ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ


Hərə öz işinnən məşğul olsun



Yüklə 2,19 Mb.
səhifə32/40
tarix25.06.2018
ölçüsü2,19 Mb.
#51267
1   ...   28   29   30   31   32   33   34   35   ...   40

Hərə öz işinnən məşğul olsun

Günlərin bi günü Bakıdan evə gəlirəm, gəldim karvansara­ya. Maşınnar o vaxt xaltura eliyirdilər. Rayonnan şəhərə, şəhər­dən də rayona adam aparırdılar. Hə nə isə gəldim bura, hərəsi bi yandan yapışdı, gəl gedək, gəl gedək. Mən də buları tanıyırdım biri məllimdi, biri də ağranom. Mən də bilirəm ki, bu məllim yax­­şı maşın sürə bilmir. Hec o ağranom da yaxşı sürə bilmir. Hər ikisi də yaxınnaşıb ki, gəl gedək, ikisinnən də yaxamı qu­tar­mağ istiyirəm. Elə oldu bi sürücüyə rast gəldim, ona “hə” deyəsi oldum. Gördüm, bular inciyir. Hətta etiraza belə qalx­dı­lar. Mən də həqiqətən yumşaq adamam, hec kimin xətrinə dəy­mərəm.

Dedim:

– Ay qardaş, bax sən yaxşı ağranom olsaydın, indi sa­hə­də olardın. Məllim incimə, sən də yaxşı məllim olsaydın, indi işinin başında olardın.



Nə isə bulardan canımı qutardım. Hə, o sürücüynən də gəl­dim evə. Sora eşitdim ki, o ağranom gedib maşını aşırdıb – gə­ləndə, qəza eliyib. Üssünnən xeyli kecmişdi, rastlaşdıq.

Dedi:


– Muxtar, sənin ağzın elə məni saldı oda.

Dedim:


– Əslində mən haxlıyam. Hərə öz işiynən məşğul olsa, yaxşıdır.

Nə doyunca yeyir

Bi gün kəndə pavidla gətiriblər rusdar. Bu Bığır kişi də qənddən, caydan alannan sora deellər ki, burda pavidla da var. Bığır kişi də bu pavidla haqqında eşidmişdi. Deer, alım gö­rüm hələ bu nəmənə şeydi? Nə isə, həmən o pavidladan alır. Elə orda da dadına baxır, xoşuna gəlir. Deer, bay, zalım oğlu Stalin gör indi nə doyunca yeyir bunnan hər gün.



Gör özləri nə qədər yeyiblər

Bi gün də yığışıllar bu camaat, plov bişiriblərmiş məclis imiş. Bığır kişi də bu məclisə dəvətliymiş. Gəlib oturub, söz, söhbət, oyan-biyan, plov gəlir ortaya. Bığır kişi də kor oldu­ğun­dan əliynən yoxluyur görür ki, belə lap qalalama vəziyyə­tində cəkiblər buna plovu. Deer, bay atonnan gör indi bular özdəri nə qədər yeyiblər ki, mən kor adam mənə də be belə cəkiblər.



Dalaşan qardaşlar

İki qardaş olub. Bular həmişə bir-biri ilə dalaşırmışdar. O deyirmiş mən burda yurd salacam, bu deyirmiş mən burda sa­lacam. Sora elə ki, yay gəlirmiş, yayda buları tapmaq olmurmuş. Biri bu kölgəlikdə, biri də o yanda sərələnib yatıllarmış.



Hacının kələyi

O kəntdə Hacı Məmməd adında biri olub, onun yaxşı qızılı var imiş, sandıx dolusu. Demək o qaçhaqaçda san­dıq­ça­nı da götürür, qaçır köhnə Alvadıya. Orda dostu olur. Qoyur olarda. Mən onun qəbrini görmüşəm. Onun başdaşına baxmı­şam, tarixinə. O, 1919-cu ildə ölüb. Demək bu hadisə 1918-ci ildə olub, 1919-cu ildə ölüb. 1918-ci ildə ermənilər çəkilib ge­dəndən sora camaat qayidanda, bu da gəlir, ama onun qızı­lın mənimsiyillər, vermillər. 6-7 aydan sora o vəfat eliyir. Onun qızılı belə olub də.

Deməli bu qızılı (sələm vermək o zaman da varmış) sə­ləm­nən qazanıb. Bi qadın olub, onda da qızıl var imiş, 12 dənə, amma cır-cındır içində gəzərmiş. Gəlir bu Hacı deyir ki, 12 qızılı ver mənə, mən sənə 15 qızıl verəcəm. Arvad 12 qızılı verir. Həqiqətən bi müddətdən sora 15 qızıl alır. Sora 15-i eli­yir 20. 20-ni 30. Belə-belə cəmliyib arvadın bütün qızıllarını alır. Alannan sora arvad düşür çöllərə ki, mənım qızılımı ver. Deer, mən sənnən qızıl almamışam. Gediblər pristavın yanına. Olar da nümayəndə göndəriblər, qazını çağırıblar. Deer bunun üs­tunə başına baxın, əgər qızıl əlaməti olsa, biləcəysüz. Üstü ba­şınnan bilinəcəy. Bu bədbax da cındırın içındədir axı. Ba­xıllar qızıl nə gəzir. Dilənçi şeydir. Hə, bax Hacı Məmməd be­lə mənimsəyib o qızılları. Amma özünə də qismət olmayıb.

Qismətimizdi

Möhkəm oğru olub o Mürsəl. Hansısa kəndə oğurruğa gedir, görür ki, səbət var həyətdə. Birdən qışqırıllar ki, səbət hə­rəkət edir. Ev yiyəsi çıgırır ki, həyətdə oğru var. Gəlib gö­rüllər ki, Mürsəldi. Aparıllar yuxarı. Şişi qoyullar manqala ki, bunu dağlasınnar, öldürsünnər. Bu bilir ki, yoldaşı da həyət­dədi, əlində də tufəng. Elə bular hazırraşanda o biri dos­tu atəş açır ordan lampanı vurur. Ara qarışır, məssəb itir. Deer, girən­də də gözum bir qəşəng buxarı papağa sataşmışdı. Hə, ara qa­rı­şanda tez həmən papağı da gotürdüm.

Mürsəl çıxır aradan. Mürsəl qaçhaqaç, qaçhaqaç da bağ­rı çatdıyır. Bular taxta körpüdə görüşüllər dostuynan. Deer, ə, ürəyimiz dayandı qaçmağdan, ə, bi dayan görək gələnnər kim­di, vurax da oları. Dayanıb arxaya baxıllar görüllər bi də­nə qoç hürküb bu çaxnaşmada düşüb buların dalınca. Deer, Mürsəl, tut toğlunu, gətir kəsək yeyərik qismətimizdi.

Köməkliknən bunu udun

İnqilabdan əvvəl olub, Dəli Həbi. Cox marağlı adam olub. Dəli Həbi elin görən gözü olub. O xeyir-şərdə həmişə gü­lüş yaradırmış. Onu bi dəfə döyüllər. O da deyir, a kö­pəy­oğ­lannarı, toyuvuzda ağlamıyım, yasuvuzda ağlamıyım, ney­ni­yim bəs mən? O vaxt İrandan bu taya keçən oyunbazlar kən­dirbazlar gəzir, pul toplayırlarmış. Bu dəstənin tərkibində oyunbaz, təlxək, məzhəkəçi, musiqiçi, gözbağlıca göstərənlər daxil imişlər. Həsənlilər eşidirlər ki, bu dəstə Hacıhüseynli tay­fasında toya dəvət alıb. Kəndin seçmə cavanları və başda Dəli Həbi olmaqnan toya gedirlər. Toy da hörmətli adamın oğ­lu­nun toyu olduğundan qonaq-qara bir əldən gəlib yeyib, içib bir əldən toyxanada sayxınlaşırlar.

Bu toya Lənkaranın pristavı Ağzıəyri Cavad bəy öz əyan-əşrəfi ilə dəvət olunmuşdu. Toyun sədr-əzəmi gələnnəri salamlayıb, xoşgəldin, deyir. Toy get-gedə qızışır. Bu əsnada İranlının baş oyunbazı deer:

– Ə, burda bi kişi var? Gəlsin mənnən oynasın. Kim mə­nimlə mənnən yaxşı oynasa, kim özü demişkən onu zarafatda, oyunda pozsa, bu yığdıqları pul onun olacaq.

Bu sözləri neçə dəfə bərkdən elan eləsə də bu işə tərəf mü­qabili olunmur. Toyxanaya pıçıtlı düşür. Hamı İranlının bu sö­zündən cana gəlir. Bu lotu da dil qəfəsə qoymur ki, kim mə­nim döşümə çıxar. Hamının ümüdü Dəli Həbiyə qalmışdı. Qəfildən Həbi quş kimi ortaya atılır. Qışqırıq, çəpik asimana bülənd olur.

Nəsə girər meydana. Zurnaçılara iti hava sifarış verilir, özü də “Qazağ”ı. Birinçi mərhələdə Həbi ilə İranlının rəqsi ya­rım saat davam edir. İranlı yekə olduğundan qan-tər onu aparır. Həbi də deyilənlərə görə elə bil ilanın boğazından çəkib çıxartmışdılar. Deer, bular hansı havanı caldırallar bu oy­nayar, oynayar. Həbi bu oyunda heç azca da olsa tərçikmir. Şərtin biri Həbinin xeyrinə olur. Səs aləmi götürür, pişto atan, bir-birinə qarışır. Qısa fasilədən sonra yenə isti hava sifariş ve­rilir. Bu dəfə şərti Həbi qoyur, o deyir ki, “Yallı”nı bir saat oy­nayacağıq. Şərt qəbul olunur. “Yallı”nın nöfləri ifa edilir. Əl­dən düşən İranlı yerə oturur. Bundan onun dəstələri çox qəm­gin olur ki, pul əldən çıxır. Həbi də çox fəndgir ol­du­ğun­dan fikirləşir bunlar sözlərini dana bilərlər. İşi dərin­ləş­di­rir. Danışığa görə pul quyulur ortaya. İranlı deyir ki, bir şərt qalıb məni pozsan, mənə qələbə çalsan, bu sənin – pulu göstərir. Hamı kimi Cavad bəy də bu işin sonunu gözləyirmiş.

Yenə iti hava çalınır, rəqs başlayır, özü də bir-birinə söz ata-ata. Həbi üç-dörd dövrə vurub əynindəki arxalığı çıxardıb atır. İranlı da şalvarını çıxardıb atır. Bunu görən qız-gəlin kə­na­ra çəkilir. Ağzıəyri Cavad bəy də məclisin başında, mauzer qabağında, pul kisəsi qabağında qəlyan çəkir. Pulun ona çatacağını hiss edən Həbi get-gedə gülməli sözlər atıb məclisə şənləndirimiş. Bunu ən çox alqışlayanlardan biri pristav özü olur. Bundan ani istifadə edən Həbi oynaya-oynaya gəlib pris­tavın qabağında əyilib bir dənə bərkdən əldən qoyur. Məclis çaşbaş düşür. Hamı yəqin eləyir ki, bu biədəb hərəkətinə görə pris­tav Həbini güllə ilə vuracaq. Cavad bəy mauzer əvəzinə əl atır pul kisəsinə, bir onluq qızıl atır Həbinin üstünə və bağırır.

– Əda zalım oğlu, birinin də vur, bəlkə ağzım düzələ.

Hamı şaqqanaq çəkib gülür. Məclis davam edir. Həbi bir xırda kağız parçası istəyir, verilir. Həbi kağızı yerə qoyur dizliyi çəkir aşağı gücənib bir fındıq boyda salır kağızın üstü­nə. Bu dəfə ki, İranlı kağız istəyir. Bu qonaq olduğundan ona iri kağız verirlər. Bu da sərir yerə dizliyini çəkir aşağı bir xey­li salır kağızın üstünə. Həbi sürətlə fırlanıb öz kağızını qığ qa­rışıq götürür, atır ağzına və udur. Üzünü tutur İranlı lotusuna:

Ədə köpək oğlu, çağır ata-qardaşıyı, köməkliknən mu­nu udun, tək sənin işin dəyil bu.

Camaat Həbini göyə atıb tutur. Pristav Cavad bəy onun üzündən öpür, dost olurlar. Deer, Ağzıəyri pristav Cavad 2 də­nə qırmızı onnuğ basar munun cibinə. Həbi çıxar gedər.

İranlılar o gedən olurlar, bir də bu taya qayıtmırlar.




Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə