi dənə boşqab qoyurduq. Gəlin o qıçınnan bərk vurursa, demək bundan iş gözləmək olar. Əgər elə-belə vurursa, bunun işi də belə olacax. Bizim dövrdə lampa olardı, gəlinçün qoyardıq. Sora şam-zad cıxdı. Güzgü qoyardıq gəlin qabağına. Güzgüdə yazdırardıq ki, Allah mübarək eləsin! Güzgü baxt aynasıdı də. Güzgü Allah eləməmişkən, əgər qızı gətirəndə sınırsa, deməli buların axırı yoxdu. Şam sönərsə, lam­pa qırılarsa, gəlin maşına oturan zaman, deməli, buların şamı yanmayacaq. Gəlin gələndə üzr istiyirəm, bir həftə onnan işimiz olmazdı. Ay qız, burdan otur, ordan otur. Xalça qoyar­dı­lar. Ay qız! Soyuq su, isti su olmasın! Sora da iş tələb edirdilər. Qaynatavə dəstəmaz suyu gətirməli­sən, namaz qılır, qaynənəvə dəstamaz suyu gətirməlisən. Bu evə xidmət eləməlisən sən bi qız kimi. Ata-ana qaldı öz evində. İndi burda atan da biz ola­ciyıx, anan da. Ağ paltarda ordan cıxıbsan, ağ kəfəndə burdan çıxacaqsan. Gəlin gələndə, hec kimin ixtiyarı yox idi gəlini oturt­sun. Ay qaynata, gəl də, bunu əyləşdir! Qaynata gəlirdi, de­yirdi, hə, əyləşdirəcəm, oğlum da onundu, bu ev-eşik də onun­du. Deyirdilər yox e, bunlar razılaşmırdılar. Deyirdilər bir şey verməlisən buna. Deyərdi bi dənə qara inək verdim. Əşi inək işi deyil, onsuz da inəgi o sağəcəy. Bi dənə boyunbağı ver­dim otursun.

Ata-anaya qız yaraşır! Buna inanız siz! İnanın! Lap oğlan onu qoymasa da ata ananın yanına, genə də deyir bi ge­dim, görüm ata-anamı. Ama oğlana bi gün qız desə ki, həə, mən sənə deyirdim, o gün bacın sənin dalınca belə deyirdi, anan sənin dalınca belə deyirdi. Əşi bilirəm e, o diyər. Onnan da kitab bağlanar.


* * *

Xınayaxtıda diyərdüy.

Yar Əli, yar düymələri mərcan,

Yar Əli, bu toy kimin toyudu?

Yar Əli, balalarımın toyudu,

Yar Əli, bu toyda oyniyanın,

Yar Əli, boyuna qurban olum.
Mağarsız yola saldım,

Safa başına vurdı.

Yar düymələri mərcan.
* * *

Masallının talışlar yaşayan kəndlərində də toy adət­ləri türklər (azərbaycanlılar) yaşayan kəndlərində (el ara­sında Muğan deyilir) olduğu kimidir. Aşağıda Mahmu­davar kəndində olan toy adətini veririk.

Yaşlı nəslin fikrincə, oğlanla qızın bir-birin bəyənməsi heç də əsas deyildi, valideynlərin qızı bəyənməsi ilə hər şey öz həllini tapırdı. Burada qızlar İslam ənənələrinə uyğun olaraq 12-16 yaşlarından etibarən, həddi-buluğa çatmış hesab olunur. Bu yaşda qızlar kişilərdən yaşınır, örtünməli olurdular. Oğlan­lar isə bu yaşda odun daşıyır, mal-qara otarır, təsərrüfatın müx­təlif sahələrində çalışırdılar. Oğlanlar 15-20 yaşlarında ailə qu­ra bilərdilər. Talışın bir çox yerlərində olduğu kimi, bu kənddə də bir çox ailələrdə qızlar bəzən çadrasız gəzir, kişilərdən ya­şınmır, hətta çəltikçilikdə birgə çiyin-çiyinə işləyirdilər.

Oğlanlar sevdikləri-bəyəndikləri qızlar barədə ilkin ola­raq bacılarına, yaxud analarına eyham edərdilər. Bəzən isə vali­deynlər övladlarını evləndirmək, yaxud ərə vermək, kim ilə qohum olmaq məsələləri ilə bağlı evdə öz aralarında məş­vərət edərdilər. Oğlanın bacıları qardaşlarını evləndirməklə bağ­lı ata-analarının söhbətlərinə gizlincə qulaq asır, sevinər, şənlənib bayatı, mahnı oxuyardılar. Qızı görüb xasiyyətinə ya­xından bələd olmaq üçün oğlanın anası özünə yaxın məh­rəm qadınlarla qız evinə gedir, bir bəhanə ilə qızı ətraflı öyrə­nər, aldıqları məlumatı, gəldikləri qənaəti ərlərinə nəql edər­mişlər. Əgər qız tərifə layiq olub bəyənilsə idi, müəyyən vaxt təyin edib arvad elçiləri qız evinə göndərilərdi. Keçmişdə belə hallarda valideynlər əvvəlcə mollanın yanına gedib istixarə (dini fal) etdirər, yaranacaq, yeni qohumluğun xeyirli olub-ol­madığını qabaqcadan öyrənməyə çalışardılar.

İstixarə yaxşı gəlsə idi, qız evinə oğlan anası başda ol­maqla bir neçə ağbirçək qadın elçiliyə gedərdi. Burada oğlan anası qız anasına məqsədi açıqlayardı, ondan xeyir-dua is­tər­di. Qız anası isə əri və yaxın qohumları ilə məsləhətləşmək üçün oğlan tərəfinə vaxt verərdi. Çünki qız anasının heç kəsə məsləhət etmədən razılıq vermək hüququ yox idi. Müəyyən vaxt­dan sonra oğlan tərəfini qadın elçiləri yenidən qız evinə ge­dərdilər. Qız anası öz tərəfinin razılığını onlara bildirəndən sonra “Kişi elçiliyi” başlanardı. Belə ki, oğlanın atası yaxın adamları ilə birgə qız evinə elçiliyə yollanardı. Elçiliyə hər kəs yox, kəndin sayılan ağsaqqalları aparılardı. Fəxrlə deyi­lər­di ki, mənim elçiliyimə filan ağsaqqal gəlmişdi, yoxsa atam məni verməzdi. Ağsaqqallar bir qədər ordan-burdan danışan­dan sonra mətləb açıqlanar, hər iki tərəf ümumi razılığa gə­ləndən sonra oğlan tərəfdən olan ağsaqqallardan biri “Xıdo xəyr bıko” (Allah xeyir versin) deyib qız adamlarından biri ilə əl verib görüşür, xələt əvəzinə pul verirdi. Daha sonra ortaya şirinçay, müxtəlif şirniyyatlar gətirilir, “siprişə plo” (ağsaqqal plovu) yeyilir. Bununla da elçilik mərhələsi bitir.

Bir-iki həftə sonra, ya bir az tez, qız evinə nişan apa­rı­lırdı (“hoşte” yaxud “nişonə” – bu mərhələ belə adlanırdı). Bura­da hər iki tərəfin ən yaxın qohum-əqrəbası iştirak edirdi. Nişan mərasimi daha şən təşkil olunardı. Qaynaqlarda qeyd olun­duğu kimi, “Lənkaran zonasında oğlan evindən nişana ge­dən arvadlar qız evinə çatanda mahnı oxuyardılar. Xonçalar başlarında ikən bir qədər oynayıb oxuyandan sonra yerə otu­rar, xonçaları qız evinə verərdilər. Nişan gətirənlərin qabağına şirinçay, müxtəlif şirniyyat məmulatları və s. qoyarlar. Burada çalmaq, oynamaq da öz qaydası ilə...” (“Azərbaycan folkloru antologiyası”, I kitab, s. 259/ B., 1968). Nişan mərasimi za­ma­nı gəlinin barmağına üzük keçirilər və beləliklə, o gündən qız oğlanın nişanlısı hesab olunardı. Hamı “Xıdo mübarək bıko” (Allah mübarək eləsin) deyib evlərinə dağılışardılar.

Bəyoğlan qaynatasından gizlənməli, abır-həya gözləyib, qızla aşkarda görüşə bilməzdi. Bir müddət sonra qız atası bə­yoğlanı dost-tanışları ilə birgə evə qonaq çağırır, hədiyyə ve­rərdi. Bundan sonra oğlan qız evinə sərbəst gedib gələ bilər, qaynata ilə görüşüb söhbət etmək hüququ əldə edərdi. Qız evi­nə hər hansı bir işdə kömək lazım olanda bəy özü və dost­ları ilə gəlib işləyərdi (Bu adətə “zomoa koyə” “yeznə kö­mək­liyi” deyilərdi).

Bundan sonra “Şalüzüyü” mərasiminə hazırlıq görü­lər­di. Mərasim qız evində keçirilərdi. Oğlan tərəfi öz adamları­nın sayını hansı ki, mərasimdə iştirak edəcəklər, həm də orada yemək üçün istifadə olunan qoyun, ət, düyü, dağ, un və s. Şey­­lə­ri qız evinə azı bir gün qabaq göndərir. Bu mərasimə çal­ğıçılar da dəvət olunur. Oğlan tərəfinin gətirdiyi sandıqdan qızın cehizləri, pal-paltar bir-bir göstərilir, nişanlı qız məclisə dəvət edilir, barmağına üzük taxılır... Qurban və Novruz bay­ramlarında isə oğlan tərəfi qız evinə bayramlıq payı göndərir. Qurban bayramında qoçun (qoyunun) boynu qırmızı rəngə bo­­yadılır, yaxud qurbanlığın boynuna qırmızı parça dola­yır­dılar, xonçalarla qız evinə gedərdilər.

Novruz bayramında da oğlan tərəfi qız evinə bayram pa­yı aparırdı. Mahmudavarlıların “kuləxonça” adlandırdıqları bu bayram xonçasında mütləq təzə balıq, balıq ağzında da bir qızıl üzük olmalı idi. Daha sonra “idə xonça” adlı bayram payı aparılırdı. (“Kuləxonça” – “axırçərşənbə payı”, “idə xon­ça” isə “bayram payı” deməkdir).

Hər iki tərəf üçün baram payları müəyyən xərc tələb et­diyi üçün çox vaxt bayrama qədər oğlan tərəfi toyu sürət­lən­dirir, gəlini evinə gətirirdilər. Sovet dövründə həm də 8 Mart – Beynəlxalq Qadınlar günündə və nişanlı qızın ad günündə oğ­lan tərəfi xüsusi hədiyyələrlə qızı təbrik edirdi. Buna cavab olaraq 23 Fevral – Sovet Ordusunun yaranması günü və oğla­nın ad günündə qız evi təbrikə gələr, oğlan üçün hədiyyələr gətirərdi.

“Şalüzüyü” mərasimindən sonra oğlanın və qızın vali­deynləri mollanın yanına gedər, kəbin kəsdirərdilər. Son vaxt­lar mollalar VVAQ-evlənmə şəhadətnaməsi olmadan kəbin kəs­mirdilər, yalnız müstəsna hallarda buna yol verilirdi.

Evlənənə qədər oğlanla qızın görüşləri çox gizli olardı. Bu barədə yalnız oğlan və qız anaları bilərdilər. Kişilər xəbər tutmamalı idilər. Mahmudavarlı gənclər çox həyalı və ismətli olar, paklıqlarını, şərəf və ləyaqətlərini qoruyardılar, bakirə­li­yi toy gecəsinə qədər hifz edərdilər.

Mahmudavarda qız qaçırmaq hallarına da rast gəlinib. Bu hal indi də müşahidə olunmaqdadır. Qızın ata-anası oğla­na qız verməkdən imtina etdikdə, yaxud oğlan çox kasıb­dırsa, silsilə toy mərasimlərinin öhdəsindən gələ bilmirdisə, yaxud başqa müstəsna hallarda qız ilə oğlan gizlicə sövdələşib-və­də­ləşib qoşulub qaçırdılar. Çox vaxt qız öz razılığı ilə qaçı­rı­lır­dı. Amma elə hallar da olurdu ki, oğlan bir qızı sevər, qız isə baş­qasını sevər, o halda oğlanın tay-tuşları o qızı zorla qaçır­dardılar. Hər üç halda qız qaçırmaq arzuolunmaz olub, nəsilə, tayfaya, kəndə əskiklik, ləyaqətsizlik sayılıb, hətta tayfa, nə­sil, oba ilə oba arasında ədavətə çevrilib. Toya hazır­lıq mər­hə­lələrindən biri də “Şirni (şini) paltarkəsdi” (“talışca “olə­tə­bırın”) adlanır. Mahmudavarlılar buna “hırdəbo” (xırda yük) ağırlıq da deyərlər. Bu mərasim “Şalüzüyü”, “Nişan­taxtı” mə­rasimlərindən sonra keçirilir. Oğlan tərəfi allı-güllü xon­ça­larda öz adamları ilə qız evinə gəlir. Gəlinin paltarlarını kəsib biçmək üçün xonçaya qayçı da qoyulur. Parçanı kəsib-biçən qadına oğlan adamları xələt də verirlər.

Qız evində olan toya “kinəvəyə” (qız toyu) deyərdilər. Toy üçün mağar – çadır qurulur. Bu işi, adətən, bəy öz dəstəsi ilə birgə görür. Toya bir gün qalmış oğlan tərəfi qız evinə lazı­mi ərzaq: qoyun, ət, düyü, yağ və s. şeylər göndərir. Buna əv­vəllər “yolə hırdəbo” (böyük yük) ağırlıq deyərdilər. Toy­dan bir gün qabaq toya dəvət üçün kəndə adam salardılar, ona “səlo je”, “səlo bıjən” (vədə almaq, vədəçi) deyərdilər. Bu məqsədlə oğlun toyunu xəbər verən kişi, qız toyuna vədə alan isə subay qızlar olur. Qız toyunda ancaq qız-gəlin iştirak edər, kişi xeylağının qız toyunda iştirakı qəbahət sayılardı.

Qız toyları axşam başlanar, gecədən xeyli keçmiş qur­ta­rardı. Bəzi yerlərdə toy gündüz başlanar, axşam bitərdi. Son vaxtlarda bəy öz dəstəsi ilə gəlib qız toyunda iştirak edir, gə­lin oynayanda bəy ona xələt verir. Toyda qız-gəlin rəqs edir, xanəndə qız oxuyur, gəlin axırda oynayır, tərif edilir, hamı xə­lət – hədiyyə verir. El adətidir, qız toyunda qız bəyənərlər. Bu məqsədlə müasir toylarda subay oğlanlar mağardan uzaq­da qalar, qızları gizlicə müşayət edər, yaxın qohum qadınları toydan evlərinə ötürərlər.

Qız toyundan bir qədər sonra oğlan toyu olur, buna “yola vəyə” (böyük toy) deyərlər. Keçmişdə varlı mahmuda­varlılar toy məclisini üç, yeddi, qırx gün keçiriblər. Oğlan toyuna bir gün qalmış qız evinə yengə gələr. Oğlan yengəsi həmin gecə qızgildə qalar, gəlinin və rəfiqələrinin əllərinə həna yaxar. Qız­lar həmin gecə mahnı oxuyur, gəlin qızın əl-ayağını, başını, üz-gözünü bəzəyirlər. Həna yaxmaq üçün valideynləri sağ olan qız seçilir (yetim qız məsləhət deyil) ona hədiyyələr verilir. Sə­hər qız yengəsi və rəfiqələri gəlin qızı ha­mama aparırlar, axşamçağı qızı oğlan evinə gəlin köçürürlər.

Gəlini gətirmək üçün oğlan evindən çalğı dəstəsi, yük ma­şını, gəlin maşını, oğlan adamı ağsaqqal və ağbirçəklər, qız-gəlinlər, uşaqlar-böyüklər gəlirlər. Əvvəl “vəyüə maşın” (gəlin maşını) bəzədilir, qırmızı şal, alabəzək lentlər, müxtəlif bəzəkli parçalar, gəlincik və s. olur. Sürücü üçün də xələt qo­yu­lur. (Ötən əsrdə gəlini at belində, araba ilə, şəhərdə isə fay­tonla oğlan evinə aparardılar).

Qızın yola salınmasına az qalmış ata-anası, bacı-qardaş­ları onunla xudahafizləşirlər, valideynləri ona öyüd-nəsihət ve­rir­lər, onu Quranın altından keçirirlər. Gəlin maşını yola düşərkən anası arxasınca su atır. Keçmişdə qızı mahnı oxu­maq­­la yola salardılar. Kənd yerlərində uşaqlar kəndir ilə gəlin maşının qabağını kəsər, xələt, çox vaxt pul alardılar. Xələti – pulu oğlan tərəfi ödəyərmiş. Gəlin maşınında qızın yengələri və qardaşı, qardaşı olmasa, yeznəsi, əmioğlu və s. (maşından dü­şüb bacısının əlindən tutub bəy otağının qapısına qədər müşayət edərdi. Ona xələt verib yola salar, yaxud toya dəvət edərdilər.) Oğlanın bacısı gəlin evə girəndə mahnı oxuyardı.

Qaynı gəlib gəlin qızın belini bağlamalı idi. Bəy otağı ağzında gəlin ayaq üstə durar, başına şirniyyat, düyü, xırda pul tökərdilər. Bu adət gəlin maşını gəlib qapıda dayananda da tək­rar edilərdi. (Bu, gəlinin mübarək qədəmlərinin barlı-bərəkətli olmasına işarə edir). Musiqi çalınır, oğlan adamları rəqs edir, şabaş verirlər. Gəlin bəy qapısı ağzında ikən məcməyinin için­də bir kasada bal, çörək, yağ gətirirlər. Gəlinin barmağını yağ-bala batırıb qaynananın ağzına salırlar. Bu da rəmzi məna kəsb edir, yəni gəlin-qaynana yağ-bal kimi qovuşar, bir-birinə şirin olarlar. Çörəyi yeddi tikəyə bölüb yağ-bala batırıb yeddi oğlana yedirdərdilər. Bu da o deməkdir ki, gəlinin yeddi oğlu olsun. Gəlin gələn qapı ağzında boşqab qoyardılar. Gəlin boşqabı aya­ğının zərbəsi ilə sındırar, təpiyi ilə qapını açar. “Qapıya tə­pik vurma” üç dəfə təkrar olar. Gəlinin başı üstündə təndir çö­rəyini iki bölüb qonşuya göndərərlər. Gəlin bəy otağına daxil olub, ayaq üstə qalar, oturmaz. Oğlan adamı gəlini təbrik edər, ona xeyir-dua verərlər. Qaynatası gəlib gəlininə xələt verər, ya­xud camış, inək, qoyun və s. ev heyvanları, var-dövlət, mal-davar boyun olur. Bundan sonra gəlin oturur, rəfiqələri, yen­gəsi onu ta bəy gələnə qədər darıxmağa qoymur.

Oğlan toyu da çadırda keçirilir (çadıra talışca “çodo” deyərlər, “ço” – dörd, “do” – ağac deməkdir). Çadırda toyu ida­rə edən “sərxi” (sərxeyr) – “toybaşı” adlanır. O, kənddə sö­zü keçən adam olmalıdır. Bəy oğlan sağdış, soldışı ilə hamamdan çıxıb, dəstəsi üçün təşkil etdiyi xüsusi yerdə din­cə­lir, burada dostları yeyib-içər, bəyin şərəfinə sağlıq söylə­nər. Bəy həmin gecə spirtli içkilər içməməlidir. Yeyib-iç­mək­dən sonra bəy öz dəstəsi ilə toyxanaya daxil olur. Toyda oğ­lanlar rəqs edir, xanəndə oxuyur, bəy toyun axırında öz dəstə­si ilə, yaxın adamları ilə oynayır, bəy tərif edilir, ona xələt – hədiyyələr verirlər. Axırda xanəndə “Bəy tərifi” edir, oğlan və qız adamları bəyin boynuna müxtəlif xələt (parçalar) bağlayır, əlinə şabaş verirlər. Başına şirniyyat, pul səpirlər. Toya qız-gəlin gəlməməlidir, oğlan toyunda bu nöqsan sayılır, düzgün hesab edilmir. Son zamanlar bəyə yaxın qadınlar toy ça­dı­rın­dan uzaqda durub tamaşa etdiyi hallara rast gəlinir. Toy ax­şam başlanır, gecə yarısında bitir.

Bəylə gəlinin yerini yengə salır, bəzəyir, gəlinin bakirə­liyini isbat edəcək ağ parçalar qoyulur, bu, elə yengənin əsas vəzifəsidir: gəlinin bakirəliyini yoxlayıb nümayiş etdir­mək. Yeri gəlmişkən, Mahmudavarda gəlin qızın bakirəliyinə çox ciddi yanaşırlar. Bu, ismət, ləyaqət, şərəf, namus rəmzi hesab edilir. Zifaf gecəsi oğlan yengəsi bəyə, qız yengəsi gəlinə məs­­ləhətlər verirlər. Oğlanın sağdış, soldışı bayırda gözləyir­lər. Sağdış ailəli cavan, soldış isə subay olmalıdır. Bəy gəlin otağına daxil olarkən, qız ayağa qalxmalıdır, hər ikisi bir-biri­nə yaxınlaşmalı, bir-birinin ayağını basmalıdır (bu adətə “lınq əğatə” deyərlər, yəni ayaqbasma). Əlaməti budur ki, görək ailə­də kimin sözü ötəcək? Guya nişanlısının ayağını birinci basan ailədə sözü ötər, dili uzun olar. Toy gecəsi ilə bağlı bir sıra adətlər də mövcuddur. Məsələn, bəy kişilik gücündən isti­fadə edə bilsə, qız gəlin olandan sonra oğlan da, qız da döşə­yin altına xələt-pul qoyarlar, qızın bakirəliyi barədə yengə (“deyne jen”) oğlan adamlarına xəbər verər, xələt alar, muştu­luq istəyər, səhər qız evinə də xəbəri özü aparar, onlardan da xələt-muştuluq alar. Xəşil bişirilib (talışca “leketor”) yaxın adamlara qonum-qonşulara paylanar, xələt-pul alınar. Bəs zi­faf gecəsi bəy kişilik gücündən istifadə edə bilməsə, nə olur? Onu utancaqlıq, zəiflik və naşılıqdan xilas etmək üçün mol­laya kitab açdırar, dua etdirərlər. Bəyoğlanı sağdış-soldış so­yuq suda çimizdirər, yaxud söyüd ağacına çıxmağa, evin ba­şına dolanmağa məcbur edərlər. Bunlar da kömək etməyəndə qız üçün mamaya, oğlan üçün həkimə müraciət edərlər.

Bəylə gəlin üç gün “pərdəyi-ismətdə” qalarlar. Bəy ana­sı balaca bir qızla onlara çay-çörək yollayar. Üçüncü gün qız yengəsi gələr, gəlini otaqdan bayıra çıxarar, onu quyu başına aparar. Gəlin quyu başında yerə iynə sancar, gül basdırar, pul qoyar. (Mahmudavarda belə bir inam var ki, gəlinin o pulunu kim görüb götürsə, xoşbəxt olar). Gəlin kişilərdən yaşınar, ağ­zı­nı və burnunu tutar, bundan sonra ailə üzvlərinin hər biri üçün hazırlayıb özü ilə gətirdiyi hədiyyələri-xələtləri payla­yar, ailə şənlik edər. Buna “se rüje” (üç günlük) deyərlər. Bu­nunla da yengələrin işi-vəzifəsi bitmiş olar, xələtlərini alıb ge­dər­lər. Yeddinci gün qız adamları gələrlər, hədiyyələr gəti­rər­lər. Oğlan evində onlara qonaqlıq verərlər. Qız anası qızı ilə xısınlaşar, ona məsləhətlər verər. Bu mərasimə “haft rüje” (yed­di günlük) deyərlər, gətirdikləri hədiyyələrə isə “haft rüje şele” (yeddi günün xonçası) deyilir.

Gəlin qırx gün özünü bəd ruhlardan, soyuq sudan, qaran­lıqdan gözləməli, gecələr bayıra tək çıxmamalıdır… Qırx gün müddətində gəlin hər şeydən pəhriz saxlamalıdır. Gəlin “çillə­li” sayılır. Gəlinin hamiləliyi onun şor və meyxoş mey­vələr, şey­lər yemək istəməməsi ilə aşkar olar. Buna “voni karde” (yerikləmə) deyərlər. Gəlin uzun müddət uşağa qalmayanda oğ­lan və qız tərəfi narahat olarlar. Gəlini pirə apararlar, dua yaz­dırarlar, türkəçarə ilə müalicə edərlər. Mahmudavarlıların inamına görə, gəlin hamilə vaxtı dovşana baxsa, uşaq qarnında bu zaman tərpənsə, ağzı mırıq olar, yerikləyən vaxtı böyürtkən, yaxud gicitkən yesə, uşağı nadinc olar. Vaxt yetişəndə “mo­mone jen” (mamaça) dalınca gedərlər. Ailədə ilk uşağın – ilk nəvənin… olması şənlik doğurar, körpə oğlan olsa, bu sevinc bayrama çevrilər, ikiqat – fərəh gətirər. Mahmudavarlılar oğlan uşağını çox istər, ona “peşt” (arxa, dayaq) deyib əzizlərlər. Gə­lin zahılıq dövründə bir həftə evdən bayıra çıxmaz, “şaşa” adlı qara pişikdən, kiçik heyvandan qorunmalı, qırx gün özünü bəd ruhlardan, bərk isti-soyuqdan, qaranlıqdan, tənhalıqdan qoru­ma­lıdır. Özü də, uşağı da “çilləli” olduğu üçün otağa qırx gün nə özü, nə də bir başqası qəfildən girməməlidir. Kim də otağa girmək istəsə, əvvəl uşaq eşiyə çıxarılır, həmin adam otağa gi­rər, sonra uşaq otağa daxil edilər. Uşaq ailə səadətinin başlan­ğı­cı sayılır. Körpə yeddi gün bələnər, ana qucağında yatar, yed­di gündə nənəsi ona beşik, nənni, uşaq arabası gətirər, uşaq da beşikdə yatar, bəslənib böyüyər…


Söyləyicilər:

Gülsüm Muradova. Doğum tarixi 1937, təhsili 5-ci sinif, Xal­lıcalı kəndi.

Həcər Həsənova. Doğum tarixi 1950, təhsili orta, Şərəfə kəndi.

Gülcahan Ələkbərova, 75 yaş, təhsili yoxdur, Qızılagac kəndi.

Zəringül Mirzəyeva, doğum tarixi 1956, təhsili orta, Musa­küçə kəndi.

Zemfira Əliyeva, doğum tarixi 1944, orta təhsili, Ərkivan kəndi.

Ağaverdi Novruzov, doğum tarixi 1940, təhsili 7-illik, Ər­ki­van kəndi.

Zərifə Xəlilova, doğum tarixi 1945, təhsili 7-illik, Ərkivan kəndi.

Fatma (Pərzad) Tağıyeva. Doğum tarixi 1938, təhsili 7-illik, Gəyəçöl kəndi.

Şabikə Bəşirova, 75 yaş, təhsili yoxdur, Dadva kəndi.

Güləsər Dadaşova, doğum tarixi 1942, təhsili 7-illik, Musa­kü­çə kəndi

Gülbacı Əhmədova, doğum tarixi 1947, təhsili orta, Gəyəçöl kəndi.

Mədinə Həsənova, doğum tarixi 1941, təhsili 7-illik, Xır­man­dalı kəndi.

Cavahir Xanəliyeva, doğum tarixi 1931, təhsili 7-illik, Gəyə­çöl kəndi.

Musarza Mirzəyev. Mahmudavar kəndi. B., 1997.

Rübabə Ələkbərova, 80 yaş, Qızılağac kəndi.


Toplayanlar:

Füzuli Bayat (Gözəlov)

Çiçək Əfəndiyeva

Nuridə Muxtarzadə

Qurban Əliyev

13. HALAY

Halayın kökü var, halayın mənası var. Uşağ olanda de­yər­dim niyə halay loluynan başlıyır?

Ay lolo

Lolu nə deməkdi, uşağı nəyə mindirərdik? Loluya. Lolu yüyrük, beşikdir, uşağın yırğalandığı yerdir. Halay heç olma­sa altı nəfərdən ibarət olmalıdır. Azı üç, dəstə üçdən başlıyır. Filankəsin bir halay qızı var, filankəs bir yerə bir halay qız apardı. Halay yığıncağ deməkdi. Halay nədi? Çoxluğ demək­di. Filankəsin bir halay qızı var. Filankəs bir yerə bir halay getmişdi. Halay çoxluğdu. Öz-özümə fikirləşərdim ki, lo, lo, lo, lo nədi lolo uşağ asdıyırsan e, yellədirsən a, keçmişdəkilər ona lolo deyib. Halay ki, başladı elə bil ki, yellənirsən, ona görə də lolu ilə başdayır:

Ay lolo, lolo əl-ələ

Hay çəkün, halay düzülsün.

Ay çəkün halay düzülsün, hay,

Ay əli yardan üzülsün, hay,

Uca dağlardan səslərəm, neylim.

Yarı qoynumda bəslərəm, neylim.

On iki imamdan istərəm, neylim.

Yar əlindən, dad əlindən, hay.

Bizim xoruz uca bannar, neynim.

Onun dilin kimlər annar, neynim.

Qonşular üzümü dannar, neynim.

Yar əlindən, dad əlindən, hay...

Evlərin dalın keçdim, neynim.

Əyildim suların içdim, neynim.

Mən bu yerə qərib düşdüm, neynim.

Yar əlindən, dad əlindən, hay.

Halayın ardıcıllığı.
1-ci: Lolu.

2-ci: Uca dağlardan səslərəm səni.

3-cü: Yeri ha, yeri.

4-cü: Yar əli, yar düymələri mərcan.

5-ci: Sunalar.

6-cı: Dəst eylər gül eylər. Yəni gülü dəstəliyir.

7-ci: Aman mələk.

8-ci: Basma, basma tağları.

9-cu: Ay yordu, yordu, yordu

10-cu: Aman, aman


Bunların heç olmasa hərəsini yarım saat deyərdilər. İki-iki qruplarda mahnılar olardı. Halay gedə-gedə fırranardıq.
Sunalar
Gəncənin qıyqacına

Sunalar, sunalar,

Nabat bağla ucuna.

Bir dəstə reyhan,

Bala-bala mən sənə heyran.
Bakı, Bakı bu imiş

Sunalar, sunalar,

Dörd tərəfi su imiş.

Bir dəstə reyhan,

Bala-bala mən sənə heyran.
İndiki oğlanların

Sunalar, sunalar,

Etibarı bu imiş.

Bir dəstə reyhan,

Bala-bala mən sənə heyran.
Bakıda girdim bağa

Sunalar, sunalar,

Başım dəydi yarpağa.

Bir dəstə reyhan,

Bala-bala mən sənə heyran.
Cavanam keçmə məndən,

Sunalar, sunalar,

Necə gedim torpağa?

Bir dəstə reyhan

Bala-bala mən sənə heyran.
Əlim əlimdə deyil.

Sunalar, sunalar,

Şalım belimdə deyil.

Bir dəstə reyhan

Bala-bala mən sənə heyran.
Sən mənimsən, mən sənin.

Sunalar, sunalar,

Camahat acığına

Bir dəstə reyhan

Bala-bala mən sənə heyran.
Mənim çəpərdən aşmağım

Sunalar, sunalar,

Ağzımdan düşdü yaşmağım.

Bir dəstə reyhan,

Bala-bala mən sənə heyran.
Mələk, mələk, canım mələk
Mən bu küçənin qızıyam,

Yarın nəməkdan duzuyam.

Hər kəsənin baldızıyam.

Gəl bağa, bostana mələk,

Canı mələk, mələk,

Aman mələk, mələk.


Evlərinin dalında

Bənd oldun kollarında.

Qızıl qolbaq oleydim

Yarımın qollarında.

Canı mələk, mələk,

Aman mələk, mələk.


Oğlan adun Mürşüddü.

Gün dağlara düşübdü.

Sən aldığın üzüklər,

Barmağımdan düşübdü.

Canı mələk, mələk,

Aman mələk, mələk.


Mənim çəpərdən aşmağım,

Ağzımdan düşdü yaşmağım.

Əlimdə güllü dəsmalım,

Mələk, mələk, mələk,

Canı mələk, mələk,

Aman mələk, mələk.


Oğlan adun Yağubdu,

Gün dağlara doğubdu.

Sən aldığın üzüklər,

Barmağımı boğubdu.

Canı mələk, mələk,

Aman mələk, mələk.


Gəl gedək eyvan altına

Eyvanın, eyvan altına.

Kəlağayı yorğan altına.

Canı mələk, mələk,

Aman mələk, mələk.
Ay leyli leylaye, gəl saçı tellaye
Yeri ha, yeri, ha kimin yarısan?

Kimin heyvasısan, kimin narısan?

Hansı bəxtəvərin vəfadarısan?

Ha leyli leylaye, gəl saçı tellaye.


Ocağa qoymuşam dolma qazanı,

Yarı yola saldım axşam bazarı.

Xarabada yoxdur kağız yazanı

Ha leyli leylaye, gəl saçı tellaye.


Gəmiyə vurmuşuq taxta, talaşa,

Gəmini hasta sür, dəyməsün daşa.

Bir kağız yazaram Ağa qardaşa,

Ha leyli leylaye, gəl saçı tellaye.


Sənə kim dedi ki, düyü alasan?

Mənim bu canımı çəbrə salasan,

Məni qoyub, o pintini alasan,

Ha leyli leylaye, gəl saçı tellaye.


Allam, allam səni
Evlərini dalın aldım, oturdum.

Daşların sinəmə saldım, oturdum.

Eşitdim yar gəlir, durdum, oturdum.

Allam, allam səni, qıza, mən allam səni

Qıza, mən allam səni, hey, ay qara göz,

Yarın ollam sənin, hey, ay qara göz.


Evlərin dalın halağ eylərəm,

Gələnə, gedənə sorağ eylərəm.

Bacısı göyçəyi qonaq eylərəm,

Allam, allam səni, qıza, mən allam səni, hay

Ay qara göz, yarın ollam sənin, hey, ay qara göz.
Evlərinin dalı hündür məsçiddir,

Oğlan, arxalığın nə güllü çitdir.

Məyər mən ölmüşəm rəngin qaçıbdır?

Allam, allam səni, qıza, mən allam səni

Ay hey, ay qara göz,

Yarın ollam sənin, hey, ay qara göz.


Qaynana, qaynata, mənnən düz danış,

Altuva qoyaram nazlı gül balış.

Oğlun evə gəlir, xanım, az danış!

Allam, allam səni,

Ay hey, ay ara göz,

Yarın ollam sənin,

Ay hey, ay qara göz.
Qaynanamın adı Mahidi, Mahi,

Ətəyinə atdım yüz əlli şahi.

Qaynananı tutub gəlninin ahi.

Allam, allam səni,

Ay hey, ay qara göz,

Yarın ollam sənin,

Ay hey, ay qara göz.


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə